Перейти к содержимому

Əli (əs) Xanım Zəhranı müdafiə etdimi ?


Sadiq Mirzeyev

Recommended Posts

Əhli xilaf insanların hissiyyatını təhrik edərək Ömər ibn Xəttabın xanım Zəhranın (s.a) evinə hücum edərək ona zərbə vurması hadisəsini inkar etmək üçün ortaya atdığı ən mühüm şübhələrdən biri budur ki, nə üçün Həzrət Əli (ə) öz zövcəsi Xanım Zəhranı (s.a) müdafiə etmədi? O, Allahın qalib şiri (Əsədullahil-ğalib) və zəmanəsinin ən güclü şəxsi deyildimi?

Tarixlər boyu şiə alimləri belə şübhələrə müxtəlif şəkildə cavablar vermişlər və biz hazırda onların bir neçəsi ilə kifayətlənirik:

Həzrət Əlinin (ə) Ömər ibn Xəttabın əməli müqabilindəki sərt və şiddətli rəftarı:

Həzrət Əli (ə) onlar içəri soxularkən ilkin mərhələdə Ömərlə ciddi şəkildə rəftar edərək onu qaldırıb yerə vurdu və onun üzü və boynunu yumruqladı. Amma Peyğəmbərə (s) verdiyi vədə əsasən, o, səbir etməklə vəzifələndirilmişdi deyə, onu kötəkləməkdən əl çəkdi. Bu cür rəftar etməklə Həzrət Əli (ə) bildirmək istəyirdi ki, əgər səbr etməklə bağlı Allahın əmri olmasaydı, sizin hətta zehinlərinizdən belə bu evə hücum etmək cürəti keçməzdi. Həmişə olduğu kimi, o Həzrət bu dəfə də ilahi göstəriş müqabilində təslim olaraq itaət etmişdir.

 

Bu barədə  Süleym ibn Qeys öz kitabında yazır :

 

 

 

 

ودعا عمر بالنار فأضرمها في الباب ثم دفعه فدخل فاستقبلته فاطمة عليها السلام وصاحت:

(يا أبتاه يا رسول الله) فرفع عمر السيف وهو في غمده فوجأ به جنبها فصرخت:

(يا أبتاه) فرفع السوط فضرب به ذراعها فنادت: (يا رسول الله، لبئس ما خلفك أبو بكر وعمر).

 

دفاع علي عليه السلام عن سليلة النبوة فوثب علي عليه السلام فأخذ بتلابيبه ثم نتره (1) فصرعه ووجأ أنفه ورقبته وهم بقتله، فذكر قول رسول الله صلى الله عليه وآله وما أوصاه به، فقال: (والذي كرم محمدا بالنبوة - يا بن صهاك - لولا كتاب من الله سبق وعهد عهده إلي رسول الله صلى الله عليه وآله لعلمت إنك لا تدخل بيتي).

أبو بكر يصدر أمره بإحراق البيت مرة أخرى فأرسل عمر يستغيث، فأقبل الناس حتى دخلوا الدار وثار علي عليه السلام إلى سيفه.

فرجع قنفذ إلى أبي بكر وهو يتخوف أن يخرج علي عليه السلام إليه بسيفه، لما قد عرف من بأسه وشدته.

فقال أبو بكر لقنفذ: (إرجع، فإن خرج وإلا فاقتحم عليه بيته، فإن امتنع فاضرم عليهم بيتهم النار). فانطلق قنفذ الملعون فاقتحم هو وأصحابه بغير إذن، وثار علي عليه السلام إلى سيفه فسبقوه إليه وكاثروه وهم كثيرون، فتناول بعضهم سيوفهم فكاثروه وضبطوه (1) فألقوا في عنقه حبلا
 

Ömər, atəş istəyərək onunla evi alovlandırdı. Sonra qapıya yüklənərək onu açdı və içəri girdi! Hz. Fatimə (s. a) Ömərin tərəfinə gələrək "Ey Atacığım! Ey Rəsulullah! Deyə fəryad etdi. Ömər qılıncını qınında olduğu bir şəkildə qaldıraraq Hz. Fatimənin yanına (qabırğasına) vurdu. Hz. Fatimə fəryad edərək "Ey atacığım!" deyə qışqırdı. Bu sırada Ömər qamçısını çıxararaq Hz. Fatimənin qoluna vurdu. Hz. Fatimə ‘Ey Rəsulullah! Ömər və Əbu Bəkir sənin geridə buraxdığına nə qədər də pis davranır' deyə fəryad etdi.  

 

Nübüvvətin bərpası üçün Əli (ə.s)-ın müdafiəsi: Əli(ə.s) sıçrayıb Ömərin yaxasından tutaraq onu yerə elə vurdu ki, burnundan qan açıldı. İstədi, birdəfəlik onun işini bitirsin, birdən Peyğəmbər(s)-in vəsiyyəti yadına düşdü. Dedi:
__ Ey Səhhakın oğlu, and olsun Mühəmməd(s)-i peyğəmbərliyə seçən Allaha, əgər Allahın hökmü və Rəsulullah(s)-ın vəsiyyəti olmasaydı, sən mənim evimə heç bir vəchlə daxil ola bilməzdin.
Ömər məscidə adam göndərib Əbu Bəkrdən kömək istədi. Bir dəstə Əbu Bəkrin ətrafından köməyə gəlib Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) ayağa qalxıb qılıncını sıyırdı. Qunfuz Əli(ə.s)-nin onların üstünə qılınc çəkdiyini görüb qorxusundan Əbu Bəkrin yanına qaçdı, çünki o, həzrəti-Əli(ə.s)-nin döyüşlərdə göstərdiyi rəşadətindən xəbərdar idi. Baş vermiş hadisəni Əbu Bəkrə danışdıqda Əbu Bəkr Qunfuza dedi:

__ Əlinin evinə qayıt, əgər evdən çıxsa, onu buraya gətir. Yox, əgər çıxmasa, evi içindəki adamlarla bir yerdə od vurub yandır.
Qunfuz qayıdıb dəstəsi ilə birlikdə icazəsiz Əli(ə.s)-nin evinə soxuldu. Əli(ə.s) istədi, qılıncını götürsün, Qunfuz onu qabaqlayıb qılıncı qapdı. Say çoxaldı, bəziləri qılınclarını sıyırdı, onu tutub zorla boynundan yapışdılar.
 

