Перейти к содержимому

Nargile Блог

  • записей
    18
  • комментариев
    66
  • просмотров
    19129

Tənhalıq...


Nargile

469 просмотров

 Tənxalıq...

 

Günahkaram sənin qabağında. Günaxım böyükdür. Heç bilmirəm bu günahımı nə ilə yuyam.Amma bu günahımda da sən günaxkarsan. Sən məni belə eqoist, ərköyün, oğlanxassiət tərbiyə etmisən. Bilirəm oğlan istəyirdin, amma mən oldum. Bax burda isə mənim günahım yoxdur…

Yanına gəlməy istəyirdim. Gəlib sənlə sohbət edərdim, dərdləşərdim. Ya hava tutmurdu, ya da işim olurdu…yox.... bunlar hamısı bəhanədir. İstəmirəm…gəlib o ağ daşla ne sohbet edim?..Sən bilirsən ki, mən belə yerlərdən elə uşaq ikən qaçırdım. Mənasız və axmaq adətdir. Səninlə sohbət etmək istəsəm, elə evdən, oturduğum kreslodan da bunu edə bilərəm.Bilirəm ki sən həmişə yanımdasan. Sənin nəfəsini, baxışlarını daim üstümdə hissedirəm. Bilirəm ki çoxdan məni bağışlamısan. Sən mənə uzun müddət kin saxlaya bilməzsən.Amma mən..mən özüm özümü bağışlaya bilmirəm. Heç, heç….Mən özümü elə qəddar, əzazil,daşürəkli bilmirdim. İndi, illər keçəndən sonra o səhnələr bir kino kadrları kimi qözümün önündən qəlib keçir. Və mən utanıram, utanıram ki xeç nə edə bilmədim səninçün,utanıram ki çarə tapmadım dərdinə, utanıram ki sənin umidlərini doqruldmadım. Utanıramki hələ arsız-arsız sənin gözlərinin içinə baxıb qülürdüm…bilə-bilə ki bu sondur,səni aldadırdım, sənə ümid verirdim.

Nə yaxşı ki,bu ağ vərəq var. Bura yaza bilirəm. Yoxsa ürəyimi boşaltmasam, dəli olaram

«Mənim balamı ağladanın nəslini ağladaram»..deyirdin…Hardasan?…balan zar-zar ağlayır, tək qalıb meydanda. Sən məni həyat yolumun lap əvvelində tək qoydun. Tədcrüвəsiz, aciz. Özün az imiş kimi, hamını da dalınca араrdın, mən də çarəsiz-çarəsiz xamını yola salırdım…yola sala-sala böyüyürdüm, qəddarlaşırdım, urəyim daşa dönürdü, qöz yaşlarım quruyurdu….indi mən kimə arxalanım, hə? Kimdən imdad istəyim. Telefonum da heeey susur…Nə isə…Daha yaza bilmirəm…Amma deməyə sozüm çoxdur…İndii yox…sonra..

 

0 комментариев


Recommended Comments

Нет комментариев для отображения

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...