SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Жалоба Share Опубликовано: 20 ноября, 2023 Azərbaycan AB ilə bir sıra “Twinning” layihələri dayandırıb. Axar.az xəbər verir ki, bu barədə Trend diplomatik mənbələrə istinadən məlumat yayıb. Bu qərar bəzi AB ölkələrinin ermənipərəst və antiazərbaycan mövqeyi ilə bağlı verilib. O cümlədən, rəsmi Bakı Litva ilə hüquq-mühafizə, səhiyyə və sosial təminat sahəsində üç birgə layihəni dayandırıb. Azərbaycanın bu qərarı İsveç və Yunanıstanla miqrasiya sahəsində həyata keçirilən layihələrə də təsir edib. Polşa və Finlandiya ilə layihələr bu ölkələrin balanslı mövqeyinə görə istisna edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 20 ноября, 2023 Sülhə səs verməyən Qərb... Brüssel prosesi “öz oxundan” niyə və necə aralandı? 2021-ci ilin dekabrından başlayaraq Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesində vasitəçilik edən Aİ son davranışları ilə özünün müəyyənləşdirdiyi prinsip və dəyərlərə arxa çevirməkdədir. Vurğulandığı kimi, ilk dövrlərdə fəal şəkildə ikitərəfli münasibətlərin qurulması yönündə “arbitr”lıq edən, hətta bəzi məsələlərdə sürətli razılaşmaların əldə olunmasına şərait yaradan Avropa sonradan fərqli mövqe tutmağa başladı - Brüssel formatı iflasa uğramaqdadır. Brüssel formatı niyə iflasa doğru gedir? Bir sıra bəşəri dəyərlər şərqdən Qərbə doğru yol aldıqca özünün təməl mahiyyətini itirir, ən yaxış halda bu dəyərlər deqradasiyaya uğrayır. Sülh və təhlükəsizlik uğrunda mübarizə də məhz bu kimi dəyərlərdəndir. Reallıqlara, tarixi ədalətə və haqlı mövqeyə münasibətdə Şərq həssaslığı Qərbə doğru yol aldıqca aşınmalara “məruz” qoyulur - bəli, “qalır” yox, məhz qoyulur. Bunda isə əsas “səbəb” korporativ maraqlardır. Təbii ki, “soyuq qanlı” Qərb bu kimi mübahisələrə soyuqqanlı münasibəti ilə seçilir - əksər hallarda onların “hakim” seçilməsində də məhz bu soyuqqanlılıq amili rol oynayır. Amma təəssüf ki, bu soyuqqanlılıq müddət uzandıqca məhz “soyuq qana” çevrilir. Azərbycana münasibətdə də eyni trayektoriya müşayiət olundu. Hələ 30 ilə yaxın müddət öncə “Minsk Qurupu” çərçivəsində razılaşma ümidi ilə çıxılan yolda məhz Qərbin “sapmaları”, “büdrəmələri” nəticəni uzatdı. 2020-ci ildə Azərbaycanın qəti mövqeyi bəlkə də hələ bir 30 ilə qədər uzanacağı təxmin edilən “münaqişəni” yekunlaşdırdı. Ötən 30 ildə 30 min turistik səfəri ilə regionda sülhün yaranmasına mane olan bəzi qüvvələr “yenidən meydana girdi”. Azərbaycan Fransa və ABŞ-ın illərlə münaqişəni uzatmaq üçün etdikləri cəhdi onların üzünə söylədi. Yenə eyni koordinatla üstümüzə “gələn” Qərb bu dəfə nizamın yaranmasına yardım edəcəyinə söz verdi. Beləliklə, Brüssel formatı özünü “dünyaya gətirdi”. Qərb siyasi texnologiyası şərqin “zaman ən yaxşı hakim və həkimdir” fikrini bir növ özünün “qalxanına” çevirib. Bütün məsələlərdə Şərqdən bəhrələnən Qərbin bu xarakteri tamam fərqli hədəfləri özündə birləşdirir: - Avropa Qafqazda sülh və təhlükəsizliyin bərpasını uzatmaqla yeni gözləntiləri olduğunu “aşkara” çıxarır; - Yeni siyasi və ya hərbi situasiyanı “arzuladığını” ortaya qoyur; - Real müqayisə şansı olmayan qüvvələr arasında nisbi balans yaratmaq istəyir - Ermənistanı silahlandırmaqla heç bir nəticə əldə edə bilməyəcəyini anlaya -anlaya; - Ən əsası şansını bir daha sınayır... Sonuncu tezis Qərbin çoxəsrlik fəaliyyətinin ana xəttidir desək, yanılmarıq. Azərbaycana münasibətdə ikili standartından bir an belə vaz keçməyən Avropa sadəcə olaraq iddialarını, istəklərini zaman-zaman ikinci plana keçirib. Öz istək və tələblərini əsas “şərt” kimi tərəflərə yeritməyə çalışan Qərbin oxu bu dəfə daşa dəyir... Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 20 ноября, 2023 Avropanın Ermənistandakı “maraqları”... Qərbin nə istədiyini, Brüssel formatının qeyri-ədalətli yola sapmasını Ermənistana verilən “dəstəyin” fonunda tapmaq mümkündür. Başqa sözlə, Fransanın timsalında Avropanın Ermənistana açıq dəstəyi hansı əsaslarla reallaşır sualının cavabı özünün içindədir; - Ermənistanda fəaliyyət göstərən Aİ missiyası İrəvan üzərində qəti və qatı nəzarəti yerinə yetirir; - Ermənistan yenidən region ölkələrinə qarşı “masa” kimi istifadə olunur; - Ermənistan real müstəqil xarici siyasət imkanlarını tam itirmək üzrədir - düzdür, bu imkanlar əvvəllər də az və ya qismən qalırdısa, Fransanın müdaxiləsi ilə Ermənistan Parisin yeni köləsi rolunda çıxış etməyə razılıq verib; - İrəvanın başına çəkilən hər bir “tumar” erməni xalqının başına endirilən zərbədir - Qərb özünün maddi maraqlarını erməni xalqının və Ermənistan dövlətçiliyinin məhvi əsasında təmin etməkdə qərarlıdır; - Avropanın “axtarışları” Ermənistanda tapılmayıb - sadəcə, Ermənistanın mütiliyi Fransa və “dəstəkçilərinin” bu dövlətin sərhədləri daxilində “at oynatmaq” imkanı tanıyıb. Beləliklə, Qərbin, Avropanın, Fransanın - bütövlükdə, ermənipərəst “axının” Ermənistanda “tapdığı”nın nə olduğu ortaya çıxır - Ermənistan “sözə qulaq asır”... Tutduğu yol Qərbə inamı yoxa çıxarır Beləliklə, dünənə qədər sülh uğrunda mübarizə, bu gün isə ermənipərəst mövqe sərgiləyən təsisatların qeyri-səmimi davranışlarının konturları bəlli olur. Onların nədən yarı yolda “U” dönüşü etməsi həm bizim üçün, həm də bütövlükdə, dünya üçün açıq kartdır. Amma Avropanın özünün illərdir təbliğatını apardığı “dəyərləri” bu qədər asan şəkildə tapdaması təəssüf doğurur - axı, illərlə bütün dünyaya “demokratiya dərsi” “hüquq və azadlıq dərsi”, “həqiqət dərsi” keçən Qərb Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi nöqteyi-nəzərindən “imtahanlardan kəsilib”. Tutduğu yol isə nəinki Azərbaycan ictimaiyyətinin, bütövlükdə, dünya birliyinin “Qərb demokratiyasına” inamının yox olmasına səbəb olacaq. Bu isə nəticə etibarı ilə Qərb dəyərlərinin sabun köpüyü olması reallığını təsdiqləyəcək. Sonda isə... Sona hələ var. Qərb özünün mənəvi sonunu hazırlamaqda israr edirsə, ermənipərəstliyini davam etdirəcək. Yox, “yolun yarısından qayıtmaq” da qazanc hesab edəcəksə... Haqqın, ədalətin dəstəkçisi olmalıdırlar... P.SADAYOĞLU Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 23 ноября, 2023 Azərbaycan və Ermənistan arasında vasitəçiyə ehtiyac varmı? https://www.youtube.com/watch?v=KTvAuwYDZdk&ab_channel=BakuTV Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 24 ноября, 2023 Автор Жалоба Share Опубликовано: 24 ноября, 2023 Heç bir ölkə, hətta KTMT və ya Rusiya Ermənistanı təhdid edən müharibənin qarşısını ala bilməz. Çünki 2018-ci ildən sonra Ermənistan hökumətinin siyasəti nəticəsində və Bakının səmərəli fəaliyyəti sayəsində müttəfiqlərimiz Azərbaycanın müttəfiqinə çevrilib. Axar.az xəbər verir ki, bunu erməni politoloq Sergey Melkonyan deyib. “Üstəlik, Ermənistan təbii müttəfiqi olan İranla münasibətləri korladı, əvəzində Azərbaycan İranla yaxşı münasibətlərə nail oldu. Qərbdə belə düşünürlər: İransız region və kiçik Rusiya olmalıdır. Bölgədəki boşluğu İran və Rusiyadan sonra Türkiyə doldura bilər. İrəvan hökuməti isə Ermənistanı məhz bu yolla aparır və bu məsələdə Qərbin dəstəyini alır. Ermənistan Rusiyanı tənqid edir, Qərbdən dəstək alır, tənqiddən əl çəksə, dəstəyi itirəcək. AB müşahidəçilərinin dəstəyinə gəlincə, Ermənistanda yerləşən AB-nin müşahidə missiyasının rəhbəri Ritterin sözlərini yada salmaq məcburiyyətindəyəm: “Hərbi əməliyyatlar olarsa, biz döyüş yerlərini tərk edəcəyik, əgər onlar davam edərsə, ölkəni tərk etməliyik”, - o bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января Автор Жалоба Share Опубликовано: 23 января Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir. Bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Axar.az xəbər verir ki, almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Hesab edirlər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır. Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-a üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. AŞPA bu illər ərzində üzvü olan bir ölkənin - Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. AŞPA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur. Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər. Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa Birliyi və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. Avropa Şurasının müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır. Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января Автор Жалоба Share Опубликовано: 23 января Ermənistan və Azərbaycan arasında olan məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Ancaq proses yekunlaşmamış Jozep Borrell tərəfindən belə bir bəyanatın səsləndirilməsi, doğrusu, başadüşülən deyil. Bu sözləri Axar.az-a AB-nin baş diplomatı Jozep Borrellin Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı ölkəmizə qarşı səsləndirdiyi ittihamlar haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Borrellin bu addımını ikiüzlülük adlandırıb: “Buradan belə çıxır ki, onlar Bakı və İrəvandan əvvəl özləri üçün “sərhədləri” müəyyənləşdiriblər, yaxud da Paşinyanın təklif etdiyi variantları tanıyıblar. Borrellin açıqlaması məntiqsizdir, heç bir hüquqi əsası yoxdur və təbliğat xarakteri daşıyır. Əslində isə Ermənistana onun mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər. Ölkəmizə qarşı sanksiyaların tətbiqi üçün ciddi əsaslar və sübutlar olmalıdır. Bu yoxdur. Borrell hansı ərazi bütövlüyündən danışır? Ermənistanın Konstitusiyası və Müstəqillik Aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları var. Bəs bunu necə izah edəcəklər? Ermənistanın özü hələ 1975-1991-ci il xəritələrindən danışır. Yəni ortada nəticə yoxdur. Nəticə əldə olunandan sonra artıq tərəf olmaq mümkündür. Həm müzakirələrə çağırıb, həm də Ermənistanın “ərazi bütövlüyünə təcavüz ehtimalından” danışmaq ikiüzlülükdür”. Qeyd edək ki, Jozep Borrell Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın Ermənistan ərazilərinə qarşı “iddia”larından narahat olduqlarını bildirib, tərəfləri danışıqlara qayıtmağa çağırıb. O, eyni zamanda Ermənistanın ərazi bütövlüyünün hər hansı “pozulması halı”nı qəbuledilməz adlandırıb və bunun Azərbaycan- AB münasibətləri üçün ciddi nəticələri olacağını vurğulayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января Автор Жалоба Share Опубликовано: 23 января Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa Senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də Azərbaycandan ermənilərin heyfini çıxırlar. Bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib. R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək. Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января Автор Жалоба Share Опубликовано: 23 января Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi - Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrel yenə də çoxlarını təəccübləndirmədi. Belə ki, o, Aİ xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçirilən iclasından sonra jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Onun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünün hər hansı formada pozulması qəbuledilməzdir. Aİ rəsmisi əlavə edib ki, bu, qurumun Azərbaycanla münasibətləri üçün ciddi nəticələrə səbəb olacaq: “Biz razılaşdıq ki, Azərbaycan münasibətləri normallaşdırmaq üçün davamlı sülhə və danışıqlara qayıtmalıdır”. Rəsmi Bakının Aİ nümayəndəsinin bu iddiasına cavabı gecikmədi. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəhbəri Ayxan Hacızadə bildirdi ki, Aİ-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi ölkəmizin legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika təşkilatla münasibətləri daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. “Ali nümayəndə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, rəsmi Bakıya qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin İrəvanın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, ölkəmiz hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır”, - A.Hacızadə vurğulayıb. Birincisi, Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Rəsmi Bakı bunu dəfələrlə ən ali səviyyədə ifadə edib. Üstəgəl, Bakı və İrəvan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Belə olan halda, Aİ-ni narahat edən nədir? Niyə imkan vermir ki, Ermənistan müstəqil şəkildə özü qərar versin, gələcəyini müəyyənləşdirsin? Səbəb aydındır: Brüsselin regional maraqları. Vasitəçilik iddiasında olan başqa aktorlar kimi, Aİ də özünün bölgədəki maraqlarının təmin olunması üçün Ermənistandan istifadə edir. İkincisi, əslində, bugünkü Ermənistan ərazisi tarixi Azərbaycan torpaqlarıdır. Bunu sübut edən tarixi sənədlər, faktlar da var. Üçüncüsü, indi Ermənistanın ərazi bütövlüyü məsələsinə belə həssaslıqla yanaşan, hər fürsətdə bu məsələni xatırladan Aİ niyə 30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına münasibət bildirmirdi? Bu, riyakarlıq deyilsə, bəs nədir? Dördüncüsü, Borrel Aİ ilə rəsmi Bakı arasında münasibətlərin gələcəkdə pozulması ehtimalını vurğulamaqla ölkəmizi hədələməyə çalışıb. Hərçənd, qarşılıqlı münasibətlərin inkişafı Azərbaycan qədər Aİ-nin özü üçün də maraqlı və əhəmiyyətlidir. Azərbaycan Aİ-nin ən etibarlı enerji tərəfdaşlarından biridir. 2022-ci ilin iyul ayında Azərbaycanla Aİ arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalanıb. Bundan başqa, 2022-ci ildə Azərbaycanla Aİ arasında enerji dialoqunun yaradılmasına dair razılıq əldə olunub. Belə misallar çoxdur. Bəs cənab Borrel niyə bunları unudur, görməzdən gəlir? Aİ, doğrudanmı, gələcəyi sual altında olan Ermənistana görə Cənubi Qafqazın əsas aktoru olan Azərbaycanla münasibətləri pozmağa hazırdır? Əgər belədirsə, bu, məntiqsizdir. İtirən, əlbəttə, Aİ özü olacaq. Necə deyərlər, sirkə nə qədər tünd olarsa, öz küpünü çatladar. Məhz Aİ rəsmilərinin belə qeyri-adekvat bəyanatları nəticəsində Ermənistan davamlı, sistemli mövqe ortaya qoya bilmir. Rəsmi İrəvan sülh, regional əməkdaşlıq haqqında ağızdolusu danışsa da, əməldə səmimiliyini göstərə bilmir. Çünki Aİ kimi üçüncü oyunçuların təlqininə, təhrikinə məruz qalır. Aİ özünün qeyri-obyektiv davranışları ilə sanki Ermənistanın başının altına yastıq qoyur. Bu isə məhz A.Hacızadənin bildirdiyi kimi, Azərbaycana qarşı hərbiləşmə siyasətini gücləndirir və sülh gündəliyinə zərbə vurur. XİN rəsmisinin “Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Rəsmi Bakının təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır” fikirləri, əslində, həm də rəsmi İrəvana mesaj və xatırlatma idi. Bu, o deməkdir ki, məhz qarşılıqlı səylər nəticəsində münasibətlərin normallaşmasında müəyyən irəliləyiş əldə olunub. Bu prosesin davam etməsi üçün Ermənistanın baş naziri Nikol Paşinyanın hökuməti ikitərəfli təmaslara üstünlük verməli, üçüncü güclərin təxribatçı addımlarına və bəyanatlarına boyun əyməməlidir. Tarix “çirkin oyun” adlandırılan siyasətin təmiz, ləkəsiz güzgüsüdür, göstərir ki, Aİ indiyədək Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına heç bir ciddi töhfə verməyib. Sülh istiqamətində gedən yolun xeyli hissəsi məhz rəsmi Bakının öz səyləri sayəsində qət olunub. İrəvan bu reallıqları nəzərə alsa, əlbəttə, daha yaxşı olar. Digər üçüncü oyunçular kimi, Aİ-nin məqsədi aydındır. Bəs Ermənistana nə olub? O ki sülh istəyir. Bunun üçün real imkanlar da var. Odur ki, kimin nə