Перейти к содержимому

Милый друг, я ...


Asuman.

Recommended Posts

Bakı.Elit restoranlardan biri. 2012-ci il. 21 fevral. saat 23:32

 

Mərmər döşəməli ümumi salonda qonaqlar bənövşəyi yumşaq divanlarda, parıltılı qara masaların arxasında əyləşmişdi.Döşəmənin və divarların müəyyən hissələrində bərq vuran mavi buta naxışlarının qara kölgələri cilalı,parlaq boz tavanda əks olunurdu.Tavanın böyük ərazisini tutan büllur çılçıraqlardan salona yayılan gecə işıqları əsrarəngiz abu hava yaradırdı.Restoranın bir başından eşidilən həzin skripka səsi aram dalğalarla salona yayılır, qonaqları məst edirdi.İnsanlar yemək yeyir ,içki içir, söhbət edirdilər.Salonda xeyli insan olmasına baxmayaraq onların səsi zəif musiqi səsini qısmırdı.Bura dincəlmək üçün əla yer idi.

Masaların birində iki dost əyləşmişdi.Onlardan biri siqaret çəkir,başını əlinə dayayıb dostunu dinləyirdi.Digəri əlindən qoymaq istəmədiyi büllur qədəhdən qızılı çalarlı, açıq kəhrəba rəngində olan şərabı qurtumladır ,durmadan danışırdı.Şərabın təsirindən sərxoşlamış , sözləri yarımçıq tələffüz edirdi, sözlərinin sonu boşluqlarda yox olurdu:

- Onun dərisinin rəngi belə başqadı....çəhrayıya çalır...Eləbil göyqurşağı oynaşır bədənində...Necə də toxunmaq istəyirəm bədəninə ... dodaqlarımın odunu söndürmək istəyirəm orada .Hələ saçları…Günəş sarısı…Dalğa dalğa…Mənə elə gəlir onlardan gözəl qoxu gəlir.Üzümü arasında itənəcən saçlarının içinə salmaq istəyirəm.Onu düşünəndə bədənim titrəyir.Özümü tanıya bilmirəm....Dəlicəsinə sevir…

 

-Bəsdir! Bəsdir! Bəsdir! - David çəkdiyi siqareti  külqabının dibinə sıxıb söndürərək bağırdı.Səsi salonun sakitliyini pozdu.Yaxın masalarda əyləşən qonaqlardan bəziləri qanrılıb onlara baxdı.Anarın sözü yarımçıq kəsildi.

 

Bayaqdan bəri içkinin təsirindən sevdiyi qızdan danışan Anar dediklərinin fərqinə yenicə vardı , həddi aşdığına görə utandı, gözlərində  qərq olduğu sevgi dumanı yox oldu.Lakin ən yaxın dostunun sərt münasibətinə təccübünü gizləmədi:

-Qardaş deyəsən sən də çox içdin.Nə oldu sənə?

David bir müddət Anarın gözlərinə fikirli-fikirli baxdı.Sonra sanki ağır bir fikri başından atırmış kimi rahatladı , gərilmiş çiyinləri boşaldı və gözlərini Anarın gözlərindən çəkərək dedi:

  • Erotik notları səsləndirməsən də olar.Bir də ki çox sıxıcı olmusan.Lap şairlər kimi!

David Anara söz deməyə imkan vermədən ayağa qalxdı:

-Mən gedirəm,gəzəcəm biraz

-Deyəsən doğrudan çox sıxıcı olmuşam ha –Anar gülümsəyərk söylədi– …bağışla…

David heç bir söz demədən restorandan çıxdı

 

Bir ay sonra

 

Anar universitetin boş auditoriyalarınının birində divara söykənərək qollarının arasına aldığı sevdiyi qızın saçlarını sığallayırdı.Onlar gözlərini bir-birindən çəkmir,sevginin nəşəsini ləzzətlə içlərinə çəkirdilər.

-Dünən gecə telefona cavab vermədin -Qız dedi

-Hə.Sənə demək yadımdan çıxdı.Davidgildə idim.Roka qulaq asırdıq.Ev az qalırdı qopsun səsdən.-Anar gülümsündü-Ona  görə eşitməmişəm… Səni bir gün onunla tanış edərəm

Qız düşünmədən cavab verdi

-Lazım deyil! Sonra dediyinin fərqinə vardı və dodağını dişlədi

-Niyə?

