Поиск по сайту
Результаты поиска по тегам 'Medical'.
Найдено 4 результата
-
Labioplastika - qadin genital orqanının estetik əməliyyatı haqqında
запись в блоге добавил Elvin Ali в Elvin Ali - блог
Labioplastika (cinsiyyətin daxili dodağının estetikası) nədir? Son illərdə digər plastik əməliyyatlar ilə yanaşı cinsi orqanlarda icra olunan plastik əməliyyatlar geniş tətbiq olunur. Amerika və Avropa ölkələrində məşhur olan əməliyyatlar bizim ölkədədə tətbiq olunmağa başlamışdır. Genital plastik əməliyyatlar içində ən çox icra olunan labioplastika (cinsiyyətin kiçik dodağının plastikası) və vaginaplastikadır (uşaqlıq yolunun daraldılması). Labioplastika - normaldan böyük, geniş, qırışıq və sallanmış vəziyyətdə olan cinsiyyətin kiçik dodaqlarına estetik olaraq forma verilməsi və kiçildilməsidir. Bəzi xəstələrdə isə yalnız istəyə bağlı olaraq labioplastika əməliyyatı icra olunur. Bu əməliyyat kosmetika ilə yanaşı xəstələrin bəzi tibbi problemlərinin həlli üçün də icra olunur. Nə üçün bəzi qadınlarda daxili dodaq normaldan böyük olur? Daxili dodağın normaldan böyük və geniş olması əksər qadında anadangəlmə olur. Bu vəziyyət qadinin cinsi inkişaf dövründə hormonların təsiri ilə daha da ciddi vəziyyət alır. Bu vəziyyət xəstəlik deyil, sadəcə insanlar arasında fərqdir. Digər tərəfdən isə bəzi qadınlarda bu problem davamlı olan göbələk infeksiyasından, qaşıntı və sürtünmədən sonra yaranır. Qadında androgenlərin normadan çox olması da daxili dodağın hipertrofiyasına (anormal böyüməsinə) səbəb olur. Həmçinin doğuşlardan sonra daxili dodaqda böyümə və genişlənmə qeyd oluna bilər. İnsan yaşlandıqca digər dəri nahiyələrində olduğu kimi daxili dodaqda da yuxariıda göstərilən problemlər artır. Bəzi xəstələrdə isə problem cinsi travmadan sonra yaranır. Daxili dodaqların normaldan böyük olmasının problemləri nədir? - Daxili dodağın normadan geniş və iri olması qadında özünəinam hissini azaldır və psixi cəhətdən qarşı cinsin yanında problemli hiss etməsinə səbəb olur. - Bəzi xəstə qadınlar isə hətta evlənməkdən belə çəkinir. - Xəstələr dar və şalvar kimi paltarlar geyinə bilmirlər, bu, onları narahat edir. - Belə qadınlar digərlərinə nisbətən daha çox cinsi yolların infeksiyasına tutulurlar. - Cinsi yaxınlıq zamanı bu qadınlarda ağrı və rahasızlıq olur. - Çox nadir də olsa da, qadınlarda bəzən cinsi dodaqlar çox böyüyürək sidik kanalının ağzını tutur və xəstənin sidik aktının pozulmasına səbəb olur. Labioplastikanın faydaları nədir? Qadınlarda əməliyyatdan sonra ilk öncə özünəinam hissi yaranır və yuxarıda göstərilən problemlərin yaranmasının qarşısı alınır. Labioplastika əməliyatları cinsi əlaqədəki həzzi azaldırmı? Xeyr. Əksinə, belə qadınlarda artıq toxuma hissəsi götrüldükdən sonra qadında özunəinam artır və cinsi yaxınlıqdan daha çox həzz almış olur. Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda bu əməliyyat icra oluna bilərmi? Bəli. Gələcəkdə uşaq dünyaya gətirməyi düşünən qadınlarda və gənc qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı hamiləlik üçün heç bir problem yaratmır. Labioplastika icra olunan qadınlarda gələcəkdə həm normal, həm də Keyser əməliyyatı ilə doğum ola bilir. Bakirə qızlarda labioplastika icra oluna bilərmi? Bəli. Bakirə qızlarda labioplastika icra oluna bilər. Labioplastika əməliyyatı qızlıq pərdəsinə (hymen) heç bir zərər vermir. Çünki qızlıq pərdəsi labioplastika icra olunan əməliyyat bölgəsindən 3-4 sm daha dərində (proksimalda) yerləşir. Labioplastika əməliyyatından əvvəl qadın nələri etməlidir? Əməliyyat qərarı alan qadın xətəxanada əməliyyat gününü dəqiqləşdirməlidir. Əməliyyat günü xəstəxanaya gələrkən yuyunmalı və əməliyyat nahiyəsinin təmizliyinə fikir verməlidir. Xəstənin 8 saat ac qalması məsləhət olunur. Əməliyyat xəstənin istəyinə bağlı yerli, spinal və ümumi keyitmə ilə icra olunur. Labioplastika əməliyyatı üçün xüsusi testlər və müayinələr vardırmı? Xeyr. Xəstə standart müayinələrdən keçir. Əməliyyatdan əvvəl xəstənin istəyi nəzərə alınır. Götürüləcək toxuma hissəsi markerlənir və xəstə götürüləcək nahiyə haqqında bilgiləndrilir. Labioplastika əməliyyatının müddəti nə qədərdir? Labioplastika əməliyyatı ortalama olaraq 45-50 dəqiqə çəkir. Bəzi xəstələrdə bu əməliyyatla yanaşı vaginaplastika və klitoroplastika da icra olunarsa, bu zaman əməliyyat müddəti uzanır. Labioplastika əməliyyatlarında hansi keyitmə (anesteziya) üsulundan istifadə olunur? Əksər ölkələrdə bu, yerli keyitmə ilə icra olunur. Bəzi xəstələrdə isə rahatsız olduqları üçün ümumi və spinal anesteziyaya üstünlük verilir. Lakin yerli anesteziya məsləhət görülür. Labioplastika zamanı ağrı olurmu? Xeyr. Bu əməliyyat zamanı və əməliyyatdan sonra xəstədə heç bir ağrı qeyd olunmur. Xəstə səhər saatlarında əməliyyat olunursa, axşam evə yazılır. Bəzi hallarda xəstə klinikada saxlanılır. Xəstənin istəyi də nəzərə alınır. Eyni zamanda xəstədə həm labioplastika, həmdə vaginoplastika icrası mümkündürmü? Bəli. Bu əməliyyatla yanaşı eyni zamanda bir seansda digər cinsi əməliyyatları da icra etmək olar. Bunun heç bir problem və ağırlaşması yoxdur. Əməliyyat sonrası gediş necə olur? Xəstə sonra sarğı üçün gəlir. Xəstədə sorulan incə saplardan istifadə olunduğu üçün tikiş sökdürməyə ehtiyac yoxdur. Xəstəyə 3 həftə cinsi həyatına ara verilməsi məsləhət görülür. -
1.Sünnət hansı yaşda olunmalıdır? Tibbi bir problem yoxsa sünnət hər yaşda icra oluna bilər. Tibbi olaraq, qalıcı psixoloji təsirlərin olmaması üçün sünnətin iki yaşına qədər və 6 yaşdan sonra olunması məsləhət görülür. Sünnət son zamanlarda anesteziya ilə icra olunduğu üçün uşağın yaşının elə də önəmi qalmamışdır. Yeni doğulmuş uşaqlarda ehtiyac olarsa sünnət yerli keyitmə ilə icra olunması mümkündür. 5 yaş və beş yaşdan aşağı yaşda olan uşaqlarda ümumi anesteziyaya üstünlük verilməlidir. 6 yaş və yuxarı uşaqlarda isə ,prosedura uşağa başa salınmalı və uşağın vəziyyətinə uyğun olaraq anesteziya növü seçilməlidir. Sünnət mümkünsə 10-12 yaş yaş dövrünə qədər icra olunmalıdır. 2.Sünnəti kim icra etməlidir? Sünnət kiçik də olsa cərrahi proseduradır və cərrah tərəfindən icra olunmalıdır. Bu yolla həm sünnət xətalarının sayının azalmasına və müxtəlif infeksiyalara yoluxma riskinin azalmasına nail olmaq olar. 3.Sünnət necə icra olunur? Sünnət cərrahi prinsiplərə uyğun steril şəraitdə sakitləşdrici, lokal anesteziya və ya ümumi anesteziya ilə icra olunmalıdır. Sünnətin icrasından sonra tikişlər incə və sorulan sapla qoyulur. 