 

Kitabi Süleym İbn Qeys Əl-Hilali, Mühəqqiq Muhəmməd Baqir Əl-Ənsari 1-ci ciıd 150-151-ci səhifələr (onlne mənbə)

Digər online mənbə

 

 

 

Həmçinin bu rəvayəti müxtəsər olaraq əhli-sünnə təfsirçisi Alusi öz kitabında qeyd etmişdir:

 

 

 

 

أنه لما يجب على غضب عمر وأضرم النار بباب على وأحرقه ودخل فاستقبلته فاطمة وصاحت يا أبتاه ويا رسول الله فرقع عمر السيف وهو فى غمده فوجأ به جنبها المبارك ورفع السوط فضرب به ضرعها فصاحت يا أبتاه فأخذ على بتلابيب عمر وهزه ووجأ أنفه ورقبته

“Ömər əsəbləşərək xanım Zəhranın (ə) evinin qapısına od vurdu və içəri daxil oldu. Xanım Zəhra (ə) Ömərə tərəf gəlib belə fəryad elədi: “Ata vay, ey Allahın Rəsulu!” Ömər qınında olan qılıncını qaldırdı və xanım Zəhranın (ə) böyrünə vurdu. Sonra şallağı götürüb o xanımın əllərini qamçıladı. Xanım Zəhra (ə) “Ata vay!” – deyə qışqırdı. Bu zaman həzrət Əli (ə) gözlənilmədən yerindən qalxaraq gəlib Ömərin yaxasından yapışdı və onu qaldırıb yerə vurduqdan sonra, üz-gözünü və boynunu yumruqladı.”

 


Alusi Bağdadi Əllamə Əbülfəzl Şəhabuddun Seyid Mahmud (vəfatı hicri 1270-ci il), “Ruhul Məani fi təfrsiril-Quranil-əzim vəs səbul məsani” , 3-cü cild 124-cü səhifə “(Daru əhyait turasil ərəbiyy” nəşriyyatı Beyrut) (online mənbə)

Digər online mənbə

 

Alusi bu rəvayəti heç bir haşiyə yazmadan və ona irad tutmadan qeyd etmişdir və onu rədd etmədiyindən, həmin rəvayəti qəbul etməsi anlaşılır.

 

 

Изменено пользователем Sadiq Mirzeyev
Ссылка на комментарий
Поделиться на других сайтах

Peyğəmbərin (s) vəsiyyəti müqabilində təslim olmaq:

Əmirəl-möminin (ə) ömrü boyu ilahi göstərişlərə tabe olmuş və onun bütün əməlləri yalnız və yalnız Allahın əmrləri sayəsində idi. O həzrət heç zaman təəssüb, qəzəb və şəxsi mənafe xatirinə rəftar etməmişdir. İmam Əli (ə) belə böyük müsibətlər müqabilində də Allah və onun Rəsulunun (s) göstərişinə uyğun olaraq səbr və dözümlülük göstərərək qılınca əl atmamışdır.

 

 

 

Əllamə Məclisi yazır:
 

 

 

أَبُو الْحَسَنِ فَقُلْتُ لِأَبِي فَمَا كَانَ بَعْدَ إِفَاقَتِهِ قَالَ دَخَلَ عَلَيْهِ النِّسَاءُ يَبْكِينَ وَارْتَفَعَتِ الْأَصْوَاتُ وَضَجَّ النَّاسُ بِالْبَابِ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ فَبَيْنَا هُمْ كَذَلِكَ إِذْ نُودِيَ أَيْنَ عَلِيٌّ فَأَقْبَلَ حَتَّى دَخَلَ عَلَيْهِ قَالَ عَلِيٌّ (عليه السلام) فَانْكَبَبْتُ عَلَيْهِ فَقَالَ يَا أَخِي... أَنَّ الْقَوْمَ سَيَشْغَلُهُمْ عَنِّي مَا يَشْغَلُهُمْ فَإِنَّمَا مَثَلُكَ فِي الْأُمَّةِ مَثَلُ الْكَعْبَةِ نَصَبَهَا اللَّهُ لِلنَّاسِ عَلَماً وَإِنَّمَا تُؤْتَى مِنْ كُلِّ فَجٍّ عَمِيقٍ وَنَأْيٍ سَحِيقٍ وَلَا تَأْتِي وَإِنَّمَا أَنْتَ عَلَمُ الْهُدَى وَنُورُ الدِّينِ وَهُوَ نُورُ اللَّهِ يَا أَخِي وَالَّذِي بَعَثَنِي بِالْحَقِّ لَقَدْ قَدَّمْتُ إِلَيْهِمْ بِالْوَعِيدِ بَعْدَ أَنْ أَخْبَرْتُهُمْ رَجُلًا رَجُلًا مَا افْتَرَضَ اللَّهُ عَلَيْهِمْ مِنْ حَقِّكَ وَأَلْزَمَهُمْ مِنْ طَاعَتِكَ وَكُلٌّ أَجَابَ وَسَلَّمَ إِلَيْكَ الْأَمْرَ وَإِنِّي لَأَعْلَمُ خِلَافَ قَوْلِهِمْ فَإِذَا قُبِضْتُ وَفَرَغْتَ مِنْ جَمِيعِ مَا أُوصِيكَ بِهِ وَغَيَّبْتَنِي فِي قَبْرِي فَالْزَمْ بَيْتَكَ وَاجْمَعِ الْقُرْآنَ عَلَى تَأْلِيفِهِ وَالْفَرَائِضَ وَالْأَحْكَامَ عَلَى تَنْزِيلِهِ ثُمَّ امْضِ [ذَلِكَ‏] عَلَى غير لائمة [عَزَائِمِهِ وَ] عَلَى مَا أَمَرْتُكَ بِهِ وَعَلَيْكَ بِالصَّبْرِ عَلَى مَا يَنْزِلُ بِكَ وَبِهَا [يعني بفاطمة] حَتَّى تَقْدَمُوا عَلَيَّ.

