Lady72 Опубликовано: 7 ноября, 2018 Жалоба Share Опубликовано: 7 ноября, 2018 Sənsiz qaldım Ürəyim yenə də axtarır səni, Gözlərim yoldadır, qulağım səsdə. Nə olar incitmə bu qədər məni, Ürəyim ağrıyır sənsiz qəfəsdə. Nə olar heç zaman tək qoyma məni, Qoyma ki, mən sənsiz saralıb-solum. Gözlərim qoy görsün hər dəfə səni, Qoy səni görəndə mən xoşbəxt olum. Sevinirdim yaman görəndə səni, Az qala sinəmdən çıxırdı ürək. Təklikdə saxladın xeyli vaxt məni, Dərdlərimlə birgə qaldım təkbətək. Üçümüz gözlədik Xəyallar uzağa apardı məni, Yuxusuz qalmışam səhərə qədər. Bu sevda yolunda gözlədim səni, Üçümüz gözlədik: mən, qüssə, kədər. Bayirda ildırım sökür küçəni, Dağıdır hər yeriküləklər, tufan. İntizar yolunda saxladın məni, Təklikdə saxladın uzun bir zaman. Xəyallar uzağa apardı məni, Yatmağa qoymadı bu gecə xiffət. Məhəbbət yolunda axtardım səni, Üçümüz axtardıq: mən, sevda, həsrət. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 7 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 7 ноября, 2018 Vəfasız Tələyə düşmüşdü sevgidən ürək, Cavabsız məhəbbət, sanki qəfəsdir. Bu sevda yolların mən gəzmişəm tək, Vəfasızdan vəfa ummaq əbəsdir. Mən şirin vədələr qurbanı oldum, Nağıla inanmaq bu qədər bəsdir, Bir incə çiçəktək saralıb-soldum, Vəfasızdan vəfa ummaq əbəsdir. Mən sadiq olmuşam sevgiyə hər an, Sədaqət adi söz, adicə səsdir. Yetişdi həmin an, çatdı o zaman, Vəfasızdan vəfa ummaq əbəsdir. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 7 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 7 ноября, 2018 Dəhşət yuxu Yuxuda gördüm ki, itirdim səni, Bu gözəl dünyanı sən də tərk etdin. Həyat yollarında tək qoyub məni, Bilmədim nə səbəb çıxıb da getdin. Elə bil dayandı bir an ürəyim, Həmin an hər tərəf qaranlıq oldu. Ayağım altında torpaq da yandı, O saat qəlbimə göz yaşı doldu. Oyandım yuxudan sevindim yaman, Sevindim yuxudur gördüyüm dəhşət. Nə bu gün, nə sabah, nə də heç zaman, Gəlməsin yuxuma qorxulu həsrət. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 7 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 7 ноября, 2018 Göz yaşları Doldu nədən gözlərinə qəm-kədər. Ürəyinə salma həsrət daşını. Toxtaqlıq ver öz-özünə bir qədər, Qurban olum sil gözünün yaşını. Daş fələyin, hökmü sənin, baş mənim, Qoy yığıla gözlərimdə yaş mənim, Varsa qəmin hamı ola, kaş, mənim. Qurban olum sil gözünün yaşını. Qüssə nədir, kədər nədir, qəm nədir, Fərəh nədir, sevinc nədir, kəm nədir. Ala gözlüm, gözlərində nəm nədir? Qurban olum sil gözünün yaşını. Yağma yağış Yağma yağış, dərdlərimi oyatma, Mən onları yatızdırdım birtəhər. Göydən mənə damla-damla qəm atma, Qoy dincəlim barı bir gün, bir səhər. Yağma yağış, xırda-xırda ağlama, Görmə rəva könlüm ola pərişan. Yağma yağış, məni oyaq saxlama, Mən onsuz da yata bilməm bircə an. Yağma yağış, kövrəlirəm, doluram, Hər bir damlan ürəyimdən süzülür. Tək qalanda mən də yağış oluram, Göz yaşlarım düzüm-düzüm düzülür. Həsrətində Sənin həsrətinlə ağarır saçım Hər günüm bənzəyir uğursuz ilə. Ayrılıq dərdindən mən hara qaçım? Qaça da bilmirəm bu dərd-qəm ilə. Bir zaman dəlitək sevirdin məni Bu sevgi alışdı nə tez də söndü. Unuda bilərmi sevən-sevəni Nə səbəb ürəyin sərt buza döndü. Təklikdə inləyir sevən ürəyim Bilmirdim sevgimiz bitəcək belə. Sən idin həyatım arzu-diləyim Bu arzu-diləklə yaşaram hələ. Dilimin qəmli harayı Sevgi nə deməkdir bilməzidim mən, Allahın lütfüdür bu sevgi payı, Qəlbimdə kədərsən, gözümdə nəmsən, Sən oldun dilimin qəmli harayı. Əvvəllər bilməzdim nədir məhəbbət, Kədərli keçirtdim hər günü, ayı, Salmısan könlümə qəm, qüssə, həsrət Sən oldun dilimin qəmli