SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Жалоба Share Опубликовано: 13 декабря, 2022 Bədməramlılar... 1 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Xankəndi yolunun üzərinə növbəti dəfə Azərbaycan bayraqlarının asılmasına başlanılıb 2 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Rusiya sülhməramlılarının müvəqqəti təsir zonasında qaz təchizatında fasilə yaranıb. Axar.az xəbər verir ki, bununla bağlı erməni mediası məlumat yayıb. Səbəblər isə açıqlanmır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Ermənistan tərəfinin guya Laçın yolunun bağlanması, bölgədə humanitar fəlakət yaşanması, etnik təmizlənmə həyata keçirilməsi barədə iddialarını qətiyyətlə rədd edirik. Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edilməsinin qarşısının alınması vacibdir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici işlər nazirinin müavini Elnur Məmmədovla birgə diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib. Ermənistanın sabiq rəhbərləri R.Köçəryan və S.Sərkisyanın işğal dövründə törətdikləri hərbi cinayətlərinə və qeyri-qanuni iqtisadi əməllərinə toxunan Prezidentin köməkçisi indi də kriminal iş adamı olan Ruben Vardanyanın Azərbaycanın təbii sərvətlərini talan etməsinə və ətraf mühitə ciddi ziyan vurmasına imkan verilməyəcəyini qeyd edib. Bildirilib ki, Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışdıqlarını, mülki təyinatlı digər nəqliyyat vasitələrinin hərəkəti məsələlərinə qarışmadıqlarını deyib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Azərbaycanlı fəalların Xankəndi ətrafında aksiyası rus sülhməramlı kontingentinə qarşı deyil, öz qanunsuz silahlı birləşmələrini hələ də Qarabağ ərazisindən çıxarmayan ermənilərin təxribatlarına qarşıdır. Bu sözləri rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a müsahibəsində deyib. “Hər bir sülhməramlı əməliyyat təkcə hərbi deyil, həm də hərbi-siyasi xarakter daşıyır. Buna görə də istənilən vəziyyətə reaksiya eyni anda iki xətt üzrə əlaqələndirilir. Kontingent komandiri və onun tabeliyində olanlar peşəkar olduqları üçün ordu direktivləri ilə deyil, ilk növbədə siyasi göstərişləri rəhbər tuturlar. Yaxın vaxtlarda Kremldən yeni tapşırıq gələcək - erməni millətindən olan bütün silahlı şəxslərin Qarabağ ərazisindən çıxarılmasına dair. Bunu rus sülhməramlılar həyata keçirəcək. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə təxribat yaratmağa var gücü ilə çalışan ermənilərin cəhdlərindən də danışmaq lazımdır. Biz bu təxribatları həm Qarabağda, həm də Rusiya ərazisində müşahidə edirik. Sülhməramlıların Qarabağdakı əsas missiyası bu ərazidə ermənilərlə azərbaycanlılar arasında qanlı toqquşmanın qarşısını almaqdır. Şübhəsiz ki, sülhməramlıların rəhbərliyi ermənilərin mümkün təxribatlarını nəzərə alaraq, hələ də azərbaycanlı ekoloqların bu ərazilərdə fəaliyyətlə məşğul olmasına imkan vermir. Düşünürəm ki, onlar əvvəlcə Qarabağ ərazisində gizlənən erməni qanunsuz silahlı birləşmələri təmizləyəcək, sonra isə Bakının ekoloji missiyaları fəaliyyətə başlayacaq”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Volkov görüşümüzə buna görə gəlmir – Vəkilov Azərbaycanlı ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolundakı aksiyasında iştirak edən hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilovun Axar.az-a müsahibəsi: - Hazırda aksiyanın keçirildiyi ərazidə vəziyyət necədir? - Aksiya tam gücü ilə davam edir. Bu gün onlarla QHT-çi, jurnalist həmkarlarımız da bizə qoşuldu. Hazırda 1000 nəfərə yaxın aksiya iştiraçısı var. Hər kəs yüksək