Sığortaçılar qadınlara qarşı ayrıseçkilik edir... onların təhlükəsizliyi üçün
http://theinsurancetimes.az/?q=node/362
Silikon sinə ilə bağlı çox saylı qalmaqalların üstünə daha birisi əlavə olundu. Çox guman ki, gələcəkdə Avropa və Amerikada sinəsində implant olan qadınlar yalnız arxa oturacaqda hərəkət edə biləcəklər.
Hər şey ondan başladı ki, Bonn şəhərinin yaxınlığında minik maşın qəzaya uğradı. Sərnişinlər təhlükəsizlik qaydalarına riayət edirdilər, kəmərlər bağlanmışdır. Bu cür qəzalarda olduğu kimi qəza yüngül qorxu və bir neçə əzik ilə keçməli idi. Amma qabaq oturacaqda əyləşən qadının həyatı təhlükə altına düşdü. Buna səbəb təhlükəsizlik kəməri oldu ki, silikon implantı cırdı. Həkimlər onun həyatını çətinliklə xilas etdilər.
Qəza gözlənildiyindən də böyük rezonans doğurdu. Böyük məbləğ ödəyən sığorta şirkətləri buna son qoymaq qərarına gəldilər. Onlar bəyan etdilər ki, silikon sinəyə malik qadınlar qabaq oturacaqda oturduqda artıq sığortlaı olmayacaqlar, hətta dövlətə təklif ilə müraciət etdilər ki implantı olan qadınlara avtomobil idarəı etmək qadağan olunsun. Dövlət bu hadisəyə reaksiya verməmiş, feministlər aktiv reaksiya göstərdilər. Əvvəl qadınları yalnız özlərini bəzədiyləri üçün və bəşəriyyətin güclü təbəqəsi üşün özlərini şikəst etdiklərinə görə günahlandırırdılarsa, indi isə məlum olur ki buna görə onlara avtomobil idarə etməyi qadağan edəcəklər.
0 комментариев
Recommended Comments
Нет комментариев для отображения