 

“İmam Kazım (ə) buyurur: “Mən atam imam Sadiqdən (ə) Peyğəmbərin (s) huşu özünə gəldikdən sonra hansı hadisələrin baş verdiyini soruşdum. Atam buyurdu: ki, qadınlar o həzrətin yanına daxil olaraq ağlamağa, mühacir və ənsar da toplaşaraq kədərlənməyə başladı. Həzrət Əli (ə) deyir ki, məni çağırdılar və mən də içəri daxil olub özümü Peyğəmbərin (s) üzərinə atdım. Peyğəmbər (s) buyurdu: “Qardaşım, bu camaat məni tərk edərək öz dünyaları ilə məşğul olacaq. Onlar sənin mənə yardımçı olmağına mane olmayacaqlar. Camaat arasında sənin məsəlin Kəbənin məsəli kimidir. Allah onu bir nişanə etmişdir ki, insanlar uzaq yerlərdən onun yanına gəlsinlər... Mən dünyadan köçdükdən və məni dəfn etdikdən sonra, evdə otur və sənə tapşırdığım kimi, Quranı vacibatlar, əhkam və nazilolma tərtibi ilə toplamaqla məşğul ol. Sən və Fatimə (ə) barəsində bu ümmətdən yetişən hadisələr müqabilində səbirli olmağı tövsiyə edirəm. Mənə qovuşana qədər səbirli ol.”

 

 

Əllamə Məhəmməd Baqiq Məclisi “Biharul Ənvar” kitabı 22-ci cild 483-cü səhifə (online mənbə)

 

 

 

Əlbəttə, bu barədəki ravəyətlərin sayı həddən artıq çoxdur və biz ixtisara riayət edərək sadəcə onların birini qeyd etməklə kifayətləndik.

Doğrusu, Heydəri-Kərrardan başqa, hansı bir şəxs belə bir imtahanın öhdəsindən gələ bilər?! Bu işin dəyəri həzrət Əlinin (ə) döyüş meydanında düşmənə şir kimi həmlə edərək kafir pəhləvanlarını bir-birinin ardınca ortadan qaldırdığını düşündüyümüz, eyni zamanda, o həzrətin Əmr ibn Əbdüvəd kimi bir pəhləvanı öldürməsi və Mərhəbin başını onun taxdığı zirehlə birlikdə qılınc zərbəsi ilə yardığını təsəvvür etdiyimiz zaman daha yaxşı anlaşılır. Həmin zamanlarda Allahın əmri belə idi ki, düşmənlərin gözünə zülfuqarın qorxusundan yuxu getməsin. Başqa bir gün isə ilahi göstəriş İslamın təməlinin qorunması və düşmənlərin bu dini məhv etməkdən məyus olması üçün zülfüqarın öz qınında qalması idi.

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Xanım Zəhranın (ə) çəkişmələr zamanı şəhadətə çatması ehtimalı:

Namusun müdafiə edilməsi insanın fitri xüsusiyyətlərindəndir və bu məsələ bütün insanlar arasında müştərəkdir. Əgər insan düşmənin onun namusuna toxunmaqla öz mənfur məqsəd və hədəfinə çatmaq və qarşı tərəfi müəyyən fəaliyyətlərə təhrik etmək olduğunu başa düşsə, aydın məsələdir ki, bu zaman aqil insan öz nəfsinə hakim kəsilərək düşmənin öz hədəfinə nail olmasına yardımçı olmayacaq. Vəhyin nazil olduğu evə hücum edənlər Əmirəl-möminini (ə) bu əməllə təhrik etmək istəyirdilər ki, o həzrətin dünyəvi hakimiyyətə nail olmaq üçün əksər insanı qılıncdan keçirməsinə səbəb olsunlar və nəticədə, imamın mövqeyi camaat arasında zəifləsin. Eyni zamanda, həzrət Əli (ə) hansısa reaksiya verərək öz təmkinini əldən versə və onlarla mübarizəyə qalxsaydı, bu arada xanım Zəhranın (ə) şəhid edilmə ehtimalı da meydana çıxa bilər və hücum edənlər şayiə yayaraq deyərdilər ki, həzrət Əli (ə) hakimiyyət uğrunda öz zövcəsini qurban verdi və həqiqətdə, xanım Zəhranın (ə) şəhadətinə o səbəb oldu. Onlar Əmirəl-mömininin (ə) vəfalı səhabələrindən olan Əmmar Yasir barəsində də bu cür etmişdilər. Mədinə məscidi tikilən zaman hər kəs lazım olan ləvazimatları bir-bir daşıdığı halda, Əmmar Yasir iki-iki daşıyırdı. Bunu görən Peyğəmbər (s) onun yanına gələrək toz-torpağa batmış Əmmarın üzünü silərək belə buyurmuşdu:
 

وَيْحَ عَمَّارٍ تَقْتُلُهُ الْفِئَةُ الْبَاغِيَةُ، يَدْعُوهُمْ إِلَى الْجَنَّةِ، وَيَدْعُونَهُ إِلَى النَّار.

 

“Əmmarı zalım bir qrup qətlə yetirəcək. O, onları cənnətə dəvət edəcək, onlar isə Əmmarı cəhənnəmə tərəf çağırmaq istəyəcəklər.”