harayı. Unuda bilsəydim mən səni əgər Sanardım bu yoldan yoxdur savayı. Könlümə gözümə dolubdur kədər Sən oldun dilimin qəmli harayı. Suallar içində Ayrılıq yamanca üzdürdü məni, Mən yenə qalmışam otağımda tək. Gözlərim axtarıb tapmayır səni, Həsrətdən ağlayır, diləyir ürək. Zindandır mənimçün soyuq otağım, Boğur göz yaşımda qəlbimi həsrət. Sanki İlahidən sönüb çırağım, İçimdə, çölümdə var qatı zülmət. Niyə ki, unutdun, niyə ki, getdin, Bəlkə də heç zaman sevməmisən sən. Səbəb nə oldu ki, mən tərk etdin? Suallar içində tək qalmışam mən. Əzablı ömür İlahi, gəl məni məndən al apar, Qoşulub mən Sənə qoy çıxıb-gedim. Əzabdan sıxılan canımı qurtar, Ağrılı-acılı ömrü tərk edim. Həyatım əvvəldən bəllidir sənə, Çox çətin bir tale, qismətim oldu. Xoşbəxtlik payımı vermədin mənə Ömrümün çiçəyi budaqda soldu. Bir payız gecəsi gəl məni apar, Dünyadan xəlvətcə biryolluq gedim. Yarpaqlar eyləyir bir-bir intihar Həyatı yarpaqtək mən də tərk edim. Təklik Təklikdə qalmışam yenə bu axşam, Yollara baxmaqdan yoruldu gözüm, Həsrətim alovdur, mən də ki, bir şam, Nə səndə insaf var, nə məndə dözüm. Nə olar, tez qayıt darıxır ürək, Otağım elə bil zindana dönüb. Qaranlıq içində oturmuşam tək Sanki taleyimin ülkəri sönüb. Hər anım əziyyət, hər anım əzab Dustağa döndərib məhəbbət məni, Ahıma, naləmə vermədin cavab, Boğur göz yaşımda bu həsrət məni. Ayın, Günün işığında İstərəm olasan xoşbəxt, hər zaman Mən sənin üzündə görməyim kədər. Qoy gülsün üzünə həyatın hər an Heç bir vaxt üzülmə, sıxılma hədər. Səntək az tapılar mehriban insan, Ən çətin günümdə dayaq olmusan. Məndən ayrılmadın sən heç bircə an Kövrək anlarımda könül almısan. Ürəyin həmişə sevinclə dolsun, Qəlbindən silinsin həm qəm, həm həsrət. Xoşbəxtlik hər zaman qismətin olsun, Qapını qoy döysün sevinc, səadət. Tanrıdan istərəm sənə toy-büsat, Kədəri qəlbindən sil artıq, bəsti. Qoy olsun qismətin fərəhli həyat, Ay kimi işıqlı, Gün kimi isti. Məni məndən soruş Məni məndən soruş, dərdlərim çoxdur. Kim bilər onları məndən də yaxşı? İnan ki, heç kimin xəbəri yoxdur. Nə üçün tökülür gözümün yaşı. Məni məndən soruş, kim deyər nədən Mən yata bilmirəm səhərə qədər. Elə bil, qar yağıb başıma dən-dən Soyuqdan gizlənib qəlbimdə kədər. Məni məndən soruş, gəl deyim sənə Nədən narahatdır sinəmdə ürək. Bu sonsuz kainat dar gəlir mənə Mən özüm-özümlə qalan zaman tək. 1 Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 7 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 7 ноября, 2018 Gecənin həsrəti Solur pəncərəmdə incə çiçəyim, Yağışlı havada günəşsiz solur. Təklikdə sızlayır sevən ürəyim, Qəlbimə nədənsə qəm, kədər dolur. Bilmirəm nədəndir bu qüssə, həsrət, Göydəki buludlar canımı sıxır. Otağımda mənəm bir da sükunət, Üzümdən yağıştək göz yaşım axır. Gecənin yarısı darıxdım yaman, Yağış da bu yandan üzübdür məni. Qəlbimdə mürgülər bir ümid, güman, Səni gözləyirəm, sevirəm səni. YUXU Yuxuda görmüşəm bu gecə səni, Heç də istəməzdim açılsın səhər. Apardı cənnətə bu yuxu məni O saat qəlbimdən yox oldu kədər. Nə gözəl mənzərə-bir güllü çəmən, Şəfəqlər saçırdı hər yerə günəş. Bu ülvi aləmdə sən idin və mən O şirin yuxuda qalaydım, ey kaş. Oyandım, ayıldım yuxudan səhər O gözəl mənzərə, heyf ki, heç oldu. Demirəm yuxunu görmüşəm hədər Amma bu sənsizlik qəlbimə doldu. Tale payım Mən səni görəndə tutulur dilim, Deyəsi sözlərim qəlbimdə çoxdur. Məhəbbət bağında bitmədi gülüm Bilirəm sevgiyə heç haqqım yoxdur. Dözülməz əzaba nə qədər dözüm? Gözümü örtüklə bağlayır həsrət, Buz kimi donubdur qəlbimdə sözüm, Bir yerdə qalmağa olacaq qismət? Dustağa döndərib məhəbbət məni. Qəlb üçün bədənim olubdur zindan, Mən nahaq salmışam qəlbimə səni, Sən məni sevəsən etmirəm güman. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 7 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 7 ноября, 2018 Ömür yolları Ömür yollarımız ayırdı bizi, Sən sola gedirsən mən isə sağa. Qaldı bu yollarda bir sevgi izi, Biz gedə bilmədik çox da uzağa. Deyirdik dönmərik eşqin yolundan, Bu yol nədən belə dar gəldi bizə? Deyirdik gedərik daim yanbayan, Bir ülvi sevgini gətirdik gözə. İnan ki, bezmişəm özümdən özüm, Hara gedirəmsə mən gedirəm tək. Sən yada düşdükcə yaşarır gözüm, Hələ də barışmır hicranla ürək. Tənhalıq Yenə boş otaqda oturmuşam tək, Masanın üstündə əriyir bir şam. Ağlayır sızlayır həsrətdən ürək. Tənhalıq baş çəkdi mənə bu axşam. Səni yola saldım, səni ötürdüm, Xeyli vaxt gözlərim arxanca baxdı. Elə bil ömürlük səni itirdim, Qəlbimi qəm-qüssə odlara yaxdı. Dörd divar içində sıxıldım yaman Şam da yavaş-yavaş axırda söndü. Ümidlər puç olub, qalmadı güman, Otağım boş qalmış yuvaya döndü. Gücsüzlük Yenə təkəm, sıxır məni dörd divar, Kədərimi məndən başqa kim bilir? Ürəyimə sığışmayan həsrət var. Dünya mənə özü boyda dar gəlir. Zəmanədə sualıma cavab yox. Gələcəkdə hər şey sirli, bilinməz. Mən tamam gücsüzəm, dərdim isə çox, Ölüncə qəlbimdə bu dərd silinməz. Ayağımda yoxdur artıq taqətim, Yerə yıxır məni bu dərd bu kədər. Əldən salır, üzür məni həsrətim Bu əzaba ürək dözsün nə qədər? 1 Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 15 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 15 ноября, 2018 Sal məni yadına Sal məni yadına günəş batanda, Qaranlıq düşəndə xatırla məni. Bir payız axşamı yağış atanda Mən də düşünürəm həsrətlə səni. Sal məni yadına aydın bir səhər, Bülbülün səsindən oyanıb erkən. Darıxma, əzizim, darıxma hədər, Hər zaman səninlə olacağam mən. Sal məni yadına tənha qalanda, Qəlbinin qonağı olanda kədər. Hər dəfə yadına məni salanda Bil ki sevinirəm dünyalar qədər. Sevgi yolları Qəlbimdə bir arzu, bir ümid, dilək. Nəhayət bu gün mən görəcəm səni. Yol boyu sinəmdə titrəyir ürək. Bu yollar yanına aparır məni. Gözlərim görməyir sevincdən bu an Seçmirəm mən artıq yoldan keçəni, Sevinir ürəyim, sevinir yaman Bu yollar yanına aparır məni. Min şükür edirəm, İlahi, Sənə, Nəhayət görəcək sevən-sevəni, Çox xoşbəxt bir günü bəxş etdin mənə Bu yollar yanına aparır məni. Sən gəlməsən Sən qəmli olanda kövrəlirəm mən, Yaz dönər payıza, gülüm, gülməsən. Ayrılıq görünər saçımda dən-dən, Saniyə bir əsrə dönər gəlməsən. Olaram əl-qolu bağlı bir əsir, Aylarım olar il, illərim də əsr, İndidən ürəyim həsrətdən əsir, Saniyə bir əsrə dönər gəlməsən. Çevrilər hər anım zülmətə sənsiz, Sanaram düşmüşəm qürbətə sənsiz. Bəlkə də dözmərəm həsrətə sənsiz, Saniyə bir əsrə dönər gəlməsən. Sənsiz səninləyəm Gözlərim yol çəkir, sızlayır ürək, Həsrətin yamanca üzübdür məni. Son günlər olmuşam bir az da kövrək, İstərəm hər bir an yanımda səni. Hər zaman yadımda, xatirimdəsən, Səhər də, axşam da xəyalımdasan. Mənim daxilim də, zahirim də sən, Nə fərqi cənubda, şimalımdasan. Günəş həm çıxanda, həm də batanda, Səni düşünürəm, səni anıram. Gündüzüm tək-tənha sona çatanda, Sənsizlik odunda təkrar yanıram. Kədərli həyatım zülmətdən betər, Könlümün sirdaşı olubdu həsrət. Gəl-çıx ki, dağılsın başımdan kədər, Qərq olum sevincə mən də nəhayət. Arzu qanadında Həsrətdən üzülür, sızlayır ürək, Kövrəyəm, bir az da oluram kövrək. Qalanda üz-üzə xəyalımla tək, Məni arzularım qanadlandırır. Aşiqəm, ümidlər yaşadır məni, Bilirəm görəcək sevən-sevəni. Sevgi qanadında taparam səni, Məni arzularım qanadlandırır. Soyuq qış dönəcək güllü bir yaza, Əlvida