Перейти к содержимому

Bədməramlılar, Qarabağdan rədd olun!


SUMGAYIT

Recommended Posts

 

Laçın yolunun başlanğıcında Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qurması separatçıları çıxılmaz vəziyyətə salıb. Bu baxımdan, Xankəndidəki separatçı-terrorçu rejimin tör-töküntüləri mövcudluğunu qoruyub saxlamaq üçün son varianta əl atıb.
Belə ki, onlar dinc erməni əhalisi adından qondarma müqavimət hərəkatı başladıblar. Halbuki separatçıların qarşısında ərazilərimizi tərk etmək və ya silahları təhvil verərək Azərbaycan vətəndaşlığını qəbul etməkdən başqa yolun qalmadığı elə onların özünə də gün kimi aydındır.


Təxribatçı kampaniyanı başladan ermənilər iddia edirlər ki, Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin ləğvinə nail olunmazsa, başqa yollara əl atacaqlar. O da aydındır ki, bu, sadəcə, diqqəti cəlb etmək üçün son ümid foludur və saman çöpündən yapışmağa bənzəyir. Bu yerdə nəzərə alınmalı bir məsələ də var: Separatçı rejim bölgədə qalmaq naminə nəinki Azərbaycana qarşı təxribat törətməkdən, hətta dinc erməni əhalisini qırğına verməkdən də çəkinməyəcək.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...
  • Ответы 42
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

rus-sulhmeramli-yeni.jpg

Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir və bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır.

Axar.az xəbər verir ki, bu sözləri MDB Dövlətləri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov deyib.

 

O bildirib ki, əgər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınırsa və Qarabağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunursa, onda sülhməramlıların mandatı nə olacaq və onlar öz missiyalarını necə davam etdirə bilərlər?

“Təbii ki, Rusiyanın Cənubi Qafqazda öz təsirini saxlamaq istəyi var, lakin bunun üçün bu təsirin saxlanmasını təmin edəcək alətlər və mexanizmlər lazımdır. Mexanizmlərdən biri (Azərbaycanda) sülhməramlıların, Ermənistanda isə iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasının olmasıdır”, - deyə Markarov bildirib.

Markarov onu da diqqətə çatdırıb ki, nüfuz mübarizəsində kimin təsir mexanizmləri daha çoxdursa, o, daha yaxşı vəziyyətdə olur:

 

“İndi Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib, lakin onların Cənubi Qafqazı unutduğunu söyləmək çətindir”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

xankendi-silah1.jpg

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşan rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan erməni separatçı-terrorçularının növbəti dəfə silah daşıdığı üzə çıxıb.

Axar.az xəbər verir ki, silah daşındığını təsdiqləyən görüntülər Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınıb.

Videodan da aydın görünür ki, rus sulhməramlılar qanunsuz erməni birləşmələrini müşayiət etməklə, onların "postları" arasında silah daşımasına yardım edirlər.

Zəruri qeyd: Söhbət Ermənistandan silah gətirilməsindən yox, separatçı-terrorçuların daxildə “postlararası” sursat və şəxsi heyət daşımasından gedir. “Laçın” postu qurulduqdan sonra dövlət sərhədimizdən silah keçirilməsi mümkün deyil.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Sülhməramlılar və separatçıların daha bir ortaqlığı

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

xocali-aeroport.jpg

Qarabağın dağlıq hissəsinə yerləşdirilmiş qanunsuz erməni silahlı dəstələri Xocalıda təlimlərə başlayıblar.

Axar.az Ordu.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında özlərini toxunulmaz hesab edən qanunsuz silahlılar Xocalı hərbi poliqonunda atış təlimləri keçirlər.

Xatırladaq ki, Xocalıda sülhməramlıların bazası yerləşir. Qanunsuz erməni silahlı dəstələrinin məhz burada təlim keçməsi rus sülhməramlıların 10 noyabr 2020-ci il bəyanatının tələblərini icra etməməsinin və bunu kobud şəkildə pozmasının nəticəsidir.

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

"Ruslar Xankəndini mühasirəyə ala bilməz, çünki..."- Ədalət Verdiyev sülhməramlıları İFŞA ETDİ

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 3 weeks later...

rus-sulhmeramli-yeni.jpg

Qarabağ üzrə danışıqların əsas moderatoru rolu uğrunda Rusiya ilə Qərb, indiki halda ABŞ arasında şiddətli rəqabət gedir. AB-nin də fəallığı nəzərə çarpır. Güclərin hər biri Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin onun himayəsi altında imzalanmasını təmin etməyə çalışır. Çünki bu, Cənubi Qafqazda həmin gücün mövqeyini möhkəmləndirəcək.

Axar.az xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib.

"Qərb Rusiyanın Cənubi Qafqazdakı təsirini ləğv etmək istəyir və əgər onun himayəsi altında sazişin imzalanmasına nail ola bilsə, o zaman Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması qaçılmaz olacaq. Bunun ardınca Qərb tərəfdaşları Ermənistan rəhbərliyindən 102-ci Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edə bilərlər. Regionda diplomatik qarşıdurmanın bütün məqamı budur", - o bildirib.

Keryanın sözlərinə görə, İrəvan və Bakının konsensusa gələ bilmədiyi əsas məqamlar Qarabağın taleyi, sərhədin delimitasiyası və demarkasiyası, blokun açılacağı halda marşrutların işləməsi ilə bağlıdır:

 

"ABŞ Dövlət Departamentinin nümayəndəsinin nikbin bəyanatlarından anlaşılmır ki, hansı məqamlarda tərəflərin mövqelərini yaxınlaşdırmaq mümkün olub. Çox güman ki, bu cür nikbinlik və pafos yalnız təbliğat xarakteri daşıyır”.

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...

Sülhməramlarının himayəsində təxribata hazırlıq: separatçılar döyüş mövqelərinə dəstək daşıyırlar

 

Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы!

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...