 

 

Buxari Cofi Məhəmməd ibn İsmayıl Əbu Əbdillah (vəfatı hicri 256-cı il), “Səhih Buxari” kitabı 1-ci cild 172-ci səhifə 436-cı hədis “Kitabus Səlat”, “Ət-Təavunu fi bənail məscid” babı (online mənbə)

 

 

Bu rəvayətin Peyğəmbər (s) tərəfindən Əmmar barəsində söylənməsi dəqiq məsələdir və eyni zamanda, camaatın hamısı bu məsələdən xəbərdar idi. Həmin hədis bir daha Müaviyyə və onun tərəfdarlarının zalım qrupdan olmasını təsdiqləyərək sübuta yetirir. Müaviyyə Əmmarın qətlə yetirildiyini eşitmiş, həmçinin, onun ölümü camaaatın (Şam camaatının) dilindən düşmdür və camaat narahat idi. Müaviyyə Əmr Ası yanına çağıraraq bu barədə məşvərət elədi və qərara gəldilər ki, Əmmarı həzrət Əlinin (ə) öldürdüyünü şayiə olaraq yaysınlar. Öz sözlərinə də belə dəlil gətirməyə çalışdılar: “Əmmar Yasir həzrət Əlinin (ə) qoşununda idi və o, Əmmarı döyüşə göndərərək ölümünə bais olmuşdur. Həqiqətdə, Əmmarın qatili həzrət Əlidir (ə).”
 

 

 

 

 

 

 

 

 

Əhməd ibn Hənbəl yazır :

 

 

 

 

حدثنا عبد الرزاق قال حدثنا معمر عن ابن طاوس عن أبي بكر بن محمد بن عمرو بن حزم عن أبيه قال لما قتل عمار بن ياسر دخل عمرو بن حزم على عمرو بن العاص فقال قتل عمار وقد قال رسول الله صلى الله عليه وسلم تقتله الفئة الباغية فقام عمرو بن العاص فزعا يرجع حتى دخل على معاوية فقال له معاوية ما شأنك قال قتل عمار فقال معاوية قد قتل عمار فماذا قال عمرو سمعت رسول الله صلى الله عليه وسلم يقول تقتله الفئة الباغية فقال له معاوية دحضت في بولك أونحن قتلناه إنما قتله علي وأصحابه جاءوا به حتى ألقوه بين رماحنا أو قال بين سيوفنا

 

Bizə Abdullah Rəzzaq rəvayət etdi və dedi: Bizə Muəmmər rəvayət etdi və dedi : oda İbn Tavusdan, oda Əbi Bəkr ibn Muhəmməd ibn Əmr ibn Həzmdən oda atasından dedi : “Əmmar Yasir şəhadətə çatdırıldığın zaman Əmr ibn Həzm Əmr Asın yanına gedərək ona deyir ki, Əmmar öldürüldü. Peyğəmbər (s) onu öldürən dəstənin zalımlardan olduğunu buyurmuşdur.” Əmr As narahat olur və “La həvla və la quvvətə illa billah” (Allahdan başqa, heç kəsdə qüvvət və qüdrət yoxdur) zikrini deyir və Müaviyyənin yanına gedir. Müaviyyə ondan nə baş verdiyini soruşur. Əmmarın öldürüldüyünü bildirir. Müaviyyə “Nə olsun ki?” – deyə cavab verir. Əmr As deyir: “Peyğəmbər (s) buyurub ki, Əmmarı öldürən qrup zalımdır.” Müaviyyə belə cavab verir: “Bəyəm, Əmmarı biz öldürmüşük?! Əmmarı Əli (ə) və onun tərəfdarları öldürmüşlər. Onlar Əmmarı bizim döyüşə göndərmiş və onu nizə ilə qılıncların arasında qoymuşlar.”
 

Əhməd ibn Hənbəl “Müsnəd” kitabı 17324-cü hədis (online mənbə)

 

 

Bu rəvayəti nəql edən digər Əhli-sünnə alimləri.

 

Hakim Nişapuri yazır :

 

 

Hədisdən sonra Hakim yazır :

هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه بهذه السياقة

Bu hədis Şeyxeynlərin (Buxari və Müslimin) şərtinə əsasən səhihdir lakin onlar bunu təxric etməyiblər.

Kitabın haşiyəsində Zəhəbi deyir:

تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم

Zəhəbi Təlxisdə deyir: Buxari və Müslimin şərtinə əsasən (səhihdir)

 

 

Məhəmməd ibn Abdullah  Hakim Nişapuri Əbu Əbdullah “Müstədrək əla səhiheyn” kitabı 2-ci cild 168-ci səhifə 2663-cü hədis (online mənbə)

 

Online mənbə 2 

 

 

 

Süleyman Heysəmi yazır :

 

 

Hədisdən sonra Heysəmi yazır :

 

رواه أحمد وهو ثقة.
 

Əhməd rəvayət edib, və bu siqədir

 

 

Əli ibn Əbi Bəkr ibn Süleyman Heysəmi Nurəddin “Məcməuz zəvaid və mənbəul fəvaid” kitabı 7-ci cild 340-cı səhifə 12049-cu hədis (online mənbə)

 

Online mənbə 2

 

Şəmsəddin Zəhəbi yazır :

 

 

Zəhəbi hədisin haşiyəsində yazır :

 

إسناده صحيح

 

Sənədi səhihdir.

 

Məhəmməd ibn Əhməd ibn Osman ibn Qaymaz Zəhəbi Şəmsəddin Əbu Abdullah “Siyər Əl-Əlam Nubəla” kitabı 1-ci cild 420-ci səhifə (online mənbə) 

Online mənbə 2

 

 

Həmçinin İbn Əsakir “Tarix Mədinə Dəməşq” kitabı 43-cü cild 431-ci səhifə 9336-cı hədis,  Əli Muhəmməd Sələbi “Əsmə Əl-Mutalib fi sirat Əmin mumininə Əli ibn Əbi Talib şəxsiyyə və əsərah” kitabı 2-ci cild 244-cü səhifə , Beyhəqi “Sünən Əl-Kübra” kitabı 15436-cı hədis .

 

 

Əbdürrauf Mənavi yazır :

 

 

وهذا الحديث أثبت الأحاديث وأصحّها، ولمّا لم يقدر معاوية على إنكاره قال: إنّما قتله من أخرجه، فأجابه عليّ بأنّ رسول اللّه صلى اللّه عليه وسلم إذن قتل حمزة حين أخرجه.

