SUMGAYIT Опубликовано: 9 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 9 февраля, 2023 İran hər iki ölkəyə münaqişə məsələlərini müstəsna olaraq danışıqlar yolu ilə həll etməyi tövsiyə edir. AzVision.az xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri jurnalistlərə açıqlamasında deyib. "Sputnik Ermənistan"ın müxbiri diplomatdan İrəvanla Bakı arasında yeni hərbi əməliyyatların baş verəcəyi təqdirdə Tehranın hansı tədbirləri görəcəyini soruşub. Zohuri isə cavab verib ki, Ermənistan və İran bütün münaqişələrin və problemlərin dialoq yolu ilə həll edilməsində maraqlıdır. "Əlbəttə, İran müxtəlif platformalar da daxil olmaqla dialoqu dəstəkləməyə hazır olduğunu bəyan edib", - səfir suala konkret cavab verməkdən yayınıb. Səfir İrəvanın avropalı müşahidəçiləri Azərbaycanla sərhədə daşımasından narahat olduğunu da gizlətməyib. Diplomat region ölkələri arasında mövcud olan bütün problemlərin yalnız bu dövlətlərin özünün iştirakı ilə həll edilməli olduğunu vurğulayıb. O qeyd edib ki, region ölkələri özləri dialoq əsasında təhlükəsizliyi təmin edə bilərlər: "Əlbəttə ki, bölgədə təhlükəsizliyin və sülhün təmin olunması baxımından digər dövlətlər də öz töhfələrini verə bilərlər. Amma istənilən halda sülh və təhlükəsizlik o zaman gələcək ki, problemlər region ölkələri tərəfindən həll olunacaq". Xatırladaq ki, bir neçə gün öncə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan sensasiyalı açıqlama vermişdi. O, sentyabr döyüşlərinə toxunarkən iddia edib ki, onlarda olan kəşfiyyat məlumatlarına görə rəsmi Bakı Ermənistanın təxribatlarına cavab olaraq daha genişmiqyaslı hərbi əməliyyatlar reallaşdırmalıymış. Guya İranın hərbi ritorikası toqquşmaların daha da genişlənməsinin qarşısını alıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 11 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 11 февраля, 2023 İranda Prezident İbrahim Rəisinin inqilaba həsr olunmuş nümayişdə çıxışının dövlət televiziyasında yayımı hakerlər tərəfindən kəsilib. AzVision.az xəbər verir ki, məlumatı İran KİV-i yayıb. Bildirilb ki, hakerlər yayıma müdaxilə edərək təxminən bir dəqiqəlik videoçarxı efirə buraxıblar. Həmin videoçarxda maskalı şəxs İran xalqını korrupsioner rejiminin banklarına qoyduğu maliyyə vəsaitləri çıxarmağa çağırıb. Bundan sonra o, "İslam Respublikasına ölüm!”, “Xameneiyə ölüm!” kimi şüarlar səsləndirib. İran KİV-də hücumun yalnız internet yayımda baş verdiyi bildirilib. İranın Sistan-Bəluçistan əyalətində Tehran rejimindən narazı xalq İranda zülm altındakı millətlərin ürək sözlərini şüarla dilə gətirib: “Nə şah, nə dini rəhbər, azadlıq, bərabərlik!”, “Millətlər bərabərdir!". Qeyd edək ki, fevralın 11-i İranda inqilabın qələbə çaldığı gündür. Rejim həmin hərəkatın 44-cü ildönümünə həsr olunan tədbirlər keçirir. Prezident İbrahim Rəisi və başqa rəsmilər tədbirlərdə çıxış edir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 12 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 12 февраля, 2023 İranlı idmançı himni oxumaqdan imtina edib Qazaxıstanın ev sahibliyi etdiyi Asiya çempionatında iranlı qadın idmançı Fərzanə Fəsihi qapalı şəraitdə 60 metr məsafəyə yüngül atletika üzrə qızıl medal qazanıb. O, mükafatlandırma mərasimində İran bayrağını götürməkdən və himni oxumaqdan imtina edib. Fərzanə Fəsihi özü bu barədə açıqlama verməsə də, onun bu hərəkəti Tehran rejiminin etirazçılara qarşı repressiyalarına etiraz kimi dəyərləndirilir.(GuneyAZfront) https://t.me/AzadIranTelegram/16235 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 февраля, 2023 Автор Жалоба Share Опубликовано: 24 февраля, 2023 İran Ekspertlər Şurasının idarə heyətinin sözçüsü Əhməd Xatəminin hicabla bağlı çıxışı etirazlarla qarşılanıb. Axar.az xəbər verir ki, sosial media istifadəçiləri və iqtisadçılar onu xalqın dolanışıq şəraitinin ağırlığı və bahalığın səviyyəsindən xəbərsiz olduğunu yazıblar. Əhməd Xatəmi İran Prezidenti İbrahim Rəisiyə müraciət edərək, ondan hicabsızlıqla bağlı tədbirlər görməsini tələb edib. "Dolların bahalaşmasını buraxın, əsas hicabdır. Hicabsızlığın qarşısının alınması üçün hərəkətə keçin", - Əhməd Xatəmi tələb edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 2 апреля, 2023 2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşün nəticələri dini rəhbər Əli Xameneiyə göndərilib. Protokol 40 səhifədən ibarətdir. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir. “Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb. Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir: Ali Baş Komandanlıq Aparatına İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə 10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il) Təsnifat: (hərbi) məxfi, arxiv sənədi İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi Əvvəli BURADA General-mayor İsmayıl Qaani: - Ağaların söhbətlərini eşidəndə Əlinin doğrudan da tək olduğunu hiss etdim. Cənablar, uzun müddətdir ki, canımızı və malımızı hökumət və rəhbərimizin (Xamenei – red.) uğrunda qurban vermişik. Rəhmətlik İmam (Xomeyni – red.) bizə buyurmuşdu ki, Vilayəti-Fəqih və eləcə də nizamın əsaslarına güclü inanıb problemlərə və çatışmazlıqlara göz yumaq. Səkkiz illik müharibəni geridə qoyduq. Bizim dini inancımız - İmam Zaman və onun naibinə (Vəliye Fəqih – Xamenei – red.) olan imanımız bizdə müqəddəs hökumətin dünya zalımlərı ilə və ABŞ və tanıdığınız bunun kimi zorakı dövlətlərlə mübarizədən ibarət olan məqsədinə çatmaqda şübhə yaranmasına icazə verməməlidir. Siz hamınız bilirsiz ki, bir çox problemlər və çatışmazlıqların əsas səbəbi ABŞ-ın sanksyaları və bizimlə düşmənçiliyidir. Qüds qüvvələri bu illər ərzində müxtəlif ölkələrdə müttəfiqlər yetişdirə bilib. Bu müttəfiqlərin İran idelogiyasına zərrə qədər inamları olmayıb və olmayacaq. Amma buna baxmayaraq, biz onları təşkilatlandıraraq, sistemin yaxın və uzunmüddətli hədəfləri üçün istifadə etməyi bacardıq. Mən düşünmürəm ki, silahlı qüvvələrdəki tənbəllik və bacarıqsızlığın səbəbi inamsızlıq və dolanışıqsızlıq məsələsidir. Mən bunun səbəbini komandirlərin bacarıqsızlığında görürəm. Komandir tabeliyində olan qüvvəyə rəhbərlik etməlidir. Çatışmazlıqları həll edərək ümid yaratmaldlr; hökumətə inam birinci olmalıdır. Siz gördünüz ki, İŞİD-ə qarşı mübarizədə gənclər bizimlə bərabər necə döyüşdü və Kobani döyüşündə kürdlərin, iraqlıların və suriyalıların namuslarını