Перейти к содержимому

İravani

Members
  • Публикации

    14
  • Зарегистрирован

  • Посещение

Сообщения, опубликованные пользователем İravani

  1. Rəsulullah (s): “Qızım Fatimə Qiyamətin günündə Məhşərə əlində qanlı köynəklə gələcək. Ərşdən yapışıb fəryad edəcək: “Ey Ədalət sahibi Mənimlə oğlumun qatili arasında hökm et!” Allah o zaman Fatimənin xahişi ilə hökm edəcək. And olsun Kəbənin Rəbbinə Allah Fatimənin qəzəbi ilə qəzəblənər onun razılığı ilə razı olar” (Uyunul əxbar, 2/8 hədis 8)

    Rəsulullah (s): “Qiyamətin günü Allahın əmri ilə munadi səslənəcək: Ey Məhşər əhli! Gözlərinizi bağlayın ki, Muhəmmədin (s) qızı keçsin” (Uyunul əxbar, 2/25 hədis 55)

  2.  Peyğəmbər (s) buyurub:- «Mənə salavat göndərin, dua edəndə ciddi-cəhdlə dua edin və deyin:- Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd» Sünəne Nəsai. Kitabus-səhv, babu keyfiyyətis-səlati ələn-nəbiy (s). 

     Yekdilliklə qəbul olunan hədisdə deyilir:- «Əllamummə səlli əla Muhəmmədin və ali Muhəmməd» əs-səvaiqul-muhriqə. səh 234.babu məşruiyyətis-səlatiələyhim.

  3. Аllаh-təаlа Qurаndа buyurur: «Аllаhın gözəl аdlаrı vаrdır ki, Оnu bu аdlаrlа çаğırıb duа еdin». (Ərаf surəsiаyə 18) 

      Sаlеh bəndələr Içində ən üstün və lаyiqli оlаnlаrı peyğəmbərlər və övliyаlаrdırlаr. «Оnlаr özlərinə zülm еdəndən sоnrа sənin yаnınа gəlib Аllаhdаn bаğışlаnmаlаrını istəsəydilər və Peyğəmbər (s.ə) – də оnlаr üçün Аllаhdаn əfv diləsəydi, yəqinən оnlаr Аllаhın bağışlayan və mərhəmətli оlduçunu dərк еdərdilər» (Nisа Surəsi, ayə 64)

  4. İbn Qəyyum deyir: “Sələfdən nəql olunub, onlar vəsiyyət edirdilər ki, öləndə, dəfn olunanda qəbrlərinin yanında Quran tilavət etsinlər”. (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

    Həsən ibn Cərvi nəql edib: “Bacımın qəbrinin yanından keçəndə Təbarək surəsini oxudum. Bir nəfər yanıma gəlib dedi: Yuxuda bacını gördüm dedi ki, Allah qardaşıma xeyir versin, mənə onun oxuduğu surənin hesabına savab əta olundu” (İbn Qəyyum “ər-Ruh” səh. 16-18)

  5. Iкinci хəlifə Ömər ibn Хəttаbın (r.ə) Peyğəmbərin (s.ə)-n əmisi Əbbаsа təvəssül еtməsi.

    Buхаri öz səhihində (2-ci cild. səh 32. bаb səlаtu istisqа) nəql еdir кi, qurаqlıq illərində Ömər ibn Хəttаb Əbbаsın vаsitəsi ilə Аllаhdаn yаçış yаçdırmаçı tələb еdərdi və dеyərdi: «Pərvərdigаrа! Biz Peyğəmbər (s.ə) vаsitəsilə sənə təvəssül еdərdiк və sən bizə yаçış göndərərdin. Indi biz sənə Peyğəmbərimizin (s.ə) əmisi vаsitəsilə təvəssül еdiriк, bizə yаçış göndər». Аllаh-təаlа yаçış yаçdırdı.

    Buхаrinin nəql еtdiyi hədis «Insаnlаrın qurаqlıq illərində imаmlаrındаn Аllаhdаn yаçış yаçdırmаçı хаhiş» bаbındа nəql оlunub. Bu dа göstərir кi, cаmааt хəlifədən yаçış nаmаzı tələb еdiblər və о dа оnlаrın istəкlərini yеrinə yеtirib. Digər tərəfdən Peyğəmbərin (s.ə) əmisinin mərаsim zаmаnı durduçu yеr bir yеrdə idi кi, хəlifə duа еtdiyi zаmаn оnа işаrə еtdi və dеdi: -«Ilаhi biz Peyğəmbərimizin (s.ə) əmisi vаsiətsilə sənə təvəssül еdiriк . Bizə yаçış göndər».  Üçüncüsü: Ibni Кəsir mərаsimin кеyfiyyətini аçıq şəкildə bəyаn еdib, (Usdul-qаbə 3/111. Misir çаpı) dеyir: «Ömər Əbbаsа işаrə еtdiyi hаldа dеyirdi: «And оlsun Аllаhа Əbbаs bizimlə Аllаh аrаsındа оlаn vəsilədir кi, Xaliqin dərgаhındа məqаmı vаrdır». О Аllаhdаn yаçış yаçdırmаçını diləyirdi».