əhval-ruhiyyədədir. - Ərazidə nə qədər çadır qurulub? - Yalnız 3 ədəd çadır var. - Bəs, aksiya iştirakçıları gecəni necə keçirə bildi? - Çadırlar yatmaq, dincəlmək üçün deyil, sadəcə, çay içmək olur, bir neçə stul da var. Biz gecəni yatmamışıq, aksiyamız gecə boyu, səhərə qədər davam edib. - Orda havanın çox soyuq olduğunu bilirik. Aksiya iştirakçıları o soyuqdan necə qorunur? - Yalnız tonqallarla. - Aksiya iştirakçılarının ərzaq təminatı necədir? - Yeməklə bağlı heç bir problem yoxdur. Zatən bura yeməyə gəlməmişik, ancaq ac da qalmırıq. Hər şey qaydasındadır. - Təhlükəsizliyiniz necə təmin olunur? - Hazırda təhlükəsizliyimiz Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən təmin olunur, narahat olmayın. Arxamızda Şuşa var, Ordumuz var, öz torpağımızda kimdən qorxasıyıq?! - Dünəndən bəri aksiya iştirakçıları rus sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırır. Sizcə, Volkov niyə görüşə gəlmir? - Bilirsiniz, ötən dəfə Volkov söz vermişdi ki, ekoloqların monitorinq keçirməsi üçün bütün şərait yaradılacaq. Amma o, sözündən döndü, heç bir şərait yaradılmadı. Biz hələ bilmirik ki, bu təminatı verməyə Volkovun səlahiyyəti çatır, ya yox! Görünür, həm bu, həm də ötən dəfə verdiyi sözü yerinə yetirə bilmədiyi və bunun sorğulanacağını bildiyi üçün Volkov bizim görüşümüzə gəlmir. - Hədəfiniz nədir? Aksiya nə qədər davam edə bilər? - Tələblərimiz yerinə yetirilənə qədər aksiya davam edəcək. Bu bir gün də, 10 gün də, bir ay da çəkə bilər. Heç kim geri çəkilmək fikrində deyil. Hər kəs sona qədər burada dayanmağı qarşısına məqsəd qoyub. Dünəndən bəri Azərbaycanın hər yerindən bizə zənglər olur, hər kəs əlində gələni etməyə hazır olduğunu deyir. Bura gəlmək üçün can atan xeyli insan var. Hətta şəhid ailələri, qazilərimiz gəlmək istəyirlər. Biz arxamızda Azərbaycan xalqını hiss edirik. 1 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Xankəndi-Gorus avtomobil yolunun bağlanması (Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyası nəzərdə tutulur – red.) 10 noyabr 2020-ci il sənədinin icrasıdır. Axar.az xəbər verir ki, bu sözləri erməni mediasına açıqlamasında Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi Movses Akopyan deyib. O bildirib ki, hazırkı vəziyyəti pis qiymətləndirir: “Amma düşünürəm ki, danışıqlar nəticəsində yol açıla bilər. Onların heç biri Ermənistan hakimiyyətini və Qarabağdakıları (erməni separatçılar nəzərdə tutulur – red.) diqqətə almır. Əsasən, 10 noyabr bəyanatının icrası prosesi gedir. Bu sənədə görə, Qarabağ Azərbaycanın bir hissəsidir. Amma hər şey dəyişə də bilər. Dəyişikliyi kimin və hansı şəkildə edə biləcəyini isə bilmirəm”. O bildirib ki, məsələ ilə bağlı BMT TŞ-yə Qarabağ separatçılarının müraciəti heç bir nəticə verməyəcək. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 13 декабря, 2022 Şuşa yolunda aksiya - Bu, sülhməramlıların ərazilərimizdən vaxtından əvvəl çıxarılması üçün əsasdır 1 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 14 декабря, 2022 08:30 Aksiyanın ilk günü nümayişçiləri qorxutmaq üçün sülhməramlılar əraziyə pulemyot və ağır artilleriya gətirmişdilər. Ancaq beynəlxalq hüquqa görə onların Azərbaycan əhalisinə, sivil etirazçılara zor tətbiq etmək hüququ yoxdur. Bu sözləri Axar.az-a azərbaycanlıların Şuşa-Xankəndi yolunda keçirdiyi aksiya haqda danışan politoloq Turab Rzayev deyib. Politoloq bildirib ki, sülhməramlılar ancaq tərəflərdən biri onlara atəş açdığı zaman həmin tərəfə qarşılıq verə bilər: “Bu cavab isə onlara qarşı edilən hərəkətlərə adekvat olmalıdır. İndiki halda