deyəcək günəş ayaza. Təbiət özünü qoyacaq naza, Məni arzularım qanadlandırır. Dünya dəyməz göz yaşına Gözlərində gördüm kədər, Kədərlisən, məncə, hədər. Ağlamağın artıq yetər, Dünya dəyməz göz yaşına. Taleyimiz oldu acı, Dərdimizin yox əlacı. Yanağında donub damcı, Dünya dəyməz göz yaşına. Fələk bizi verdi yelə, Göz yaşımız döndü selə. Bəxti yazan yazıb belə, Dünya dəyməz göz yaşına. Bulud kimi ürək doldu, Payız kimi ömür soldu. Keçən-keçdi, olan-oldu, Dünya dəyməz göz yaşına. Hər bir budaq açır çiçək Saplaq-saplaq, ləçək-ləçək, Bahar gəlir, sevir ürək Dünya dəyməz göz yaşına. Günəşsiz səhər Günəşsiz oyandım yenə bu səhər, Dəhşətli bir yuxu görmüşəm gecə. Qəlbimi bürüdü həyəcan, kədər, Bilmədim təskinlik tapacam necə. Yuxuda gördüm ki, sevgimiz bitib, Yarımın ürəyi sərt buza dönüb. O məni tərk edib, gözümdən itib, Baharım qış olub, ocağım sönüb. Canımdan üşütmə keçdi həmin an, Xəyallar, arzular sanki puç oldu. Yuxudan oyandım elə bu zaman, Qəlbimə şübhələr yağıştək doldu. Oyatma məni Nə olar oyatma məni bu səhər, Bu günün qonağı olsun sükunət. Oyansam, qəlbimə dolacaq kədər Yuxuda boğulsun əzablı həsrət. Bu gün qalacağam yenə də sənsiz, Dörd divar sıxacaq, partlaya ürək. Çox qalmaz hicranda sevən-sevənsiz Bu acı hicrana mən dözəm gərək. Sən məni oyatma, dincəlsin canım, Yuxular qoynunda qoy yatsın həsrət. Bir əsrə çevrilir sənsiz hər anım, Əsirə döndərir məni məhəbbət. Sənə möhtacam Qəlbimdə min arzu-dilək, Eşqin ilə açır çiçək. Nə qədər ki, vurur ürək, Daim sənə möhtac olum. Dərdim-qəmim qucaq-qucaq, Yoxdu mənə arxa-dayaq. Bir-birindən düşdük uzaq, Daim sənə möhtac olum. Ömrüm-günüm əziyyətdə, Mərd aşiqəm sədaqətdə. Bizim bu saf məhəbbətdə, Daim sənə möhtac olum. Son tamaşa Həqiqi aşiqsən, edirdim güman, Saf sevgi yerinə mən gördüm yalan, Yalan məhəbbətdən usandım inan, Hissim, duyğularım yox olub-getdi, Bağlandı pərdələr tamaşa bitdi. Qəlbimdə sakitlik, boşluq, toranlıq, Gözümdə hər tərəf zülmət, qaranlıq. Yerimdə qurudum əvvəl bir anlıq, Eşqim, səadətim məni tərk etdi, Bağlandı pərdələr tamaşa bitdi. Rolunu çox gözəl nümayiş etdin, Sevdirdin özünü sonra da getdin. Sən məni atmaqla arzuna yetdin, Əhdin, etibarın olmadı ciddi, Bağlandı pərdələr tamaşa bitdi. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 15 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 15 ноября, 2018 (изменено) Sənsiz anlar Ora-bura vurdu həyat Təklik məni yaman sıxır, Dərd-qəm qovub yerə yıxır. Gözlərimdən qan-yaş axır, Yordu məni, yordu həyat, Ora-bura vurdu həyat. Yarəb, məni qəmdən qurtar, Ürək artıq edib qubar. Gəlir mənə bu dünya dar, Yordu məni, yordu həyat. Ora-bura vurdu həyat. Küskün ömür nəyə gərək? Xəyal imiş arzu-dilək. Qəddarlığa dözmür ürək, Yordu məni, yordu həyat. Ora-bura vurdu həyat. Sənsizəm Soruşsan necəyəm? Deyərəm indi. Dərdlərin altında çat verir ürək. Bəxtimin ulduzu parladı, söndü, Həsrətlə üz-üzə mən qalmışam tək. Elə bil insanlar harasa köçüb, Tənhalıq olubdur mənim sirdaşım. Sənsizəm, elə bil, bir ömür keçib, Sel kimi tökülür yenə göz yaşım. Bilmirəm hardasan, neyinirsən indi? Gətirən də yoxdur səndən bir xəbər. Bu dünya mənə bir zindana döndü, Durub keşiyimdə qüssə, qəm-kədər. Nigaran illərim Sən getdin, o gündən ağlar ürəyim, Baharım qış oldu, payıza döndü. Sən idin istəyim, arzum, diləyim, Sənin gedişinlə ümidim söndü. Mənasız görünür sənsiz bu həyat, Aylarım, illərim nigaran keçir. Yox olub xoş günlər, sevinc, zarafat. Həsrətin gecələr qanımı içir. Daha sevindirmir məni gül-çiçək, Bilmirəm mən sənsiz indi nə edim? Deyirlər dünyadan hamı köçəcək, Mən bu gün istərəm dünyadan gedim. İlahi, apar