    Dеməli, Ömər Аbbаsın özünə təvəssül еdib, оnun duаsınа yох.

    Ibni Həcər Əsqəlаni (vəfаt852) hədisin şərhində yаzır: «Əbbаsın sərgüzəştindən məlum оlur кi, müstəhəbdir кi, insаn хеyir əhlinə və Rəsulullаhın (s.ə) əhli-bеytinə təvəssül еdib Аllаh-təаlaya yаçış yаçdırmаsı hаqqındа duа еtsin».(fəthul bаri 2-ci cild. səh399. Misir çаpı)

  6. Volk, imam Malikin fatvasina bax, sag alla sol alin bilayindan tutursan. Al-fath, san deyirsan ki, Peygambar [sav] qilan namazi qilirsan, Peygambar [sav] mohurnan qilib? :bigstarr: Ismi nur , sizinla isa iki alli raziyam. vas selam.

    Əhli sünnətin böyük alimi İbni Ruşd «Bidayətul-müctəhid» kitabında beşinci məsələdə deyir: - “Alimlər arasında namazda bir əlin digərinin üstünə qoyulması haqda ixtilaf vardır. Amma Maliki vacibi namazlarda bu işin məkruh və mstəhəb namazlarda caiz olduğuna fətva veribdir.” (Bidayətul-müctəhid. Babun fi səlatil munfəridil-haziril-aminis-səhih. Ikinci fəsl. əl- Məsələtul-xamisətu 1/ 140 naşir Razi)

        Əhli sünnət arasında gedən bəhs bu əməlin müstəhəb olub olmamasından ibarətdir.Üç məzhəb qolu bağlı namaz qılmağı, vacibi namazlarda müstəhəb, amma maliki məzhəbi məkruh bilirlər. Bu əməli (təkəttof) müstəhəb bilən üç məzhəb (hənəfi, hənbəli və şafei) onun keyfiyyəti haqqında ixtilaf edirlər. Biri deyir ki, (hənəfi məzhəbi) əllər göbəyin altında, digəri deyir ki, (hənbəli məzhəbi) göbəyin üstündə və üçüncü dəstə (şafei məzhəbi) isə əllərin ürəyin üstündə qoyulması haqda fətva veriblər. Belə bir ixtilafın mövcudluğu göstərir ki, təkəttof məsələsi sübuta yetməmiş və aydın bir iş deyildir.

  7. mas, dastamaz, namaz masalalari haqqinda muctehidlar yeni hokm vermirlar bayam?mas,: Fazil Lankarani yazir: dastamaz alanda allari va uzu 3 dafa yumaq haramdir. haminin da bildiyi kimi, sehabeler 3 dafa yuyardilar. namazda fatihadan sonra amin deyanin namazini Lankarani batil bilir [risalaya, tovzihil-mesail bax] . amma bu haqda siyar kitablarinda xeyli hadis var. bu kimi noqsanlar coxdur va na qadar ki, ictihad edirlar, cox da olacaq.

    гардаш Ленкараниден габаг бутун шие алимлери буну дейиб,Пейгембер(с) варислери олан имамлар дейиб буну бурда не проблем вар?

    Мене исе бир шей мараглыдыр нейе горе ичтихад гапилары ехли-сунненин 4 алиминден сонра багланыб.Ким буну баглайыб?

    1-Malikiyyə: Əbu Əbdillah Malik ibn Ənəs ibn Malik Əsbəhi Himyəri (hicri qəməri 93 – 179 hicri

    2-Hənəfiyyə: Əbu Hənifə Nöman ibn Sabit Xorasani (80 – 150 hicri). 

    3-Şafei:- Əbu Əbdillah Muhəmməd ibn İdris Şafei Haşimi (150 – 241 hicri)

    4-Hənbəliyyə: Əbu Əbdillah Əhməd ibn Muhəmməd ibn Hənbəl Məruzi (164–241 hicri) 

    Vəhhabi firqəsinin ardıcılları hənbəli məzhəbindən törənmişlərdir. Muhəmməd ibn Əbdul Vəhhab Nəcdinin (1115 – 1206 hicri) yaratdığı məzhəb və hal hazırda özlərini əhli sünnə vəl-cəmaət və bəzən də sələfi adlandirirlar.