sülhməramlıların aksiya keçirilən ərazidən ağır texnika və pulemyotları çıxartması çox doğru qərar idi”. Ekspert bildirib ki, Laçın dəhlizindən silah-sursat, texnika, İran agentləri, təxribatçı qruplar, terrorçular, strateji məhsullar keçir, Azərbaycanın qızıl, mis mədənləri, meşələri, suları talan olunur. Amma Azərbaycan buna müdaxilə edə bilmir. Aydın məsələdir ki, Azərbaycan tərəfi buna dözmək niyyətində deyil. Politoloq sülhməramlılar arasında yerli və gəlmə erməni əsilli şəxslərin olmasıyla bağlı məlumatlara da toxunub: “Sülhməramlıların daim üzübağlı gəzməsi də buna işarədir. Dünyanın heç bir yerində sülhməramlı üzünü bağlamır. Onlar öz formasında adı, soyadı, qan qrupu, rütbəsi olan, müsbət missiya yerinə yetirən açıq şəxslərdir. Ancaq rus sülhməramlıların maskalanması ciddi şübhə yaradır. Sülhməramlıların rəhbəri Volkovun adı Suriyada terrorçularla yaxın əlaqədə, yerli terrorçularla birgə qanunsuz ticarətdə hallanıb. Onun PK/YPG terrorçuları ilə eyni tədbirlərdə çəkilən fotoları da yayılıb. Ona görə Volkovun talançılarla işbirliyi qurmadığından əmin ola bilmərik. Eyni zamanda beynəlxalq erməni lobbisinin ayırdığı pullardan ona bir pay çatmadığını da istisna edə bilmərik. Vaxtilə 366-cı motoatıcı briqada da Xocalı qətliamını törədərkən pul almışdı. Rus ordusunun tarixində belə ləkələr var”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 14 декабря, 2022 7-ci maddənin vaxtı çatdı: Xankəndiyə qayıdış zamanıdır Cəmiyyətin, onun müxtəlif təbəqələrinin Azərbaycan ərazilərində müvəqqəti yerləşmiş rus sülhməramlıların hərəkətlərindən narazılıqlarını bildirmək, Azərbaycan ərazilərinin talanmasına etiraz etmək hüququ təbiidir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 14 декабря, 2022 Volkov niyə gizlənir? Birincisi, Moskvanın təlimatı bu yöndədir: - Rusiya məsələni diplomatik kanallarla həll etmək niyyətindədir və istisna deyil ki, bunun üçün Bakıya müəyyən təzyiqlər də edilib, hərçənd, prosesin davam etməsi nəticə əldə etmədiklərini deməyə əsas verir; - Rusiyanın gözləmə mövqeyi həm də “beynəlxalq ictimaiyyətin” Azərbaycana təzyiq edə biləcəyindən qaynaqlanır: ruslar hesab edir ki, ABŞ, Fransa və Avropa İttifaqının çağırış etməsi və “bütün tərəflərin” eyni mövqe sərgiləməsi nəticəsində Bakı geri addım atacaq; İkincisi, Volkovun (Rusiyanın) hazırda nəsə etmək imkanları məhduddur: sülhməramlıların komandanı aksiya iştirakçılarının qarşısına çıxarsa ya tələbləri icra etməlidir, ya da müdaxilə əmri verməlidir və ruslar indi bunun heç birini edə bilmir. Bu baxımdan, Volkovun məsələnin həllinə qədər Xocalıda yerləşən qərargahından çıxacağı ehtimalı azdır. O da istisna deyil ki, Rusiya proseslərin sonunda Volkovu geri çağıracaq. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 15 декабря, 2022 Xankəndi yolunda son durum: İynə atsan, yerə düşməz... Azərbaycanlı ekofəalların, QHT nümayəndələrinin, könüllülərin və jurnalistlərin Laçın yolundakı aksiyasında iştirak edən Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlunun Axar.az-a müsahibəsi: - Ceyhun bəy, hazırda ərazidə vəziyyət necədir? - Azərbaycanlı ekofəalların, könüllülərin Laçın yolunda keçirdiyi aksiya növbəli şəkildə davam edir. Tələb ondan ibarətdir ki, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının monitorinqlərinə mane olunmasın. Sülhməramlılar bizim həmin ərazilərə daxil olmağımıza imkan vermir. Halbuki həmin yerlər Azərbaycan ərazisidir. Ona görə aksiya hər keçən gün daha da genişlənir. - Rusiya sülhməramlılarının aksiya keçirilən əraziyə səsgücləndirici gətirilməsi