Перейти к содержимому

не трогайте мою мечту


Asuman.

Recommended Posts

Mən...Mən hər şeyi olan və heçnəyi olmayan biri.Mən,pulun,dostların,qızların,gecə həyatının xoşbəxt edə bilmədiyi biri...Mən..........Zəngin ailənin yeganə oğlu...Evə gəlib-gedənlərin pıçıltıyla “o uşaq tam deyil” dediyi biri...

 

Piano...Balaca barmaqlarım iri piano dillərini yalayarkən xoşbəxtliyi udum udum içinə ötürən biri...

Hər bazar günü evimizdə ziyafət olurdu.Heç bir səbəbsiz.Hər bazar eyni şey təkrarlanırdı.Qonaqlar gəlirdi.O qonaqlar ki,onların bizim evə niyə dəvət olunduqlarını anlaya bilmirdim.Onların üzündəki suni gülüşü valideynlərim necə fərq etmirdi?! Gözləriylə evimizin hər bucağını analiz edən baxışlarına necə görə bilmirdilər?! Ərlərinin yanında belə atama cilvə ilə baxan qadınları anam sezmirdi mi?! Bizim iri qonaq otağımız aşağıda-mənim otağım olan mərtəbədə idi.Mən onların səsini eşitməmək üçün otağıma qapanır,var gücümlə cılız barmaqlarımı piano dilərinə sıxırdım.Ətrafa səpələnən gur musiqi şənliyi alt-üst edirdi.Atamın qapını yumruqlamasından ,qəzəbindən də çəkinmədən davam edən bir...  O əsəbləşəndə anama tez-tez  “sən bir xəstə doğmusan”-deyirdi...Sonra qalın sarı saçlarının içindən alnına sızan təri silib ,əlini yelləyib gedirdi.Onlar sonralar qonaqları ikinci mərtəbədə yerləşdirirdilər...Və beləcə mənim pianomun səsindən qurtulurdular.Beləcə illər keçdi...

 

Amma bir gün də düşünmədilər ki,heç gülməyən bu balacanın daxilində...lap dərində ,balaca ,çox balaca ,heç görünməyən qara nöqtə var...Onun bütün hisslərini udan qara nöqtə...Onlar heç düşünmədilər ki,bir insanın bütün arzularını yerinə yetirərkən onu bədbəxt etmək olar.Hələ balaca ikən yoldaşlarımın aylarla istəkdən sonra  onlara alınan xırdaca bir çin oyuncağına sevindiklərini gördükdə içimi həsəd burulğanı dağıdırdı.Mənim oyuncaqlarım onlarınkından dəfələrlə çox idi.Lakin onların heç biri diqqətimi bir gündən artıq çəkə bilmirdi.Və beləcə böyüyənədək valideynlərim mənim hər istəyimi saatlar içində reallaşdırdıqca ,içimdə çox kiçik qara nöqtənin olduğunu fərq etdim.Hər reallaşan arzuyla onun dartı qüvvəsi daha da artırdı.Mən sevinə bilmirdim,mən gülə bilmirdim.Yeniyetmə və gənclik illərində yanımdan ayrılmayan qızlara isə daha çox nifrət edirim.Onların hər birini qürursuz hesab edirdim.Onlar küçədəki toz qədər əlçatan idilər.İstəyirdim hər hansı biri mənə yaxın durmasın.Mənə fikir verməsin.Kifir belə olsa o qız mənə hansısa emosiyalar yaşada bilərdi...

 

Sadəcə musiqi.O məni xoşbəxt edirdi.Çünki mən musiqi sahəsində zəif idim.Atam musiqi ilə məşğul olmağımın əleyhinə olduğu üçün,yalnız musiqi məktəbində öyrəndiklərimlə kifayətlənməli olurdum.Məktəbdəki fənlərin hər biri üzrə özəl müəllimlərlə məşğul olurdum.Musiqi ilə isə tək idim.Kimsə bu işə qarışmırdı.Piano dillərini barmaqlarıma tabe etməkdə əziyyət çəkirdim.Buna görə də musiqini sevirdim,hər şeydən çox.Onu fəth etmək ləzzətli idi...