قال ابن دحية: وهذا من على إلزام مفحم الذي لا جواب عنه، وحجّة لا اعتراض عليها.

 

Mənavi Qurtubidən belə nəql edərək yazır:

 “Bu hədis ən tutarlı və səhih hədislərdəndir və Müaviyyə onu inkar edə bilmədiyi üçün, yalandan həzrət Əlinin (ə) onu öldürdüyünü söyləmişdi. Həzrət Əli (ə) Müaviyyəyə cavab olaraq belə buyurmuşdu: “Belə çıxır ki, Həmzəni də “Ühüd” döyüşündə Peyğəmbər (s) öldürmüşdür, çünki onu düşmənlərlə döyüşə göndərən Peyğəmbər (s) idi.”

Bu hədis bizə Həzrət Əlinin (ə) verdiyi cavabın tutarlı bir cavab olmasını və ona hansısa bir iradın tutula bilməyəcəyini bildirir.” 

 

 

Əbdürrauf Mənavi “ Feyzul qədir şərhu camius səğir “ kitabı 6-cı cild 365,366-cı səhifələr (online mənbə)

 

 

Online mənbə 2

Изменено пользователем Sadiq Mirzeyev
Ссылка на комментарий
Поделиться на других сайтах

Görəsən, nə üçün Əmirəl-möminin Əli (ə) xəlifələr zamanında baş verən döyüşlərin heç birində iştirak etmədi? Halbuki, o həzrətin zəmanəsinin ən şücaətli və güclü şəxslərindən olmasını heç kim inkar edə bilməz və düşmənlər o həzrətin adını eşitdikləri zaman, gözlərinə yuxu getmirdi, hətta iş o yerə çatmışdı ki, Ömər ibn Xəttab belə deyirdi:

 

والله لولا سيفه لما قام عمود الاسلام.

 

“Allaha and olsun, əgər Əlinin (ə) qılıncı olmasaydı, İslamın sütunu möhkəm olmazdı!” 

 

İbn Əbil Hədid Əl-Mədaini Əl-Məğribi “ Şərh nəhçül bəlağə” kitabı 16-cı cild 82-ci səhifə (online mənbə)

 

 

Hətta “Hüneyn” və “Ühüd” döyüşlərində Peyğəmbərin (s) vəfasız səhabələri o Həzrəti döyüşdə tənha qoyaraq qaçdıqları zaman, Həzrət Əli (ə) şamın başına dolanan pərvanə kimi Peyğəmbərin (s) kənarında dayanaraq onu müdafiə etmişdi. Görəsən, belə xüsusiyyətlərə malik olan Əli (ə) kimi bir şəxsiyyət nə üçün xəlifələr zamanında baş verən döyüşlərdə iştirak etməmişdi? Peyğəmbər (s) zamanında kafirlər, yəhudi və münafiqlərə qarşı bütün döyüşlərdə iştirak edərək İslam bayrağını dalğalandıran və düşmən pəhləvanlarını bir-birinin ardınca öldürən şəxsə nə olmuşdu ki, xəlifələr zamnaındakə döyüşlərdə iştirak etmirdi? Görəsən, şücaətini əldən vermişdi, yoxsa, xəlifələrin apardığı döyüşləri cihad hesab etmirdi? Xəlifələr Peyğəmbər (s) sünnəsinin əksinə olaraq o Həzrətdən istifadə etmək niyyətində deyildilərmi?


Həzrət Əli (ə) ən yaxşı qərarlardan birini qəbul etmişdi:

Həzrət Əlinin (ə) qarşısında iki yol vardı: Ya İslamın təməlini mühafizə edərək qorumalı və öz haqqından keçməli, ya da azsaylı olan bu kəsləri qılıncdan keçirməli idi. Əgər ikinci yola baş vursaydı, İslam düşmənləri və münafiqlər belə bir fürsəti əldən verməyərək İslamı aradan qaldıra və İslam təəhlükə ilə üzləşə bilərdi. Bu səbəbdən, imam Əli (ə) birinci yolu seçdi və beləliklə, İslamı əbədi olaraq qoruya və düşmənləri dini məhv etməkdən naümid edə bildi. Şübhəsiz, bu cür qərar qəbul etmək ən ağıllı və düzgün qərar idi.

Həzrət Əli (ə) “Nəhcül-bəlağə”nin 3-cü xütbəsində belə buyurur:

 

وَطَفِقْتُ أَرْتَئِي بَيْنَ أَنْ أَصُولَ بِيَدٍ جَذَّاءَ أَوْ أَصْبِرَ عَلَى طَخْيَةٍ عَمْيَاءَ. يَهْرَمُ فِيهَا الْكَبِيرُ وَيَشِيبُ فِيهَا الصَّغِيرُ وَيَكْدَحُ فِيهَا مُؤْمِنٌ حَتَّى يَلْقَى رَبَّهُ. فَرَأَيْتُ أَنَّ الصَّبْرَ عَلَى هَاتَا أَحْجَى. فَصَبَرْتُ وَفِي الْعَيْنِ قَذًى وَفِي الْحَلْقِ شَجًا. أَرَى تُرَاثِي نَهْباً.

 

“Mən belə bir düşüncəyə daldım ki, görəsən, özüm təklikdə və köməksiz olaraq ayağa qalxıb öz haqqım və camaatın haqqını geri alım, yoxsa, meydana gətirdikləri belə bir zülmət mühitdə səbr edim? Bu elə bir mühit idi ki, qocaları zəlil etmiş, cavanlar qocaltmış və iman əhlininin həyatını ən alçaq və əzab əziyyətli vəziyyətdə yaşamağa vadar etmişdi. Nəticədə, səbr etməyin əqli baxımdan daha düzgün olduğunu anladım. Beləliklə, dözümlülük göstərdim. Amma bununla belə, mən gözünə çör-çöp düşmüş və boğazında sümük ilişib qalmış, bir kəs kimi idim və gözüm görə-görə mirasım qarət olunurdu.”