Qız cavab vermək istəmirdi.Anar onu məcbur edincə söylədi :

-Gözüm su içmir ondan.Bütün günü gözü məndədir.Ondan çəkinirəm.-Qız susub Anara baxdı.Onun baxışlarının davam etməyi təkid etdiyini gördükdə:

-Başa düşmürəm baxışlarını.Ya nifrətdir ya da sevgidən doğan nifrətdir-dedi.

Anarın bir anda baxışları dəyişdi,qaşlarını çatdı.Gözlərini qısaraq dedi:

-Sən nə danışırsan?O mənim uşaqlıq dostumdu.Heç vaxt belə şey etməz!

 

Qız Anarın şübhəli baxışlarından özünə inanmadığı başa düşdü:

-Təbii ki.dünən tanıdığın mənə , dostundan çox inanmazsan - inciyərək Anarın qollarının arasından sivrilib auditoriyadan çıxdı

 

3 gün sonra

 

 Anar Davidin yaşadığı evin qapısını yumruqlayırdı.Qəzəbdən bərəlmiş gözlərindən qan damırdı.Evin xadiməsi hövlank qapını açdı.Anar onu itələyib içəri soxuldu və Davidin otağına girdi.David dərsdən gəlib yuxuya getmişdi.Anar onun yaxasından tutub silkələdi.David ayılar ayılmaz onu çarpayıdan çəkib divara çırpdı:

-Sən nə oğraş adam imişsən.Mən səni özümə qardaş bilmişəm.Səninsə gözün haylanıb fırlanıb məhz mənim sevdiyim qızda dayanıb.Cavab ver əclaf! Mən səni sağ qoymayacam!

-Mən bilmirəm nədən danışırsan -David Anarın qəzəbindən əməllicə qorxmuşdu,səsi titrəyirdi

-Lap yaxşı bilirsən!  O düz deyir ! Sən gözlərini ondan çəkmirsən.Yer ayağımın altından sürüşdü bunu görəndə,başa düşürsən şərəfsiz?

-Heçnə demək istəmirəm… -bu sözləri deyəndə Davidin səsi dəyişdi və sözləri düzgün təlləfüz emək qabilliyyətini itirdi.O ağlayırdı.Özünü toparlamağa çalışsa da bacarmadı və susdu.Onun susmağı Anarı daha da hiddətləndirdi.Hələ də bunun doğru olduğuna inanmaq istəmirdi,hər hansı bir izahat gözləyirdi.Susmağıyla dostu hər şeyi etiraf etmiş olurdu.O bir həmlədə Davidi yerə sərdi və o ki var təpiklədi,bağırtısı,söyüşləri evin tavanını yarıb yuxarılara yayılırdı.David müqavimət göstərmirdi.Döşəmənin üzərindəki qızılı rəngli milli oramentlərlə işlənmiş bəyaz  xalı Davidin burnundan və yarılmış ağzından axan qana bulaşmışdı.Anar hirsi soyuduqdan sonra əyilib onun üzünə yaxınlaşdı.Təngnəfəs halda dedi:

-Sən adda dostum yoxdur daha mənim!

Sonra qalxdı və evi birdəfəlik tərk etdi.

 

2 il sonra.Almaniya.Köln Universiteti. İlıq yaz günlərindən biri…

 

Universitetin həyəti tələbələrlə qaynaşırdı.Buranın mənzərəsi çox ürəkaçıcı idi.Tələbələrin bəziləri binanın daş pilləkənlərində,bəziləri isə yaşıl otun üzərində əyləşmiş ,söhbət edir,kitab oxuyur,bəziləri isə sadəcə ətrafı seyr edirdi.Universitet həyətində tək-tük müşahidə edilən qəhvəyi,söykənəcəksiz skamyalar da boş deyildi.

 

 -O gündən sonra görmədin onu?

-Gördüm əlbəttə.Biz bir universitetdə oxuyurduq.Lakin üz-üzə gəldikdə belə  mənə tərəf baxmırdı

- Çətin günlər idi yəqin...