məni İlahi, apar məni, Əzabdan qurtar məni. Torpaqdan yaratmısan, Torpağa qaytar məni. Qəm-qüssə sıxır məni, Qaldırıb-yıxır məni. Dözmürəm əzablara, Məhv edər axır məni. Həyata bitmiş həvəs, İstəməm alım nəfəs. Boş keçir ömrüm, günüm, Yoxdur gözümdə heç kəs. Ana Bilirəm incidib üzmüşəm səni, Yorğun da olanda gülürdü gözün. Sığallar çəkirdin, öpərək məni, Təskinlik verirdi hər şirin sözün. Bağışla, anacan, mən sənə qurban, Gecə də, gündüz də dərdimi çəkdin. Şikayət duymadım səndən heç zaman, Sən mənim yolumda belini bükdün. Üz-gözün qırışdı, ağardı tellər, Bu acı həyatım çox üzdü səni. Hayıf, qocalırsan keçdikcə illər, Çox xahiş edirəm, tək qoyma məni. Sənsiz gecə Səhərdən gözlərim yollara baxır, Gözlərim yol çəkir, qulağım səsdə. Sənsizlik qəlbimi yamanca sıxır, Sən azad, mən isə dar bir qəfəsdə. Bir gecəm də keçir səndən uzaqda, Sənsiz açılacaq növbəti səhər. Xəyalım dolanır aranda, dağda, Hər tərəf qaranlıq, dincəlir şəhər. Ürəyim sızlayır, darıxır sənsiz, Yalqızam yenə də bir sirdaşım yox. Ayrılıq dərdinə dözməzdin mənsiz, Olsaydı həsrətin mənimkindən çox. Bağışla Etiraf edirəm üzmüşəm səni, Səhvlərə yol verdim bilmədən özüm. Əgər bacarırsan bağışla məni, Səndən üzür dilər mənim hər sözüm. Acılar çəkdirdim, sənə qəm verdim, Dərdinin üstünə dərdimi yıxdım. Sənin tərəfindən mən qayğı gördüm, Mənsə əvəzində qəlbini sıxdım. İndi üzülürəm, çox peşmanam, çox, Bir də incitmərəm mən səni əsla. Gec başa düşmüşəm, amma, fayda yox, Qoy deyim bir daha: «Məni bağışla». Getdin Kədər güc gəldikcə əyilirəm mən, Taleyim sınağa çəkir eləcə. Sən məni tək qoyub getmisən nədən, Acı tənhalığa alışım necə? Həsrətin o gündən mənə dost oldu Qəlbimi dumanla bürüdü payız. Yenə də gözlərim buludtək doldu, Məni sellər kimi sürüdü payız. Tərk edib getmisən, tənhalıq qalıb, Sırtıq qonaq kimi getmək bilməyir. Könlümü həyəcan, qəm-qüssə alıb, Gecələr uzanır, səhər gəlməyir. Çiynimdə sənsizlik yükün daşıdım, Dünya gözlərimdə sənsiz oldu dar. Soruşma ölmədim. Niyə yaşadım? Hələ yaşayacam neçə qış-bahar. Payız Saralıb, ağacdan düşür yarpaqlar, Buludlar yenə də qatar-qatardır. Qızıl paltarını geyindi bağlar, Mənimsə qəlbimdə hələ bahardır. Təbiət ecazkar rəngə boyandı, Uşaqlıq illərim yadıma düşdü. Yatmış xatirələr bir-bir oyandı, Göz yaşım yanağım üstə sürüşdü. Mən həyat bağında quru bir budaq, Əfsus, arzularım açmadı çiçək. Ömrümün ayları soyuq, qar, sazaq, Solğun illərimi apardı külək. Fikirlər Başımda var min-bir fikir, Vərəq-vərəq yazır qələm. Düşüncələr sətir-sətir, Misraların mənası qəm. Ağ kağıza kədər dolur, Kəlmələrim acı-acı. Göz yaşlarım nöqtə olur, Vərəqlərdə damcı-damcı. Fikirlərim qarışdıqca, Qələm, vərəq oldu sirdaş. Tənhalıqla barışdıqca, Könül güldü yavaş-yavaş. Sənsiz Özümü səninlə çox xoşbəxt sandım, Göylərə qaldırdı bu sevgi məni. Sən getdin mən isə alışdım, yandım, Gözlərim hələ də axtarır səni. Sənsiz bu dünya bir zindandır mənə, Sənsiz bu dünya çox ensizdir, dardır. Ayrılıq hökmünü kim verdi sənə? O gündən tənhalıq ömrümə yardır. Həsrət tikan olub könlümə batır, Qəmə sirdaş oldum mən yavaş-yavaş. Gün sənsiz başlayır, sənsiz də bitir, Eləcə bitsəydi ömrüm sənsiz kaş. Sevirəm səni Bəlkə də mənimtək darıxırsan sən, Artıq unutmusan bəlkə də məni. Yolunu hələ də gözləyirəm mən, Uzaqdan-uzağa sevirəm səni. Fələk də ayıra bilməzdi bizi, Bilmədim kim oldu eşqin düşməni. Qəlbimdə bəslərəm saf sevgimizi, Uzaqdan-uzağa sevirəm səni. Günəş buludlara qoşuldu, getdi, Qaranlıq bürüdü çölü, çəməni. Bir səhər də gəldi, bir gecə bitdi. Uzaqdan-uzağa sevirəm səni. Həsrətin sonu Həsrətində idim uzun bir zaman, Qəlbimi sənsizlik üzürdü