SUMGAYIT Опубликовано: 18 января, 2023 Жалоба Share Опубликовано: 18 января, 2023 Molla rejimi Azərbaycanda gərginlik yaratmağa çalışır Məlum olduğu kimi, bir müddət öncə bir qrup şəxs Azərbaycanın Tehrandakı səfirliyi qarşısında növbəti dəfə aksiya keçirib. Bu, ilk belə hadisə deyil və mümkündür ki, axırıncı da olmayacaq. Azərbaycan əleyhinə şüarlarla zəngin olan aksiyada növbəti dəfə ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirilib. İran rəsmiləri hadisə ilə bağlı açıqlamasında nə etirazçıların, nə də aksiyada səsləndirilən şüarların rəsmi Tehranın mövqeyi olmadığını bildirsə də, aydın məsələdir ki, Azərbaycan səfirliyinin qarşısında olan aksiyaların sifarişçisi kimdir və bu aksiya kimlər tərəfindən təşkil olunur. Ümumiyyətlə, İran molla rejiminin Sudan, İraq, Suriya, Əfqanıstan, Küveyt, Bəhreyn, İordaniya, Səudiyyə Ərəbistanı, Mərakeş, Oman, Yəmən, Hindistan, Livan, Liviya və digər ölkələrdə yaratdığı “hizbullahçı” strukturları Cənubi Qafqaza da tətbiq etmək istəməsi bir həqiqətdir. Rejim bu istiqamətdə Azərbaycan daxilində sosial, ictimai və siyasi sferada, iki başlıca istiqamətdə, genişmiqyaslı təbliğat sistemlərini gücləndirməyə çalışır: Birincisi, etnik separatizim. Molla rejimi və Ermənistan uzun illərdir ki, Azərbaycandakı etnik azlıqları qızışdırmağa çalışır və qondarma “Dağlıq Qarabağ”, "Tatistan", “Talışstan” və “Ləzgistan” kimi saxta təbliğatla məşğuldur. Son illərdə isə bu istiqamətdə intensiv konfranslar keçirilir, bir sıra KİV-lər, eləcə də sosial şəbəkələrdə müxtəlif səhifələr yaradılır. İkincisi, molla rejimi dini baxımdan ölkənin konstitusion dövlət quruluşunu devirmək istəyən radikal qruplaşmaları hərəkətə keçirməyə çalışır. Son 20 ildə bu prosesin aktivləşməsi üçün mövhumatçı zəka ilə dərin siyasət yürüdülür. Təəssüf ki, Azərbaycanın məscidlərində savadsız dindarlarla işbirliyi qurularaq, “çevrə düsturu” formalaşdırılıb. Tehran rejiminin Azərbaycandakı mövhumatçı baxışlara malik dindarlara siqqətülislam, höccətülislam, müctəhid, mövləvi, müdərris, mühəddis, müxtəsib, şeyx, müəzzin, digər teokratik “dini rütbələr” verərək Azərbaycan cəmiyyətində hədəflərini rəsmiləşdirmək üçün konkret addımlar atırlar. Bütün bunlar isə Tehrandakı “Vilayəti Fəqih” (Dünya Müsəlmanlarının Ali Dini Lideri) adlı qondarma struktur və təbii ki, erməni dezinformasiya maşınının ortaq əli ilə həyata keçirilir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 января, 2023 Автор Жалоба Share Опубликовано: 18 января, 2023 İrandan kim daha çox oğurlayıb: şah ailəsi, yoxsa molla rejimi? Azad Iran Yanvarın 16-sı sonuncu İran şahı Məhəmmədrza Pəhləvinin kütləvi xalq etirazları fonunda ölkəni tərk etdiyi gündür. 1979-cu ilin həmin günü o, özünün idarə etdiyi “Boinq” təyyarəsində ailəsi və yaxın adamları ilə birlikdə Misirə yollanmışdı. Bu hadisənin ildönümü münasibətilə İbrahim Rəisi hökumətinin sözçüsü Əli Bahadori Cəhromi özünün Tvitter səhifəsində geniş müzakirələrə səbəb olan bir post paylaşıb. İran rəsmisi Məhəmmədrza şahı nəzərdə tutaraq yazıb: “İranlıların 35 milyard dollar pulu, 384 çamadan ləl-cəvahirat, qiymətinin təxmin edilməsi belə mümkün olmayan 5 min brilyant və 50 zümrüd qaşla, 368 mirvari dənəsi ilə bəzədilmiş 2 tac... Bunlar ölkədən qaçarkən diktatorun özü ilə xaricə apardığı vəsaitin yalnız bir hissəsidir. Bu gün səltənətin, asılılığın və vətənə xəyanətin ölümünün ildönümüdür”. Sözlərinə illüstrasiya kimi Cəhromi rəsmi İRNA agentliyinin bu mövzuda hazırladığı, şahın xaricdəki digər mal-mülkünü əks etdirən video süjeti də paylaşıb və həmin video bir günə milyon yarımdan çox baxış toplayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 19 января, 2023 Автор Жалоба Share Опубликовано: 19 января, 2023 Molla rejimi devriləcək? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 19 января, 2023 Автор Жалоба Share Опубликовано: 19 января, 2023 İranın Tehran şəhərində yaşayan qadın fəal Fərnaz Hüseynzadə dörd il səkkiz ay həbs cəzası və 74 şallaq zərbəsinə məhkum edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Yanvarın 17-də Tehran İnqilab Məhkəməsi geyim dizayneri olan 30 yaşlı xanımı etiraz aksiyasına qoşulduğu üçün cəzalandırıb. Fərnaz Hüseynzadə ötən il oktyabrın 26-da Tehranın Səttarxan meydanında təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin zindanına köçürülüb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 января, 2023 Автор Жалоба Share Опубликовано: 20 января, 2023 Şeyxdən İranla bağlı gecikmiş etiraf Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 января, 2023 Автор Жалоба Share Опубликовано: 20 января, 2023 Yeni ilin ilk günlərində İranın dövlət televiziyası olan “Səhər” kanalında yayımlanmış bir proqramda verilişin qonağının dilindən səslənən fikirlər Azərbaycan mediasında geniş əks-səda doğurdu və sərt təpkilərə səbəb oldu. Belə ki, təqribən bir dəqiqəlik süjetdə proqrama ekspert qismində dəvət olunmuş şəxs Laçın dəhlizində baş verən son hadisələrdən danışarkən Laçının Ermənistana məxsus olduğunu iddia edir. Aparıcının yumşaq etirazına və üçtərəfli bəyanata istinadla Laçının Azərbaycan torpağı olduğunu söyləməsinə baxmayaraq, qonaq nəinki öz səhvini anlamır, hətta bir qədər də irəli gedərək Bakının da mifik Böyük Ermənistana aid olduğunu vurğulayır. Bu məsələ mediada və sosial şəbəkələrdə elə geniş etirazlara və kəskin tənqidlərə səbəb oldu ki, “Səhər” kanalı mövzu ilə bağlı dalbadal üç süjet yaydı və tənqidçiləri kanala qarşı insafsızlıqda suçladı. Kanalın dəlili budur ki, proqramda televiziyanı qonaq yox, aparıcı təmsil edir, ona görə də Laçın barədə deyilən fikirləri “Səhər”in və onun məxsus olduğu İran dövlətinin mövqeyi kimi dəyərləndirmək düzgün deyil. Əlbəttə, kanal rəhbərliyinin narahatlığı anlaşılandır, çünki yaxşı bilir ki, hətta Azərbaycandakı ən qatı iranpərəst tamaşaçısı belə, Laçının Ermənistana məxsusluğu iddiasını qəbul etməz və bu fikri hiddətlə qarşılayar. Yəni kanalın canfəşanlığı heç də Azərbaycanın ərazi bütövlüyünə hörmətindən deyil, auditoriyasının mənfi reaksiyasına tuş gəlmək və etimadını itirmək qorxusundan, eləcə də İran hakimiyyətini qınaqlardan yayındırmaq niyyətindən qaynaqlanır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 21 января, 2023 Автор Жалоба Share Опубликовано: 21 января, 2023 (изменено) İrandan dünya azərbaycanlılarının həmrəyliyinə qarşı təxribat 2014-cü ildən etibarən İranın ali rəhbəri Əli Xameneyinin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbilin imam-cüməsi, eləcə də ölkənin mühüm qurumlarından biri olan Ekspertlər Şurasının üzvü Ayətullah Seyid Həsən Amilinin təşəbbüsü ilə hər il yanvar ayının 19-u bu ölkədə, xüsusən onun azərbaycanlılar yaşayan əyalətlərində “Dünya Müsəlman Azəriləri Günü” kimi qeyd olunur. 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününə alternativ və cavab kimi düşünülmüş bu tarixin seçilməsi aşağıdakı kimi əsaslandırılır: “19 yanvar 1990-cı ildə Sovet hökumətinin zəifləməsi ilə 70 il özünün tarixi vətəni İrandan, islami və şiə kimliyindən uzaq qalmış Azərbaycan Respublikası əhalisi İran sərhədlərinə axışdı, “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları səsləndirərək, tikanlı məftilləri qırdılar, çətin və təhlükəli bir şəraitə baxmayaraq, İran torpağına daxil oldular. Onlar hər şeydən öncə öz ana vətənləri İranın torpağını öpdülər. Sonra məscidlərə gedərək, namaz qıldılar. Bu dönüş günü Azərbaycanın müasir tarixinə azərbaycanlıların iranlı və islami kimliyinə qayıdış günü kimi daxil oldu”. Göründüyü kimi, İran rejiminin ideoloqları çoxlarının yaxşı xatırladığı yaxın tarixin hadisələrini həyasızcasına təhrif edir, 1989-cu ilin sonunda baş vermiş sərhəd hərəkatının, həmçinin 1990-cı ilin 20 yanvarı ərəfəsi və sonrasında baş vermiş proseslərin mahiyyətini başqa cür təqdim etməyə çalışırlar. Daha dəqiq desək, soyuq qış günlərində min bir əziyyətlə, bütün maneələri aşaraq öz qan qardaşları ilə ayrılığa və az qala iki əsrlik həsrətə son qoymaq üçün Quzey Azərbaycan əhalisinin bütövlük amalı ilə Arazın o tayına üz tutması azərbaycanlıların guya İrana və islama