Перейти к содержимому

Quldura çevrilən məmur...


SUMGAYIT

Recommended Posts

Quldura çevrilən məmur və müəllim qızı... - Hamı Jalədən danışır - FOTO/VİDEO

jaleee_mehmudovaaa1.jpg?v1661330440
  •  

Bakıda qadınların da üzv olduğu quldur dəstəsi saxlanılıb.

Publika.az xəbər verir ki, Bakıxanov qəsəbəsində Xalq artisti Valeh Kərimov və Əməkdar artist Loğman Kərimovun qardaşı Əflatun Kərimovun evinə basqın edən qrupun üzvü olan qadınların xarici görkəmi, onların bu tip cinayətdə iştirak etməsi müzakirələrə səbəb olub.

Polis tərəfindən saxlanılan dəstə üzvlərinin həm də narkotik asılılığından əziyyət çəkdikləri bəlli olub. Cinayətdə şübhəli bilinərək tutulan şəxslərdən biri olan Jalə Mahmudova barəsində isə onu tanıyanlar maraqlı fikirlər bölüşüblər.

Məlum olub ki, bir neçə ay əvvəl sosial şəbəkədə narkomanlarla bağlı verilişdə Jalə Mahmudova haqqında da reportaj yayımlanıb. O, müsahibəsində narkotikə ilk dəfə həyat yoldaşı tərəfindən öyrədildiyini bildirib və ərindən ayrıldıqdan sonra 65-70 yaşlı başqa kişinin onda narkotik asılılığı yaratdığını deyib: “Mən ziyalı ailəsində böyümüşəm, atam dövlət qulluqçusu, anam müəllim idi. Hər zaman mənə dəstək olublar. Amma görəndə ki, bu yola düşmüşəm, nəslin üz qarasına çevrildim”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

J. Mahmudovanın keçmiş iş yoldaşı V.Q. bildirib ki, o daha əvvəl taksi şirkətində çalışıb:

“Jalə bizdə işləyən zaman boşanmış qadın idi və bir övladı vardı. Boşanmış qadınların əksəriyyətinə cəmiyyətdə necə mənfi reaksiya olduğunu görürük. Ona görə belə işləməyi, sosial həyatı olması gözəl idi. Çalışqan idi və işinə məsuliyyətlə yanaşırdı. Özünün şəxsi maşını vardı, yüksək əməkhaqqı alırdı. Bir müddət sonra işdən çıxdı. Bir gün mənə keçmiş iş yoldaşım video göndərdi. Dedi, bax gör bu videoda danışan qadını tanıyırsan? Mən səsindən birinə bənzətdim, amma tam olaraq kim olduğunu bilmədim. O, mənə “Jalədir” deyəndə şok keçirdim. Çünki belə çalışqan, işi və normal həyatı olan biri necə belə bir zəhərin qurbanı ola bilərdi. Üzünü gizlətmişdilər deyə mən də heç nə yazmamışdım. İndi isə narkotikə görə quldurluq edib həbs olundu”.

 

Qeyd edək ki, quldurluq hadisəsi aldatma yolu ilə törədilib. Ə.Kərimovun qapısını döyən qadın ona qonşu olduğunu deyərək açmasını bildirib. Xalq artistinin qardaşı qapını açdıqda dəhlizdə gizlənmiş 2 kişi mənzilə basqın edərək onu döyüb və pul tələb ediblər.

(Qafqazinfo)

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Gələcəyi parlaq ölkəm.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 months later...

dtx_201216_02.jpg

Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Muxtar Respublikasının Gömrük Komitəsində korrupsiyaya qarşı böyük əməliyyat başlatması ilə bağlı sensasion detallar məlum olub.

Axar.az Yenipress.az-a istinadən xəbər verir ki, Naxçıvan Gömrük Komitəsində korrupsiya faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə aylar öncə məlumat daxil olub.