Bulanıq suda balıq tutmaq istəyən Əbu Süfyan kimi bir şəxs yaranmış vəziyyətdən istifadə eədərək onun yanına gəlir və Həzrət Əli (ə) ilə beyət edib Əbu Bəkrlə döyüşmək təklifini irəli sürür. İmam Əli (ə) ona bir xütbə oxuyur. Həmin xütbə “Nəhcül-bəlağə”nin 5-ci xütbəsidir. İmam (ə.s)buyurur :

 

 

أَيُّهَا النَّاسُ شُقُّوا أَمْوَاجَ الْفِتَنِ بِسُفُنِ النَّجَاةِ... أَفْلَحَ مَنْ نَهَضَ بِجَنَاحٍ أَوِ اسْتَسْلَمَ فَأَرَاحَ... فَإِنْ أَقُلْ يَقُولُوا حَرَصَ عَلَى الْمُلْكِ وَإِنْ أَسْكُتْ يَقُولُوا جَزِعَ مِنَ الْمَوْتِ هَيْهَاتَ بَعْدَ اللَّتَيَّا وَالَّتِي وَاللَّهِ لابْنُ أَبِي طَالِبٍ آنَسُ بِالْمَوْتِ مِنَ الطِّفْلِ بِثَدْيِ أُمِّهِ. بَلِ انْدَمَجْتُ عَلَى مَكْنُونِ عِلْمٍ لَوْ بُحْتُ بِهِ لاضْطَرَبْتُمْ اضْطِرَابَ الْأَرْشِيَةِ فِي الطَّوِيِّ الْبَعِيدَةِ.

“Ey insanlar, dağlar böyüklüyündə olan fitnə dalğalarını nicat gəmiləri ilə yarın! İki şəxs doğru yolu tutmuşdur:
Birincisi, yardımçı və kifayət qədər köməkçisi olan və qiyam edərək qalib gələn şəxs.
İkincisi, kifayət qədər yardımçı və qüvvəyə malik olmadığı üçün bir kənara çəkilərək camaatı rahat buraxan şəxs. Əgər bir söz söyləyərək haqqımı tələb etsəm, mənə deyəcəklər ki, sən hakimiyyətə həris birisən. Əgər sakit dayanaraq sükut eləsəm, deyəcəklər ki, ölümdən qorxursan. Amma bu qədər döyüş və hadisələrdən sonra bu cür düşünmək yanlış və səhvdir. Allaha and olsun Əli ibn Əbu Talibin ölümə məhəbbəti südəmər körpənin öz anasının südünə olan məhəbbətdən daha çoxdur. Mən bəzi elm və hadisələrdən xəbərdaram. Əgər onları sizə desəm, dərin quyuda lərzəyə gələn kəndirlər kimi titrəyərsiniz.”

Изменено пользователем Sadiq Mirzeyev
Ссылка на комментарий
Поделиться на других сайтах

Nə üçün Peyğəmbər (s) Süməyyə və digər qadınları müdafiə etmədi? Peyğəmbər (s) müşrik və kafirlərin Əmmar Yasirin anasını öldürdüyü zaman o Həzrət müəyyən səbəblərdən heç bir reaksiya verməmişdi. Həzrət Əlinin (ə) də o həzrət kimi müəyyən səbəblərə görə hansısa bir əksül-əməl göstərmədiyini söyləmək olar.

 

İbn Həcər Əsqəlani yazır :

 

 

سمية بنت خباط... والدة عمار بن ياسر كانت سابعة سبعة في الاسلام عذبها أبو جهل وطعنها في قبلها فماتت فكانت أول شهيدة في الاسلام... عذبها آل بني المغيرة على الاسلام وهي تأبى غيره حتى قتلوها وكان رسول الله صلى الله عليه وسلم يمر بعمار وأمه وأبيه وهم يُعذّبون بالأبطح في رمضاء مكة فيقول صبرا يا آل ياسر موعدكم الجنة.

 

“Əmmar Yasirin anası Xəbat qızı Süməyyə İslama iman gətirmiş yeddinci şəxs idi. Əbu Cəhl ona əziyyət verərək qarın nahiyyəsinə o qədər nizə vurdu ki, sonunda o, şəhadətə çatdı. O, İslamda şəhid olan ilk qadın idi. Ali-Bəni-Müğeyrə də İslamı qəbul edərək dinindən dönmədiyi üçün ona da ölənə kimi işgəncə verdilər. Peyğəmbər (s) Əmmar və onun ata-anasına Məkkədə işgəncə verilməsini görmüş və belə buyurmuşdu: “Ey Yasir ailəsi! Səbirli olun, sizə cənnət vədə edilmişdir.”

 

 

Əhməd ibn Əli ibn Həcər Əsqəlani Əbulfəzl “ Əl-İsabə fi təmyiz Əl-Əshab “ 7-ci cild 712-ci səhifə 11336-cı hədis  Təhqiqatçı: Əli Məhəmməd Bəcavi, “Darul Ceyl” nəşriyyatı, birinci çap, hicri 1412-ci il (online mənbə)

Ссылка на комментарий
Поделиться на других сайтах

Əbu Cəhl kimi bir müşrik və kafirin müsəlmanın namusuna toxinduğunu gördüyü zaman, müəyyən səbəblərdən heç bir reaksiya vermir, əksinə onları səbirli olmağa dəvət edir.Aləmdə ən şücaətli və qeyrətli bir şəxs olan Peyğəmbər (s) nə üçün müsəlmanın namusunu müdafiə etmədi? Nə üçün qılınc çəkərək Əbu Cəhlin başını bədənindən ayırmadı? Həmçinin, Ömər ibn Xəttab müsəlman olmuş qadınları vurduğu zaman, nə üçün Allahın Rəsulu (s) ona heç bir şey etmədi?