ilə bağlı məlumatlar yayılıb. Bunun səbəbi nədir? - Aksiya iştirakçıları şüarların səslənməsində səsgücləndiricilərdən istifadə edir, o cümlədən aralıq vaxtlarda musiqi səsləndirir. Rusiya sülhməramlıları da gətirdikləri səsgücləndiricilərlə öz musiqilərini bizə dinlətdirirlər. Narahat olmayın, bizim səsimiz daha gur çıxır. - Aksiya iştirakçıları ilə sülhməramlılar arasında hansısa xoşagəlməz olay baş verirmi? Ümumiyyətlə, münasibət necədir? - Münasibət normaldır. Bununla bağlı fotolar da çəkmişik. Sadəcə aksiyanın xarakterinə uyğun olaraq onlara ayrılan zonada dayanıb, növbə çəkirlər. Biz də onlarla üzbəüz dayanıb şüarlar səsləndirib, aksiyamızı davam etdiririk. - Təxminən ərazidə nə qədər aksiya iştirakçısı var? - Dəqiq say demək çətindir. Bildiyiniz kimi, aksiya Şuşadan Xankəndiyə ayrılan yolun girişindədir. Ərazidə çadırlar qurulub. Çox insan var, demək olar, iynə atsan, yerə düşməz. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 15 декабря, 2022 Rusiya bədməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və Qeyri Hökümət Təşkilatları təmsilçiləri Laçın - Şuşa yolunda aksiyanı davam etdirirlər. Aksiya iştirakçıları ekoloji terror və yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya bədməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 15 декабря, 2022 Bədməramlıların Qarabağdakı 25 aylıq fəaliyyətinin təhlili Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 16 декабря, 2022 İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilən yol xəritəsinə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupu üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırlmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 16 декабря, 2022 Azərbaycanlıları görəndə dizimiz əsir: Fransa da gəlsə... Bu günlərdə Qarabağda baş verən azərbaycanlı fəalların aksiyası erməni xalqının gözünü bir şeyə də açdı. Biz rusların Azərbaycan qarşısında qorxduğunu müşahidə etdik. Ölmədik, bu günü də gördük. İllərdir Ermənistanda rus bazası olub. İrəvan Rusiyanı qorxmaz, ordusunu güclü bilib. Amma bu günlərdə baş verənlərə baxsaq, dizləri titrəyən rus əsgərini, dillərini udmuş rus zabiti görürük. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 16 декабря, 2022 Laçın yolunda Azərbaycan-Rusiya qarşıdurması: Regionu yeni müharibə gözləyirmi? 1 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 17 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 17 декабря, 2022 Xankəndi yolundakı aksiyanın altıncı günü Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir. Axar.az xəbər verir ki, aksiyanın beşinci günündə etirazçılar ekoloji terrora son qoyulması, yataqlarda monitorinq keçirilməsi tələbləri ilə şüarlar səsləndiriblər. Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2022 Laçın yolunda aksiyada iştirak üçün artıq ailəvi gələnlər var Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2022 Haaqada erməni terrorizminə qarşı aksiya keçirilib Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2022 7732 “Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır” Xəbər verdiyimiz kimi, Ermənistan Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə silah-sursat və hərbi texnika daşıyır. Bu məlumatı DTX rəisinin birinci müavini, general-leytenant Ceyhun Şadlinski də təsdiqləyib. Bundan əlavə, noyabrın 22-si erməni silahlı dəstəsinin üzvləri Şuşa və Tərtəri də atəşə tutub. Bütün bunlar Ermənistanın regionda sülh tərəfdaşı olmadığının göstəriciləridir. Bu fəaliyyətlər müharibə ilə nəticələnə bilərmi? Ermənistan yeni təxribatlara əl atacağı