qorudu. Biz potensial gücə malikik və böhranı həll edə bilərik və xatırladım ki, biz müharibənin öhdəsindən gəldik; üsyanı yatırtmaq isə daha sadədir. Qüds qüvvələrinin baxışından, düşüncəsindən asılı olmayaraq, hər kəs torpağımızın təhlükəsizliyi çərçivəsində yaşaya bilər, yalnız etiraz etmək qırmızı cizgidir və rəhbəri təhqir etmək bağışlanmazdır. Eynilə şəhidimiz Qasım Süleymaninin öncəki illərdə etdiyi kimi: o yerə qədər ki, məsələ təhdiddən ibarət idi, susdu, ancaq təhdiddən rəhbəri təhqir etməyə gəlib çıxanda və böhrana doğru hərəkət edəndə özü birbaşa məsələni həll etmək üçün hərəkətə keçdi. General Hidayətullah Əmiri: - Həzrətağa, keçən həftə sizin əyalətdəki nümayəndəniz Hacağa İbadizadə ilə çoxlu zənglərdən sonra görüşdüm. O, iclasda bildirdi ki, küçələrdə hakimiyyətə qarşı etiraz edənlər ya düşmənin agentləridir, ya da özləri hakimiyyətə düşməndirlər. Açığı, bu məsələ məni məyus etdi və hörmətli nümayəndənizə də dedim. Əgər sizin rəhbərliyə göndərdiyiniz izahat və hesabatlar da belədirsə, onda bütün əyalətdəkilər düşmən hesab olunur. Allah bu insanların fəryadına çatsın. Bunun cavabını Sirat körpüsündə necə verəcəksiniz? Əziz qardaşım, biz müharibəni də gördük; vallah, hamı könüllü olaraq vətənin şərəfini qoruyurdu. Sərdar Əştəri də iclasdadır, onun tabeliyində olan qüvvələr məsələlərdə düzgün hərəkət etsəydi, indi ölkənin vəziyyəti belə olmazdı. Bəlkə də yenə də belə olardı, başqa bir məsələ peyda olub etirazları alovlandırardı və bunu həll etmək də olmazdı. Biz ki problemləri sanksiyanın və ya dövlət məmurlarının üzərinə atırıq, bunu belə olduğunu da tam olaraq bilmirik. Sübutumuz da yoxdur. Lakin əlli beş dərəcə istinin altında çalışan millətə “əks-inqilab” deyilməməlidir. Bu insanların özlərinə məxsus heç nələri yoxdur. Nəsə, Hacağanın təbiri əsasında bunları düşmən adlandıraq. Büdcə istəyək və təmin olsun və o düşmən dediklərimizin hamısını vuraq… Milləti bir-birinin qarşısına qoymaq olmaz. Xatırladım ki, hərbi orqanlarda olanlar da bu millətdən ibarətdir. Hacağanın hərbi məsələlərdən də başı çıxmır. Mən izah edim: bu millətə biz silah verib, təlim keçdik və forma verdik və hərbçiyə çevirdik. Bu hərbçi gecə evində formanı çıxardaraq adi millətə çevrilir və həmin bu adamın süfrəsində bərəkət yoxdur, çörəyi yoxdur və evinin, ailəsinin problemləri, küçədəki ruhi-emosional problemləri özü ilə evinə daşıyır və bu öz təsirini ailəyə göstərir. Bizim qarşımızda iç-içə bir cəmiyyət var. Bura ailənin vacib olmadığı və insanların tək yaşamaqla kifayətləndiyi Avropa deyil. Burada ailə ön plandadır. Ev ortamında hərbi qüvvənin problemləri aşkar olur və cəmiyyətin acı təsiri evdə üzə çıxır və cəmiyyətin əzab əziyyətləri, psixi problemləri, etirazları və ya Sərdar Qaani demişkən, iğtişaşları alovlandırır. Tutaq ki, bu gün həll oldu, bəs sabah necə olacaq? On ildən sonra hansı məsələlər üzə çıxacaq? Məsələ daha dərin və mürəkkəbdir. Xidmət etmək gücünə sahib olmaq gərəkir. Bəlkə millətlə dostluq etməklə, onları dinləməklə məsələlər daha yaxşı həl ola bilər… Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 2 апреля, 2023 İran Azərbaycan Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyd edilib ki, etiraz notası Azərbaycan XİN-ə İranın Bakıdakı səfirliyi vasitəsilə çatdırılıb. Etiraz notasında İran Azərbaycanın bəzi media qurumlarının "nalayiq və təhqiramiz hərəkətləri"nin davam etməsindən narahatlığını bildirib: “İran bu prosesə son qoyulmasını və düzəlişlərin edilməsini tələb edir. Bundan əlavə, İran medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir”. Qeyd edək ki, İranın Azərbaycan mediasına qarşı bu cür "əxlaqlı" iddiası və buna görə nota verməsi beynəlxalq diplomatiyaya qətiyyən uyğun deyil. Əvvəla, Azərbaycana qarşı illərdir fəaliyyət göstərən, ölkəsində deyil, yalnız Azərbaycanda yayılan “Səhər” kimi bir kanalı maliyələşdirən Tehran ən azı bu fakta görə Azərbaycan mediasında hər hansı məqaləyə görə etiraz edə bilməz. İkincisi, SEPAH-a bağlı media və Teleqram kanalları az qala hər gün Azərbaycana qarşı hədələyici videolar paylaşır, bir çox halda isə Azərbaycanın dövlət atributlarını təhqir edir. Azərbaycana qarşı bu cür təbliğat aparan, onu hər addımbaşı hədələyən bir ölkə Azərbaycan mediasını ittiham etmək və buna görə nota vermək haqqını çoxdan itirib. Üçüncüsü, hər gün bir SEPAH komandirini Azərbaycan sərhədinə göndərib, Azərbaycanı hədələtdirən, qırıcısını Azərbaycanla sərhəddə uçurdan, 44 günlük savaşdakı zəfərimizdən sonra sərhədimizdə hər il hərbi təlim keçirmək eşqinə düşən və bu təlimlərdə Araz çayından keçməyi məşq edən, düşmən ölkəni silahlandırıb, onun 44 günlük savaşın nəticəsi olaraq üzərinə götürdüyü öhdəliklərini icra etməsinə imkan verməyən, özünə heç bir aidiyyəti olmasa da, başqa bir ölkənin ərazisindən dəhlizin açılmasına qarşı çıxan, ancaq nədənsə, Laçın dəhlizinin fəaliyyətini “qanuni” sayan və s. saymaqla bitməyən düşmənçiliklə məşğul olan İran Azərbaycan mediası və ictimaiyyətindən hansı təqdir, tərif gözləyir? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 7 апреля, 2023 İran deyilən ölkə dalana dirənib. Bir yandan nüvə razılaşmasına görə Avropa və Amerika ilə problemləri yaranıb, digər tərəfdən daxildə ciddi iqtisadi çətinliklərlə üzləşib. Bu isə SEPAH-da ixtilafların yaranmasına səbəb olub. Bu sözləri Axar.az-a Ərdəbil vilayətində SEPAH-ın kəşfiyyat komandirinin müavini olmuş polkovnik Əli Rzayi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daxilində yaranan böhran və parçalanmalara aydınlıq gətirərkən deyib. O, SEPAH-ın daxili siyasəti ilə bağlı bir neçə məqama toxunub: “Bəzi general və yüksək rütbəli zabitlər anlayır ki, İslam Cümhuriyyəti var olduğu müddətdə İrandakı problemlər çözülməyəcək. Odur ki, komandirlər gizlində bir yol axtarırlar ki, bu qarışıqlıqdan çıxsınlar. Həm yüksək, həm də aşağı rütbəli zabitlər arasında gedən gizli söhbətlər bəzən kənara sızır. SEPAH-da bu cür ixtilaflar mövcuddur. Lakin SEPAH-ın siyasi quruluşu bir az başqa cürdür. Özü üç qrupa bölünür: 1) Hərbi güclər, ona komandirlər nəzarət edir; 2: Vəliyi-fəqihin nümayəndələri, mollaların əlindədir, siyasət işlərinə bunlar baxır. Heç bir komandirin siyasi açıqlama, ya da fikir bildirməyə izni yoxdur; 3) Təhlükəsizlik qüvvələrinə nəzarət edən bölüm. Onlar da qurumun daxilində üsyana, hakimiyyətə müxalif olanlara nəzarət