 

İllərlə daxilimin ənginliklərində keçirdiyim səyahətdən sonra anladım ki,insanlar həyatda nə edirsə emosiyalar yaşamaq üçün edir...yalnız emosiya...Bu qədər sadə...Lakin kimsə bundan danışmır ...Hər əməl bir örpəyə bürünüb.

 

Məhz bu tələbatımı ödəmək üçün hər gün evdən çıxır,sadə insanların arasında dolaşır, onların dalınca düşür,evlərinin içinə qədər getmək istəyirdim. Bəzən işdən ,dərsdən evə tələsən qadınlar mənim dallarınca düşdüyümü fərq edirdilər.Onların qorxduğunu sürətlənən addımlarından,əllərini telefona atıb qardaşlarına,ərlərinə edilən zənglərdən və mənim eşitməyim üçün qaldırdıqları səs tonundan hiss edirdim.Kişilər isə çox zaman məni fərq etmirdilər.Və qeybdən çıxan bir insanın,çox vaxt da “qonşunun” onların evlərinə girməsi çətin olmurdu.Bu həyatda musiqidən savayı mənim zövq aldığım yeganə məşğuliyyət bu idi.Yad insanların evlərinə girmək.Hər gecə küçələri dolaşarkən evlərin dəbdəbəli və ya çox sadə çılçıraqlarından sızan işıqlara saatlarla tamaşa edir,həmin evlərin içində olanları təsəvvür etməyə çalışırdım.Bəlkə də hansısa otaqda hansısa balaca sabahkı dərsin həyəcanını yaşayır və ya hansısa otaqda qadın məşuquyla sevişir və ya övladlarının atıb getdiyi tək qadın televizorla baş-başadır və heç onu dinləmir.Ekrandakı görüntüləri göz yaşları izləyir...Və beləcə mənim təsəvvürlərim yad evlərin içində sırtıqcasına dolaşırdı.Bəlkə də mən bu evləri təsəvvürlərimlə çirkinləşdirir və ya bakirlik qatırdım.Mən indi də izah edə bilmirəm,mən heç kimə izah edə bilmirəm,əsaslı səbəb tapa bilmirəm bu məşğuliyyətə...

 

 Bir gün də beynimdə yenə piano ...bu dəfə həzin...Bethoven barmaqlarını piano dillərinə sürtür...Mənim üçün sadəcə musiqi..Ətraf lal olub...Və qarşımda evlərinə tələsən ana oğul...Uşaq başını qaldırıb anasına baxır və durmadan nəsə danışır.Mənə elə gəlir beynimdə var gəl edən musiqi onun dilindən çıxır.Mən özümdən ixtiyarsız onlara həddən artıq yaxınlaşıram.Və ayağım ananın ayağına ilişmiş olur.O diksinib mənə baxır.Mən bir söz demirəm.O oğlunun əlindən yapışıb sürətli addımlarla məndən uzaqlaşır.Onlar uzaqlaşdıqca musiqinin də səsi batmağa başlayır.Gözlərimin içinin qaynarlaşdığını hiss edirəm. Mən demək olar ki qaçaraq onlara yaxınlaşıram.Ana mənə tərəf çevirlənib...gözlərinin bərəldiyini dodağının əsdiyi görürəm.O nə isə soruşur.Mən eşitmirəm .Sonra balacaya baxıram.O gözlərini ətrafda gəzdirir.Mənə baxmaq istəyir.Lakin gözləri məni nişan ala bilmir.Qeyri-müəyyənliyə baxdığını görürəm.O ağzını açıb nəsə soruşur,musiqi gurlaşır.Sonra əlini uzadıb mənə toxunmaq istəyir.Əli əlimə yapışır.Əlimi balaca barmaqları ilə nəzərdən keçirir.Onun əllərinin soyuqluğu qaynar əllərimə cərəyan kimi təsir edir.Bu an sanki ayılıram.Yanımızdakı yoldan şütüyən maşınların,ətrafdakı insanların səsini eşidirəm.Sən demə palçıqlı gölməçənin içində durmuşam.Əlləri əlimdə olan balaca isə gölməçədən bir millimetr kənarda durub və ayaqqabılarını batırmayıb.Mənsə şalvarımın ətəklərinə kimi palçığa bulanmışam.İxtiyarımı qeyb etdiyimə təccəblünərəm.Bütün bunlar bir neçə saniyə içində baş verdi.Palçığa baxdıqdan sonra balacanın yaşıl gözlərinə baxmaq ürəyimə sərin su səpələdi. Uşağın gözləri üstümdəydi,amma durmadan obyektini itiridi.