yaman. Nəhayət yetişdi gözlədiyim an, Bu qış gözümüzdə yaşı qurutdu. Sanki, bir bahardı, bir yaydı bu qış, Nə güclü qar yağdı, nə güclü yağış. Bəxş etdin sən mənə isti bir baxış, Bu qış gözümüzdə yaşı qurutdu. Vüsalın yanında əridi hicran, Durarmı soyuqla isti yanbayan? Eşitdi səsimi ulu Yaradan, Bu qış gözümüzdə yaşı qurutdu. Vida Sən məni ötürmə, gedərəm özüm, Kədərli baxışdan üzülər ürək. Dayansam, yenə də dolacaq gözüm, Göz yaşım üzümdə donacaq buztək. Çox arxamca baxma, qoy gedim rahat, Son vida, son sözlər nəyinə gərək? Ayrılıq zamanı yetişdi, heyhat, Mənim istəyimcə deyil bu istək. Mən çıxıb-gedirəm ötürmə məni, Ayrılıq vüsala aparan bir yol. Yaxın bir zamanda görərəm səni, Mən dönüb gəlincə sən salamat ol! Наиля Шахверди Изменено 15 ноября, 2018 пользователем Lady72 1 Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 26 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 26 ноября, 2018 -Döyünən qəlbim Sən qəmli olanda ağrıyır canım, Sən mənim damarda axan al qanım, Kaş, sənsiz olmasın bir günüm, anım. Mən sənsiz yaşaya bilmərəm axı... Məhəbbət nə demək səninlə bildim, Səninlə ağladım, səninlə güldüm, Mən səni sevməkçün həyata gəldim, Mən sənsiz yaşaya bilmərəm axı... Qəlbimdə bəslərəm bir arzu, istək, Bizi ayirmasın heç zaman fələk, Eşqinlə döyünür sinəmdə ürək, Mən sənsiz yaşaya bilmərəm axı. Görmək istəyirəm Sənsiz çox çətindir bir ömür sürmək, Xəyalın- kədərli, həsrətin- kövrək. Gözlərim istəmir heç kəsi görmək, Görmək istəyirəm mən təkcə səni. Bilmirəm, başımı nələrlə qatım, Bilmirəm nə edim arzuma çatım. Bir gecə olmur ki, arxayın yatım, Görmək istəyirəm mən təkcə səni. Mən bir yaralı quş, bu dünya qəfəs, Naləmin xeyri yox, çırpınmaq əbəs. Tək sənin eşqinlə alıram nəfəs. Görmək istəyirəm mən təkcə səni. Ömür keçir Gün batır, birazdan düşəcək gecə. Ömürdən günlərim, aylarım gedir. Fasillər dəyişir, keçir eləcə, Cavanlıq illərim məni tərk edir. Elə bil sürətlə ötür fəsillər, Payız küləkləri hər yeri sökür. Saralır çiçəklər, soluxur güllər, Ağaclar birbəbir yarpağın tökür. Yaş üstə yaş gəlir –qocalıq gerçək, Zamanı saxlaya bilməyib heç kəs. Yenə də sinəmdə çırpınır ürək, Yenə də tükənmir həyata həvəs. canım Sən mənə Allahdan verilən paysan, Qəlbimdə açılan çiçəksən, canım. Başımın üstündə Günəşsən, Aysan, Dərdimi dağıdan küləksən, canım. Ağladım ağladın, güldümsə güldün, Bütün dərdlərimi məninlə böldün. Üzümdən kədəri, qüssəni sildin, Ömrümə ən gözəl bəzəksən canım. Oldu ki, incidin, amma, küsmədin, Xətrimə dəymədin, məni üzmədin. Mənimçün duanı bir an kəsəmədin, Sən mənim gözümdə mələksən, canım. Allah dərgahında Yalvardım Allaha qorusun səni, Səndən uzaq etsin qəmi, kədəri. Yəqin ki, Yaradan eşidər məni, Odur nizamlayan bütün işləri. Qəlbinə dolmasın heç zaman təlaş Tanrı hər bir işdə yardımçın olsun. Görüm üz-gözündə təbəssüm, ey kaş, Sevinclə, fərəhlə ürəyin dolsun. Nədir, bilməyəsən qəm-qüssə, həsrət, Qoy sənə bəxş etsin Tanrımız iman, Allaha yalvarıb, etdim ibadət, Qoy səni bəladan qorusun hər an. Yaz gəlib Günəş əritdi qarı Müjdələdi baharı. Soraqladı yar-yarı. Yurdumuza yaz gəlib. Əlvan geyindi bağlar, Yaşıl büründü dağlar. Çiçəkləndi budaqlar, Yurdumuza yaz gəlib. Çiçək açdı yasəmən, Ətirləndi bağ-çəmən. Günlərimiz şəndi, şən, Yurdumuza yaz gəlib. Axtar məni Axtar məni darıxanda Həyalında axtar məni Təklik səni tam sıxanda, Vüsalnda axtar məni. Axtar məni ürəyində Həsrətində axtar məni, Arzularda, diləyində Xiffətində axtar məni Məni axtar yer üzündə, Gül ətrində axtar məni. Bu şeirin hər sözündə Hər sətrində axtar məni Doğum günün mübarək Arzum budur istəyinə çatasan, Xoşbəxt olub, qəm-qüssəni