edirlər. Belə şəxslər olarsa, onları “rəhimsiz” adı ilə SEPAH-dan uzaqlaşdırırlar. Mən özüm də bunun qurbanı olmuşam. Ümumiyyətlə, SEPAH-ın daxilində fikir ayrılıqları var. Məmləkətin dalana dirənməsinin böyük təqsirkarı SEPAH-ı bilirlər. Çünki ölkədə hər sahəyə - iqtisadiyyata, mədəniyyətə, siyasətə müdaxilə edərək, ölkənin bu vəziyətə düşməsinə səbəb olub”. Polkovnik SEPAH və ona məxsus media qrumlarında Azərbaycanla bağlı səsləndirilən təhdidlərdən də danışıb: “Azərbaycanla bağlı təhdidləri təbliğatdır. Ciddi bir iş görə bilmirlər deyə, öz uğursuzluqlarını belə təhdidlərlə, hədələrlə sığortalayırlar. İran və onun ideoloji qolu olan SEPAH inqilab fəlsəfəsinin dünyada və müsəlman ölkələrinin içində yayılmasını istəyir. Azərbaycan şiə toplumunun çox yaşadığı ölkələrdən biridir, lakin bura lazımınca nüfuz edə bilməyiblər. Yəməndə, Suriyada, İraqda milyardlarla vəsait sərf ediblər. Suriyada bu işlər üçün 40 milyard dollar pul xərcləyiblər. Ancaq bir nəticə əldə edə bilməyiblər. İsrail, demək olar ki, hər gün SEPAH-ın ordakı mövqelərini vurur. Husiləri bu qədər dəstəkləmələrinə rəğmən, Ərəbistanla danışıqlara başladılar. Bir sözlə, belə uğursuzluqlarını ört-basdır etmək və hələ də nüfuzlarını itirmədiklərini göstərmək istəyirlər. “Hələ də, ideologiyamız yaşayır, adamlarımız var. Onları əldən verməmişik” kimi fikrləri yaymağa çalışırlar. Məqsədləri “Huseyniyyun” təşkilatını formalaşdırıb, onu böyük güc kimi təqdim etməkdir. Əslində, böyük güc deyillər. Məlumatıma görə, onların sayı cəmi 10-15 nəfərdir. Təbrizdə konsulluğun qarşısına toplaşanların çoxu isə “Bəsic”ə bağlı qüvvələr idi. Onları “Huseyniyyun” adı ilə təqdim etdilər”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 23 апреля, 2023 2023-cü il yanvar ayının 3-də SEPAH-ın hərbi və ideoloji yetkililəri məxfi iclas keçirərək, İranda aylarla davam edən etiraz aksiyalarını müzakirə edib. Görüşdə dini rəhbər Əli Xamenei də iştirak edib. Əsas məruzəçilər SEPAH-ın yüksək rütbəli genaralları və SEPAH-da fəaliyyət göstərən ideoloji kadrlardan ibarət yüksək səviyyəli din xadimləridir. “Tam məxfi arxiv” sənədi olan bu görüşün protokolunun surəti hakerlər tərəfindən ələ keçirilib və yayılıb. Axar.az olduqca önəmli bu protokolun dərcinə davam edir: Ali Baş Komandanlıq Aparatına İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərinin görüşlərinin arxivinə 10/13/1401 (hicri, miladi 3 yanvar 2023-cü il) Təsnifat: (hərbi) məxfi, arxiv sənədi İclasın mövzusu: İnqilab Keşikçiləri Korpusunun komandirlərinin çıxışlarının xülasəsi Əvvəli BURADA Sərdar Məhəmməd Rza Həsəni Əhəngər: - İmam Hüseyn Universiteti ölkənin hərbi sənayedə olan yüksək səviyyəli mütəxəssislərini hazırlayan ən yaxşı universitet kimi məzunlarının işə göturülməsilə məşhurdur. Bu universitet ötən illərdə üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və öz tələbələrinin əksəriyyətini maddi baxımdan təmin edə bilmişdir. Həzrət ağa, əsas məsələ budur ki, bu qüvvələr gələcəkdə ölkənin həssas və önəmli vəzifələrində işləyəcəklər və dünyanın böyük şirkətləri ilə əlaqədə olacaqlar. Bu qüvvələrin əksəriyyəti Müdafiə Nazirliyində və silahlı qüvvələrdə fəaliyyət göstərəcəklər və bunların hökumətə inancı və bağlılıqları yüksək səviyyədə olmalıdır. Lakin ölkədəki mövcud şərait belə davam eləsə, bu insanların inancında sarsılma baş verər. Bunların məişət problemləri dünya casus orqanlarına bağlı şirkətlərlə informasiya mübadiləsinə şərait yaradır. Bu şirkətlər belələrini tələyə salmağı planlaşdırıblar. Bu tip insanları ifşa etmək bir neçə cəhətdən önəmlidir. Hərbi fəaliyyətlərlə, hərbi sənayenin yüksək vəzifəli şəxsləriylə bağlı informasiyaların ötürülməsi və daxili elektron və eləcə də məxfi məlumatlarımıza yol tapmaları ölkənin qarşısında maneəçilik törətməyə və tərbiyə etdiyimiz kadrları casusluğa cəlb etməyə şərait yaradar. Son zamanlardakı terror məsələləri və məxfi sənədlərimizin ifşa olunması buna misaldır. İmam Hüseyn Universiteti bu günə qədər həssas sənayelərin kadrlarını yetişdirib və onları ölkənin bir çox həssas sahələrində işə cəlb edib. Olkədəki vəziyyət səbəb olub ki, bu universitetin tələbələri mövcud şəraitə etiraz məqsədiylə bir neçə saatlıq oturaq aksiya keçiriblər. Bu günə kimi bu aksiyalar şəxsi məqsəd daşımayıb və sırf topluma dəstək üçün həyata keçirilib. Buna görə də inanclı tələbələrə və onıarın tərbiyəsi üçün maddi xərclərə xüsusi diqqət yetirilməlidir ki, tərbiyə olunan qüvvələr gələcəkdə də sistemə xidmət etsinlər və güclü inancları ilə ölkənin idarəçiliyi üçün hazırlansınlar. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 23 апреля, 2023 Briqada komandiri Məhəmməd Hüseyn Nejat: - Belə zənn etmişdim ki, bugünkü iclasda ölkənin müxtəlif bölgələrindən olan möhtərəm komandirlərin səyləri nəticəsində ölkənin təhlükəsizliklə əlaqədar məsələlərində ortaq məxrəcə gələ biləcəyik. Amma indi gördüyüm ETTELAAT və təhlükəsizlik orqanlarına qarşı narazılıq və etirazdan başqa bir şey deyil. Halbuki iğtişaşçılarla qarşıdurmada əsas rol bunlarındır. Bura toplaşmış ağalar giley və şikayət yerinə müxtəlif bölgələrdəki böhranlardan çıxış yolu göstərsinlər. İclasın başlamasından təxminən 2 saat keçib və bütün dostlar sadəcə problemləri və baş verənləri izah edirlər. Eşitmədim dostlardan biri desin ki, ölkənin filan yerində sakitlik var. Bütövlükdə qüvvələrin bacarıqsızlığından danışıldı. Büdcədə çatışmazlıq var, razıyam. Lakin daxili və xarici müxaliflərin toplaşdığı əsas bölgələrin komandanlığında problem var və ya bunlar doğru-dürüst vəzifələrini yerinə yetirə bilmirlər. Siz ölkənin təhlükəsizliyinin təmin olunmasına cavabdehsiniz. Əgər hər hansı komandan düşünürsə ki, tapşırıqların öhdəsindən gələ bilmir və ya ölkədəki vəziyyət onu da sıxır, o zaman iki cümləlik istefasını yaza bilər və ya başqa yolla öz vəzifəsini təhvil verə bilər. Unutmayaq ki, bura İslam Respublikasıdır və Qərb dünyası ilə mübarizə aparırıq və bu ölkə İmam Zamanındır və onun naibi (Xamenei) bizdən hesabat gözləyir. Komandirin məsuliyyəti bəllidir və hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməlidir. Əziz qardaşlarım, indisə əsas məsələyə qayıdaq. Müxtəlif qüvvələrin itaətsizliyi və məlumatların ötürülməsi haqda Həzrət ağanın fərmanı əsasında məlumatlar əldə etmişəm. Qüvvələrimiz tənbəlləşib. Müxtəlif sahələrdən xəbərlər gəlir; düzdür, problemlər çoxdur, lakin bunu mühafizə orqanlarına tapşırmalıyıq. Hacağa Müctəbanın məsələsinə gəldikdə isə: doslarımızın bu barədə bəhs və ixtilafları var. Əslində sözügedən problemləri həll etmək üçündür. Biz tanınmış və güvənilir adamları sistemin önəmli vəzifələrinə təyin etməliyik ki, böhranlar belə şəxslərə təsir göstərə bilməsin və həmçinin məxfi məlumatların yayılmasının qarşısı bu yolla alınsın. Təhlükəsizlik məmurlarının bacarıqları və onların inanc səviyyəsindən xəbərdarıq. Açıq deyəcəm: ölkə məmurlarının yarısı hər şeyi bəhanə etməklə vəzifələrindən azad olmağa təmayül göstərirlər. Bunların tərbiyəsinə sərf olmuş xərcləri kompensasiya etmək olar, amma sərf olunan vaxtı yox! Buna görə də maksimum dərəcədə yeniləri işə cəlb etməliyik və qüvvələrimizi inqilab inanclarına qaytarmalıyıq. Bunlar inqilabın yetirmələridirlər və yeni bir inanc yaratmaqla yenidən bu sistemi bütövləşdirmək mümkündür. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 26 апреля, 2023 Автор Жалоба Share Опубликовано: 26 апреля, 2023 İran Dini Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani Babolsar şəhərində silahlı hücum zamanı öldürülüb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Mazandaran əyaləti siyasi təhlükəsizlik üzrə idarə rəisinin müavini Ruhulla Selaqi məlumat verib. Onun sözlərinə görə, aprelin 26-da səhər saatlarında ayətullah Süleymaniyə silahlı hücum olub. O, Sistan-Bəlucistan əyalətini Dini Ekspertlər Şurasında təmsil edirdi. Abbas Əli Süleymani əvvəllər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Sistan-Bəlucistan üzrə nümayəndəsi olub. Məlumata görə, hadisə Mazandaran əyalətinin Babolsar şəhərinin Şəhrəbanu meydanı ərazisində baş verib. Hadisə ilə bağlı araşdırma aparılır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 мая, 2023 Автор Жалоба Share Опубликовано: 2 мая, 2023 İranda tanınmış kino və teatr aktrisaları Əfsanə Bayqan və Fatimə Motamadariana qarşı cinayət işi açılıb. Onlar hicab taxmaq qaydalarına əməl etməməkdə ittiham olunurlar. Bu barədə Tehran Polis Baş İdarəsindən məlumat verilib. Bildirilir ki, iş baxılması üçün prokurorluğa göndərilib. Qeyd edək ki, aktrisalar rejissor Attila Pesianın ad günü münasibətilə keçirilən tədbirdə baş örtüyü olmadan iştirak ediblər. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 мая, 2023 Автор Жалоба Share Опубликовано: 2 мая, 2023 “Ettelaat” zabitindən sensasion açıqlama: “İrandakı etirazlarda cinlər iştirak edib!” Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 2 мая, 2023 Автор Жалоба Share Опубликовано: 2 мая, 2023 İranda Ayətullahın qətli nədən xəbər verir? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 июня, 2023 Автор Жалоба Share Опубликовано: 4 июня, 2023 3 iyun İran inqilabının banisi, İslam Respublikasının ilk rəhbəri Ruhullah Xomeyninin öldüyü gündür. Kult.az xəbər verir ki, Ruhullah Mustafavi Musəvi Xomeyni 1902-ci il sentyabrın 24-də İranın indiki Mərkəzi əyalətinin Xomeyn şəhərində dünyaya gəlib. Uşaq yaşlarından dini mədrəsələrdə ərəb dili və ədəbiyyatı, məntiq, fiqh, üsul və başqa elmləri öyrənən Xomeyni 1919-cu ildə Ərak Elmiyyə Mədrəsəsinə qəbul olunub. Burada bir müddət təhsil alan Xomeyni sonra Qum şəhərində Elmiyyə Mədrəsəsinə daxil olub. O, 1958-ci ildə əyalət, vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi 6 maddəlik mütərəqqi qanunun qüvvəyə minməsi ilə şah əleyhinə mübarizəyə başlayıb. Xomeyni böyük mülkədar və feodalların mənafeini qorumaq üçün hakimiyyətin 1961-ci ildə torpaq islahatları aparması, eləcə də torpaqların kəndlilərə verilməsini qeyri-islami hərəkət adlandıraraq, xalqı bu islahata qarşı çıxmağa səsləyib. Bu təşəbbüsü ilə iyunun 5-də radikal mollapərəstlərlə hakimiyyət arasında qanlı qarşıdurmalara səbəb olan Xomeyni həbs edilərək Tehrandakı Eşretabad hərbi həbsxanasına aparılıb. Həmin dövrdə ona qarşı daha ciddi cəzanın, hətta ölüm hökmünün verilməsi müzakirə edildiyi zaman azərbaycanlı nüfuzlu din xadimi Şəriətmədari buna qarşı çıxıb, Məhəmmədrza şahı bu fikrindən daşındıra bilib. Eyni zamanda, edam hökmünün avtomatik qüvvədən düşməsi məqsədilə Şəriətmədari başqa bir neçə nüfuzlu din xadimini Xomeyniyə “ayətullah” dini rütbəsi verdirməyə razı salıb. Bununla da gələcəkdə özünün ən qatı rəqibi və düşməninə çevriləcək Ruhullah Xomeyninin həyatını qurtarıb. 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilən Xomeyni bir müddət orada qaldıqdan sonra İraqa keçib və Nəcəf şəhərinə yerləşib. O, burada 13 il sürgün həyatı keçirib. Sürgün illərində Xomeyninin Pəhləvi hakimiyyətinə müxalif olmasına baxmayaraq, daim maddi dəstək görüb, rifah içində yaşayıb. Pəhləvi hakimiyyətinin tələbindən sonra İraqdan Fransaya göndərilən Xomeyni burada İran hakimiyyətinə qarşı olan müxalif təşkilat və şəxslərin dəstəyindən yararlanıb. Həmin vaxt Amerika, İngiltərə nümayəndələri və xüsusi xidmət orqanlarının əməkdaşları onunla əlaqəyə girib, hakimiyyətə gətirildikdən sonra ölkələrinin maraqlarına toxunmayacağı qarşılığında İranda rejimin dəyişdirilməsi, Xomeyninin ölkəyə başçı olacağı üçün dəstək verməyə hazır olduqlarını bildiriblər. Həmin dövr Pəhləviyə müxalif qüvvələr, o cümlədən, marksist cərəyanlar və Xalq Mücahidləri Təşkilatı İran əhalisinin dini duyğularını nəzərə alaraq Xomeyniyə ciddi dəstək veriblər. 1979-cu ildə İranda baş verən inqilabdan sonra Tehrana qayıdan Xomeyni öncə hakimiyyətdə gözü olmadığını desə də, qısa müddət ərzində radikal mollapərəstlərin, din adamlarının və sadə kütlənin dəstəyi ilə hakimiyyətə yiyələnir və İranın rəhbəri statusunu qazanır. O, inqilabın qələbə ilə nəticələnməsində əməyi olan bütün təşkilat və siyasi şəxslərə, həmçinin, onun həyatını xilas etmiş Ayətullah Kazım Şəriətmədariyə qarşı repressiyalara əl atır. Hakimiyyətinin təhlükədə olduğunu görən və siyasi rəqibləri susdurmağın yollarını axtaran Xomeyni ilk günlərdən “İslam inqilabının ixracı” nəzəriyyəsini irəli sürür, nəzəriyyənin bütün dünyada, xüsusən, Orta Şərqdə islam inqilabının yayılmasının vacibliyini bildirir. Bu nəzəriyyənin həyata keçirilməsi üçün ilk hədəf İraq seçilir. Xomeyni “Qüdsün yolu Kərbəladan keçir” şüarı ilə İraqa siyasi müdaxilə və hərbi hücuma əsas verir. İran-İraq müharibəsi başlamadan əvvəl İraq hökuməti BMT-yə İran qüvvələrinin bu ölkənin sərhədlərini pozduğu, sərhəd postlarına çoxsaylı hücumları ilə bağlı dəfələrlə faktlar təqdim edib, şikayətlənib. İki ölkə arasında müharibənin başlaması ilə Xomeyni müharibənin yaratdığı ümumi həyəcan və şəraitdən istifadə edərək ölkə daxilində olan bütün rəqiblərini sürətlə aradan götürməyə başlayıb. Həmin illərdə və müharibənin bitməsindən bir neçə gün sonra Xomeyninin birbaşa göstərişi ilə minlərlə siyasi fəal edam edilib. Rəsmi rəqəmlər edam edilənlərin sayının 4 min olduğunu göstərsə də, qeyri-rəsmi statistika bu sayın onminlərlə olduğunu bildirir. 