Школьные воспоминания – 3
Bəli, bu dəfə düşüncələrimi ana dilində yazmağa üstünlük verdim. Hər dəfə qeyri-ana dilində yazılan mövzulara görə millət qarşısında utanıram, ona görə də bloqun adını cəlb edən dildə*, məzmununu isə öz dilimizdə yazdım .... nəisə, tərcüməçilərə eşq olsun).
Bakıda "Son zəng"ə hazırlıqla əlaqədar məktəb illəri yadıma düşdü. Sabah artıq son zəngdir.
Sinifdə iki dost iki rəfiqəni sevirdik. Daha doğru desək üç oğlan iki rəfiqəni sevirdik. Nə bilim, məktəb məhəbbəti idi, düzgün, təmiz və bəlkə də indi yeri görsənən. Səhv etmirəmsə əvvəlki bloqlarda bu barədə yazmışdım. Amma əsas bir hissə var idi). Necə deyərlər “venetka”....
Ona görə daha nə oyundan çıxmadıq. Şəkillər həmişə olduğu kimi 6 sıra düzülmüşdür. Biz şəkillərimizin yerləşməsindən narazı qalaraq şəkil çəkənlə danışıqlara başladıq və müəyyən pul müqabilində biz iki dost və iki rəfiqənin şəkillərini biri digərinin yanında qoydurduq. Üçüncü şəxs artıq sevgi məsələsində neçənci dəfə oyundan kənar vəziyyətə düşürdü. Sevgi də bir oyundu, amma oynayanda da qalib gəlmək üçün düzgün taktiki gedişlərə əl atmaq lazımdır. O biri oğlan da gedib müəyyən pul müqabilində öz şəkilini mən istədiyim qızın yanında qoydurdu və əlbəttə məni çıxarmaq şərtilə))). İndi dönüb geri baxanda gülümsəyirəm)). Amma nə edəsən? 16-17 yaşlı yeniyetmələr idik. İlk dəfə idi ki, adam döyürdüm, o qız lap dəli etmişdi məni). Nəisə... məsələ aydın olduqda məcbur qalaraq şəkil çəkəni döydük. Sonra isə yanında səhərdən axşamadək oturaraq bizim istədiyimiz şəkildə “venetkanın” çıxarılmasını gözlədik. Bax belə 28 ədəd.... indi tozlanmış kağız uğrunda döyüşlərdə qalib çıxdıq). Sonralar əsl döyüşün nə olduğunu başa düşdüm, amma bu başqa mövzudur. . İndi nə həmin qız var, nə həmin dost, nə həmin rəqib oğlan, bircə venetka qalıb…. Ona da son on il ərzində təkcə dünən baxmışam.

3 комментария
Recommended Comments