-
Публикации
3736 -
Зарегистрирован
-
Посещение
Previous Fields
-
Обращение
на "Ты"
Contact Methods
-
Website URL
http://
-
ICQ
0
Profile Information
-
Пол
Male
-
Location
Город-герой SUMGAYIT
-
Interests
изучение армянского дебилизма
-
-
Tində duran
Посетители профиля
Блок посетителей профиля отключен и не будет отображаться другим пользователям
SUMGAYIT's Achievements
Всезнайка (9/19)
138
Репутация
-
Azginlaşmış farsın gündəyməzinə türk zopası girməsə - heç vaxt sakitləşməz! (atalar sözü)
-
Əliyevin bu sözləri Güneydə rezonans yaratdı Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev İrandan Naxçıvana PUA hücumu ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib. Axar.az xəbər verir ki, çıxışı zamanı İlham Əliyev İranın bu addımını terror hücumu adlandırıb, Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlərin İran tərəfindən namərd atəşə məruz qalmasına sərt reaksiya göstərib. Prezident çıxışında ötən il İranın dövlət qurumlarının nəzarətində olan media resurslarının Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası apardıqlarını da xatırladıb: “Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir”. Prezident İlham Əliyevin İranın addımlarına sərt reaksiyası Güneydə böyük rezonansa səbəb olub. Güneyli siyasi-mədəni fəallar Prezident İlham Əliyevin çıxışını böyük sevgi və coşğu ilə qarşılayıblar və Azərbaycanla, onun rəhbəri ilə fəxr etdiklərini vurğulayıblar.
-
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti İran tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib. Dövlət başçısı telefon zənginə və mövqeyinə görə Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
-
Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında söyləyib.
-
Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında bildirib. "Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi", - Prezident deyib.
-
İran PUA-larının Naxçıvan beynəlxalq Hava Limanı və Naxçıvanda orta məktəbə hücumuna İrandan fərqli münasibət gəlir. Axar.az xəbər verir ki, İran XİN rəhbərinin müavini Qəribabadi az öncə mediaya canlı açıqlamasında hadisənin araşdırılmalı olduğunu deyib və “İranın düşmənlərinə hərbi bazaların yerləşdirilməsi üçün öz ərazilərini verməyən ölkələrə” hücum edilmədiyini əminliklə vurğulayıb. İran İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan Teleqram kanalları, o cümlədən “SEPAH Pasdaran” və "Bisimçi" isə məlumatı bu cür paylaşıb: “Naxçıvan hava limanına – xüsusilə də sionist rejim və ABŞ zabitlərinin ölkəmizin infrastrukturuna hücumları planlaşdırdığı və idarə etdiyi hissəyə – hücum həyata keçirən PUA “Araş-2” olub və həmin məntəqə (aeroport – red.) darmadağın edilib. Düşmən bunu özü görür və bilməlidir ki, İran heç kimlə nə zarafat edir, nə də güzəştə gedir. Bu aparat 120 kiloqramlıq döyüş başlığına və çox yüksək məhvetmə gücünə malikdir və ordunun quru qoşunları tərəfindən istifadə olunur. Bu isə Bakının muzdlu və xəyanətkar rejiminə verilən sadəcə bir xəbərdarlıq zərbəsi idi”. Göründüyü kimi, SEPAH-a bağlı kanallar Azərbaycanın ünvanına təhdidlər-təhqirlər yağdırır və hücumun qəsdən edildiyini bildirir. Qeyd edək ki, Naxçıvan aeroportuna edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb.
-
İran İslam Respublikası bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşaraq, silahlı qüvvələrin Azərbaycan Respublikasına PUA hücumunu inkar edir. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin Baş Qərargahına istinadla məlumat yayıb. “Saxta sionist rejimin (İsrail nəzərdə tutulur - red) müsəlman ölkələri arasında münasibətləri müxtəlif yollarla pozmaq üçün bu cür hərəkətləri misli görünməmiş gedişdir və aparılan araşdırmalara görə, həmin rejim tərəfindən İran İslam Respublikasını ittiham etmək üçün belə bir addım atılıb”, - məlumatda bildirilib. Qeyd edək ki, Naxçıvan aeroportuna İran PUA-ları tərəfindən edilən hücum zamanı terminal və uçuş-eniş zolağı zədələnib, yaxınlıqdakı orta məktəbə ciddi ziyan dəyib, ümumilikdə 4 nəfər xəsarət alıb. SEPAH-a bağlı Teleqram kanalları hücumun məqsədli şəkildə edildiyini yazıb.