Mənbəmiz bildirib ki, Naxçıvan GK xüsusilə Türkiyə və İrandan daxil olan malların dəyərindən ən azı onqat aşağı rəsmiləşdirməsi ilə məşğul olub:

“İş o yerə çatıb ki, Naxçıvan GK artıq Bakı və Azərbaycanın digər rayon və şəhərlərində fəaliyyət göstərən sahibkarlara da dəllallar vasitəsilə xidmətini təklif edib. Belə ki, gömrük rəsmiləşməsi üçün qanunun tələbindən iki dəfə ucuz rəsmiləşmə təklif edilib. Beləliklə, malın dəyərinin yalnız 10 faizi büdcəyə keçirilib, 40-50 faizini isə gömrük işçiləri mənimsəyiblər. Bir çox sahibkar isə bu “əlverişli” rəsmiləşmədən imtina etməyib və mallarını Naxçıvan vasitəsilə ölkəyə idxal edib”.

İddialara görə, Naxçıvan GK-də 132 milyonluq korrupsiya faktının ortaya çıxması çox cüzi məbləğdir. Əslində isə illərlə davam edən bu prosesdə dövlət büdcəsinə milyardlarla manat ziyan vurulub.

Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun nüfuzuna görə bu özbaşınalığa Bakıdan müdaxilə cəhdi nəticə verməyib. “Naxçıvan xanı” hər hansı əməliyyatın keçirilməsinə imkan verməyib və bu təşəbbüslərin qarşısını dərhal alıb. Yalnız bu barədə Prezident İlham Əliyevə məruzə olunduqdan sonra əməliyyat başlayıb. Belə ki, Prezident Əliyev qanunsuzluqların qarşısını almağı əmr edib və hazırkı proseslərə də şəxsən nəzarət edir:

“Naxçıvan qapalı yer olduğu üçün orda gedən prosesləri izləmək o qədər də asan deyildi. Qanunsuzluqlar haqda detallı məlumatı Naxçıvan DTX-sı mərkəzə ötürməli olduğu halda, heç bir iş görmürdü və mərkəzi bu məlumatlarla təmin etmirdi. Buna görə də Naxçıvanda başlayan proseslərin birinci zərbəsi bu quruma dəydi. Naxçıvan DTX-sı ləğv edildi və o, Baş İdarəyə çevrilərək, bütünlüklə mərkəzə tabe etdirildi”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Səlim Müslümov dövlətə dəymiş 20 milyon manatlıq ziyanı ödəyib, 8 milyonluq əmlakı üzərinə həbs qoyulub

Səlim Müslümov

 

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub.

İttihamda göstərilib ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verib. Həmçinin o, müxtəlif bölgələrdə şəhid ailələri və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün tikilən evlərə ayrılan pulların bir qismini mənimsəyərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

Ümumilikdə Səlim Müslümov hazırkı mərhələyə qədər cinayət işi ilə bağlı dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyon manatını ödəyib. Həmçinin sabiq nazirin 8 milyon manatlıq əmlakı üzərinə həbs qoyulub.

 

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

Azərbaycan Respublikası qanunvericiliyən əsasən dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olması qadağandır. Lakin bir sıra məmurlar var ki, kreslolarını itirdikdən sonra onların, yaxud ailələrinin ölkə daxilində və xaricində mülkləri, biznesləri ortaya çıxıb.

Bizim.Media müxtəlif vaxtlarda xarici ölkələrdə biznesləri ortaya çıxmış yüksək ranqlı məmurları araşdırıb:

Əli Həsənov

PA-nın sabiq şöbə müdiri Əli Həsənovun ailə üzvlərinin xarici ölkələrdə bizneslə məşğul olduqları ilə bağlı kifayət qədər faktlar var. Keçmiş məmurun oğlu Şamxal Həsənli Dubayda və ABŞ-da mülklərə sahibdir və daşınmaz əmlak biznesi ilə məşğuldur. Qızı Səfiyə Həsənli isə Dubayda qiymətli daş-qaş və saat biznesi ilə tanınır.

Fazil Məmmədov

Mərhum vergilər naziri Fazil Məmmədovun da xaricdə bizneslərinin olduğu deyilir. Mətbuatda yayılan məlumatlara görə, keçmiş nazirin xaricdəki biznesini kürəkəni Əbdül Əliyev idarə edir və bununla bağlı bir sıra faktlar da gün üzünə çıxıb. Ə.Əliyevin təkcə İngiltərədə qeydiyyatdan keçmiş 12 şirkətinin olduğu bildirilir.

