Sığorta şirkəti və müştəri - kim kimi?
http://theinsurancetimes.az/?q=node/273
Bir amerikalı cənab çox bahalı və nadir siqar qutusu əldə edir. O cür bahalı və nadir siqarlardı ki, o hətta onları, digər məsələlərlə yanaşı yanğından da, sığortalayır.
Bir ay sonra, cənab sığorta şəhadətnaməsinin ilkin ödənişini hələ ödəmədən, siqarlar qurtarır. Bu ona sığorta şirkətinə siqarların "bir sıra kiçik yanğınlar" nəticəsində itirilməsi ilə əlaqədar ərizə ilə müraciət etməsinə mane olmur (burada, başa düşmək lazımdır ki, ingilis dilində "od" və "yanğın" bir sözlə qeyd edilir fire (tərcüməçinin qeydi).
Şirkət ödəməkdən imtina edərək, əsaslı cavab verir ki, əslində o siqarları ən təbii yolla istifadə edib. Və cənab məhkəməyə müraciət edərək işi qazanır.
Məhkəmə qərarında hakim etiraf edir ki, iddia ərizəsi, səmimi desək, qeyri-ciddidir. Lakin , eyni zamanda mövcud sığorta şəhadətnaməsinə görə siqarlar yanğından sığortalanıb və bu şəhadətnamə hər hansı bir yanğının "arzu olunmasını" və ya "mümkünlüyünü" müəyyən etmir. Ona görə də sığorta şirkəti zərəri ödəməlidir.
Sığorta şirkəti uzunmüddətli və bahalı apellyasiya şikayətləri ilə başını ağrıtmadan "yanmış" siqarlara görə 15,000 dolları ödəyir. Amma, cənab yeni havayı siqarlardan zövq ala bilmir, çünki çek üzrə nağd pulu aldıqdan dərhal sonra həbs edilir.
Həmin şəhadətnaməyə və məhkəmədə özünün verdiyi ifadələrə əsasən, o, sığorta olunan əmlakın 24 halda qəsdən yandırma vasitəsilə məhv edilməsi ilə ittiham olunur. Yeni prosesin nəticəsi: 24 ay müddətinə həbs cəzası və 24,000 dollar cərimə.
0 комментариев
Recommended Comments
Нет комментариев для отображения