İbn Hişam yazır :

 

 

وَمَرَّ أَبُو بَكْرٍ بِجَارِيَةِ بَنِي مُؤَمَّلٍ ، حَيٍّ مِنْ بَنِي عَدِيِّ بْنِ كَعْبٍ ، وَكَانَتْ مُسْلِمَةً ، وَعُمَرُ بْنُ الْخَطَّابِ يُعَذِّبُهَا لَتَتْرُكَ الإِسْلامَ ، وَهُوَ يَوْمَئِذٍ مُشْرِكٌ ، وَهُوَ يَضْرِبُهَا حَتَّى إِذَا مَلَّ ، قَالَ : إِنِّي أَعْتَذِرُ إِلَيْكِ ، إِنِّي لَمْ أَتْرُكْكِ إِلا مَلالَةً ، فَعَلَ اللَّهُ بِكِ ، فَتَقُولُ كَذَلِكَ فَعَلَ اللَّهُ بِكَ

 

“Əbu Bəkr Ədi ibn Kəb xanədanından olan Bənu Mumil adlı müsəlman olmuş bir kənizin Ömər tərəfindən İslamdan əl çəkməsi və müsəlmanlıqdan dönməsi üçün döyüldüyünü görmüşdü. Həmin zamanlarda Ömərin özü hələ müşrik idi və müsəlman olmamışdı. Ömər kənizi yorulana qədər döydü. Sonra dedi: “Səni vurmamğımın səbəbi yorulmağımdır. Buna görə məni bağışla.” Kəniz cavabında dedi: “Bil ki, Allah da səninlə bu cür rəftar edəcək.”

 

AbdulMəlik ibn Hişam Əyyub “Siratun Nəbəviyyə” kitabı 1-ci cild 162-ci səhifə (online mənbə)

 

 

Bu rəvayəti nəql edən digər Əhli-sünnə alimləri.

 

 

Əhməd ibn Hənbəl yazır :

 

 

Qeyd: Ravilərin hamısı siqədir (güvənilirdir.)

 

 

Əhməd ibn Hənbəl Əbu Əbdullah “Fəzailus Səhabə” kitabı 80-ci hədis (online mənbə)

 

 

Əhməd ibn ƏbdülVəhab yazır :

 

 

 

  Nuveyrə Şahabuddin Əhməd ibn ƏbdülVəhab “Nəhayətul ərəb fi fununil ədəb” 16-cı cild 162-ci səhifə (online mənbə)

 

 

 

Əbu Cəfər Təbəri yazır :

 

 

 

Təbəri Əhməd  ibn Abdullah ibn Məhəmməd Əbu Cəfər  “Ər-Riyazun nəzrə mənaqibil əşərə” kitabı 2-ci cild 24-cü səhifə (online mənbə)

 

Nə üçün Allahın Rəsulu (s) Ömərin qarşısını alaraq ona mane olmadı? Görəsən, nə üçün qılıncını çəkib Ömərin boynunu vurmadı?

Əhli-sünnə müxtəlif cavablar vermişlər və biz də Əmirəl-mömininin (ə) səbri və o Həzrətin nə üçün qılınca əl atmaması bartədə eyni ilə həmin cavabı bildirəcəyik.

 

 

 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Nə üçün Osman öz zövcəsini müdafiə etmədi? Peyğəmbərin (s) səhabələri Osmanın evinə soxularaq onun zövcəsini döydükləri və barmağını kəsdikləri zaman, nə üçün onu müdafiə etmədi? Sizin bu məsələ barədə cavabınız nədir?

 

İbn Cərir Təbəri yazır :

 

 

وجاء سودان بن حمران ليضربه فانكبت عليه نائلة ابنة الفرافصة واتقت السيف بيدها فتعمدها ونفح أصابعها فأطن أصابع يدها وولت فغمز أوراكها وقال أنها لكبيرة العجيزة وضرب عثمان فقتله.

 

 

“Sovdan ibn Həmran gəlib onu vurmaq istədikdə, Fərafəsənin qızı Nailə (Osmanın arvadı) özünü onun üstünə atdı. Sovdan qılıncını çəkib onun barmağını kəsdi və sonra əlini onun arxasına vurub dedi: “Arxası necə də böyükdür!” Sonra Osmanı vurub öldürdü.” 

 

Təbəri Əbu Cəfər Məhəmməd ibn Cərir “Tarix Təbəri” kitabı 2-ci cild 676-cı səhifə (online mənbə)

 

 

 

 

İbn Əsir yazır :

 

 

 

وجاء سودان ليضربه فأكبت عليه امرأته واتقت السيف بيدها فنفح أصابعها فأطن أصابع يديها وولت فغمز أوراكها وقال أنها لكبيرة العجز وضرب عثمان فقتله.

“Sovdan ibn Həmran gəlib onu vurmaq istədikdə, Osmanın arvadı özünü onun üstünə atdı. Sovdan qılıncını çəkib onun barmağını kəsdi və sonra əlini onun arxasına vurub dedi: “Arxası necə də böyükdür!” Sonra Osmanı vurub öldürdü.” 

 

 

Cəzri İzzəddin ibn Əsir Əbilhəsən Əli ibn Məhəmməd “Əl-Kamil fit-tarix” kitabı 3-cü cild 68-ci səhifə (online mənbə) 

 

 

İbn Kəsir yazır :

 

 

ثم تقدم سودان بن حمران بالسيف فمانعته نائلة فقطع أصابعها فولت فضرب عجيزتها بيده وقال: أنها لكبيرة العجيزة. وضرب عثمان فقتله.

 

 

“Sovdan ibn Həmran gəlib onu vurmaq istədikdə, Nailə özünü qabağa verdi. Sovdan qılıncını çəkib onun barmağını kəsdi və sonra əlini onun arxasına vurub dedi: “Arxası necə də böyükdür!” Sonra Osmanı vurub öldürdü.” 