-Balaca , sən görmürsən? Bu sual bəlkə də çox kobud səsləndi.Amma mənim təəccübümə rəğmən onun təccüblənməsinə səbəb oldu

-Görürəm.İcazə versəniz sizi də görərəm-O əllərimi aşağı dartdı,oturmağımı,boyumuzun bərabərləşməyini istədi.Mən ayaqlarımı yığıb aşağı əyildim.O xırda,zərif əllərini üzümdə gəzdirdi.Saçlarımı,gözlərimi ,ağzımı ,burnumu barmaqlarının ucuyla nəzərdən keçirdi

-Aha .Deməli sən belə görürsən?Onun əlləri dodaqlarımın üstündə idi.Mənim içimdən həmin an bu balaca əlləri öpmək gəldi.Və onları dodaqlarıma sıxıb öpdüm.

- Siz də belə görürsünüz.Anam da belə görür...O əlini üzümdən çəkib anasının əlindən yapışdı.Bəlkə də anası onun əlini dartdı.Mən fərq etmədim.Elə bu an ayağa qalxıb anası ilə göz-gözə gəldim.O şübhə ilə mənə baxırdı

-O niyə elə fikirləşir ki,hamı belə görür? -Mən bu sualdan özümü saxlaya bilmədim.

- Mən bilirəm sizi Natiq göndərib.Ona deyin ki,mən pulu çatdıracam.Uşağımdan kənar durun.Allahınız olsun!-O danışa-danışa ağlayırdı.Göz yaşlarını boğmaq istəməsi onu daha da yazıq göstərdi.Əlbəttə ki,mən bilmirdim o kimdən danışır.Mən onun dediklərini inkar etmək istəyirdim ki,o yenidən

-Qaytaracam,Vallah qaytaracam –dedi və çevirlənib oğluyla birgə sürətlə məndən uzaqlaşdı.Balacanın ayaqları dolaşırdı.Mən istədim onlara yaxınlaşım.Lakin fikrimdən daşındım.Bu bir neçə dəqiqəni unutmağa çalışdımsa da,fərq etdim ki,qeyri-ixtiyari olaraq onlar fikrimdən çıxmır.Və heç keçirmədiyim hisslər sardı ruhumu.Görməyin nə olduğunu bilməyən bir insan idimi mənimlə bayaq danışan.Ehtiyac içində çırpınan iki mələk idimi onlar?!Yoxsa heç onlar olmayıb,bu mənim təsəvvürümün oyunlarıdı...Mən evə getdimsə də, saatlarla musiqi ifa etdimsə də,dostlarımla səhərə qədər içdimsə də o balacanı,o ananı unuda bilmədim.Onlarda necə bir doğmalıq var idi...

 

Və səhəri gün mən onları yenidən görəcəyim ümidi ilə həmin yerə getdim.Saatlarla orada dolaşdım,lakin onlar görünmədilər.Sabahı gün yenə...sonra yenə..sonra yenə.Düz bir həftə sonra - bazar günü onları tapdım. Daha doğrusu ananı,o tək idi.Məni görüb dayandı.

-Mən hər gün burda sizi axtarmışam.Dediyiniz Natiqi tanımıram.Mən elə belə...