gözləniləndirmi? Məsələ ilə bağlı ehtiyatda olan zabit, hərbi jurnalist Üzeyir Cəfərov Bakupost.az -a danışıb. O, Ermənistanın hazırlıqlarına cavab reaksiyası olaraq qəti addımlar atılmalı olduğunu qeyd edib: “Ermənilərin təxribatı 2021-ci ildən bu günə qədər davam edir. Artıq anti-terror əməliyyatının vaxtı çoxdan yetişib. Biz gecikməməliyik. DTX rəisinin birinci müavini Ceyhun Şadlinskinin səsləndirdiyi fikirlər o anlama gəlir ki, artıq Azərbaycanın səbri tükənib. Əvvəl avtomat silahlar, minalar daşıyırdılar. İndi isə ağır texnika daşıyırlar. O texnika ora muzey, yaxud parad üçün daşınmır. Şuşa, Laçın və yaxın ərazilərə zərbə endirmək üçün daşınır. Ona görə Azərbaycan, Rusiya, Fransa və Amerikaya baxmadan addımlar atmalıdır. Əks təqdirdə şəhid və itkilərimiz qaçılmazdır. Buna yol vermək olmaz. Dünən axşam saatlarında Dövlət Müdafiə Nazirliyi Rusiya “bədməramlılarına” xəbərdarlıq etdi ki, Azərbaycan toponimlərindən düzgün istifadə edin. Onlara sülhməramlı yox, bədməramlı deyirəm, çünki əməlləri bəddir. Neçə aydır ki, Azərbaycan MN, XİN bəyanat verir. Amma onlar özlərini qanmazlığa qoyub “Stepanakert”, “Dağlıq Qarabağ” yazırlar. Biz özümüzü son dərəcədə humanist aparırıq. Amma görün Azərbaycan üçün nələr hazırlanır. Şuşaya atəş açmaq birbaşa bizim qeyrətimizə, namusumuza sataşmaq cəhdidir”. Ü.Cəfərov hesab edir ki, proseslər dərinləşmədən rəsmi Bakı sərt addımlar atmalıdır: “Rusiya Xankəndidə referendum keçirməyə hazırlaşır. Vardanyan kimi yaramazı göndərirlər, hoqqabazlıqla məşğuldurlar. Bir naziri çıxarıb, o birini qoyurlar. Dünyanı da belə bir qondarma qurumun mövcudluğuna öyrəşdirirlər. Moskva heç vaxt Azərbaycana qarşı səmimi olmur. Belə olsaydı, 2020-ci ildə imzalanan sənədin müddəalarına hörmətlə yanaşardı. Ermənistanla nə planı varsa, özü bilər. Əsas xətası bizdən uzaq olsun. Moskva dünyanı zəiflətmək istəyir. Bu gün Ukraynanın 70 faizi elektrik enerjisiz qalıb. Dünya Rusiyanın hegemonluq cəhdlərinin qarşısında acizlik nümayiş etdirir. Biz öz dövlətimizin maraqları çərçivəsində addım atmalıyıq. DTX deyirsə, ağır texnika daşınır, bu artıq təhlükəli bir məsələdir. Ermənistan heç bir halda regionda sülhə maraqlı deyil. Məsələ kökündən həll olunmalıdır. Ərazilərimizdə quruculuq işləri gedir. Düşmənin silahları işə düşərsə, yaxşı olmayacaq. Hesab edirəm ki, ölkə başçısı qəti qərarlar verməlidir. Hər ötən gün bizim ziyanımızadır”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 18 декабря, 2022 Naxçıvan 30 ildir dözür, ermənilər 5-6 gün dözə bilmir? – Sabir Rüstəmxanlı Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 22 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 22 декабря, 2022 Bundan sonra dünyada Rusiya hərbçilərini sülhməramlı kimi qəbul etməyəcəklər Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 30 декабря, 2022 Автор Жалоба Share Опубликовано: 30 декабря, 2022 (изменено) ========== Изменено 30 декабря, 2022 пользователем SUMGAYIT Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 марта, 2023 Автор Жалоба Share Опубликовано: 7 марта, 2023 Azərbaycan Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya inteqrasiya siyasətini qəbul edəcəklər, ya da daha sərt və kəskin addımlarla üzləşəcəklər; Bunu separatçıların “başçısı” Araik Arutyunyan qondarma “təhlükəsizlik şurasının” iclasında çıxışı zamanı etiraf edib. Bildirib ki, Bakı bu tələbi martın 1-də Xocalıda keçirilən görüşdən sonra irəli sürüb. Buradan bəlli olur ki, rəsmi Bakı Qarabağ iqtisadi rayonunda Azərbaycan qanunlarına uyğun idarəçiliyin bərpası istiqamətində