    Diqqət etsəniz görərsiniz ki, nəinki İmam Malik, bu məzhəb başçılarının heç biri nə Rəsulullahı və nə də onun səhabələrini görməyiblər. Belə olan surətdə onlar hansı əsasla məzhəb yaradıb Peyğəmbər şəriətindən xəbər veriblər. 

  8. Rəsulullah(s) buyurur:

    «Hər kəs namaz qılıb mənə və əhli beytimə namazında salavat göndərməsə namazı qəbul olmaz» (Səvaiqul-muhriqə. səh 233. Beyhəqidən və Darqətnidən)

     İbni Həcər Məkki:- Peyğəmbər (s)-dən rəvayət olunub ki, mənə naqis salavat göndərməyin. Sual olundu ki, naqis salavat hansı salavatdır? Buyurdu:-Əllahumə səlli əla Muhəmməd deyib ardını deməkdən imtina edirsiniz. Amma gərək bu cür salavat deyəsiniz:- «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd»

  9. Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

    " Əlin yaxşıların imamıdır, facirlərin qatilidir. Ona kömək edən Allaha kömək etmiş olub, kömək etməyən Allaha kömək etməyib." (Mənaqib ibni məğazili 38 Kifayətut-talib bab 47. 194)

    " Əlidən ayrılmaq Allahdan və məndən ayrılmaqdır." Əlidən uzaqlaşmaq tağutu özünə movla və rəhbər qəbul edib Allaha ası olmaqla bərabərdir. (Səhih tirməzi 5-643 hədis 3737, usdul-qabə 4.26 Camiul-usul8.661 hədis 6510)

    "Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir." (Yənabiul məvəddə 245-256)

    Xatırlatmaq istəyirəm ki, nəql olunan hədislər Əhli-sunnah mənbələrindəndir.

  10. Azer777

    Peygemberimiz ozunden sonra alesini xilafete xelifelik hagginda tovsiyye ederek getmemishdi,mesele hakimiyyet meselesi idi ki,bu haggda peygember oz ailesini ve onlarin gelecek neslini buna shamil etmemishdi,ede de bilmezdi.Guranda peygemberimizin nesline her hansi ustunluk derecesinin verilmesi hagginda bir shey de yox idi.Ali bizim shahimiz kelmesi shielerin indiye kimi ishletdikleri lafdir.Niye?

    Bismillahir Rəhmanir Rəhim

    Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

    Salamun əleykum və rəhmətullah

    Peyğəmbər(s) bəlkə özündən sonra Əbu Bəkri xəlifə qoyub getmişdi?

    Bəli, Peyğəmbər(s) sonuncu həcc ziyarətində Həzrəti Əli(ə) özündən sonra Mövla təyin etmişdir.Bu hadisə hər iki məahəbin mənbələrində məşhurdur.

    Peyğəmbər(s) ümmətinə iki əmanət tapşırdı ki, biri Qurani-Kərim, digəri isə adı Qurani-kərimlə yanaşı çəkilməyə laiq bilinən pak əhli-beyti...

  11. Bismillahir Rəhmanir Rəhim

    Şükürlər olsun aləmlərin Rəbbinə, Allahın salavat və salamı olsun peyğəmbərlərin sonuncusu həzrət Muhəmmədə və onun pak Əhli-beytinə!

    Salamun əleykum və rəhmətullah. 

    Rəsulullah (s) buyurub: «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız» 

    1.Səhih Buxaridə yazılıb ki, səhabə Vəlid ibn Uqbə şərab içəndən sonra iki rəkətli sübh namazını dörd rəkət qıldı və camaata dedi ki; əgər istəyirsiniz bir az da namazı çoxaldım? (İrşadus-sari şərhu səhihul-Buxari. kitab fəzailu əshabin-nəbiy (s),bab mənaqibu Osman.3696-cı hədisin şərhi) 

    Buxari yazır: “Osman ibn Əffan şikayətləri eşidəndən sonra dedi: Vəlid haqqında bunları qəbul etdim və onu bu işlərinə görə inşaallah layiqli surətdə cazalandıracağıq. Sonra Əlini çağırıb əmr etdi ki, onu şallaqlasın, Əli də ona 80 şallaq vurdu” (Səhih Buxari, kitab fəzailu əshabin-nəbiy, bab mənaqibu Osman. 5. 17-18 )  

    Sual: Əgər bir kəs Vəlidə iqtida edib şərab içsə hidayət olarmı?