- Hə.Qatlana bilmədim.Nəfəs almaq da ağır  gəlirdi Azərbaycanda...Bacarmadım...

 

 

David Bakıda Tibb universitetini  bitirməmiş universitetdən çıxmış, təhsilini Almaniyada davam etdirməyi qərara almışdı.

 

  • Amma sənin yanında indi də heç kimi görmürəm-Davidlə danışan Köln universitetində təhsil alan digər bir azərbaycanlı tələbə idi
  • Mənim yanımda heç kim olmayacaq.Heç vaxt…Bilirsən,mən özümdən iyrənirəm.

Davidin qarşısındakı tələbə qaşlarını qaldıraraq təəccübləndiyini göstərdi.David davam elədi.O danışarkən bir ayağını yelləyərək zamşadan olan tünd qırmızı yarımboğaz çəkməsinin ucunu yerə vururdu və hara isə uzaqlara baxırdı:

-Mən xəstəyəm…Sən də xəstəsən…

-Yaxşı görüm.Burada dəhşətli bir şey yoxdur . Sadəcə biz başqalarından fərqlənirik.

- Bəli fərqlənirik.Amma bu fərqi normal qəbul etməməkdə çoxusu haqlıdır.Mən hər cəhətdən bunun üstündə düşünmüşəm.Müsbət mənfini çəkməlidir.Müsbət müsbəti və ya mənfi mənfini dartırsa bu anomaliyadır.Vəhdət ancaq əksliklərdən yaranır

-Özünü xəstə adlandıran birinci geysən,təbrik edirəm, tarixə düşdün…-Davidlə danışan tələbə başını narazılıqla yeləyərək dedi. Aralarında çəkən bir qədər sükutdan sonra o yenidən dilləndi :

-Bir də ki,sən bir nəzəriyyəni hər bir şeyə aid edə bilməzsən!  Sənin deməyindən belə çıxır xeyir şəri sevir?  Nə danışırsan,bu absurddur.

-Sən heç mələk qədər təmiz bir qadının qəddar,zalım bir kişiyə aşiq olmasını görməmisən? Bu nə deməkdir səncə?  Dünya bir tamdır.  Xeyir də var içində şər də.  Düşün,dünyanın hər xırda hissəciyi də özülüyündə tamın bir hissəsidir.Bir maqniti ən kiçik hissəciklərə belə xırdalasan onun yenə də iki qütbü olduğunu görəcəksən.Şimal və cənub…qütbləri bir-birindən ayırmaq olmur.Bizim bədənimiz belə əksliklərdən ibarətdir.  Niyə cüt orqanların hər  biri yalnız sağda və ya yalnız solda yerləşmir? Onlar bədənin əks tərəflərində yerləşirlər.Dünya belə qurulub Ceyhun,kişi qadını sevməlidir.  Mənisə kişilərə dartır.  Bacarmıram özümlə .  Çox çalışmışam.amma qadınlarla mənə maraqsızdır- Davidin danışarkən gözləri doldu.Söhbətini bitirdi.İstəmirdi Ceyhun onun ağladığını görsün.  İçindəki qadınlığı məhv etmək uğrunda uşaqlıqdan çalışırdı.  Amma bacarmırdı.  “Məni sağaldın”  deyə dünyaya haray çəkmək istəyirdi.Lakin onu heç kimin qəbul etməyəcəyi qorxusu əsl mənliyini ortaya qoymağa imkan vermirdi.Və Anar…Anar onun idealı idi.  Gözünün önündə Anarın sevgiyə tutulması onu həm qısqandırır həm də ruhunu alt-üst edirdi.  Anar illərlə çəkən dostluğa rəğmən əsl Davidi tanıya bilməmişdi.  Onun uşaq saflığı Davidi daha çox özünə aşiq etdirirdi…

 

      Davidin son sözlərindən sonra onların hər ikisi üçün universitet həyətini bürüyən uğultu yox olmuşdu, heç biri danışmırdı.Bəlkə də hər ikisi bu dünyaya aid olmadıqlarının verdiyi əzabın sükutuna qərq olmuşdular .