 

 

Qurəşi Dəməşqi İsmayıl ibn Ömər ibn Kəsir Əbdülfəda “Əl-Bidayə vən nihayə” kitabı 11-ci cild 315,316-cı səhifələr (online mənbə)

 

 

Nə üçün Osman arvadını müdafiə etmədi? Bəyəm o, kişi deyildi və qeyrəti yox idi? Necə oldu ki, o, heç bir reaksiya verməyərək Peyğəmbər (s) səhabələrinin onun namusuna toxunmasına göz yumdu?
 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Ömər öz qadınını nə üçün müdafiə etmədi? Əhli-sünnə Ömərin zövcəsi Ümmü Gülsünmün həzrət Əlinin (ə) qızı olduğuna israr edir. Amma necə olur ki, Müğeyrə onu zinakar bir qadın olan Ümmü Cəmillə müqayisə edib ona oxşadarkən, Ömər heç nə demir və onu müdafiə etmir?

 

 

İbn Xəlkan yazır :

 

 

 

ثم إن أم جميل وافقت عمر بن الخطاب رضي الله عنه بالموسم والمغيرة هناك فقال له عمر أتعرف هذه المرأة يا مغيرة قال نعم هذه أم كلثوم بنت علي فقال له عمر أتتجاهل علي والله ما أظن أبا بكرة كذب عليك وما رأيتك إلا خفت أن أرمى بحجارة من السماء.

 

“Ümmü Cəmil üç nəfərin onun Müğeyrə ilə zina etməsi barədə şəhadət verdiyi və dördüncü şahidin şəhadət verməkdən imtina etməsi ilə şəri həddin ona cari olmasından xilas olduğu kəsdir. O, Əmrlə birlikdə yol gedirdi və Müğeyrə də həmin zaman Məkkədə onunla idi. Əmr Müğeyrəyə deyir: “Sən bu qadını tanıyırsanmı?” O, cavab verir ki, bəli, bu, həzrət Əlinin (ə) qızı Ümmü Gülsümdür. Əmr deyir: “Özünü bilməməzliyi vurursan?” Allaha and olsun, Əbu Bəkrənin sənin barəndə yalan deməsi mümkün deyil. Səni gördüyüm zaman başıma göydən daş yağacağından qorxuram.”

 

 

İbn Xəlkan Əbüləbbas Şəmsəddin Əhməd ibn Məhəmməd ibn Əbu Bəkr “Vəfiyatul əyan və əbnau əbnaiz zəman” kitabı 6-cı cild 366-cı səhifə (online mənbə)

Online mənbə 2

 

 

ƏbülFərəc İsfəhani yazır :

 

 

حدثنا ابن عمار والجوهري قالا حدثنا عمر بن شبة قال حدثنا علي بن محمد عن يحيى بن زكريا عن مجالد عن الشعبي قال كانت أم جميل بنت عمر التي رمي بها المغيرة بن شعبة بالكوفة تختلف إلى المغيرة في حوائجها فيقضيها لها قال ووافقت عمر بالموسم والمغيرة هناك فقال له عمر أتعرف هذه قال نعم هذه أم كلثوم بنت علي فقال له عمر أتتجاهل علي والله ما أظن أبا بكرة كذب عليك وما رأيتك إلا خفت أن أرمى بحجارة من السماء.

Bizə ibn Ömər və Cəvahiri rəvayət etdi və dedi: Bizə Ömər ibn Şəbəh rəvayət etdi və dedi : Bizə Əli ibn Məhəmməd rəvayət etdi və dedi : oda Yəhya ibn Zəkəriyyədən, oda Mucaliddən, oda insanlardan dedi : “Ümmü Cəmil Müğeyrənin onunla zina etməsi barədə ittiham olunan kəsdir. O, Kufədə Müğeyrənin evinə gedərək onun işlərini yerinə yetirirdi. Bu qadın həcc mərasimi zamanında Müğeyrə və Əmrlə birlikdə yola düşdü. Əmr Müğeyrəyə dedi ki, sən bu qadını tanıyırsanmı? Cavab verdi ki, bəli bu, Həzrət Əlinin (ə) qızı Ümmü Gülsümdür. Əmr dedi: “Sən mənim qarşımda özünü bilməməzliyə vurursan? Allaha and olsun, Əbu Bəkrin sənin barəndə yalan deməsi mümkün deyil. Səni gördüyüm zaman başıma göydən daş yağacağından qorxuram.”

 

İsfəhani ƏbulFərəc “Əl-Əğani” 16-cı cild 109-cu səhifə (online mənbə)


 

Müğeyrənin Ümmü Cəmil ilə zina etməsi məşhur bir məsələdir və Ümmü Cəmil öz fahişəliyi ilə tanınır və barmaqla göstərilirdi. Nə üçün Müğeyrə ibn Şöbə  Hz.Əlinin qızını (İmamın qızını fərz etsək) belə bir qadınla müqayisə etdiyində, ikinci xəlifə onu cəzalandırmır? Əhli-sünnə bu mövzu barədə cavab verə bilsə, bizdə onlara tutarlı bir cavab verəcəyik.
Uzun sözün qısası, İslamın qorunması hər bir şeydən üstündür, eyni zamanda, Peyğəmbər (s), həzrət Əli (ə) və Fatimə (ə) özləri üçün deyil, İslam üçün fədakarlıq göstərmişlər. 

Ссылка на комментарий
Поделиться на других сайтах

DİQQƏT !!!

Materialdan istifadə edərkən 313news.net, antiselefi.tk saytına istinad etmək VACİBDİR ƏKS HALDA HALALLIQ VERİLMİR VƏ İSTİNAD EDƏRKƏN BU SÖZLƏRİ (İSTİNADSIZ HARAM OLDUQUNU) YAZMAQDA VACİBDİR!!!

 

http://313news.net/forum

http://hadis.313news.net/

 

http://az.313news.net/

 

http://antiselefi.tk/

 

 


Hazırladı: Antiselefi.tk saytı
Tarix: 03.10.2013

 

 

 

Rəsmi Blogumuz: http://salafizm.wordpress.com/

Изменено пользователем Sadiq Mirzeyev
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...