-Bilirəm –o dedi -Bəs nə lazımdı sizə?İnanmıram ki,mən sizin xoşunuza gəlim.Mənim nə qəşəngliyim nə də baxımlılığım var.

Mən cavab tapa bilmirdim.Susmağımla şübhə yaratmış olurdum.Sonucda cümlələri qıra -qıra:

-Məni gözəllik maraqlandırmır-dedim

O istehza ilə gülümsündü.

Mən həmin an qurub-quraşdırdım.

 -...Mən müəlliməm.Musiqi müəllimi.Kor uşağa musiqi öyrədə bilsəydim,nə isə etmiş olardım həyatda

-Siz məni ələ salırsınız?Mənim üst başımdan,cırıq çəkmələrimdən görünmür ki,mənim müəllimə verəcək pulum yoxdur.Həm də mənim oğlum çox balacadır.Onun cəmi 6 yaşı var.Yazmağı belə bacarmır...

-Mən öyrədərəm.Hər şeyi ona öyrədərəm.Pul lazım deyil.

-Niyə bunu eliyəsiz ki? Əgər məndən “nə isə” gözləyirsinizsə,çox yanılırsız...

-Dedim axı siz məni maraqlandırmırsınız...e ...yəni mənim arzum olub kor insanı həyata qaytarmaq,ona rəngləri göstərmək,həyatı dadırmaq.İndi isə açılmamış qızılgül təki bir uşağı yetişdirə bilərəm.İcazə verin ,xahiş edirəm!

- O kor olduğunu bilmir

- Mən anladım.O elə bilir ,hər kəs belədi,hə?

-Hə...

-Yəni .....Bunu təsəvvür etmək belə çətindi

-Vaxtı gələndə öyrənər.Atasını itirənə qədər balaca idi,zatən anlaya bilməzdi korluğu.Sonra isə mənim ona yazığım gəldi,ata həsrətinin üzərinə görmək həsrəti qatılsa ,düşündüm,uşağım darmadağın olar...

-Əvvəl-axır biləcək.Gizlətməklə haqsızlıq edirsiniz

- Mənə qulaq asın,siz pis insana bənzəmirsiz.Gələ bilərsiniz bizə.O da məndən savayı kiminləsə ünsiyyətdə ola bilər.Amma bir şərtim var.Ona heç vaxt heç bir halda kor olduğunu deməyəcəksiz.Heç vaxt! Sadəcə bu şərtlə evimizə girə bilərsiz.

- Narahat olmayın.Mən ona bu barədə heç nə demərəm...Yəqin evə gedirsiniz?

O heç nə demədi və yoluna davam etdi.Mən də bunu evlərinin yeri ilə tanış olmaq üçün razılıq kimi qəbul etdim.Və biz həyət evlərindən birinə yaxınlaşdıq.Ev mənim gözləntimin əksinə kiçik ev deyildi.Kifayət qədər ərazini tuturdu.İçinə girdikdə isə kasıblıq öz üzünü göstərdi.Evdən rütubət qoxusu gəlirdi.Bütün əşyalar nimdaş idi.Evdəki köhnə divanın yayları çıxmışdı ,divanın şəkil qoymaq üçün olan gözlüyündə Stalinin şəkli dururdu.Bu məni güldürdü.Hələ də onun şəklinin mövcud olduğu evlər varmış.Ola bilsin o orda illərlə dururdu və kimsə onu götürmək istəmirdi.Nə dəyişəcəkdi ki.Bu evdə 90lar hökm sürürdü...

Balacanı evdə görmədim

- O hardadı?

-Qonşuda.Gözləyin onu gətirim.Heç bilmirəm sizin gəlişinizə sevinəcək ya yox

 

Mən onlar gələnə kimi evi nəzərdən keçirirdim.Buradan nimdaşlıq tökülsə də mənim marağıma səbəb olmuşdu.bir neçə dəqiqədən onlar gəldilər.Mən divanın oturmaq mümkün olan hissəsində oturdum.Anası da balacanı gətirib yanımda otuzdurdu

-Sənin müəllimin olacaq oğlum.Salam ver

-O əlini mənə uzatdı.Yenə də qeyri müəyyənliyə baxırdı.Mən də əlimi uzadıb onun əlini sıxdım və gülümsündüm.İstəyirdim o bunu görsün.Görə bilməzdi...O yenə əlimi nəzərdən keçirdi.Və heyranlıqla qışqırdı

-Mən sizi görmüşdüm.Sabah görmüşdüm.