Изменено пользователем Asuman.
Ссылка на комментарий
Поделиться на других сайтах

Давиди Давудла евез един, так больше по-нашему..

 

-Başa düşmürəm baxışlarını.Ya nifrətdir ya da sevgidən doğan nifrətdir-dedi.   бурда тавтологияя йол вермисиз.

 

далее..

Заговори,чтоб я тебя увидел.
-----------------------------------
Я у себя одна.

-  -  -  -  -  -  -  -  -  -  -  -  -  -  

Счастье - это когда ты почти не пересекаешься с идиотом.

(barba non facit philosophum)

~ ~ ~ ~~~~~~~~~ ~ ~ ~

Никто. Никакая. Ничья.

Ссылка на комментарий
Поделиться на других сайтах

Нетрадиционал  bildiyimcə qadınlarla maraqlanmır. ya bəlkə indikilər biseksuallığa daha meyllidir...onlarla bir düyün nöqtəm omayıb. (amma axı özünüz də qeyd etmisiz bu barədə:  Çox çalışmışam.amma qadınlarla mənə maraqsızdır )

onun qıza həris gözlərlə baxması sual doğurur, təbiəti kontekstində.

ya bəlkə bunu dostunu qısqandırıb qızdan aralamaqdan ötrü edirmiş?..belə olarsa, bu, hadisələrin o yönündə ağla gələ biləcək ən gülməli və uğursuz gediş olardı, deyilmi?

nəysə, açarı tapa bilmədim, amma maraqlı idi.

Заговори,чтоб я тебя увидел.
-----------------------------------
Я у себя одна.

-  -  -  -  -  -  -  -  -  -  -  -  -  -  

Счастье - это когда ты почти не пересекаешься с идиотом.

(barba non facit philosophum)

~ ~ ~ ~~~~~~~~~ ~ ~ ~

Никто. Никакая. Ничья.

Ссылка на комментарий
Поделиться на других сайтах

Нетрадиционал  bildiyimcə qadınlarla maraqlanmır. ya bəlkə indikilər biseksuallığa daha meyllidir...onlarla bir düyün nöqtəm omayıb. (amma axı özünüz də qeyd etmisiz bu barədə:  Çox çalışmışam.amma qadınlarla mənə maraqsızdır )

onun qıza həris gözlərlə baxması sual doğurur, təbiəti kontekstində.

ya bəlkə bunu dostunu qısqandırıb qızdan aralamaqdan ötrü edirmiş?..belə olarsa, bu, hadisələrin o yönündə ağla gələ biləcək ən gülməli və uğursuz gediş olardı, deyilmi?

nəysə, açarı tapa bilmədim, amma maraqlı idi.

 Təşəkkür edirəm! Normal olmağa çalışan mavi üçün məncə ilk addım qadınlara yaxınlaşmaqdır.Amma onların çoxu etiraf edirlər ki,qadınlarla ünsiyyət onlara maraqsız olur.

Ссылка на комментарий
Поделиться на других сайтах

 

 

-Başa düşmürəm baxışlarını.Ya nifrətdir ya da sevgidən doğan nifrətdir-dedi.   бурда тавтологияя йол вермисиз.

 

.

"ya da"   "bəlkə də" ilə əvəz olunsa yaxşı olardı.Çox sağolun.

Ссылка на комментарий
Поделиться на других сайтах

"ya da"   "bəlkə də" ilə əvəz olunsa yaxşı olardı.Çox sağolun.

2 нифрет созу джумлени кесерден салыр. бирини евез еде билерсиз башга созле. дело ваше,  я б заменила:

 

ya nifrət, ya inamsızlıqdır.

Заговори,чтоб я тебя увидел.
-----------------------------------
Я у себя одна.

-  -  -  -  -  -  -  -  -  -  -  -  -  -  

Счастье - это когда ты почти не пересекаешься с идиотом.

(barba non facit philosophum)

~ ~ ~ ~~~~~~~~~ ~ ~ ~

Никто. Никакая. Ничья.

Ссылка на комментарий
Поделиться на других сайтах

а я его взгляд расценила не как интересующийся девушкой Анара , а как оценивающий..

когда соперник оценивает своего соперника,завидует ,ненавидит и в то же время преклоняется ,что тот смог отнять у него то что ему дорого..