can atması kimi qələmə verilir. Həmin saxta tezis srağagün, yəni yanvarın 19-da Ərdəbilin Şeyx Səfi kompleksindəki Xətayi salonunda keçirilən növbəti mərasimdə də dönə-dönə təkrar edilib. Изменено 21 января, 2023 пользователем SUMGAYIT Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января, 2023 Автор Жалоба Share Опубликовано: 23 января, 2023 İranda polisdən görünməmiş qəddarlıq: Qadını yumruq və təpiklə döydü İranda silahlı xüsusi təyinatlı polis zabiti heç bir səbəb olmadan yoldan keçən günahsız qadına hücum edərək onu təpiklə və yumruqla döyüb. Bu barədə “Azad İran” “Telegram” kanalı video paylaşıb. Bildirilir ki, qorxunc hadisə Tehranın Şəriəti küçəsində metro stansiyasının çıxışında baş verib. Videonu qeydə alan şahidin sözlərinə görə silahlı zabit heç bir səbəb olmadan yoldan keçənlərə hücum edib. “O, qaçmadığı üçün qadına təpik və yumruq vurur, qaçmasını tələb edirdi”, - deyə şahid əlavə edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 января, 2023 Автор Жалоба Share Опубликовано: 25 января, 2023 Zəngəzur dəhlizi ilə maskası cırılan İran Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 января, 2023 Автор Жалоба Share Опубликовано: 25 января, 2023 Tehran-İrəvan "bacılığ"ında zövcələrin rolu Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 января, 2023 Автор Жалоба Share Опубликовано: 25 января, 2023 Millət vəkili : İran Azərbaycanı sevməyən hər kəsə dostdur Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 января, 2023 Автор Жалоба Share Опубликовано: 25 января, 2023 İranda qalmaqallı beynəlxalq tədbir Azad Iran Yanvarın 20-dən başlayaraq İranda beş gün davam edən beynəlxalq tədbir keçirilib. Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi adlanan toplantının formal təşkilatçısı ölkənin qadın və ailə məsələləri üzrə dövlət qurumu olsa da, onun əsas təşəbbüskarı İran prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Ələməlhüda olub. Tehranda keçirilən tədbir beynəlxalq aləmdə ciddi qarşılanmayıb və İran hakimiyyətinin gözlədiyi reaksiyanı doğurmayıb. Üstəlik, sözügedən konqres İran mətbuatı və sosial şəbəkə istifadəçilərinin kəskin tənqidləri üzləşib. Tənqidlər ilk növbədə nüfuzlu qadın adı ilə konqresdə iştirak edən şəxslərin kimliyi və statusu ilə bağlı olub. Belə ki, İran hakimiyyətinin bütün səylərinə baxmayaraq, xarici dövlət rəhbərlərinin xanımlarının Tehrana gəlişini təmin etmək mümkün olmayıb. Konqresdə yalnız 4 dövlət başçısının – Serbiya və Qırğızıstan prezidentlərinin, Ermənistan və Burkina-Faso baş nazirlərinin xanımları iştirak edib. İranın dostları sayılan Çin, Rusiya, hətta Suriyadan belə yüksək statusu olan nümayəndə gəlməyib. Nüfuzlu “Sazəndegi” qəzeti Burkina-Faso nümayəndəsi ilə yanaşı dayanmaqdan qürur duymağın İran üçün əslində utancverici olduğunu vurğulayıb. Ən əcaib məsələ isə ötən ilin iyulunda xalq üsyanı nəticəsində devrilmiş və ölkədən qaçmış Şri-Lanka prezidentinin xanımının tədbirdə iştirakı olub. İran mediası bu məsələnin izahını tapa bilməyib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 января, 2023 Автор Жалоба Share Опубликовано: 27 января, 2023 Xomeyninin evinə bomba ilə hücum edildi - BAKU TV Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 января, 2023 Автор Жалоба Share Опубликовано: 27 января, 2023 Terror yuvası İran Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 января, 2023 Автор Жалоба Share Опубликовано: 27 января, 2023 Təxliyə prosesi necə aparılacaq? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 января, 2023 Автор Жалоба Share Опубликовано: 27 января, 2023 Terrorçudan niyə müsahibə alınıb? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 28 января, 2023 Автор Жалоба Share Опубликовано: 28 января, 2023 Azərbaycan səfirliyinə hücum və İran rejiminin həyasızlığı Yanvarın 27-də səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyində törədilən qanlı terror aktı Azərbaycan xalqını sarsıtmaq və hiddətləndirməklə yanaşı, onun dostlarının da narahatlıq və etirazına səbəb oldu, eyni zamanda hadisə beynəlxalq aləmdə geniş rezonans doğurdu və məsələyə Birləşmiş Millətlər Təşkilatı səviyyəsində münasibət bildirildi. Bu kontekstdə səfirliyin bir əməkdaşının ölümü və iki nəfərin də yaralanması ilə nəticələnən və dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənən terror hücumuna İran hakimiyyətinin reaksiyası rejimin görünməmiş həyasızlığının növbəti təzahürü kimi diqqəti çəkdi. Bütün vicdanlı insanları şoka salan bu qanlı hadisə ilk görüntüləri yayıldıqdan az sonra rejim təmsilçiləri tərəfindən soyuqqanlı şəkildə şəxsi zəmində baş verən olay kimi təqdim olundu. Düşünmək olardı ki, ağıla və məntiqə qətiyyən sığmayan, çoxlarına gülməli görünən bu iddia hadisə barədə ilkin versiyadır və sonrakı istintaq baş verənlərin mahiyyəti barədə daha əsaslı və ciddi məqamları ortaya çıxaracaq. Amma yox, İran rəsmiləri bir-birinin ardınca həmin izahı təkrarlamaqda davam edir, dövlət mediası da terrorçudan, onun uşaqlarından müsahibələr alıb yayımlamaqla bu versiyanı şüurlara yeritməyə çalışırdı. Bu həyasızlıq fonunda hadisə yerindən yayılmış videoların ortaya çıxardığı haqlı və məntiqi suallar da qulaqardına vurulur. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 28 января, 2023 Автор Жалоба Share Опубликовано: 28 января, 2023 SEPAH-ın polkovniki Azərbaycan səfirliyinə edilən xain hücumun anonsunu bir neçə ay öncə veribmiş VİDEOFAKT Bir neçə ay əvvəl SEPAH-ın Qüds qüvvələrinin komandirlərindən biri, polkovnik Həbib Babayi Rusiyada gizlənən və Azərbaycana qarşı çağırışlar edən talış sepratçılarının rəhbərlərindən Zabil Məhərrəmova müsahibəsində naxçıvanlı sürücülərə, eləcə də Azərbaycanın Tehrandakı səfirliyinə qarşı həyata keçiriləcək hücum planları haqqında danışmışdı. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Qərbin kəşfiyyatı hesab edir ki, İranın İsfahan şəhərində hərbi anbara hücumdan dəymiş ziyan Tehranın iddia etdiyindən qat-qat çoxdur. Axar.az xəbər verir ki, bu barədə İsrailin “Yerusalem Post” qəzeti məlumat yayıb. “Hadisə yerində dörd partlayış olub. Zərər İranın bildirdiyi kiçik dam zədəsindən qat-qat çoxdur. İsrail anbara hücumu şərh etməkdən imtina edir, lakin Qərb kəşfiyyat rəsmiləri bunun arxasında İsrail kəşfiyyatı MOSSAD-ın olduğunu iddia edirlər. İran hədəflərinə oxşar hücumlar 2020-ci ilin iyulunda və 2021-ci ilin aprelində Natanda, eləcə də 2021-ci ilin iyununda Kərəcdə olub",- məlumatda deyilir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Sosial mediada və mətbuatda İsrailin İrana hücum etməsindən bəhs olunur. Bunu yazanda İsrail və İran arasındakı coğrafi məsafəyə baxmaq lazımdır. İsraildən qalxan dron, yaxud aviasiya İran havadan müdaifə sistemi tərəfindən – nə qədər zəif olsa da - müəyyən oluna bilərdi. Axar.az xəbər verir ki, belə bir iddianı tarixçi alim Zaur Əliyev səsləndirib. Onun sözlərinə görə, hadisənin baş verdiyi əraziləri tədqiq edib, belə qənaətə gəlmək olar ki, İranda hərbi bazaları və obyektləri vuran nə İsrail, nə də Amerikadır: “Böyük ehtimalla bu hücum İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidləri Təşkilatı tərəfindən edilib. Təşkilat İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İran Xalq Mücahidləri Təşkilatının minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Avropa Birliyi və Böyük Britaniya İran Xalq Mücahidləri Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxarıb. 2018-ci ildən etibarən İran Xalq Mücahidləri Təşkilatının mənzil qərargahı Albaniyanın Adriatik dənizi sahilindəki Durres bölgəsinin Manez şəhərində yerləşməkdədir. Manezdə mekçilərə məxsus üç min nəfərlik xüsusi şəhərçik yaradılıb və şəhərcik Əşrəf düşərgəsinin şərəfinə Əşrəf-3 olaraq adlandırılmışdır. Təşkilata hazırda Məsud Rəcavinin üçüncü həyat yoldaşı Məryəm Rəcavi rəhbərlik edir. Bu təşkilatın dəstəkçiləri arasında SEPAH, ETTELAAT generalları ilə yanaşı ruhanilər və siyasi partiyalar da var. Eyni zamanda, Xomeyni ideyaların üzdə qəbul edib, daxildə siyasi sistemi dəyişmək istəyən güclər təşkilat üzvlərinin gömrük, sərhəd və eyni zamanda sənədləşmə işlərini