8 illik müharibə dövründə İraq hökumətinin sülh barədə müraciətlərini dəfələrlə rədd edən Ruhullah Xomeyni ölkənin maddi və insan resurları tükəndiyi üçün BMT-nin 598 nömrəli qətnaməsini qəbul etməyə, özünün ifadəsi ilə “zəhəri içməyə” məcbur olur. Bundan sonra ciddi zərbə alan və əvvəlki nüfuzunu itirən Xomeyni xəstələnir. O, 1988-ci il iyunun 3-ü gecə saatlarında Tehranda mədə xərçəngi diaqnozu ilə müalicə olunduğu xəstəxanada ölür. Xomeyninin ölümündən sonra da onun “islam inqilabının ixracı” nəzəriyyəsi hakimiyyətin, xüsusilə radikal kəsim tərəfindən davam etdirilməkdədir. Xomeyninin hakimiyyətə gəlişi ilə Orta Şərqdə qanlı müharibələr və daxili çəkişmələr başlayıb. Bu çəkişmələr hələ də davam etdiyi üçün bir çoxları Xomeyniyə Orta Şərqin “ölüm mələyi” adını veriblər. Onun “İslam inqilabının ixracı” nəzəriyyəsinin həyata keçirilməsi üçün yaradılan siyasi-ideoloji təbliğat mərkəzləri, qurulan terror təşkilatları, Orta Şərqdə, İranla qonşu ölkələrdə, xüsusilə Azərbaycan Respublikasında hələ də fəsadlar törətməkdədir. Bir çox nüfuzlu şərhçi və siyasi ekspertlər Xomeyninin hakimiyyətə gətirilməsini Amerika və İngiltərənin Orta Doğu ilə bağlı planlarının tərkib hissəsi olduğunu, Xomeyninin bununla bağlı adıçəkilən ölkələrə söz verdiyini yazırlar. İran hakimiyyətinin Amerikaya qarşı kəskin çıxışlarına baxmayaraq, Amerikanın illərdir Körfəz bölgəsində yerləşməsi, günü-gündən bölgədə qüvvələrinin artırılması Xomeyni və onun irs qoyub getdiyi molla hakimiyyətinin əməllərinin nəticəsidir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 5 июня, 2023 Автор Жалоба Share Опубликовано: 5 июня, 2023 İranın təhlükəsizlik orqanları Azərbaycanla bağlı istənilən məlumatı əldə etmək, bütün sahələr üzrə informasiya toplamaq istəyirlər. Coğrafi, iqtisadi, siyasi, tarixi mövzuda fərq qoymadan, hər bir məlumatı öyrənirlər. Düşünürlər ki, Azərbaycan da bunlar kimi edir. Bu sözləri Axar.az-a açıqlamasında SEPAH-ın eks-polkovniki Əli Rzayi İranda casusluq anlayışının necə formalaşması barədə danışarkən deyib. Onun sözlərinə görə, hər yerdə casus şəbəkəsini quran İran rejimi bu anlayışı Azərbaycana da şamil edir: “İranın təhlükəsizlik orqanları bir neçə qrup var ki, onlara casus gözü ilə baxırlar. Azərbaycanlı xanımla evlənənlər, Azərbaycanda oxuyan iranlı tələbələr, ticarət məqsədi ilə tez-tez ölkədən çıxıb qayıdanlar, hətta Azərbaycanda həbsə düşən vətəndaşlar onlar üçün potensial casus hesab olunur. Düşünürlər ki, Azərbaycan bunlardan casus kimi istifadə edəcək”. Azərbaycanda təhsil alan iranlı tələbələrin xüsusi risk qrupuna aid olduğunu deyən Rzayi onların SEPAH-ın daimi nəzarətində olduğunu bildirib: “Doktoranturada təhsil alan iranlı tələbələrin müdafiə etdiyi elmi işlərin mövzusuna daha həssas yanaşırlar. Hesab edirlər ki, İsrail məlumat əldə etmək üçün bu mövzuları onlara qəsdən yönəldib. Onlar xarici qüvvələrin sifarişi ilə tələbələrin elmi işində İranın yolları, yeraltı obyektləri, idarələri haqqında məlumatın əks olunmasından ehtiyat edirlər”. Polkovnik Azərbaycanda təhsil almış iranlı tələbənin ölkəsində başına gələn bənzər hadisədən də danışıb: “Mən SEPAH-da işlədiyim zaman ərdəbilli bir xanım haqqında mərkəzə məlumat gəldi. Onun Azərbaycana işləməsindən şübhələnirdilər. Xanım su idarəsində işləyirdi. GİS (Coğrafi xəritələr üzrə informasiya sistemi) sistemində çalışırdı. Xəritələrlə bağlı məlumatları elektronlaşdırırdı. Öz elmi işini Azərbaycanda müdafiə etmişdi. Buna casus kimi baxırdılar. Mən imkan vermədim ki, onu tutsunlar. Çünki araşdırdım və Azərbaycan tərəfinin İranın coğrafi yerləri ilə bağlı hər hansı məlumat toplamadığını, xanımın da bu məqsədlə elmi iş yazmadığını öyrəndim. Bu xanım həqiqətən dünyanın hər yerində istifadə olunan adi bir xəritə hazırlamışdı”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 5 июня, 2023 Автор Жалоба Share Опубликовано: 5 июня, 2023 Bu il fevralın 20-də Almaniyadan İrana getdikdən sonra barəsində məlumat olmayan Azərbaycan vətəndaşı Fərid Səfərli iyunun 1-də bu ölkədə casusluq ittihamı ilə həbs edildi. Bu hadisədən dərhal sonra Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşlara zəruri olmadığı təqdirdə İrana səfər etməməyi tövsiyə etdi. Axar.az xəbər verir ki, Azərbaycan XİN-in bu çağırışına İran dərhal reaksiya verib. İran XİN-in rəsmisi Nasir Kənani öz Tvitter səhifəsində yazıb: “Bizim siyasətimiz - vizaları ləğv etmək və azərbaycanlı qardaş və bacılara qucaq açmaqdır”. Son zamanlar Azərbaycan xüsusi xidmət orqanlarının İran agenturasına qarşı apardığı əməliyyatlar nəticəsində bir çox casus həbs edilib. Bütün bunlar isə İranı ciddi narahat edir. Kənaninin bu açıqlamasının arxasında İranın pis niyyəti dayanır. İran agentlərinin əvəzinə Azərbaycan vətəndaşlarını həbs etməyə başlayıb. Bu açıqlama da ona görə verilib. İran "qardaş və bacılarımıza qucaq açırıq" kimi sözlərlə vətəndaşlarımızı İrana dəvət etmək, sonra da böyük həbs dalğasına start vermək niyyətindədir. Yəni, bu çağırışlar İranın böyük tələsidir. İran heç vaxt Azərbaycan vətəndaşlarının halına yanmayıb. Əgər İran doğrudan da Azərbaycan Respublikası vətəndaşlarını sidq-ürəkdən “bacı və qardaşı” sayırsa, bir zəhmət, Güneydəki 40 milyon azərbaycanlının qayğısına qalsın: ana dilində oxumaq-yazmaq hüququ, düşünmək azadlığı olmayan Güney azərbaycanlıların məskunlaşdığı ərazilər İranın ən baxımsız, ən kasıb bölgələridir. İran fars rejimi məqsədli şəkildə azərbaycanlıların təhsilsiz, kasıb vəziyyətdə və aşırı təzyiq altında yaşaması üçün çalışır, onları assimilyasiya edir və milli dəyərlərindən uzaqlaşdırır. Əvəzində isə 200 min erməninin “milli kimliyini” qoruyur, onlara məktəblər açır, olmayan mədəniyyətini yaşatmasına, icma kimi fəaliyyətinə yardım edir. İranın əsl “bacı və qardaşı”nın kim olduğu hər kəsə məlumdur. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 18 июня, 2023 Автор Жалоба Share Опубликовано: 18 июня, 2023 İran prezidentinin xanımı Cəmilə Ələmülhudanın müsahibəsi narazılıq doğurdu. Onun sözləri isə şiə-şüubiyə təfəkkürünü ortaya qoydu. Bu sözləri Axar.az-a güneyli jurnalist Məsud Haray İranın birici xanımının müsahibəsində türk və ərəbləri düşmən adlandırmasını şərh edərkən deyib. Onun sözlərinə görə, belə yanaşma paniranist təfəkkür ilə eynilik təşkil edir: “Farslar ərəblərin o dövrdə sürdüyü hakimiyyətin düşmənçiliyini edirlər. Sanki ərəblərdən daha öncə yalnız və yalnız farsların hakimiyyəti olub. Bu hakimiyyətə ərəblər son veriblər. O səbəbdən də bu təfəkkürlə ərəb düşmənçiliyi, sonra min illər dünyanı idarə edən türklərin hakimiyyəti ilə türk düşmənçiliyi ortaya çıxdı. Bunlar da şiə-şüubiyənin əsas fəlsəfəsidir. Elə xanımın sözlərində də eyni düşüncənin şahidi olduq. Türkləri, ərəbləri, monqolları düşmən adlandırdı. Monqolları da türk boylarından hesab etdikləri üçün onları da düşmən sayırlar. Farsların məntiqi ilə biz bu bölgəyə gəlməyik. Bu yerin əsl sahibi farslar olub. Təbii ki, yanlış təfəkkürdür. Bunu həm də paniranist təfəkkür adlandırmaq olar. Həmin xanımın yalanları paniranistlərin yalanları ilə üst-üstə düşür”. Məsud Harayın bildirib ki, Cəmilə Ələmülhudanın fikirlərini Rza Pəhləvi də bir vaxtlar dilə gətirib: “Rza Pəhləvi də Cəmilənin sözlərinin eynisini deyib. O da müsahibələrində ərəblərin, türklərin, monqolların hücumundan danışıb və qəsbkar olduqlarını söyləyib. Paniranist və şiə-şuubiyə düşüncəsi bir fəlsəfədən çıxış edir. Onu da qeyd edim ki, İran yetkililəri bunu birbaşa söyləməsə də, arxa planda hər gün danışdıqları, planladıqları məsələrdən biri türk və ərəb düşmənçiliyi olub. Bu xanım da burada açıq şəkildə, diplomatiya etikası gözləmədən söylədi. Yəni, bəzi gerçəklər var idi ki, dilə gətirilmirdi, Cəmilə xanımın vasitəsi ilə birbaşa dedilər”. O, birinci xanımın sözlərində ziddiyətlərin olduğunu deyib: “Müsahibəsində deyir ki, guya, bunun oxuduğu şəhid Behişti Universiteti Amerika Universitetlərindən daha əvvəl yaranıb. Hətta universitetin həyətindəki ağacların yaşı Amerika universitetlərindən daha qədimdir. Hansı ki, bu universitetin əsası 1959-cu ildə qoyulub. Amerikada isə 1776-da yarandığı bilinir. Onun müsahibəsində başqa bir məqam da diqqət çəkir. Deyir ki, xanımların təhsil almasına və işləməsinə gərək yoxdur. Onlar ancaq evdə oturmalıdır. Bu qəbuledilməzdir. Onun fikirləri qeyri-demokratik sayıla bilər. Bu, siyasi olaraq da İran hökumətinin əsas fəlsəfəsini təşkil edir”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 6 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 6 ноября, 2023 İsrailin Azərbaycandakı səfiri Corc Dik İran səfiri Abbas Musəvinin X sosial şəbəkəsində yaydığı təhdidə münasibət bildirib. Axar.az xəbər verir ki, Corc Dik İran səfirinə “peşəkardan pulsuz məsləhət” verdiyini yazıb. “Ölkəmi məhv etməklə, məni isə ölümlə (bir daha) hədələyəndə ciddi qəbul olunmaq istəyirsənsə, hörümçək toru ilə müqayisədən imtina etməlisiniz. Çünki hörümçək toru poladdan beş dəfə möhkəmdir”, - Cord Dik qeyd edib. Xatırladaq ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində İsrail səfirinə xitabla, bu sözləri yazmışdı: “İndiki mərhələdə cəsur HƏMAS döyüşçüləri sizin üçün kifayətdir. Siz hörümçək torundan da zəifsiniz. Unutmayın ki, İran müdaxilə etsə, siz Nil çayında deyil, Aralıq dənizində basdırılacaqsınız. Heç bir xilas yoxdur. Bundan sonra bütün dünya sizə qarşıdır... Müsəlman, igid Azərbaycan xalqı, eləcə də bütün dünya sizə qarşıdır”. Qeyd edək ki, hörümçək torunun poladdan qat-qat möhkəm olduğunu elm çoxdan sübut edib. Hörümçək torundan karandaş yoğunluqda kəndir hörülərsə, bir sərnişin təyyarəsini havada saxlaya bilər. Hörümçəklərin ifraz etdiyi, diametri 0.001 millimetrdən daha kiçik olan iplik eyni qalınlıqdakı polad simdən beş dəfə möhkəmdir. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 декабря, 2023 Автор Жалоба Share Опубликовано: 1 декабря, 2023 Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 декабря, 2023 Автор Жалоба Share Опубликовано: 16 декабря, 2023 “Ədalət Ordusu” İranı lərzəyə saldı Azad Iran Dünən, dekabrın 15-də İranın Sistan və Bəluçistan əyalətində yerləşən Rask şəhərindəki polis bölməsinə silahlı hücum nəticəsində 12 polis əməkdaşı həlak olub, azı 8 nəfər yaralanıb. İran Daxili İşlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Məcid Mirəhmədinin verdiyi məlumata görə, hadisə cümə günü gecə saat 2-də baş verib və bu zaman 10 silahlı şəxs Raskdakı polis bölmələrindən birinə hücum edib. Hücumçular yerli qüvvələrə kömək gəlməsinin qarşısını almaq üçün həmin əraziyə göndərilən qoşunların yolunda pusqu da qurublar. Bu hücuma görə məsuliyyəti “Ceyşül-Ədl”, yəni “Ədalət Ordusu” adlanan qruplaşma öz üzərinə götürüb. 2012-ci ildə yaranmış və əsasən etnik bəluçlardan ibarət bu təşkilat İran rejiminə qarşı silahlı mübarizə aparır. O, özünü İrandakı bəluç sünni azlığın İran hakimiyyəti tərəfindən tapdanan haqlarının müdafiəçisi kimi təqdim edir, həmçinin İranın Suriyadakı Bəşər Əsəd rejimini dəstəkləməsinin əleyhinə çıxır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 21 декабря, 2023 Автор Жалоба Share Опубликовано: 21 декабря, 2023 Qırmızı dənizdə üzən gəmilər tez-tez husilərin hücumuna məruz qalırdı. Bu isə İranın tapşırığı ilə həyata keçirilirdi. Odur ki, gəmilərin təhlükəsizliyini qorumaq və onların rahat hərəkəti üçün Amerika başda olmaqla koalisiya yaradılıb. Bu birlikdə 10-a yaxın ölkə təmsil olunur, AB ölkələrinin də buna qoşulduğu ötən gün elan edildi. Bu barədə Axar.az-a güneyli jurnalist və siyasi şərhçi Əli Süleymani husilərə qarşı yaradılan Dəniz Birliyi haqqında məlumat verərkən deyib. Onun sözlərinə görə, bu, 2-ci Dünya müharibəsindən sonra yaranan növbəti dəniz koalisiyasıdır: “Qırmızı dəniz strateji bir bölgədir. Bu sularda müxtəlif ölkələrin gəmiləri üzür. Onların təhlükəsizliyi təmin olunsun deyə, koalisiya yarandı. Koalisiyanın içində adı açıqlanan əsas ölkələr ABŞ, Britaniya, İtaliya, Norveç, Bəhreyndir. Əvvəlki məlumatlarda qeyd olunurdu ki, koalisiyaya 46 ölkə qoşulacaq. Bəhreyn istisna olmaqla, üzv ölkələrin çoxu Qərb ölkələridir. Bəhreyn şiələrin çox yaşadığı ölkə olsa da, İrana qarşıdır. Elə bu birliyin yaradılmasında məqsəd də İrana təzyiq etməkdir. Hətta deyirlər ki, İrana hücumun müqəddiməsidir”. Husilərin İranın