atasan, Sevincinə yeni sevinc qatasan. Əziz insan, doğum günün mübarək. Ömür yolun gül-çiçəklə bəzənsin, Sevənlerin daim sənə güvənsin, Yaxınların sənə baxıb sevinsin. Əziz insan, doğum günün mübarək. Yaradandan can sağlığı dilerəm, Sən güləndə mən də deyib-gülərəm. Sən ağrısan mən üzülüb ölerəm. Əziz insan, doğum günün mübarək. ,,,, Səndən öyrəndim İllərlə intizar içində qaldım, Səni xatırladım, xəyala daldım, Mən həyat gücünü eşqindən aldım, Sevib-sevilməyi səndən öyrəndim. Nə yaxşı sən mənim ömrümə gəldin, Canımı isitdin, üzümə güldün, Qəlbimdən kədəri tərtəmiz sildin, Sevib-sevilməyi səndən öyrəndim. Artıq unutmuşam nə imiş həsrət, Könlümü bürüyüb sevinc, səadət. Ölüncə yaşadar məni məhəbbət, Sevib-sevilməyi səndən öyrəndim. Yuxu Allahım, bu gecə yuxu ver mənə, Elə bir yuxu ki, sakitçə yatım. Xoşbəxtlik hissinə qərq olum yenə, Bu gecə həsrəti kənara atım. Qoy həmin yuxuda açılsın çiçək, Sərt qışın yerinə isti yay gəlsin. Bir şirin yuxuda dincəlsin ürək , Qəlbim sakitləşsin, üzüm də gülsün. Gün çıxsın nəhayət, gəlsin yaz-bahar, Bülbülün səsiylə hər tərəf dolsun. Görüşə mənimlə gəlsin gözəl yar, Qoy yuxum bitincə yanımda olsun. sevirəm səni. Mənim dövlətimsən, mənim varımsan, Gözümün işığı, şən baharımsan. Sən mənim əzizim, gözəl yarımsan, Nə yaxşı sən varsan, sevirəm səni. Dilimdə ah-nalə, qəlbimdə həsrət, Gözümdə gündüz də olmuşdu zülmət. Sən mənə bəxş etdin sevinc, səadət, Nə yaxşı sən varsan, sevirəm səni. Sənsiz bir qəfəsdi bu dünya mənə, Hər bir kəs möhtacdır onu sevənə, Allaha min şükür rast gəldim sənə, Nə yaxşı sən varsan, sevirəm səni. Allahdan ümidi kəsməyək gərək. Sabah Günəş çıxar əridər qarı, İsinər soyuqdan üşüyən ürək. Dost dostu salamlar, tapar yar yarı, Allahdan ümidi kəsməyək gərək. Sərt qışın yerinə gələr şən bahar, Ağaclar yenidən açar gül-çiçək. Tezliklə əriyər qalaq-qalaq qar, Azaldar sürətin şaxtalı külək. Açılar üzlərə nurlu bir səhər, Dolar ürəklərə xoş arzu-dilək. Dağılar bir qara bulud tək kədər, Ömrün göylərini səadət bəzər. Məni səsləsən Sən məni səsləsən, həmən gələrəm, Uzaqda olsam da, inan, fərqi yox. Nə dərdin, qəmin var sənlə bölərəm, Xoşbəxt olmağını istəyirəm çox. Dağları aşaram, düşərəm düzə, Tələsib gələrəm göz yaşın silim. Bilirəm möhtacsan bir şirin sözə, Doludur xoş sözlə ürəyim, dilim. Mən sənin əlindən tuta bilərəm, Bir anda yox olar üzündən kədər. Ağlasan ağlaram, gülsən gülərəm, Yanında qalaram ölənə qədər. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 26 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 26 ноября, 2018 Apar məni. Uzaqlara apar məni, Dərd olmayan yerə apar. Görməmişəm çoxdan səni, Bu həsrətdən məni qurtar. Gəl əl-ələ verib gedək, Hara olsa, heç fərqi yox. Bu yerləri tez tərk edək, Dərd çəkmişik burada çox. Hər arzumuz açsın çiçək, Bir mən olum, bir də ki, sən. Darıxarsa əgər ürək Qayıdarıq geri həmən. Mələk olaydım Mən bir mələk kimi qoruyub səni, Dərdini, qəmini uzaq edəydim. Mələklər tək qoymaz Allah sevəni, Sən gedən yerlərə mən də gedəydim. Olduğun yerlərdə əkəydim çiçək, Sağ tərəf bənövşə, solda yasəmən. Gözün gülsün deyə şad olsun ürək, Dövrəni cənnətə döndərəydim mən. Başının üstündə durub hər gecə, Səhər açılınca oyaq qalaydım. Nəzarət edəydim sənə gizlicə, Mən səni qoruyan mələk olaydım. Intizar Gözlərim dikilib uzun bir yola, Yaman darıxmışam mən səndən ötrü. Sinəmdən ürəyim çıxır az qala, Sən də darıxmısan de, məndən ötrü?! Gözlərim yollarda axtarır səni, Payızdır, ağaclar yarpağın tökür. Buludlu havalar çox üzür məni, Şiddətli küləklər hər yeri sökür. Səpir yarpaqları başıma payız, Rəngbərəng yarpaqlar uçur sağ-sola. Tez qayıt, həyatım, qalmayım yalqız, Yoruldu gözlərim baxmaqdan yola. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Lady72 Опубликовано: 26 ноября, 2018 Автор Жалоба Share Опубликовано: 26 ноября, 2018 Görüşə ümid Bir gün gələcəyəm yanına inan, Ömürlük bitəcək ayrılıq, həsrət. Mən də darıxıram, sən də çox güman, Görüşüb doyunca edərik söhbət. Gerçəyə çevrilər bir gün bu xəyal, İnşallah Tanrımız eşidər bizi. Xoş arzu-diləklə qayıdar vüsal, Qalmaz ayrılığın ürəkdə izi. Gülər üz-gözümüz, sevinər ürək, Gözümüz yollarda ilişib qalmaz. Sevgi bağımızda açılan çiçək, Bir daha saralıb, bir daha solmaz. Duyanın da var Bu dünya gəlirsə əgər sənə dar, Nə dostun dost isə, nə də yarın yar. Qaldır əllərini Allaha yalvar, Bil ki, duan varsa, duyanın da var. Ümidi heç zaman olmaz itirmək, Yenidən yaz gələr, açılar çiçək. Qalanda dərd ilə, qəmlə təkbətək, Bil ki, duan varsa, duyanın da var. Yaradan bircə an tək qoymaz bizi, Eşidər ağızdan çıxan hər sözü. Onun qarşısında bükərik dizi, Bil ki, duan varsa, duyanın da var. Yaşadan məni Bu gecə şübhələr bürüdü məni, “Niyə”lər, “bəlkə”lər qəlbimi sıxdı. Düşündüm yenə də ötüb-keçəni, Bilmədim nə zaman göz yaşım axdı. Bu gecə yatmadım, yuxusuz qaldım, Üz-üzə oturdum suallarımla. Ürəkdə həyəcan təbili çaldım, Acılı-şirinli xəyallarımla. İnana bilmirəm özümə özüm, Gözümü yumanda görürəm səni. Sən mənim dilimdə ən şirin sözüm, Sənin varlığındır yaşadan məni. Xəyal Gəl xəyala dalaq bir az, Kimsə yoxdur, sənsən və mən. Təmiz hava, fəsil də yaz. Dörd bir tərəf yaşıl çəmən. Nə gözəldir bax bu məkan, Başdan-başa, sanki, cənnət. Fərəhlidir burda hər an, Unudulur kədər, həsrət. Külək qovub buludları, Parıldayır qızıl Günəş. Yox sevincin hüdudları, Qəlbə sevgi salıb atəş. Uzaq olsun bizdən kədər, Döndərməsin üzün fələk. Qoy ömrümüz var nə qədər, Xəyal deyil, ola gercək. Yaz gəldi Bilmirəm nağıldır, yoxsa ki, gerçək, Bir yuxu görürəm bəlkə hələ mən. Yaz gəldi, əzizim, açıldı çiçək, Yayır xoş ətrini bağda yasəmən. Kədəri unutdum, sakitdir ürək, Qəlbimdən bir yolluq yox oldu həsrət. Uzaqa apardı dərdimi külək, Verdi öz yerini sevincə möhnət. Gözümdə hər tərəf bağça-bağ, çəmən, Heç neyçün ürəyim deyil narahat. Qanadım olsaydı uçardım həmən, Səninlə hər zaman gözəldir həyat. Sən alın yazımsan Tez açan çiçəklər tezcə də solur, Ömrü gözəlliyin çox qısa olur... Demə sevgilimsən, həsrətimsən de, Sən alın yazımsan, qismətimsən de. Nə qədər yansa da tonqal da sönür, Atəşə nə düşsə tez külə dönür... Demə alovumsan, xiffətimsən de, Sən alın yazımsan, qismətimsən de. Zaman əlimizdən biryolluq gedir, Cavanlıq sürətlə bizi tərk edir... Əbədi dünyamsan, cənnətimsən de, Sən alın yazımsan, qismətimsən de. Canlanım Hardasan, gəl artıq, ey canım, gözüm, Ayrılıq oduna mən necə dözüm!? Adına bağlıdır söhbətim, sözüm, Qarşımda canlan ki, mən də canlanım. Başımız üstündə Günəş dayansın, Dünyamız al-əlvan rəngə boyansın. Eşqin atəşinə canımız yansın, Qarşımda canlan ki, mən də canlanım. Bir də ayırmasın bizi Yaradan, Baxtımız yar olsun bizə hər zaman. Sən mənə bir can ol, mən sənə bir can, Qarşımda canlan ki, mən də canlanım. Dözmək gərəkdir Əzizim, xoşbəxtlik bizim olacaq, Sevgidən, sevincdən gözlər dolacaq, Ayrılıq gedəcək, vüsal qalacaq, Sadəcə bir az da dözmək gərəkdir. Sərt qışın yerinə bahar gələcək, Dərd-qəmi biryolluq üzdən siləcək. Bizim də bəxtimiz bir gün güləcək, Sadəcə bir az da dözmək gərəkdir. Bir az gec, bir az tez həsrət bitəcək, Arzumuz yerinə axır yetəcək. Səadət başımız üstə ötəcək, Sadəcə bir az da dözmək gərəkdir. Цитата я знаю, всё будет хорошо Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.