 

я думаю Давид оценивающе смотрел на нее ..

она почувствовала это ,поняла что там было больше ненависти чем любви или влюбленности.

а Анар все воспринял как все влюбленные - что Давид заинтересовался ею как женщиной..

 

ПС: сам рассказ не понравился..

привлек мое внимание только последний абзац ....

 

Dünya bir tamdır.  Xeyir də var içində şər də.  Düşün,dünyanın hər xırda hissəciyi də özülüyündə tamın bir hissəsidir.Bir maqniti ən kiçik hissəciklərə belə xırdalasan onun yenə də iki qütbü olduğunu görəcəksən.Şimal və cənub…qütbləri bir-birindən ayırmaq olmur.Bizim bədənimiz belə əksliklərdən ibarətdir.  Niyə cüt orqanların hər  biri yalnız sağda və ya yalnız solda yerləşmir? Onlar bədənin əks tərəflərində yerləşirlər.Dünya belə qurulub Ceyhun,kişi qadını sevməlidir.  Mənisə kişilərə dartır.  Bacarmıram özümlə .

 

 

но и там увидела конфликт автора с самим собой .. 

Когда вся грязь народного суда

моей душе и сердцу докучала

я посылал всех с гордостью туда

где наша жизнь взяла свое начало.. 

/Есенин/

 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

а я его взгляд расценила не как интересующийся девушкой Анара , а как оценивающий..

когда соперник оценивает своего соперника,завидует ,ненавидит и в то же время преклоняется ,что тот смог отнять у него то что ему дорого..

 

я думаю Давид оценивающе смотрел на нее ..

она почувствовала это ,поняла что там было больше ненависти чем любви или влюбленности.

а Анар все воспринял как все влюбленные - что Давид заинтересовался ею как женщиной..

 

 

 

Edanın bu barədə sual verdiyinə fikir verməmişdim))) Əlbəttə,siz anladığınız kimidir.Mən axı heç bir yerdə onun həris baxışlarla baxdığını yazmamışam.Zatən bu mümkün ola bilməzdi. Ümumyətcə yazdıqlarıma sonradan izah vermək mənə 5 kərpici çiynimə qoyub ayaqyalın daşlı kəsəkli çayı keçmək qədər əziyyətlidir)))) 

Изменено пользователем Asuman.
Ссылка на комментарий
Поделиться на других сайтах

мне понравилось начало, вчитывалась в выражения, описание интерьера и т.п....))

и такой облом в конце .....

КиноКлуб Bakililar.az

ryB2E.jpg

Да, патамуштамыбанда!

Ссылка на комментарий
Поделиться на других сайтах

Сюжет какой то хилый....

язык неплохой.....можно еще постараться....

Кесарю-кесарево.Богу -богово,а миру-мир!

Ссылка на комментарий
Поделиться на других сайтах

Ümumyətcə yazdıqlarıma sonradan izah vermək mənə 5 kərpici çiynimə qoyub ayaqyalın daşlı kəsəkli çayı keçmək qədər əziyyətlidir)))) 

она гёря суалым олса да суалы озюмдя сахладым ,богдум )

Когда вся грязь народного суда

моей душе и сердцу докучала

я посылал всех с гордостью туда

где наша жизнь взяла свое начало.. 

/Есенин/

 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Хочу об авторе 2 слова сказать.

 

Хоть и удается  ему мрак описывать, и делает это с удовольствием., мрак у него/нее  сдобрен лирикой. Но. как и многие молодые, любит плавный ритм и хеппи енд.  Это про первый его рассказ.

А тут он закончил всё как то по-жизненному.реалистически. т.е. неопределенно. Одобряю., именно из-за концовки. Но.тоже плавно., без сюрпризов и эксцессов., что является уже вопросом стиля.

Заговори,чтоб я тебя увидел.
-----------------------------------
Я у себя одна.

-  -  -  -  -  -  -  -  -  -  -  -  -  -  

Счастье - это когда ты почти не пересекаешься с идиотом.

(barba non facit philosophum)

~ ~ ~ ~~~~~~~~~ ~ ~ ~

Никто. Никакая. Ничья.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...