həll edirlər. İran Xalq Mücahidlərİ Təşkilatı İsrail, Amerika, Britaniya və Səudiyyə ilə sıx əlaqədədir. Türkiyə MİT-inə əməkdaşlıq təklifi 80-ci illərdə etsələr də, türk dərin dövləti bunu məsləhət görməyib. Qeyd edim ki, dünyanın bir çox ölkəsində adamları olan bu təşkilat Azərbaycan və Türkiyə ərazisində yerləşə bilməyib. Maraqlısı budur ki, 2018-ci ildən təşkilat iranlı alimləri öz tərəfinə çəkməklə məşğuldur. Hətta əldə edilən məlumata görə, bu iş üçün 100 milyon dollar pul ayrılıb. Buna görə də İranın yeni hərbi sistemi barədə ilkin məlumatlara malikdirlər. Onların stolunun üstündə İranın bütün açıq və gizli obyektlərinin xəritəsi var. İranın dron istehsal edən zavodlarında adamları olan təşkilat güclü haker qrupu ilə onların beyinlərini oxuyan proqrama 50 milyon dollar pul verib. İran Xalq Mücahidləri Təşkilatı hələlik bu hücumu üzərinə götürməsə də, 60-cı illərdən bu günə qədər onun fəaliyyətini izləyəndə eyni dəst-xətti görmək olar. Ona görə də İsrailin dron, yaxud təyyarə ilə zərbə endirdiyi iddiası ilə razılaşmamaq olar, bəlkə də İsrail və Amerika bu təşkilata dəstək verib, amma reallıq budur ki, İranda baş verən partlayışları kənar güc yox, hakimiyyətdaxili güclərin bir-birlərinə qarşı savaşında axtarmaq lazımdır. Çünki böyük güclər İranı parçalamaq əvəzinə hakimiyyəti sosial islamçılara vermək barədə düşünürlər. Hətta keçən il İran Xalq Mücahidləri Təşkilatının lideri Məryəm Rəcəvi deyib: "İranın Milli Müqavimət Şurası İslam Respublikası hakimiyyətinə alternativdir, onu əvəz edə bilər". Hətta İranda hakimiyyətə qarşı başlanan etiraz aksiyalarında silahların olmasında bu təşkilatın adı hallanırdı. Etiraz aksiyaları zamanı bu təşkilatın üzvlərinin aparıcı olması fikrimizi təsdiq edə bilər... Çox maraqlıdır ki, bu təşkilatın üzərinə gedən yeganə dövlət Fransadır və Paris Avropa dövlətlərinin bu təşkilatı terrorçular siyahısından çıxarılmasına etiraz edirlər. İran və Fransa hakimiyyəti bu təşkilata qarşı mübarizə aparan yeganə dövlətlərdir. Fransa İranı qorumaq üçün bütün gücünü ortaya qoysa da, artıq böyük güclər qərara gələcəklər yəgin. İran parçalanmayacaq, sadəcə hakimiyyəti sosialist islamçılara verəcəklər”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Gərək İzraildən xahiş edək ki, Təbrizi vurmasın! Bizə Təbriz abad şəkildə lazım olacaq. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İsrailin İrana ötən gecə dronlarla zərbə endirməsi haqda qeyd edib. “Unutmayaq ki, Netenyahu həm də dolayı yolla Xameneinin sifarişi ilə səfirliyimizdə qətlə yetirilən şəhidimizin qisasını alır. Bir də bu qurumsaqlar başlı-başına buraxdıqları arvadlarını bizim səfirlikdə axtarmazlar!” – o bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Ötən gün gecə saatlarında İsrail dronlarının İrana endirdiyi zərbələrlə bağlı görüntü yayılıb. Axar.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə İranın neft emalı zavoduna endirilən zərbənin nəticələri əks olunub. Bəzi mənbələr isə yanan obyektin dron istehsal edən müəssisə olduğunu bildirir. Qeyd edək ki, "Əl-Ərəbiyə" İsrailin PUA-larla Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yaymışdı. İran Müdafiə Nazirliyi isə yanvarın 28-si gecə saat 23:30-da İsfahanda yerləşən hərbi obyektə hücum zamanı insan itkisinin olmadığı, sursat istehsal edən zavoda cüzi ziyan dəydiyini iddia edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Əslən azərbaycanlı olan və ABŞ-da yaşayan tanınmış müğənni Ququş Rza Pəhləvinin xeyrinə başladılan "Mən vəkalət verirəm" kampaniyasına qarşı çıxıb. Kult.az xəbər verir ki, azərbaycanlı müğənni Tehran rejiminə həqiqi müxalif olanların vəkalətə ehtiyac duymadıqlarını bildirib. "Yazdım ki, yadigar kimi qalsın. Bu ana qədər xalqın sözü, şüarları nə olub? “Qadın, həyat, azadlıq” və “İslam Respublikasına ölüm”. Bu, nə yeni həştəq, nə də mənim mühacirətdə olan bir sənətçi kimi kiməsə vəkalət verməyimi tələb edir. İran hökumətinə həqiqi müxaliflərin heç birinin vəkilə ehtiyacı yoxdur. Bu qatarın hara getdiyini hələ də bilmirəm, ancaq mənim hədəfim azadlıqdır. Gəlin bu yolda yoldaş olaq", - Ququş bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 Kremlə yaxın ekspertlər iddia edirlər ki, İsrailin İrana zərbə endirməsini Vaşinqton təşviq edib. Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uliyam Börnsün və ABŞ prezidentinin millit təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın İsrailə səfərləri ilə izah edirlər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İsrailin İrana hava zərbələri endirməsi haqda yayılan məlumata münasibət bildirərkən deyib. “Yəqin Kremldə hesab ediblər ki, Vaşinqtonun əsas məqsədi İranın Rusiyaya pilotsuz uçuş aparatlarının ixracını durdurmaq olub. Həqiqətən İsrail İranda pilotsuz uçuş aparatları istehsal edən müəssisəyə də zərbə endirib. Bu, Kremldə suallar doğurmamış deyil. Çünki İsrail İranın nüvə çalışmalarından narahatdır və normalda həmin mərkəzlər hədəf götürülməli idi. Ancaq nüvə mərkəzləri hücuma məruz qalmayıb, Rusiyanı dron və hərbi sursatla təhciz edən mərkəzlər hədəf götürülüb. Bu da Kremldə belə bir şübhə yaradıb ki, hücum ya Vaşinqtonun təlimatıyla həyata keçirilib, ya da elə hücum dronları Amerikaya məxsus olub”, - o bildirib. Qeyd edək ki, “Əl-Ərəbiyə” İsrail PUA-larının Təbrizdəki dron zavodu, İsfahanda hərbi müəssisə və Mallarddakı sursat anbarına zərbələr endirdiyi haqda məlumat yayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 января, 2023 Автор Жалоба Share Опубликовано: 29 января, 2023 (изменено) İrana HÜCUM AÇIQLAMASI: "Belə dəqiq zərbələr endirməyə qadir..." Qərbin kəşfiyyat ictimaiyyətinin nümayəndələri əmindirlər ki, İranın İsfahan şəhərində sursat anbarına hücumlar uğurlu olub. Publika.az xəbər verir ki, onların fikrini İsrailin “The Jerusalem Post” qəzeti yayıb. Nəşrin məlumatına görə, obyektdə dörd partlayış səsi eşidilib və dəymiş ziyan İranda bildirilən "dam örtüyünün kiçik zədəsi"ndən xeyli çoxdur. Rəsmi İsrail bu məsələ ilə bağlı şərh vermir. Qəzet xatırladır ki, Qərbin əksər kəşfiyyat rəsmiləri və İrandakı mənbələri İranın Natanz (iyul 2020 və aprel 2021), eləcə də Kərəcdəki (iyun 2021) nüvə obyektlərinə analoji hücumlara görə, İsrailin "Mossad"ına borcludurlar. “The Jerusalem Post”un mənbəsinin sözlərinə görə, "Mossad"dan başqa hələ də belə dəqiq zərbələr endirməyə qadir strukturların olduğu barədə məlumatlar var. İranın İRNA agentliyi İsfahandakı hərbi-sənaye obyektində baş verən partlayışların pilotsuz təyyarələrin zərbələri nəticəsində baş verdiyini bildirib. Ölkənin Müdafiə Nazirliyi agentliyə “uğursuz hücum edildiyini” təsdiqləyib və zərbəni yalnız bir PUA həyata keçirib. Qeyd olunub ki, hava hücumundan müdafiə sistemi daha iki pilotsuz uçan aparatı məhv edib. Изменено 29 января, 2023 пользователем SUMGAYIT Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 31 января, 2023 Автор Жалоба Share Опубликовано: 31 января, 2023 Ayrapetyandan xəbərdarlıq: "İran ikinci Ukraynaya çevrilir" Erməni siyasətçi, keçmiş deputat Tatevik Ayrapetyan diqqət çəkən açıqlamalar verib. AzVision.az xəbər verir ki, o, yerli mediaya açıqlamasında İranın başı üzərini qara buludların aldığını deyib. - Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarına zərurət olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi tövsiyə edib və ziyarətçilərə çox diqqətli olmağa çağırıb. Maraqlıdır ki, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov müsahibələrinin birində deyib ki, Bakının Tehrandakı səfirliyini boşaltmasının səbəblərindən biri də səfirliyə hücumun ertəsi gün İranda hərbi əməliyyatların olmasıdır. Azərbaycan səfirliyi ilə eyni vaxtda daha bir neçə diplomatik nümayəndəlik işçilərini evakuasiya edib. Görünür bu proses davam edəcək. Hazırda bir çox ölkələr səfirliklərinin işçilərini və onların ailələrini İrandan qismən geri çağırır və ya personalı ixtisar edirlər. Yəni Ukrayna müharibəsi ərəfəsində Kiyevdə gördüyümüz proseslər indi İranda baş verir... Bu, adi bir təcrübədir. -Ayrapetyan qeyd edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 2 февраля, 2023 Rejim “Xoy soyqırımı”na başladı: Azərbaycanlılara hər şey qadağan edildi. . Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 2 февраля, 2023 09:18 Belə adamlar həmişə istifadə edilir. Qurulan isə İranın öz oyunu və vəziyyəti öz xeyrinə dəyişdirmə cəhdidir. Terrorçunun ağlı yerindədir, bunu səfirlikdəki görüntülər də sübut edir. Bu sözləri Axar.az-a 27 yanvarda ölkəmizin İrandakı səfirliyində terror aktı törədən Yasin Hüseynzadənin ruhi xəstəxanaya yerləşdirilməsi haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib. Polkovnik terrorçunun ruhi xəstəxanada öldürülməsi ehtimalının olduğunu vurğulayıb: “Hazırda səfirlikdə törədilən terror aktına görə İrana çox böyük etiraz və təzyiq var. Terrorçunun ruhi xəstə olduğunu deyib, onu xəstəxanaya yerləşdirmək sözügedən təzyiqləri yumşaltmağın ən asan yoludur. Məsələnin tamamilə bağlanması üçün xəstəxanada Yasin Hüseynzadənin ölümü təşkil edilə və hadisəyə intihar görüntüsü verilə bilər”. Qeyd edək ki, istintaqı aparan Tehran Cinayət Prokurorluğu Y.Hüseynzadənin şizofreniya da daxil olmaqla, bir sıra psixi problemlərdən “əziyyət çəkdiyi” qənaətinə gəlib. Terrorçu ən azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 2 февраля, 2023 İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq, 10 faiz kəsr olacaq. Buna rəğmən, milləti əzən qurumlar üçün ayrılan büdcə artırılıb. Bu sözləri Axar.az-a Güney Azərbaycandan olan iqtisadçı ekspert Sabir Zamani deyib. Onun sözlərinə görə, SEPAH-ın büdcəsi önümüzdəki il 28 faiz artaraq, 120 trilyon tümənə (4 milyard ABŞ dolları) çatacaq. “Polisin büdcəsi 62 trilyon, ETTELAAT-ın isə 20 trilyon təşkil edir. Həbsxanalar üçün 10 trilyon vəsait ayrılıb. Bunları bir yerə toplasaq, ölkə vətəndaşı üçün adambaşına 3 milyon tümən, təxminən yüz dollar düşür. Yəni rejim hər iranlını əzmək üçün bu qədər büdcə ayırıb”. O bildirib ki, İran rejimi yeni il üçün (21 mart) əlillərə ayrılan büdcəni azaldaraq, həbsxana və polis binalarının tikintisinə yatırır: “Əlillərə xidmət mərkəzlərinin büdcəsi kəsilib. Bizim xəstəxanalarımızın 60 faizi və hər 3 məktəbdən biri standarta uyğun deyil. İran rejimi isə milləti əzmək üçün növbəti ildə 59 həbsxana tikəcək. Həmçinin polislər üçün yeni binaların tikilməsi də planlaşdırılır. Bunun da xərci 200 milyon dollar edir. Güc strukturları üçün nəzərdə tutulan büdcə təkcə rəsmi büdcə ilə kifayətlənmir. Belə ki, ölkədə SEPAH-ın özünün özəl şirkətləri var, orada on minlərlə işçi çalışır. İranın iqtisadiyyatında böyük bir payı var və oradan da böyük gəlir əldə edir”. İqtisadçının sözlərinə görə, büdcədən İran ideologiyasının reklamı və təbliğatına da böyük məbləğdə pul ayrılıb: “İslamı təbliğ mərkəzinin büdcəsi 53 faiz artırılaraq, 2,3 trilyon tümənə çıxıb. Xomeyninin məzarına da hər il olduğu kimi yenə maddi vəsait ayrılıb. Bu il isə bu rəqəm 36 milyard tüməndir. SEPAH-a tabe “Camaatul Mustafa” ideologiya mərkəzinə 900 milyard tümən pul veriləcək. Qumdakı beyinyuma mərkəzi var, orada müxtəlif ölkələrdən gələnləri terrorçu kimi yetişdirirlər, onlar üçün də 9 trilyon tümən vəsait nəzərdə tutulub. İranın Əmək Nazirliyinin son məlumatına görə, ölkədə hər 3 insandan biri yetərincə bəslənə bilmir. Buna səbəb isə qida məhsullarında 65 faizdən çox inflyasiyanın olmasıdır. Bu, çox önəmli məsələdir ki, bir ölkədə insanlar yetərincə bəslənə bilmir, amma Xomeyninin məzarına külli miqdarda pul xərclənir”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 3 февраля, 2023 İran Xoydan deportasiyanı başlatdı: Güneyin kürdləşdirilməsi sürətləndi Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 4 февраля, 2023 Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu Yasin Hüseynzadənin bir neçə ilə əvvəl öldürülən general Qasım Süleymani ilə birgə fotosu üzə çıxıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Y.Hüseynzadənin Süleymaninin sol tərəfində dayanan şəxs olduğu bildirilir. Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Xatırladaq ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani Bağdad hava limanında ABŞ PUA-larının dəqiq zərbəsi nəticəsində məhv edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 4 февраля, 2023 İran rejimi hər hansı problemlə rastlaşanda diqqəti başqa istiqamətə yönləndirmək və xaricə mesaj ötürmək üçün həmişə səfirliyə hücum kimi variantlara çox əl atıb. Lakin Vasifin (Tağıyev) qəhrəmanlığı çirkin terror planını puç etdi. Bu sözləri Axar.az-a açıqlamasında Güney azərbaycanlı yazar və siyasi fəal Əlirza Abdullahi bildirib. O, İran rejiminin ssenarisinə əsasən, terrorçunun səfirliyə girib, səfir başda olmaqla, onun ailə üzvlərini və digər diplomatları öldürməli olduğunu açıqlayıb: “İran beş aydır başlayan etirazlardan sonra kütləni daxili problemlərdən yayındırmaq və camaatın fikrini başqa istiqamətə yönəltmək istəyirdi. SEPAH-ın terrorçu kimi tanınması qorxusu da nəzərdən qaçmamalıdır. SEPAH İranda dövlət içində dövlət deməkdir. Hakimiyyət nümayəndələri, Məclisdə olan millət vəkillərinin çoxu SEPAH kökənlidir. Yəni SEPAH terrorçu kimi siyahıya salınarsa, İranın durumu daha da pisləşə bilər. Odur ki, hakimiyyət baş verənlərlə bağlı daxildə bir söz deməyə məcbur idi. Lakin deyiləcək sözü olmadığından, sadəcə, fikirləri yayındırmaq, gündəmi dəyişdirməyə çalışdı”. Milli fəal İranın Azərbaycanla bağlı düşüncələrinə də toxunub: “İranın Azərbaycan Respublikasına baxışı hər zaman işğalçı olub. Azərbaycanı “İrani şumali”,”Cümhuri Baku” adlandırmaqdan çəkinmirlər. Qəhrəman Ordumuzun 44 günlük savaşda qələbəsindən sonra İran-Ermənistan işbirliyinin çökməsi və geopolitikanın dəyişməsi, Zəngəzur dəhlizinin gündəmə gəlməsi, Azərbaycan-Türkiyə münasibətlərinin daha da yaxınlaşması, Turan Birliyi, İlham Əliyevin Güney Azərbaycana verdiyi dəstək mesajları və ona sahib çıxmasına qarşı İran nəsə etmək istəyirdi. Zəngəzur dəhlizini və sərhədlərin dəyişməsini “qırmızı xətt” adlandırmaqdan savayı heç nə edə bilmədi. Azərbaycanı qorxutmaq üçün hərbi təlim keçirmək bəhanəsi ilə ordusunu Araz sahilinə gətirdi. Amma Azərbaycan dövləti və ordusu çəkinmədi. Cavab olaraq, sərhəddə Türkiyə ilə birgə təlim keçirdi. Buna görə Azərbaycana gözdağı vermək məqsədi ilə Tehrandakı səfirliyimizə hücum planı ortaya atıldı, lakin qəhrəman övladlarımız bu çirkin əməli pozdu, bir şəhid verib daha böyük faciənin qarşısı alındı”. Əlirza Abdullahi İranın terror aktları tarixçəsini də diqqətə çatdırıb: “İranda 1979-cu ildə inqilabçılar Amerika səfirliyini ələ keçirib, diplomatları 444 gün girov saxlayıb. 1981-ci ildə baş verən partlayış nəticəsində İslam partiyasının tanınmış şəxsləri və 70-dən çox üzvü həlak olub. Sızan məlumatlardan bəlli olur ki, bu, hakimiyyət davasında rəqiblər arasında mübarizə idi. Hadisədə İranın keçmiş Məclis başçısı Rəfsəncanin əli olduğu deyilirdi. O, Xomeyni öldükdən sonra ölkədə ən nüfuzlu şəxs olaraq, Xameneini işlərin başına gətirir. Onu öz əlaltısı kimi hakimiyyətdə mövqe sahibi edir. Xamenei gücləndikdən sonra Rəfsəncani hovuzda üzərkən şübhəli şəkildə öldürülür. Həmin sistem, həmin hakimiyyətdir. 1994-cü ildə İranın Xorasan əyalətinin Məşhəd şəhərində İmam Rzanın məzarı yaxınlığında bir bomba partladılır və 26 nəfər ölür, 300 nəfər yaralanır. Bu da bir hakimiyyət davası idi və hadisələri yayındırmaq üçün törədilmişdi. Belə nümunələrin sayı çoxdur”, - deyə o bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 4 февраля, 2023 Zənсanlı qadın fəala 6 il həbs cəzası verilib Bu barədə onun anası özünün sosial media hesabında paylaşım edib. Onun sözlərinə görə, Nilufər Şakirinin mühakimə zamanı vəkillə təmin olunmasına icazə verilməyib. Qeyd edək ki, işgəncə verildiyi üçün Nilufər Şakiri ötən il dekabrın 4-də daxili qanaxma səbəbi ilə xəstəxanaya köçürülmüş və normal müalicə olunmadan yenidən zindana qaytarılmışdı.(GuneyAZfront) Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 4 февраля, 2023 İran dövlətinə etiraz edən azyaşlıdan həqiqətlər Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 4 февраля, 2023 İran rejiminin süqutu qaçılmazdır Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.