Перейти к содержимому

Elnare Dadashova

Members
  • Публикации

    2
  • Зарегистрирован

  • Посещение

Elnare Dadashova's Achievements

0

Репутация

  1. Dilbər xanım, dəstək olduğunuz üçün təşəkkür edirəm. Qonşumun mənə qarşı münasibəti həqiqətən məni çox üzdü. Bir müddət özümə qapandım. Amma indi çalışıram pis fikirləri uzaqlaşdırım. Sizin məsləhətinizə qulaq asıb bir daha müayinədən keçməyi düşündüm. Fikirləşirəm ki, xəstə olsaydım bu müddət ərzində necə isə bu xəstəlik özünü biruzə verərdi. Bir daha təşəkkür edirəm.
  2. Salam. Xahiş edirəm, kömək edin. Nə edəcəyimi bilmirəm. Mən stüardessa işləyirəm. Bir neçə müddət bundan öncə aviakampnaiydan məktub gəldi ki, mən çalışdığım təyyarədə açıq vərəm formalı xəstə səyahət edib. Şirkətimiz bu reysdə çalışan bütün işçiləri tibbi müayindən keçməsini tələb etdi. Mən, digər işçilərlə birgə müayinədən keçdim. İlk müayinə zamanı, adını dəqiq deyə bilmədiyim hansısa dərmanı dərimin altına yeritdilər, 3 gündən sonra qızartının ölçüsünü götürdülər, nəticə müsbət idi. Mənim vərəmə yoluxduğumu dedilər. İkinci müayinə - rentgen idi, bu müayinin nəticəsi mənfi oldu, yəni ağciyərlərim təmiz idi. Həkim mənə izonazid adlı dərmanı qəbul etməyi tövsiyə etdi. Mən məyus idim, sadəlöhlüyümdən bu məlumatla qonşumla bölüşdüm. O, bundan xəbər alanda məndən uzaq durmağa başladı, dərhal ağız-burnunu dəsmalla örtdü. Mən özümü ətrafdakılar üçün iyrənc hiss etdim, göz yaşı içində evə qayıtdım və vərəm haqqında məlumatlar oxumağa başladım. Öyrəndim ki, vərəmin açıq, yəni yoluxan və bağlı, yoluxmayan formaları var. Daha sonra vərəmə qarşı peyvəndlər haqqında məlumat oxudum. Bu peyvəndi mənə uşaqlıqda və hətta bir dəfə gənc olarkən vurublar. Ola bilər ki, peyvənd olunduğuma görə müayinə nəticələri vərəmə yoluxduğumu göstərib? Mən nə edəcəyimi bilmirəm. Oxuduğum əlamətlərdən heç biri məndə yoxdur. Vərəm xəstəsi olan reysdə mən 2016-ci ilin noyabr ayında olmuşam. O vaxtdan bəri bu xəstəlik özünün nə cürsə büruzə verə bilərdi? Mən nə etməliyəm?
×
×
  • Создать...