Anası müdaxilə etdi

-Oğlum sabah yox,dünən.Sabah hələ gəlməyib-O gülürdü.Mənə baxıb dedi:

-Həmişə qarışdırır

-Hə dünən

-Dünənlərin birində...Düzdür biz görüşmüşük.Mən sənə musiqi öyrədəcəm.Tanış olaq? Adın nədir?

-Vakif...O belə də dedi .Vakif... Xırıltılı səsi adına daha da şirin ahəng qatdı

-Mənim də adım Ağa...

Anası:

-Ağa müəllim deməlisən ,oğlum

-Qoy elə Ağa desin....müəllimsiz

-Aga...Vaqif dedi və gülümsündü.Və adımı dəfələrlə təkrarladı.

Beləcə rəngin nə olduğunu bilməyən balaca həyatıma göyqurşağı çəkirdi.Mən hər həftəsonu onlara tələsirdim.Həftənin qalan günləri anası bilmədiyim bir evdə  xadiməlik edirdi.Vaqifi də özü ilə aparırdı.Mən bütün həftəni Vaqifin ifa edə biləcəyi uşaq mahnıları tapır,həftə sonları isə onun üçün aldığım pianoda ifa etməyi öyrədirdim.Təccübümə rəğmən onun elə güclü hissiyatı və yaddaşı vardı ki,piano dillərinin səsini günlər ərzində əzbərlədi.Dinləyərək çala bilirdi.Və mən ona notları öyrətdiyimdə təccüblənirdi.Mən isə daha da mükəmməl ifa etmək üçün notları öyrənməyin vacib olduğunu ona başa salırdım.Halbuki özüm də buna inanmırdım.Sənəti istedadlar yaratmadı mı? Digərləri isə,istedadı olmayanlar sənəti öyrənməyə məcburdur.Vaqif isə istedadlılardan idi.

 

Onlarda olduğum günlərdən birində o,günorta yuxusundan doymurdu.Anası nə qədər çalışdısa da onu oyada bilmədi.Hətta hər zaman mənim kimi həftəsonlarını səbirsizliklə gözləyən balacanı mənim gəlişim də oyatmadı.Mən piano arxasında oturub Mozartın Türk Marşı əsərini ifa edirdim.Barmaqlarım dillərin üzərində qaçışırdı.Musiqinin daxilinə varıb Vaqifin anası Gülzarın mənə nə vaxt yaxınlaşmasını hiss etməmişəm.Bir anda onun əllərinin boynuma sarıldığını hiss etdim.İfa etməyi davam edirdim.O dodaqlarını qulağıma yaxınlaşdırıb

-Çox şən mahnıdı.Sən musiqinlə evimizə rəng gətirdin...Mən boynumu yana çəkdim,əlimi saxladım.Gülzarı heç vaxt bir qadın kimi nəzərdən keçirməmişdim.Onun bu dərəcədə yaxınlaşması məni təlatümləndirirdi.Bu arada Vaqifin çarpayısından qalxıb yüyürərək gəldiyini eşitdik.Gülzar əllərini boynumdan çəkdi.Vaqif qaçarkən mənim , olduğu yerdən kənara çəkib üstünə notlar olan vərəqələri qoyduğum stula ilişdi.Yalın ayağı möhkəm dəydi.O ayağını əliylə tutaraq ufuldaya-ufuldaya tək ayaqla mənə yaxınlaşdı

-Ağa yenə çal o mahnını...bayaqkını

Mən yenidən ifa edirdim.Və gözümü ondan çəkmirdim.O,necə də sevinirdi.Necə də gülümsəyirdi.