4.Sünnətdən əvvəl nə olunmalıdır? Sünnətdən əvvəl uşaq valideyni tərəfindən tam, əhatəli və düzgün məlumatlandırılmalıdır.Uşağın belə hazırlanması uşağın valideyinə və həkimə inamını artırır və psixoloji travmadan azad edir. Uşaq başa düşməlidir ki, sünnət zamanı artıq olan dəri kəsilir və bunun heç bir qorxusu və zərəri yoxdur.Uşaq sünnətdən əvvəl mütləq həkim tərəfindən müayinə olunmalı, xüsusən qan muayinələri icra olunmalıdır. 5.Sünnət icra olunan gün xətəxanada nələr olunur ? Uşaq xəstəxanaya gətrilərəkən ən azı 4 saat ac olmalıdır, hətta su da qəbul etməməlidir.Uşaq əməliiyat otağına götürülməzdən əvvəl 20-30 dəqiqə əvvəl meyvə suyu ilə sakitləşdrici dərman verilir. Dərmandan sonra uşaq sakitləşir və yuxuya meyilli olur. Daha sonra isə əməliyyat otağına alınır və sünnət icra olunur. 6.Sünnətdən sonra uşaq nə qədər xəstaxanada qalmalıdır? Adətən 1-2 saat qanaxmaya nəzarət üçün gözlənilir sonra evə getməyinə icaze verilir. Sünnət sonrasında 6-8 saat ərzində ağrı cəhətdən bir problem olmur. Daha sonra ağrı olduqda isə ağrıkəsici dərmanlar istifadə olunur. Sünnətdən 3 gün sonra həkim muayinəsi məsləhət olunur. 7.Anesteziyanın verilməsində təhlükə vardırmı? Əksər valideyin uşağa anesteziyanın verilməsinin əleyhinə olurlar.Valideyinlər anesteziyanın uşaqda sünnət zamanı və sonra problemlər yaratdığını düşünürlər. Lakin bilindiyi kimi, həttda ana bətnində olan uşaq ağrını hiss edir və ağrı uşaqlara psixoloji travmaların yaranmasına səbəb olur.Ağrını sünnət zamanı aradan qaldırmaq üçün anesteziyanın önəmli olmasını hər bir valideyin bilməlidir. Hazırki dövrümüzdə anesteziya yüksəsk dərəcədə inkişaf etmişdir və uşağa sünnət zamani heç bir problem yaratmır. 8.Lazerlə sünnət nədir? Xalq arasında yayılmış bu ad əslində sünnət zamanı cərrahi alətin istifadəsidir (Lazer deyil!). Sünnət dərisinin kəsilməsi və kəsilən yerin yandırılması həm qorxulu həm də təhlükəlidir. İlk vaxtlarda yəni sünnət icra olunan zaman valideyinlər və uşaq bu proseduradan məmnun qalsa da sonrakı dövrdə bunun ciddi problemlər və xəstəlik yaratması mümkündür. Çünki kəsilmiş dərini yandıran zaman, kəsilən yerlə yanaşı qonşu toxumalar da yanır və bu gələcək problemlərin əsasını qoyur. Və yalnız kəsilən yerin yandrılması mümkün deyil, yəni nə qədər istənilməsə də ətraf toxumanın yanması qaçılmazdır. 9.Sünnətin icrasında ən çox arzuolunmayan nəticələr • Qanaxma : əksərən qan laxtalanmasında problem olan uşaqlarda olur.Qanaxma müəyyən olunan kimi həkiminə xəbər verilməlidir. • İnfeksiya : Sterilliyə əməl etmədikdə yaranır. • Sünnət dərisinin artıq və az kəsilməsi. 10.Sünnət icrası üçün xüsusi hallar • Fimoz - həkimə müraciət olunmalıdır. Əgər açılması mümkün deyilsə sünnət icra olunmamalıdır. • Sünnət dərisində infeksiya olan uşaqlar : İnfeksiya mualicə olunduqdan sonra sünnət icra olunmalıdır.
-
Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?