dəstəklədiyi proksi qruplardan biri olduğunu deyən ekspert bildirib ki, bu qruplaşma İsrail-HƏMAS münaqişəsindən sonra daha çox fəallaşmağa başlayıb: “İsrail-HƏMAS münaqişəsindən sonra Qərb ölkələrinin bir çoxu İsraili dəstəklədi. Bu isə İranı qorxutdu. Balanslaşdırılmış bir siyasət aparmağa məcbur qaldı. Buna görə, hətta HƏMAS-ın ciddi tənqidi ilə üzləşdi. HƏMAS İranı onları döyüş meydanında tək qoymaqda qınadı. İran açıq şəkildə HƏMAS-a dəstək verə bilməsə də, gizli qrupları vasitəsi ilə hərəkətə keçdi. Bir neçə dəfə Amerika hərbi bazalarına hücum təşkil etdi. Husilərə isə münaqişənin ilk başında raketlər vermişdi və onlar İsrailin bir neçə şəhərini bu raketlərlə vurdu. Lakin həm məsafə uzaq olduğundan, həm də Qırmızı dənizdən raketlərin hərəkət istiqaməti izlənildiyindən, istənilən nəticəni əldə edə bilmədilər. Bu səbəbdən İranın tapşırığı ilə İsrailə gedən gəmilərə hücum etdilər. Sonra məlum oldu ki, hücuma məruz qalan gəmilər heç də İsrailə üzmürdü”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 декабря, 2023 Автор Жалоба Share Опубликовано: 25 декабря, 2023 İran XİN rəsmisi: “Ən qısa zamanda Azərbaycan səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq” “Ən qısa zamanda Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasına şahid olacağıq”. Bunu İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani dekabrın 25-də keçirdiyi brifinqdə bildirib. Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu edən şəxsin məhkəməsinin nəticəsi barəsində danışan Kənani iki ölkə arasındakı müəyyən problemlərlə bağlı danışıqlar prosesini müsbət qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan səfirliyinin fəaliyyətinin bərpası üçün tərəflər yol xəritəsi müəyyən edib. Mənbə: “Mehr” agentliyi Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 января Автор Жалоба Share Опубликовано: 3 января Еrməni iti olanlarla razılaşıb, fars tulası əl çəkmir. Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir, bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz. Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur. “Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”, - deyə Sübhani bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 января Автор Жалоба Share Опубликовано: 13 января İran rəsmi təqvimində Qadınlar günü kimi qeyd olunan gündə hicabsız şəklini paylaşdığına görə bir qadının barəsində şallaq cəzası hökmünün icra olunması ölkə gündəmini zəbt edib. İş o yerə çatıb ki, dünən “Sepah”a bağlı “Fars” informasiya agentliyi bununla bağlı xüsusi süjet hazırlayıb və məsələni başqa yöndə təqdim etməyə çalışıb. Həmin video hökumət mediasında geniş şəkildə tirajlanıb və bununla da ictimaiyyətin hiddətinin cilovlanmasına cəhd göstərilib. Söhbət Röya Heşməti adlı 33 yaşlı gənc qadından gedir. O, bu ilin aprel ayında Tehrandakı Lalə parkında hicabsız gəzintisini əks etdirən şəklini sosial şəbəkədə paylaşdıqdan sonra gecə ikən yaşadığı mənzildə həbs olunub. Saxlanma zamanı onun mobil telefonu və noutbuku da müsadirə edilib. 11 gün həbsdə saxlandıqdan sonra Röya Heşməti şərti azadlığa buraxılıb. Onun vəkili Mazyar Tatayinin nüfuzlu “Şərq” qəzetinə verdiyi açıqlamadan məlum olub ki, istintaq gedişində Röya Heşmətiyə qarşı ictimai yerlərdə hicabsız görünmək ittihamı ilə yanaşı, daha bir neçə ittiham, o cümlədən dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb. Son nəticədə məhkəmə onun barəsində 13 il 9 ay həbs, 11 milyon 250 min tümən cərimə və 148 şallaq cəzası hökmü çıxarıb, lakin apelyasiya şikayətindən sonra qadının cəzası 1 milyon 250 min tümən cərimə və 74 şallaq zərbəsinə qədər azaldılıb. Nəhayət, ötən çərşənbə günü, yanvarın 3-də Röya Heşməti şallaq cəzasının icrası üçün Tehrandakı 7 saylı ədliyyə idarəsinə gedib və orada ona hökmdə nəzərdə tutulan 74 şallaq zərbəsi vurulub. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 13 января Автор Жалоба Share Опубликовано: 13 января Artıq bir neçə gündür Güney Azərbaycanın Salmas bölgəsinin Qaraqışlaq kəndində əhalinin etirazı barədə xəbərlər və görüntülər yayılmaqdadır. Bu etiraz “Sepah”a bağlı “Kave Soda” şirkətinin Qaraqışlaq kəndinin ərazisində 450 hektarlıq sahədə zavod tikmək qərarı məlum olduqdan sonra başlayıb. Zavodun məqsədi şüşə istehsalı üçün zəruri olan sodium karbonat, yaxud natrium karbonat istehsal etməkdir, bu isə bölgənin ekologiyasına və əhalinin sağlamlığına ciddi təhdidlər doğurur. Sakinlər həmçinin narahatdırlar ki, “Kave Soda”nın planlaşdırdığı 10-12 dərin quyunun qazılması və onların suyundan hasilat üçün istifadə olunması kənddə və ətraf ərazilərdə su qıtlığı ilə nəticələnəcək. Eyni zamanda şirkət bu zavodu tikməklə, yerli əhalini əkin və örüş sahələrinin böyük bir hissəsindən məhrum edəcək. İran hakimiyyət orqanları Qaraqışlaq əhalisinin haqlı etirazını və dinc ekoloji aksiyasını qəzəblə qarşılayıb və insanların tələblərini dinləmək, onlarla dialoq aparmaq əvəzinə, yanvarın 10-da sakinlərin üzərinə xüsusi təyinatlı qüvvələr göndərib. Etirazçıları dağılışmağa məcbur etmək üçün onlara qarşı dəyənəklər və gözyaşardıcı qazdan əlavə, odlu silah tətbiq olunub, çoxsaylı həbslər həyata keçirilib. Xeyli sayda yaralı etirazçı xəstəxanaya yerləşdirilərək nəzarətə götürülüb. Dünən Güney Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAP) Qaraqışlaq hadisələri ilə bağlı bəyanat yayıb və hakimiyyət orqanları tərəfindən aralarında yaşlı qadın və kişilərin də olduğu 70 nəfərin həbs edildiyini bildirib. ADAP saxlanılanlardan 22 nəfərin adını dəqiqləşdirərək qeyd edib, bu siyahıda 70, 80, hətta 85 yaşlı insanlar vardır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 февраля Автор Жалоба Share Опубликовано: 7 февраля İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir və guya Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün gərəkən çalışmalar həyata keçirilir. İndi İranın iki səfirindən hansı düzünü deyib? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil, Tehrandan ötürülüb: “Demək, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün gərəkən infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb, maliyyəsi yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb”. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 февраля Автор Жалоба Share Опубликовано: 7 февраля TEHRAN DİPLOMATİYASI: Evdə xoruz, çöldə fərə Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 8 февраля Автор Жалоба Share Опубликовано: 8 февраля AŞPA-da Azərbaycan nümayəndə heyətinin mandatının təsdiqlənməməsi və bunun açıq şəkildə həm də ölkədə keçirilən prezident seçkiləri ilə bağlı olduğunun bildirilməsi, avropalı parlamentarilərin və Qərb mediasının seçki ərəfəsində apardıqları kampaniya, üstəlik, qeyri-şəffaf mənbələrdən maliyyələşən ölkədaxili bəzi qrupların təxribata hazırlaşması, “seçki saxtakarlıqları” ilə bağlı materiallar hazırlamaq və bəlli təşkilatlara ötürmək üçün təşkilatlanması haqda məlumatlar, Avropada müəyyən qrupların bu materialları həvəslə tirajlamaq üçün acgözlüklə gözləməsi, bəzi mühacir azərbaycanlıların xüsusi aktivləşməsi, təxribata açıq çağırışları, “çevriliş” ritorikaları fonunda dünənki - 7 fevral 2024-cü il – seçkilərlə bağlı müəyyən narahatlıqlar, gərginliklər vardı. Seçki başlayandan qısa müddət sonra isə bəlli oldu ki, bütün təxribat planları suya düşdü: heç bir məntəqədə cüzi qarşıdurma belə olmadı, ciddi pozuntu aşkarlanmadı, güdükdə duran və milyonlar xərcləyən qurumlar “saxtakarlıqla dolu” video-faktlar ala bilmədilər və təbii ki, susdular. Yalnız 3-4 məntəqədə qismən pozuntu sayıla biləcək neqativliklər oldu ki, bu da 6500-ə yaxın məntəqə üçün sözün həqiqi mənasında heç nədir. Dünən günortadan sonra dişini qıcamış “mühacir müxalifəti” də boşluğa düşdü: bütün gün ərzində yalnız 1-2 kadrı fırlatmaqdan başqa əllərindən bir şey gəlmədiyindən, tənqidin dozasını artırmaq üçün məntiqsiz ittihamlar səsləndirməyə başladılar. Qarşıdurma yox, saxtakarlıq yox, əvəzində kütləvi aktivlik, seçki məntəqələri önündə növbələr vardı. Azərbaycan xalqı mümkün təxribatların qarşısını öz aktivliyi, liderinə sədaqəti ilə aldı: hər kəs seçkiyə Qarabağa görə vəfa borcunu yerinə yetirmək üçün getdi və təbii ki, seçici gücü, mövqeyi və münasibəti hər şeyi kökündən dəyişdi: yalançı təbliğat və rəy yaratmaqla qrantlar alıb, “ciddi iş görəcəyini” iddia edən bəzi qruplar yəqin indi ağalarına hesab verə bilməməyin dərin depressiyasını yaşayırlar. Beynəlxalq mediada da Azərbaycandakı seçkilərə qarşı xüsusi anti-təbliğat müşahidə edilmədi - əlbəttə ki, əvvəlcədən hazırlanmış bəzi materiallar istisna olmaqla. Xüsusilə İran mediasının mövqeyi maraqlı idi. Seçki ilə bağlı İranın əsas agentlikləri və digər media qurumları şərləmə kampaniyasının vintciyi olmadı, əksinə, daha obyektiv xəbər yaydılar - Azərbaycanda seçici aktivliyindən tutmuş İlham Əliyevin reytinqinin görünməmiş səviyyədə yüksək olmasına qədər. Yüksək təşkilatçılıq, hüquq-mühafizə orqanlarının təhlükəsizliyi ən üst səviyyədə qoruması və seçici münasibəti 7 fevral seçkisini gözləniləndən də möhtəşəm etdi. Bütün bunlarla yanaşı, İran mediası günün sonuna yaxın İranda çoxsaylı casusların həbs edildiyini, bu casusların təxribat törətmək üçün “Azərbaycanda yerləşən mərkəzdən” idarə olunduğu haqda məlumat yaydı. Qəribə mənzərədir: bir tərəfdən seçkilərlə bağlı normal münasibət, hətta seçici məntəqələri bağlanandan az sonra, ilkin nəticələr açıqlanmazdan öncə İran Prezidenti Rəisinin İlham Əliyevə təbriki gəlir və beləliklə, İlham Əliyevi təbrik edənlər sırasında qabağa düşməklə, münasibətlərin normallaşması arzusu ifadə edilir, digər tərəfdən isə məhz seçki günü “Azərbaycana bağlı casusların” kütləvi həbsi baş verir. İranda milli fəalların həbsi “gündəlik fəaliyyət növüdür”: Güneydəki soydaşlarımız az qala hər gün İran rejiminin təzyiqləri ilə üzləşir, həbslər baş verir və hər dəfə də müxtəlif bəhanələr gətirilir, əsasən isə “dövlət əleyhinə fəaliyyət”, “rəhbər əleyhinə təbliğat” və s. ittihamlarla qarşılaşırlar. Bəs, necə oldu ki, milli fəallara qarşı növbəti həbs dalğasında “Azərbaycan mərkəzli casuslar” ittihamından istifadə edildi? Həm də Azərbaycanda keçirilən seçki günündə... Həbslərin seçki günü aparılması da, həbs olunanların “Azərbaycana bağlı mərkəzdən” idarə olunan casuslar olması iddiası da və bunun məhz seçki günü İran rəsmi mediasında tirajlanması da qətiyyən təsadüf deyil! 7 fevral 2024-cü il Azərbaycan tarixində yeni səhifənin açılması, yeni dövrün başlaması kimi xarakterizə olunur. Görünür, İran yeni dövrdə də Azərbaycana qarşı fəaliyyət göstərəcəyinin “təcili mesajını” verməyi lazım bilir. Bu, həm də İranın təbii qorxusunun təzahürüdür. Qarabağ münaqişəsini tarixə göməndən və sərhədlərinə sahib olandan sonra Azərbaycanın regional ölkəyə çevrilməsi yeni siyasi və coğrafı fakt olaraq ortadadır. Regional maraqlarını ortaya qoyan və sərhədlərini aşan Azərbaycan isə 40 milyon soydaşının taleyi ilə daha yaxından maraqlanmaq və onların hüquqlarını qorumaq imkanı qazanacaq. İran artıq buna qarşı “bütün hazırlıqları” gördüyünü və Azərbaycanın yeni hədəflərinə qarşı “silahlandığını” nümayiş etdirmir ki? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 февраля Автор Жалоба Share Опубликовано: 14 февраля ABŞ-ın məşhur porno ulduzu Uitni Rayt Tehrana səfər edib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. O, paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində çəkdirdiyi hicablı fotolarını sosial şəbəkə hesablarında paylaşıb. Onun Tehranın Sədabad sarayında və ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşması iranlı sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılamayıb. İstifadəçilər Tehran hakimiyyətinin İsrailə qarşı mövqeyi ilə tanınan Uitni Raytdan özünün hakimiyyət və siyasi-ideoloji təbliğatı üçün istifadə etdiyini yazıblar. İranlı istifadəçilərin çoxsaylı şikayətləri nəticəsində porno ulduzun İntaqram hesabında paylaşdığı bir çox postlar silinib. “O paylaşımlarda heç bir problem yox idi, ancaq bir qrup radikal və qorxulu qrupların şikayətlərinə görə silindi. Sizlər insanları öldürən İsraili həyasızcasına müdafiə etdiyiniz halda məndən paylaşımlarımı silməyi istəyirsiniz. O fotolardan bəziləri insanları Quran oxumağa dəvət edən İranın rəhbəri barədə idi”, - Rayt gileylənib. Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adıçəkilən təşkilat bununla bağlı açıqlama verməyib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 сентября Автор Жалоба Share Опубликовано: 20 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 1 октября Автор Жалоба Share Опубликовано: 1 октября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 12 октября Автор Жалоба Share Опубликовано: 12 октября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.