-Mən bitirdikdən sonra əlimdən yapışdı.

-Mənə də öyrət Aga

-Bu sənin üçün çətin olacaq.Vaxtı gələndə öyrədərəm balaca.-mən dedim

O ,deyəsən məndən incidi.Mən qalxdım.Qalxdığım kimi piano arxasında oturdu.Anası çay içməyi təklif etdi.Mətbəxə keçdim.Elə bu an piano səsləndi.Elə səsləndi ki,çayı ağzıma apara bilmədim.İnanmadım Vaqifin çaldığına.Əsəri bir dəfə eşitməklə elə dəqiq çalırdı ki.Anası hönkürtü ilə ağladı.O ağlaya ağlaya başını sinəmə qoydu.

-Mən heç vaxt bilməyəcəkdim onun istedadı var.Nə yaxşı ki,Siz girdiz həyatımıza

-İstedad gizlənə bilməz.Mən olmasaydım belə nə vaxtsa o bu işlə məşğul olacaqdı-Mən onun başını sinəmdən ayırdım və otağa tələsdim.Vaqif yarımçıq bitirdi

-Ardını da öyrət Ağa ,mən bacarıram.Bura kimi yadımda qaldı...

 

Biz həmin günün sonuna kimi Mozartı ifa elədik.Vaqif çox xoşbəxt idi.Növbəti həftələrin birində isə o barmaqlarını pianodan ayırıb dedi

-Sən mənim atam olmaq istəyirsən?

Mən sualdan diksindim.Elə bizi müşahidə edən anası da

-Vaqif o nə sualdı?!- sərt səslə soruşdu

-Sabah.. dünən Ağa bizə gələndə Sədifə xala gülə gülə dedi ki,Vaqif ,təzə papan gəldi,qaç evə.Ağa ,mən istəmirəm sən mənim atam olasan.Mənim öz atam var.O göydə yaşasa da həmişə mənim atam olacaq.

Onun sözlərinin mənə toxunduğunu gizlədə bilmərəm.Mənim həqiqətən də onun atası olmaq fikrim yox idi.Lakin onun mənə ata qədər bağlandığını sanmışdım.Və bu hissələr mənə həzz verirdi.Sən demə o,heç vaxt mənə atası kimi baxmayıb.Bunu hiss etdirməmək üçün gülərək və əlimlə onun saçlarını qarışdıraraq dedim

- Vaqif,mən sənin dostunam.Bunu yadda saxla,dostun! Bundan sonra da mən və anandan başqa heç kimin sözünə fikir vermə.

Vaqif heçnə demədi və ifasına davam etdi.Anası mətbəxdə qonşularından gileyləndi,hamının mənim onun məşuqu olduğumu düşündüyünü söylədi. Gecə düşmüşdü Vaqif yatdı,mən isə dostlarımın yanına restorana getmək istəyirdim.Sağollaşıb çıxdıqda Gülzar əlimdən yapışdı və əlimi qoxlaya qoxlaya öpməyə başladı.Mən bilmirdim bu narahat vəziyyətdən necə qurtulum.Onun xətrinə də dəymək  istəmirdim ,onunla yaxınlıq da etmək istəmirdim.Bunu heç istəmirdim.Onun gözləri alışıb yanırdı,üzü pörtmüşdü.Məni özünə tərəf dartırdı

-Gülzar,bağışla,bacarmıram.....

Nə dərəcədə kobudluq idi,bilmədim,amma mən əlimi onun əlindən çəkib evdən çıxdım.Əgər mən Gülzarla yaxınlıq etmiş olsaydım bir də Vaqifin üzünə baxa bilməyəcəkdim.Axı o qadını sevmirdim,heç ondan xoşlanmırdım da.Nəticədə onu istifadə etmiş olacaqdım.Vaqifə bunu edə bilməzdim.O uşaq mənim mələyim idi,onu kirləndirə bilməzdim.

