Перейти к содержимому

The Insurance Times

  • записей
    8
  • комментариев
    0
  • просмотра
    16102

Təyyarə qəzasında necə xilas olunmalı


Elnara-100

1319 просмотров

blog-0605879001444406256.jpg

http://theinsurancetimes.az/?q=node/367

Uçuşdan xoş təəssüratlar həm də sizin salondakı yerinizdən asılıdır.

Hər birimiz təyyarədə biznes-klass yerini tərcih edirik, lakin hər kəsin buna imkanı çatmaya bilər və ya bəziləri sadəcə fərqlənmək istəmirlər. Zövqlər fərqlənir. Bəziləri üçün çıxışa yaxın oturmaq daha rahatdır, bəziləri isə səma, bulud və uzaq yer mənzərəsinə baxıb zövq almaq istəyir.

Bəs təyyarədə ən təhlükəsiz yerlər hansılardır? Qəza şəraitində oturduğunuz yerin əhəmiyyəti varmı?

Avstraliya aviasiya mütəxəssisi Professor Edward Galea`nın fikrincə, təcili ehtiyat çıxışının yanında olan yer həm rahatdır, həm də fövqəladə hal zamanı həyatınızı xilas edə bilər. Professor özü 19 il əvvəl uğursuz uçuş zamanı 55 sərnişinin həlak olduğu təyyarə qəzasında sağ qalıb. Bu xoşbəxt taleh alimin dünyagörüşünə təsir edib və o, bir neçə il ərzində ciddi təyyarə qəzaları nəticəsində sağ qalanlar haqqında məlumat yığıb, sistemləşdirmişdir.

105 təyyarə qəzası və xilasetmə əməliyyatlarının 2000 hesabatı ilə tanış olduqdan sonra, Galea aşkar edibki, sağ qalanlar qəza çıxışına yaxın yeddi sıradan uzaq olmayaraq oturanlardır.

Ötən 37 il ərzində baş verən qəza enişi araşdırmaları belə bir qanunauyğunluğu ortaya çıxarıb ki, təyyarənin quyruq hissəsində oturan sərnişinlərin sağ qalmaq şansı başda oturanlara nisbətən 40% daha çoxdur!

Lakin sərnişinlərin problemləri ilə məşğul olan Böyük Britaniyanın Cranfield Universitetinin professoru Helen Muir hesab edir ki, təyyarənin hansı hissəsində oturmağınız vacib deyil.

"Fövqəladə qəza halları həmişə gözlənilməz olur – bu bir qəza enişi, yanğın və ya razgermetizasiya ola bilər, və bütün bu hallarda müxtəlif yerlər uğurlu ola bilər. Ona görədə hansı yer daha təhlükəsizdir demək olmur", - professor Muir BBC`yə müsahibəsində bildirib.

0 комментариев


Recommended Comments

Нет комментариев для отображения

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...