fəaliyyətini davam etdirir. Lakin Araik Bakının tələbini qəbul etmədiklərini, qəbul etməyəcəklərini, “müstəqillik” iddialarından əlk çəkməyəcəklərini bəyan edib. Beləliklə, proseslərin bundan sonrakı inkişafına dair təxminlər ortaya çıxır: - Laçın yolunda aksiya davam edəcək; - Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması istiqamətində praktiki addımlar atılacaq; - Qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılması və bölgənin silahsızlaşdırılması həyata keçiriləcək; - Ermənilərin qaz, işıq kimi kommunal təchizatlarında problemlər davam edəcək; Separatçıların buna nə qədər dözə biləcəyi də sual altındadır. Çünki Laçın yolunda aksiyanın başlanmasından sonra Qarabağdakı erməni əhalisi arasında Azərbaycana inteqrasiya tərəfdarları artıb. Araik Arutyunyan çıxışında da etiraf edir ki, inteqrasiya istəyənlər var. Gözləniləndir ki, problemlərin daha da kəskinləşməsi erməni əhalisinin separatçılarına əleyhinə çıxmasını sürətləndirəcək. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 марта, 2023 Автор Жалоба Share Опубликовано: 7 марта, 2023 Bu gün (7 mart 20203-cü il) günorta saatlarında ermənilərin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edən hərbi kolonunun görüntüləri yayılıb. Axar.az xəbər verir ki, Caliber.az-ın əldə etdiyi görüntülərdə qanunsuz erməni silahlılarının kolonunun Rusiya sülhməramlı kontingentin müşayiəti ilə hərəkət etdiyi açıq-aşkar üzə çıxır. Kolonun önündə rus sülhməramlıların 2 ədəd “UAZ Patriot” maşını hərəkət edir, onun ardınca qanunsuz erməni silahlılara məxsus üstü çadırla bağlanmış yük maşını, “Kamaz” su maşını, arxada isə Rusiya bayrağı ilə BTR-82A zirehli texnikası gəlir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 21 марта, 2023 Автор Жалоба Share Опубликовано: 21 марта, 2023 Ermənistandan Azərbaycan ərazisinə qanunsuz hərbi yüklərin daşınması davam edir Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 марта, 2023 Автор Жалоба Share Опубликовано: 24 марта, 2023 Sülhməramlı kontingent qanunsuz daşımaları müşayiət edir Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 марта, 2023 Автор Жалоба Share Опубликовано: 24 марта, 2023 Qeyri-qanuni erməni birləşmələri üçün qanunsuz hərbi daşımalar davam edir Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 марта, 2023 Автор Жалоба Share Опубликовано: 24 марта, 2023 Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 марта, 2023 Автор Жалоба Share Опубликовано: 27 марта, 2023 Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinin ermənilərə olan “sevgi”si bitib-tükənmək bilmir. Ermənilər üçün hər cür dona bürünən və bunu bir çox misalla göstərməkdən çəkinməyən (oxu: utanmayan – red.) sülhməramlı kontingent hazırda ermənilərin cangüdənliyi ilə məşğul olmağa başlayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-də növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib. Bəs bu kolonun başında kim olsa yaxşıdır? Rusiya sülhməramlı kontingentinin vəzifəsini “ləyaqət”lə yerinə yetirən hərbçiləri... Hadisənin qısa təsviri bundan ibarətdir: Qarabağda - Azərbaycanın əzəli torpaqlarında – erməni separatçı ünsürlərin silahlı birləşmələri qanunsuz silah daşımaları ilə məşğul olur və prosesi regiona sülh üçün gəlmiş sülhməramlılar müşayiət edirlər. Belə bir qısametrajlı film çəkildiyini düşünün, janrı nə olardı? Kadrlarda fantastika elementləri var (sülhməramlının separatçıya dəstəyi), faciə var (Rusiya dövlətini təmsil edən kontingentin separatçıların əlində oyuncağa çevrilməsi), xəyanət var (missiyasına, beynəlxalq hüquqa, dövlətinə). Baş