Перейти к содержимому

The Insurance Times

  • записей
    8
  • комментариев
    0
  • просмотра
    16102

Zəlzələ vaxtı nə etməli


Elnara-100

2318 просмотров

blog-0394311001443264763.png

http://theinsurancetimes.az/?q=taxonomy/term/26

Zəlzələdən qorunmağın ən başlıca yolu fəlakət baş verdiyi anda özünüzü itirməməkdir.

Əgər ilk təkan siz evdə olarkən baş veribsə, təşvişə düşməyin. Çünki təşviş çətin anda insana sağlam düşünməyə mane olur. Səs-küy və qışqırtı salmadan, təmkin və ağılla hərəkət etsəniz həm özünüzə, həm də ailə üzvlərinə kömək edə bilərsiniz.

Əgər siz aşağı mərtəbədə yaşayırsınızsa, ilk təkandan sonra binadan çıxa bilərsiniz. Bunun üçün sizin 10-15 saniyə vaxtınız var. Bu zaman vacib sənədlər, pul və zəruri ehtiyac vasitələri (ərzaq, su, dərman və s.) olan çantanı götürməyi unutmayın.

Evdən çıxarkən mənzilinizə və ya binaya daxil olan qaz və elektrik enerjisini bağlayın. Binanı tərk edib açıq və təhlükəsiz yerə keçin.

Əgər məkanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, buna cəhd göstərməyin, pilləkanlara çıxmağa və liftə minməyə tələsməyin. Unutmayın ki, zəlzələ vaxtı ən tez sıradan çıxan lift və pilləkanlar olur.

Təşvişə düşüb yüksək mərtəbəninin eyvanı və ya pəncərəsindən tullanmağa da cəhd göstərməyin. Siz ağır yaralana, hətta həlak ola bilərsiniz.

İlk təkanı hiss etdikdə evdə təyin etdiyiniz təhlükəsiz yerə (əsas sütun, qapı boşluqları və otaqların yükdaşıyan divarlarına yaxın olan sahələr) keçin, əgər burada dəmir ayaqlı masa varsa, onun altına girin. Bu sizi divar və tavandan tökülən daş parçalarından qoruya bilər. Diz üstə çöküb əllərinizlə başın arxa hissəsini qucaqlayaraq qoruyun.Yanınızda azyaşlı varsa, onu öz bədəninizlə qorumağa çalışın.

Əgər zəlzələ sizi küçədə haqlayıbsa, yuxarıdan düşən daş parçaları, şüşə qırıntılarından qorunmaq üçün bina, həmçinin, elektrik xəttindən, ən azı, 10-15 metr aralıda açıq yerdə dayanıb gözləyin.

Uşaqlara zəlzələ haqqında ətraflı məlumat verin. İzah edin ki, əgər zəlzələ onlar baxçada və ya məktəbdə olan vaxt baş verərsə, qorxmaq, vahiməyə düşmək və həyəcan keçirmək lazım deyil. Sadəcə tərbiyəçinin, müəllimin göstərişlərini diqqətlə dinləyib bunlara dəqiqliklə əməl etmək lazımdır. Əgər bina çoxmərtəbəlidirsə, yaxşı olar ki, otaqda qalaraq masa və ya partanın altına sığınıb zəlzələnin bitməsini gözləsinlər. Bina birmərtəbəlidirsə, tərbiyəçi və ya müəllimlə birlikdə tez və qorxmadan həyətə çıxıb təhlükəsiz yerdə dursunlar. Əmin olsunlar ki, böyüklər təhlükədən qurtarmaq üçün nə lazımsa edəcəklər və valideynlər təcili olaraq özlərini onların yanına çatdıracaqlar.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

0 комментариев


Recommended Comments

Нет комментариев для отображения

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...