запись в блоге добавил Elvin Ali в Elvin Ali - блог
Abdominoplastika və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq yağ və dərinin çıxarılaraq və qarın divarındakı genişlənmiş əzələlərin forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə və həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə bir-birindən ayrılmasıyla meydana gələn düz əzələ diastazı adı verilən problemdə bu əməliyyatla ləğv olunur. Abdominoplastika əməliyyatında mövcud olan piylənmənin, çapığın və dərinin genişlənməsinə uyğun olaraq klasikabdominoplastika, miniabdominoplastika və Marriage abdominoplastika icra olunur. Klassik abdominoplastika qarın divarında çox artıq miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyivəziyyətlərdə icra olunur. Mini-abdominoplastika isə əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyüvə qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur. Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piykütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq belnahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur. Abdominoplastika üçün ən uyğun pasiyentlər kimlərdir? Abdominoplastika əməliyyatı, əməliyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq toxumanı dieta və idman ilə atabilməyən sağlam insanlardır. Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağınınolması (plastika baxımından ), qarın divarındakı əzələlərin və ve dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi və düz əzələdiastazının qadınlarda daha çox rast gəlinməsidir. Piylənmə isə həm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir. Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura) hamiləlik dövründə itəcəkdir. Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır. Hər bir abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür. Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir. -
Uşaqlığın mioması - 30 yaşından yuxarı qadınların 20-50%-də rast gəlinən və uşaqlığın əzələ qişasından inkişaf edən xoşxassəli şişdir. Mioma çox vaxt uzunmüddətli və çoxlu qanaxmalarla (aybaşı qanaxmaları kimi) müşayiət olunur və nəticədə də ikincili qanaxma əmələ gətirir. Uşaqlıq miomasının proqressiv inkişafı, anemiyanın inkişafı və menapauza zamanı qanaxmanın olması bədxassəli şişin yaranma riskini artırır. Miomanın inkişafı çox vaxt hormonal pozğunluqlar nəticəsində meydana çıxır və uşaqlığın əzələ divarında bir ya bir neçə düyünün əmələ gəlməsinə səbəb olur. Düyünlərin ölçüsünü ginekoloqlar həftə ilə ölçürlər. Əksərən, miomaların orta ölçüsü 3 sm-dir, lakin çox böyük ölçülü miomalara da rast gəlinir, məsələn 6-7 aylıq hamiləlik vaxtındakı ölçü qədər. Miomalar tək və çoxsaylı olur, amma hər zaman ölçülərinə görə, bir düyün dominantlıq təşkil edir. Miomanın səbəbləri kimi əksər hallarda hormonal pozğunluqlar, çoxsaylı abortlar, irsi meyllilik, ekologiyanın pisləşməsi, cinsi orqanlarda hər hansı iltihabi xəstəlik, ağır keçən doğuşlar, UDS (uşaqlıqdaxili spirallar) göstərilir. Yerləşməsinə görə, miomalar bu cür klassifikasiyalaşır: seroz qişanın altında yerləşən miomalar, yəni uşaqlıqdan kənar, ən çox yayılmış forma: uşaqlığın əzələsində yerləşən, mukoz təbəqənin altında yerləşən və uşaqlığın daxilinə doğru inkişaf edən və ən çox ağırlaşmalara səbəb olan forma Miomanın diaqnostikası və müalicəsi :mioma əksər vaxtlarda qadınlarda USM müayinəsi zamanı aşkara çıxır, bəzən diaqnozu dəqiqləşdirmək üçün MRT müayinəsindən də istifadə olur. 25% hallarda mioma aşağıdakı ağırlaşmalara gətirib çıxara bilər: Xroniki uroginekoloji iltihabi proseslər Cinsi əlaqə zamanı ağrının olması Qəbizlik Mədə-bağırsaq traktında diskomfort və meteorizm (köp) Sidiyi saxlaya bilməmək Uzunmüddətli və çoxlu miqdarda qanaxma ilə müşayiət olunan aybaşı Qarında ağrılar Müalicədə müxtəlif metodlardan istifadə olunur. Adi müalicəvi metodlara gəldikdə isə burada əsasən, ən son hormonal terapiya tətbiq olunur, o da öz növbəsində immun sistemin funksiyasını tənzim edir. Müalicə effekt verdikdə şişin ölçülərinin xeyli kiçildiyi görünür. Əgər miomanın ölçüləri xeyli böyükdürsə və yuxarıda göstərilən əlamətlər qeyd olunursa, o zaman cərrahi əməliyyat keçirilir və nəticədə ya şişin özü, ya da şişlə birlikdə uşaqlıq özü də amputasiya olunur. Bu zaman əməliyyat növü kimi ya laparoskopik metod ya da adi kəsiklə cərrahi əməliyyat aparılır. Miomanın çox effektli müalicə növlərindən biri də uşaqlıq arteriyalarının embolizasiyasıdır(kateterizasiya metodu vasitəsilə miomanın sorulması), bu müalicə üstünlüyü ondadır ki, həm uşaqlıq amputasiya olunmur və həm də xəstə yenidən dünyaya uşaq gətirə bilir. Əməliyyat spinal anesteziya vasitəsilə aparılır və heç bir cərrahi kəsik və çapıq yeri qalmır. Ağırlaşmış miomanın profilaktikasında əsas yeri davamlı ginekoloji müayinələr tutur.