rolda isə tarix boyu epizodik roldan savayı potensialı olmayan ermənilərin əlində aciz qalmış Rusiya sülhməramlısı... Baş rolun bu qədər cılız durumda olduğu ikinci bir film, yəqin ki, olmamışdı. Ancaq baş verənlər film deyil, reallıqdır və Azərbaycan Müdafiə Nazirliyi, Azərbaycan dövləti və Ordusu tərəfindən diqqətlə izlənilir. Azərbaycan xalqı bu iyrənc hadisənin arxasındakı fantastik elementləri də, faciəni də, xəyanəti də görür və unutmur. Bizim epizodik rollarla işimiz yoxdur, çünki onların kadrda yeri baş rol ortaya çıxana qədərdir. Necə deyərlər, arxalı köpək qurd basar. Erməni separatçılar Azərbaycan ərazilərində qanunsuz əməllər törədəcəkləri zaman başlarına gələcək “qisas” tədbirlərini yaxşı bilirlər. Ona görə də qorxudan sülhməramlıların arxasına sığınırlar. Ancaq burada əsas qanunsuzluq da elə sülhməramlı kontingentin adına yazılmalıdır. Cinayətkarın, terrorçunun məzlum sifəti alması, yazıq, çarəsiz görünməsi Rusiya sülhməramlısının “qəlbinəmi toxunub”? Çarəsiz qatillər onların pişvazına çıxıb, “biz qanunsuz silah daşıya bilmirik” deyiblərmi, görəsən? Rusiya sülhməramlısı o qədər humanistdir ki, terrorçuya belə rəhm edir? Əsla! Bu hadisəni bu qədər sadəlövhlüklə əsaslandırmaq olmaz. Rusiya sülhməramlısı bu dəfə, sadəcə, öz çoxsaylı nöqsanlarına yenisini əlavə etməyib, onların hər biri çiyinlərində daşıdıqları poqonlara, qollarında daşıdıqları nişanlara xəyanətin ən böyüyünü törədib - hərbçi adına, sülhməramlı missiyasına, beynəlxalq hüququn prinsiplərinə, xidmət etdikləri torpaqların əsl sahibi olan bizə, öz dövlətlərinə, onun imicinə xəyanət ediblər. Onların bu fəaliyyətləri qısametrajlı filmin, kiçik bir çarxın ölçüsündə olsa da, tarixdə böyük bir qara ləkə olaraq qalacaqdır. Azərbaycan isə Müdafiə Nazirliyimizin yaydığı 74 saniyəlik kadrlardan müvafiq nəticəni mütləq çıxarır. Bu, qanunsuz əməllərin ifşası və qarşısının alınması üçün zəruri tədbirləri müəyyən edir. Sülhməramlılar, bəlkə də, “qozbeli qəbir düzəldər” atalar sözünə arxayındırlar. Ancaq unudurlar ki, onların burada qəbirləri olmayacaq, ən qısa zamanda gəldikləri kimi geri dönəcəklər. Himayə etdikləri terrorçulara gəlincə, onlar barədə eyni sözü demək çətindir. Erməni xislətini qəbir belə düzəldə bilməz, ancaq terrorçular bu yoldan dönməsələr, onlar üçün qəbirlər düzəldilməli olacaq... Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 6 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 6 апреля, 2023 Canlı yayım zamanı sülhməramlıların hərbi maşını nə daşıyırdı? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 26 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2023 Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqları ötən gün də davam etdirib. Axar.az xəbər verir ki, belə bir iddianı erməni mediası yayıb. Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb - red.), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb: “Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”. Xəbərdə bildirilib ki, Azərbaycan keçid məntəqəsi mövqeyindən qətiyyən geri çəkilməyəcək, rusların əldə etmək istədiyi yeganə şey isə keçid məntəqəsində azərbaycanlılarla yanaşı, Rusiya sülhməramlılarının da yerləşməsidir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 26 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2023 Moskva tezliklə Ermənistanda hərəkətə keçəcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın Ermənistandakı əsas təbliğatçısı sayılan bloger Mikayıl Bədəlyan çıxış edib. O, Moskvadan olan yüksəkvəzifəli qrupun guya bir müddət əvvəl Bakı