Son hadisə məni çox təəsüfləndirdi.Günah məndə deyildi.Mən Gülzarın mənə yaxınlaşmağına zəmin yaratmamışdım.Və o hadisədən sonra həftə həftə dalınca ötürdü,mənsə onlara gedə bilmirdim.Vaqif üçün çox darıxırdım.Onunla söhbətlərimiz,dərslərimiz üçün....Amma ayağımı evlərinə basa bilmirdim.

Mən getmədim ...Üç ay oldu.Həyat yenə monotonlaşdı.Rənglər yenə solurdu.Məni ən çox təssüfləndirən Vaqiflə sağollaşa bilməməyim oldu.Bir də ki...özümə söz vermişdim günlərin birində ona günəş haqqında,göy qurşağı haqqında,rənglər haqqında danışacam.Onun zülmətini siləcəm gözlərindən.Onu da bacarmadım.Gülzarı isə qınayırdım.Getdikcə,Vaqif üçün darıxdığım qədərincə Gülzara da nifrətim yaranırdı.

 

Atamın ofisində işləməyə başlamışdım.Bir gün işdən qayıdanda parkda keçmiş dostumla rastlaşdım.Söhbət etməyə başladıq.Söhbətimizi təcili yardım maşınının signalı kəsdi.Parkın qarşısındakı yolda sıx tıxac var idi.Sürücülərdən heç biri maşınını çəkməyə tələsmirdi.Təcili yardım sürücüsü isə bağırırdı.Yolu açmaqları üçün bağırırdı.Ağır xəstələrinin olduğunu söyləyirdi.Nəhayət maşınlardan bir neçəsi aralandı.Sürücülərdən biri maşından çıxıb digərlərini insanlığa səsləyirdi.Axır ki,yol açıldı və təcili yardım maşını şütüyüb getdi.

Mən dostumla vidalaşıb evə getməyə hazırlaşdım.Yenə Vaqifi ilk gördüyüm yerdən keçirdim.Qarşıda çoxlu insanın yığıldığı marağımı çəkdiyi üçün yaxınlaşıb kütləni araladım ,yer qan gölməçəsinə dönmüşdü.Bir it ölüsü var idi yerdə.İnsanlar əlləriylə açılmış ağızlarını bağlayıb vahimə içində izləyirdilər.Bir itə görə insanların belə təəssüflənməsinə təccübləndim.

-Niyə ölüb bu it? Onlardan birindən soruşdum

-  Bir uşağı parçaladı elə burda.Uşağı güclə qurtardıq.Nə qədər döydüksə iti ,o da öldü

Eşitdiyimə çox pis oldum.Vaqif gözümün qabağına gəldi.Bütün uşaqlarda onu görürdüm

-Uşaq necə idi?

-Necə olacaq,parça –parça oldu zavallı

Ürəyimdən sual keçdi,soruşmaq istədim kor idimi uşaq? Soruşmadım .Bəlkə hə deyəcəkdi.Hə desə nə olacaqdı...Mən həmin an keçinərdim,ruhən keçinərdim.Nə edəcəyimi bilmədim.Bu Vaqif ola bilməzdi.Onun nə işi ola bilərdi tək burada.Anası onun əlini buraxmaz.Özümü sakitləşdirməyə çalışdımsa da ürəyim sürətlə vurmaqda davam edirdi,başım dumanlanırdı.Mən gedib görmək qərarına gəldim,evə yox,xəstəxanaya.Yolda da zamanım olacaqdı.Əgər o uşaq Vaqifdisə yaşamağa bir az zamanım qalacaqdı.Taksilərdən birini saxlayıb xəstəxanaya sürdürdüm.Maraqlanıb lazımi şöbəni tapdım.Ayaqlarımı boş atırdım,sanki onlarla kilometr yol qaçmışam və ayaqlarım haldan düşüb.Qalstukumu tamamilə boşaltdım,bədənimi tər yuyurdu.