Əli Nağıyev

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin də xaricdə bizneslərinin olduğu və onların oğlu Araz Nağızadə tərəfindən idarə edildiyi bildirilir. Araz Nağızadənin Rusiyada qeydiyyatdan keçmiş “Naxçıvan İnvest” və “Eqon” şirkətlərinin həmtəsisçisi olduğu bildirilir.

Əbülfəs Qarayev

Sabiq mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də ailəsinin adınıa bizneslərinin olduğu ilə bağlı mətbuatda xəbərlər yayılıb. Belə ki, sabiq nazirin həyat yoldaşı Lalə Kazımovanın Xorvatiyada, qızı Suad Qarayevanın isə Rusiyada mülklərinin olduğu bildirilir.

Hüseynqulu Bağırov

Sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvlərinin xaricdə mülklərinin olduğu bildirilir. Onun ailə üzvlərinin təsisçisi olduğu, Avropa ölkələrində fəaliyyət göstərən çoxsaylı şirkətlərin olması ilə bağlı KİV-də məlumatlar mövcuddur.

Eldar Mahmudov

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sonuncu naziri Eldar Mahmudovun oğlu Anar və qızı Nərgizin bizneslərə sahib olması İngiltərədə qaldırılmış məhkəmə işindən sonra ifşa olunub.

Mahmudovun övladları 2020-ci ilin mayında “Prensa Lberica” media qrupuna daxil olan nəşrlərdə dərc edilmiş məqalədən keçmiş MTN rəhbərinin və onun ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburqdakı çoxsaylı daşınmaz əmlakından, biznes aktivlərinin olduğu bildirilib.

Bu səbəbdən Mahmudovun övladları mətbu orqanı məhkəməyə verib, lakin dəlil yetərsizliyi səbəbindən onların iddiası rədd edilib.

Ziya Məmmədov

Sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ziya Məmmədovun da oğlu Anar Məmmədovun xaricdə çoxsaylı mülklərinin və bizneslərinin olduğu bildirilir. Lakin sabiq nazir mətbuata verdiyi açıqlamada sözügedən iddiaları təkzib edib.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...

Azərbaycanda qohum məmurlar kimlərdir? - SİYAHI

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Milyardlarımızı xarici ölkələrə daşıyan kimlərdir? - Bəs, neft bitəndən sonra necə olacaq...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

andicme-1.jpg

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb.

Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb.

 

Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 9 months later...

Emin Əmirullayevə "dərs" keçən müəllim...Hər şey təhsildən başlayır

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Şəffaflıq axtarırsız? - kasıbları deyil, MƏMURları yoxlayın! - S.Telmanqızıdan SƏRT ETİRAZ

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 4 weeks later...
Dördyüz min manatı mənimsəyən Çingiz Mehdiyev məhkəmə qarşısına çıxacaq
   

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Qaynarinfo xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Martın 18-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib.

İclas hakim hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək.

Çingiz Mehdiyev Bakı Şəhər Əməliyyat şirkətinin İdman Əməliyyatları şəbəsinin rəisi vəzifəsində 2015-2020-ci illərdə çalışıb.

O, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir.

Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb.

 

Çingiz Mehdiyev Formula 1 yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırmaqda, həmçinin dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürməkdə, qiymət şişirtməsi nəticəsində əldə edilmiş pulları isə qəsdən mənimsəməkdə təqsirləndirilir.

İstintaq zamanı o da müəyyən olunub ki, Çingiz Mehdiyev ona etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zona sayılan Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti Formula 1 yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb.

İstintaqla onun ümumilikdə 397 852 AZN dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. O, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb.

Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.

Mediada gedən məlumatlara görə, Çingiz Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Çingiz Mehdiyevin məhkəməsinə gəlincə, o, yalnız 193-1.3.2-ci maddə ilə mühakimə ediləcək. Bu maddədə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə, əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Çingiz Mehdiyevin cinayət işi üzrə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti zərərçəkən qismində tanınıb.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 7 months later...

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...