Перейти к содержимому

Elvin Ali - блог

  • запись
    21
  • комментария
    33
  • просмотра
    45514

Laproskopik öd daşı əməliyyatı


Elvin Ali

4913 просмотра

blog-0061058001368611173.jpgLaparoskopik xolesistektomiya

Elaqe ucun Dr Elvin Ali 055 692 86 49

Laparoskopik xolesistektomiya Laparoskopik xolesistektomiya əməliyyatı ümumi narkoz altında aparılır, yəni xəstə yatır və heç bir ağrı hiss etmir. Qarın divarında 5-10 mm uzunluğunda 4 kəsik aparılır. Bu kəsiklərdən qarın boşluğuna troakarlar daxil olur. Troakarlar boruya bənzəyir və onların içi ilə əməliyat zamanı istifadə olunan alətlər daxil olunur. Troakarlardan biri ilə optik sistemin bir hissəsi qarın boşluğuna daxil olunur. Bu sistem manitor vasitəsi ilə qarın boşluğunda baş verən hadisələri izləməyə imkan verir. Cərrah alətləri troakarlar vasitəsi ilə qarın boşluğuna salır və monitora baxaraq əməliyyatı həyata keçirir .Qarın boşluğunda rahat işləmək üçün steril qaz (CO2) vurulur.

Bu zaman manitorda qarın boşluğu orqanları çox aydın görünür. Adətən öd kisədə xroniki iltihab olduğu üçün bitişmələr əmələ gəlir. Cərrah əvvəl bu bitişmələri aralayır bundan sonra öd kisəsini qanla təchiz edən öd kisə arteriyasını və öd kisənin ümumi öd axacağı ilə birləşdirən öd yolunu ayırır, sonra bunların üzərinə titan klipslər qoyulur və kəsilir. Bundan sonra cərrah elektrokoaqulyator vasitəsi ilə öd kisəsini qara ciyərdən ayırır və qarın boşluğundan (göbək nahiyyəsindən ) çıxarlır. Budan sonra açılmış kiçik dəliklərə tikiş qoyulur və əməliyyat sona çatır .

Bu əməliyyat 30 dəqiqə davam edir. Xəstədə qan itirmə olmur, əməliyyatdan sonrakı dövr çox rahat keçir .

Laparoskopik əməliyyatın üstünlükləri nədir ?

1. Əməliyyatdan sonra ağrı bir gün və çox cüzi olur.

2. Xəstə narkozdan ayılan kimi gəzir və özünə qulluq edə bilir.

3. Stasionarda qalma müddəti çox qısalır (1-4gün)

4. Əmək qabiliyyəti çox qısa müddətə bərpa olur.

5. Əməliyyatdan sonrakı yırtıqların əmələ gəlmə riski sıfır dərəcəyə düşür .

6. Laparoskopik əməliyyat kosmetik əməliyyatdır, bir neçə aydan sonra heç izi qalmır.

Əməliyyatdan sonrakı dövr:

Əməliyyatdan sonra xəstə maye qəbul edə bilər . (narkozdan ayıkan kimi)

Əməliyyat gününün axşamı xəstə personalın köməyi ilə yataqdan durub gəzməlidir.Əməliyyatın ikinci günündən az miqdarda yumşaq qida qəbul edə bilər, mayeni çox qəbul etməsi məsləhətdir .Tikişlər anblator şəraitdə ( 7-10) gündən sonra götürülür.

Laparoskopik əməliyyatlar öd daşı xəstəliyinin bütün formalarında ağırlaşmalarında oluna bilər:

1. Kalkulyoz xolesistit (öd daşı xəstəliyi)

2. Xroniki xolesistit

3. Kəskin xolesistit

4. Mexaniki sarılıq və öd yollarında daşların olması

Bəs mənfi cəhətləri və fəsadları varmı?

Qeyd etmək lazımdır ki, laparoskopik əməliyyatların uğurlu keçməsi üçün 2 şərt vacibdir.

1. Laparoskopi avadamlığının və alətlərin keyfiyyəti

2. Səriştəli, laparoskopla işləmə təcrübəsi olan yüksək kvalifikasiyalı cərrah

Bu şərtlər daxilində laparoskopik əməliyyatlarda heç bir fəsad və ağırlaşma gözlənilmir.

11 комментариев


Recommended Comments

aciq emeliyyat isteyrsiniz yoxsa laproskopik.eyer polipin yalniz od kisesi ile elaqesi varsa  , 800 azn elemek mumkundur ozel klinikada butun xercler daxil.amma daha yaxsi olarki muaine neticelerine baxaq.elaqe yaratmaq isteseniz  elaqe telefonu  0556928649    Op.Dr.Elvin Eliyev

Ссылка на комментарий

bu emeliyyat demek olarki od kisesinde oldugu kimi icra olunur.laproskopik emeliyyat en son texnologiya ile ica olundugu ucun emeliiyat ve sonraki dovr fesadisz kecir .xeste 1-2 gun xestaxanada qalir .sonra normal yasamina ve is seraitine donmus olur.emeliyyatdan sonra emeliyyat kesik izleri qalmir.

 

maraqlandiginiz ucun tsk

Ссылка на комментарий
Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...