Hörmətli Sara xanım,
Vərəm xəstəliyi bildiyiniz kimi hava-damcı yolu ilə yoluxan xəstəlikdir. Bu infeksiyadan qorunmaq üçün mütləq qaydada xəstə ilə bərabər olduğunuz otaq yaxşı ventilyasiya edilməlidir. Xəstənin müalicə müddətində cərrahi maska taxması da ətrafdakıları infeksiyadan qoruyur. Lakin vərəmin ən effektiv profilaktikası xəstənin mümkün qədər tez müalicəyə başlaması və tam müalicə kursunu keçməsidir. Bu baxımdan, sizin doğmanızın və digər ailə üzvlərinin infeksiyadan qorunması üçün xahiş edirik xəstəyə mümkün dəstək göstərin ki, o, müalicəni tam başa çatdırsın.
Hörmətlə,
FPİB