    2.Səhabələrdən olan Xalid ibn Vəlid digər bir səhabəni Malik ibni Nuveyrəni öldürüb və həmin gecə onun arvadı ilə zina etdi. (əl-Kamil fit-tarix, 11-ci ilin əhvalatları, Səqifə hədisi və Əbu Bəkrin xilafəti 2/359) Siz iddia edirsiniz ki, Rəsulullah (s) buyurub: «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız»

      Sual edirik: Sizin nəzərinizə görə əgər bir kəs səhabələrdən olan Xalid ibn Vəlidə iqtida edib camaatın arvadı ilə zina etsə hidayətə yetişərmi?

    3. Allah-taala Qurani-kərimin Cümə surəsində buyurur: «Onlar ticarəti, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə onlara movizə etdiyin halda tərk edib ona tərəf cumdular. Ya Peyğəmbər! Onlara deki; Allah dərgahında olan savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ruzi verənlərin ən yaxşısıdır!» (Cümə. ayə 11) Bir dəfə Muhəmməd (s) minbərdə cümə namazı xütbəsi oxuduğu zaman Şamdan ərzaqla yüklənmiş bir karvanın gəldiyini xəbər verən təbil səsləri eşidildi. Mədinə əhalisi qıtlıqdan möhkəm əziyyət çəkirdilər. Bunu eşidən camaat Peyğəmbəri tərk edərək karvanın qabağına qaçdılar. Məsciddə cəmi on iki adam qalmışdı. O zaman bu ayə nazil olub cümə xütbəsi və namazı bitməmiş məsciddən çıxıb getməyin məqbul hərəkət olmadığına işarə etmişdir. Siz iddia edirsiniz ki, Rəsulullah (s) buyurub: «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız»

    Sual edirik: Müsəlmanlar onlara iqtida edib cümə namazı əvəzinə ticarət və əyləncə dalıyca getsələr hidayət olarlarmı?

    4. Qurani-kərim səhabələrdən bir dəstənin Uhud və Huneyn müharbəsində fərar edib Peyğəmbəri (s) meydanda tənha qoyduqlarından xəbər verir: «Yadınıza salın Uhud vadisində müharibə meydanından düşməndən qorxub qaçaraq dağa qalxdığınız halda heç kəsə baxmırdınız, amma Peyğəmbər arxadan sizi geri dönməyə çağırırdı. Allah da sizin bu işinizə görə qəminizin üstünə qəm gətirməklə cəzalandırdı ki, əlinizdəndən çıxan şeylərə və sizə yetişən fəlakətlərə görə təəssüf etməyəsiniz. Şübhəsiz ki, Allah gördüyünüz işlərdən xəbərdardır!» (Ali İmran. ayə 153)

    Sual edirik: Nəql etdiyiniz hədisə görə «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız» əgər bir nəfər döyüş meydanından fərar etmiş səhabələrə iqtida etsə hidayət olarmı?

    5. Səhabə Səd ibn Ubbadə Ənsari heç vaxt Əbu Bəkrə beyət etmədi yəni onun xəlifəliyini qəbul etmədi. Əsqəlani “əl-İsabə fi təmyizis-səhabə” kitabında Səd haqqında yazır: “Sədin Əbu Bəkrə beyət etməsindən imtina etmə dastanı məşhurdur” (3/80. əl- Kamil fit-tarix 11-ci ilin hadisələri, Əbu Bəkrin xilafəti 2/331)

    Sual edirik: Bu hədisə görə «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız» Səd hidayət vasitəsidir. Nəyə görə Səd ibn Ubbadəyə iqtida edib Əbu Bəkrin xilafətini qəbul etməyənləri hidayət olmuşlardan bilmirsiniz?

    6. Buxari nəql edir:“..səhabələrin bəziləri biri digəri ilə dava salıb bir birinin başına əl, ağac və ayaqqabı ilə vurardılar”(Səhih Buxari kitabus-sülh,bab ma caə fil-islahi beynən-nasi3/244)  

    Sual edirik: Bu hədisə görə «Mənim səhabələrim göydəki ulduzlar kimidir, hansı birinə iqtida etsəniz hidayət yolunu t.rsınız» əgər indiki zamanda müsəlmanlar həmin səhabələrə iqtida edib bir birinin canına düşsələr nicat t.caqlarmı?

×
×
  • Создать...