 

Bildiyimə görə uşağı əməliyyata götürmüşdülər.Dəhlizdə Gülzarı axtardım.Hər gördüyümün o,olmaması qanadlarımı qaldırırdı.Tam əmin olmaq üçün yuxarı mərtəbəyə qalxdım.Dəhlizləri dolaşarkən orada oturan Gülzarı gördükdə dünya başıma hərləndi.Yıxılmamaq üçün divara söykəndim,nəfəsim kəsilirdi.Gülzarı çağırmağa belə gücüm qalmamışdı.Mənim Vaqifim hansısa küçə itinin dişlərinə mi qurban getmişdi?!Nəyə görəsə özümü günahlandırırdım.Onun yanında olsaydım ,bəlkə belə olmazdı.Bu fikirlər başımda dolaşarkən ayaqlarım tam boşaldı və sürüşdü,yerə yıxıldım və güman ki huşumu itirdim.

Naşatır spirtinin ürpədici qoxusuna ayılmağa başladım.İçimdən kaş bunlar hamı yuxu olardı arzusu keçirdi.Ağzımda barmaqların gəzişdiyini hiss etdim,sonra üzümdə ,saçlarımda,sonra isə xırda yaş dodaqlar yanağımı öpdü.Bu Vaqifin əlləri idi.Sonra onun səsi gəldi.O gülə gülə danışırdı

-Elə bildim ölmüsən Ağa.-O sevincindən gülürdü.

Mən qalxıb oturdum.Ətrafı nəzərdən keçirdim.Gülzarın yaşarmış gözləriylə tənləşdi gözlərim.Nə olub sənə?

Mən kəkələyə kəkələyə

-Bəs it? Va..qif?

Gülzar başını yelləyirdi.Biz Vaqifin gözlərini göstərmək üçün həkimə gəlmişik.O artıq hər şeyi bilir.Sənin arzunu həyata keçirdim,Ağa.Ona rənglər,günəş,ulduzlar barədə danışdım...

Ссылка на комментарий
Поделиться на других сайтах

Sözsüz ki, istedadınız var. Yazmağa davam edin, Asuman.

 

Öyrədmək olmasın, nöqtədən sonra aralıq versəz, daha rahat olar oxumaq.

Əziz Bakılılar və şəhərimizin qonaqları, ...

AZE.az - AZEрбайджанские новости

Мой блог

Ссылка на комментарий
Поделиться на других сайтах

как и в прошлый раз - пронизывающе.В этот раз гораздо сильнее были эмоции

 

anladım ki,insanlar həyatda nə edirsə emosiyalar yaşamaq üçün edir...yalnız emosiya...Bu qədər sadə...Lakin kimsə bundan danışmır .

 

очень интересный вывод..

хотелось бы послушать более развернутую форму этой мысли..

Когда вся грязь народного суда

моей душе и сердцу докучала

я посылал всех с гордостью туда

где наша жизнь взяла свое начало.. 

/Есенин/

 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Sözsüz ki, istedadınız var. Yazmağa davam edin, Asuman.

 

Öyrədmək olmasın, nöqtədən sonra aralıq versəz, daha rahat olar oxumaq.

 Təşəkkür edirəm. .

 

Ok. Nəzərə aldım ) 

Ссылка на комментарий
Поделиться на других сайтах

как и в прошлый раз - пронизывающе.В этот раз гораздо сильнее были эмоции

 

очень интересный вывод..

хотелось бы послушать более развернутую форму этой мысли..

 Çox sağ olun. Düzdür , mən çox danışan insan deyiləm, ona görə susmaq vecsizlik görünə bilər bəlkə amma bilin ki, hər dəfə şərh yazmağınız çox məmnun və motivə edir məni. Həm də bütün rəy bildirənlərə aiddir bu sözlər, tərif və tənqiddən asılı olmayaraq.

 

Danışmağa ehtiyac yoxdur o barədə. Siz fikir versəniz  hər işin kökündə  insanların emosiya ehtiyacını tapacaqsınız. Bəlkə də yox)) Mənim gördüyüm budur..

Ссылка на комментарий
Поделиться на других сайтах

 

Çox maraqlı tarix

Изменено пользователем Maestro

Мамой, клянусь!

Рапик ,ни в чем не виноват!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...