ilə danışıqlar apardığını bildirib: “Moskvada artıq situasiyanın bütün ciddiliyini dərk etməyə başlayıblar. Buna görə də Ermənistanda yaxın zamanlarda hərəkətə keçməyə hazırlıq aparılır”. Maraqlı məqam Moskvanın Ermənistandakı təsir agentlərinin də aktivliklərini artırmasıdır. Xüsusilə Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun Qarabağdakı sülhməramlılara rəhbər gətirilməsi xəbəri onların fəallaşmasına şərait yaradıb. O həmçinin Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun gəlişindən sonra çox şeyin dəyişəcəyini iddia edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 29 апреля, 2023 14:33 Qarabağ iqtisadi rayonunun bir hissəsinə yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov ilk gündən özünü qeyri-adekvat aparmaqdadır. Onun həyat yoldaşının erməni, həm də erməni millətçisi olması, özünün isə 1990-cı ilin 20 yanvarında Bakıya yeridilən sovet qoşunlarında zabit kimi iştirakı barədə məlumatlar fonunda Lentsovun daha peşəkar davranacağı gözlənilən idi. Məsələn, ən azı özü haqqında mövcud təsəvvürlərin formalaşmasının qarşısını almaq istiqamətində addımlar ata bilərdi. Rusiya sülhməramlı kontingenti Azərbaycanın suveren ərazilərində yerləşib, onun komandanı da: 1. Xankəndiyə getmək üçün əvvəlcə Bakıya gəlməli, burda tanışlıq görüşləri keçirməli, problemin – varsa – mahiyyətini öyrənməli idi; 2. Yalnız budan sonra Bakıdan Xankəndiyə gedə bilərdi. Ancaq biz Lentsovun təyinatı ilə bağlı rəsmi xəbər təsdiqlənməmiş artıq onun Xankəndidə və Laçın yolunda olduğu barədə erməni mediasında yayılan xəbərləri gördük: - Lentsov dərhal Xankəndidə separatçılarla görüşdü, Arutyunyanı dinlədi; - Bir az da irəli gedib, Xankəndidə kəskin antirusiya mövqeyi ilə seçilən Tiqran Petrosyan adlı separatçılar içərisində statusu bəlli olmayan şəxslə də görüşdü; - Görüşlərdə erməni separatçılara Laçın yolunu rus sülhməramlıların tam nəzarətinə qaytarmağa çalışdığını dedi; - İndi isə Ermənistanda görüşlərə başlayıb – Ermənistan müdafiə naziri Suren Papikyanla bir araya gəlib. Üç gündür Azərbaycan ərazisində olan Lentsov yerin sahibi ilə görüşməyi ertələməklə məşğuldur. Halbuki onun sülhməramlılara uzunmüddətli komandanlıq etməsi Azərbaycanın birbaşa rəyindən asılıdır. Lentsovun nəyə nail olmaq istədiyi, Rusiyanın hansı mövqe sərgiləməyə çalışdığı təxminən bəllidir. Əlbəttə, Laçın yolunun nəzarətlərinə qaytarılmasını 10 noyabr 2020-ci il bəyanatı ilə əsaslandıra bilərlər. Ancaq 10 noyabr 2020-ci il bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən və Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarətində olacaq maneəsiz yol nəzərdə tutulub. Rusiya əvvəlcə bu yolu açmalı, o yolun təhlükəsizliyinə nəzarət etməli, Naxçıvanla maneəsiz gediş-gəlişi təmin etməli, sonra Laçın yolu haqda 10 noyabr bəyanatının tələbinə qayıtmalıdır. Digər tərəfdən, 10 noyabr bəyanatında erməni silahlı birliklərinin rus sülhməramlıların yerləşməsi ilə paralel olaraq Azərbaycan ərazilərindən çıxarılması tələbi də var. Ermənistan bu tələbi də pozaraq, Qarabağda silahlı dəstəsinin sayını 10 minə qaldırıb. Lentsov bəyanatı rəhbər tutub, ermənilərə söz verməzdən əvvəl Bakıda olmalı, sonra işə başlamalı idi. Bunların heç birini etməyən, həm də azərbaycanlılarda ciddi mənfi imici olan Lentsovun sülhməramlılara uzun müddət komandanlıq edə biləcəyi mümkün deyil. Azərbaycan Rusiya MN-in bəlli dairələrinin sifarişinin icraçısı kimi Qarabağa göndərilən komandanın birini bir müddət öncə vaxtından əvvəl yola salmışdı... Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.