deməsindən asılı olmayaraq, İrəvan adekvat davranmalıdır. “Report” İnformasiya Agentliyi Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 23 января Автор Жалоба Share Опубликовано: 23 января “Brüssel daim digər dövlətlərin daxili işlərinə qarışır və bu, həm Avropa İttifaqı (Aİ) üzvlərinə, həm də ondan kənarda olan və Aİ-yə daxil olmağı heç planlaşdırmayan ölkələrə aiddir”. Bunu “Report”a Macarıstan Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi, professor Vaşa Lazlo (Vasa László) deyib. O bildirib ki, Aİ ölkələrinə gəldikdə, Brüssel administrasiyası müstəsna olaraq milli səlahiyyətlərə aid olan məsələlərə müdaxilə edir: “Üçüncü ölkələrə münasibətdə, hətta bu ölkələr Aİ-yə üzv olmaq niyyətində olmasalar da, onunla yalnız tərəfdaşlıq və kommersiya münasibətləri saxlasalar da, tənqidlər müntəzəm olaraq ifadə edilir. Lakin bütün bunlar, adətən, siyasi müstəvidə özünü büruzə verir, çünki Qərbi Avropa şirkətləri beynəlxalq arenada tənqid hədəfi olsalar belə, ölkələrə investisiya qoymağa və bizneslə məşğul olmağa üstünlük verirlər”. Professor qeyd edib ki, üçüncü ölkələrin daxili siyasətinin daimi tənqidi obyektiv olmaya bilər, çünki Aİ-yə üzv ölkələr arasında, xüsusən də məhkəmə sistemi məsələlərində çoxlu ziddiyyətlərə rast gəlmək olar. Onun sözlərinə görə, bu yanaşma heç də həmişə düzgün olmur, ilk növbədə Aİ düzgün məlumat almalıdır ki, mühakimə yürüdə bilsin: “Bir çox hallarda Aİ liderləri qeyri-dəqiq və əslində, heç də həqiqətə uyğun olmayan məlumatlar əsasında mühakimə olunur və tənqid edilirlər”. “Fransaya gəlincə, bu ölkə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında vasitəçi roluna uyğun deyil, çünki açıq-aydın Ermənistanın təkcə Avropada deyil, bütün dünyada dəstəkçisidir. Bu o deməkdir ki, o, qərəzsiz və obyektiv ola bilməz”, - V.Lazlo vurğulayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 февраля Автор Жалоба Share Опубликовано: 4 февраля Bütün üzv dövlətlər Türkiyə ilə daha sıx əlaqələr qurmağa razıdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell çıxış edib. "Münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq. Türkiyə ilə daha çox əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”, - Borrell bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 8 февраля Автор Жалоба Share Опубликовано: 8 февраля Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Birliyi arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Axar.az xəbər verir ki, bu barədə Şarl Mişelin Prezident İlham Əliyevə prezident seçkilərində qələbəsi ilə bağlı bugünkü telefon zəngi haqda yayılan məlumatda bildirilib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini vurğulayıb. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 февраля Автор Жалоба Share Опубликовано: 14 февраля 13 fevral tarixində Avropa Birliyinin (AB) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. "Ali nümayəndə Jozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, AB tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır. Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb. Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, AB-nin ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. AB tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa Birliyi missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir. Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfinin dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi AB tərəfinə yaxşı məlumdur. Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür. Bir daha təəssüflə qeyd edirik ki, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa Birliyi təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir", - deyə nazirlik qeyd edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 февраля Автор Жалоба Share Опубликовано: 14 февраля Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrell Ermənistan hökumətinin ədliyyə sahəsində islahatlar və korrupsiyaya qarşı mübarizə istiqamətində təşəbbüslərini alqışlayıb. Axar.az xəbər verir ki, bu barədə Borrell Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. Borrell Ermənistanın Roma Statutuna qoşulmaq qərarına da toxunaraq, bunu ağır və cəsarətli qərar kimi qiymətləndirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 февраля Автор Жалоба Share Опубликовано: 14 февраля 12 fevralda Ermənistan ordusunun Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan sərhədçilərinə snayper atəşi və bir əsgərimizin yaralanması insidentinin səbəbləri sırasında Azərbaycan və Ermənistan liderlərinin mümkün görüşünə “hazırlıq” və “müzakirə mövzusu” yaratmaq niyyətinin də olduğunu bildirmişdik. Belə ki, sözügedən ərazi Avropa Birliyinin müşahidə missiyasının fəaliyyət dairəsinə aiddir və ərazidə baş verən atışmadan AB missiyası təbliğat, daha sonra isə Ermənistan Baş nazirinin “güzgü prinsipi” ilə orduların geri çəkilməsi təklifini aktuallaşdırmaq üçün istifadə etməsinin planlaşdırıldığı ehtimalı vardı. Bu gün AB diplomatiyasının rəhbəri Jozep Borrell Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bu mövzuya toxunmaqla planı faktiki olaraq deşifrə etdi. Borrell bildirib ki, Ermənistan tərəfinin Azərbaycan əsgərlərinə atəş açması təəssüf doğursa da, Azərbaycan qeyri-proporsional reaksiya verdi. O vurğulayıb ki, Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin ötən gün baş vermiş insidentin tam araşdırılacağı ilə bağlı bəyanatına məhəl qoymayıb: “Bu, bir daha qüvvələrin təcili çıxarılmasının zəruriliyindən (? – red.) xəbər verir. Avropa Birliyinin suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması prinsipləri əsasında uzunmüddətli və sabit sülhün bərqərar edilməsinə sadiqliyini bir daha təsdiq etməyi zəruri hesab edirəm. Bu yaxınlarda AB-nin Ermənistandakı missiyası yenilənib, onun tərkibi artıb və o, münasibətlərin normallaşdırılması səylərini dəstəkləyən mühitin yaradılmasına töhfə verməkdə davam edəcək”. Bu arada həm Ermənistan XİN, həm də Ermənistan Baş naziri Nikol Paşinyan sərhəd insidenti ətrafında təbliğat qurmağa çalışmaları ilə diqqət çəkirlər. Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü ser Con Uittinqdeylin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bugünkü sərhəd insidenti haqda bildirib ki, bu gün səhər tezdən Azərbaycan “PUA-lardan istifadə etməklə lokal, lakin genişmiqyaslı atışmalara başlayıb” və “təəssüf ki, dörd hərbçi həlak olub”: “Dörd əsgərin həyatına son qoyan bugünkü hadisə təkcə sülhə nail olmaq üçün siyasi iradənin olmamasından deyil, həm də Azərbaycanın düşmənçiliyi və hərbi eskalasiyanı dərinləşdirmək niyyətindən xəbər verir. Bunu dünən və bu gün baş verən hadisələr sübut edir. Ötən gecə Azərbaycan mətbuatı bu gün insident baş verən ərazidə erməni hərbçinin Azərbaycan mövqeləri istiqamətində atəş açması ilə bağlı məlumat yayıb. Bundan dərhal sonra Ermənistan Hərbi Polisi bəyan edib ki, bu məlumat əsasında Müdafiə Nazirliyindən hər hansı bir gərginliyə yol verilməməsi, təxribatlara uyulmaması barədə çox ciddi göstəriş olduğu üçün araşdırmalara başlanılıb. Və bu, Ermənistanın çox açıq siqnalı idi və Hərbi Polisin press-relizində açıq şəkildə qeyd edilirdi ki, bu fakt sübuta yetirilərsə, bütün hüquqi nəticələrlə nizam-intizamın pozulması deməkdir. Amma buna baxmayaraq, bu gün səhər tezdən Azərbaycan PUA-lardan istifadə etməklə yerli, lakin genişmiqyaslı atışmalara başlayıb və dediyim kimi, təəssüf ki, dörd hərbçi həlak olub. Söhbət hətta dünən axşam Azərbaycan mediasının təqdim etdiyi insidentdən də getmir, çünki bizim çox uzun və mürəkkəb sərhədimiz var və kimsə eskalasiyaya, sülh prosesinin pozulmasına bəhanə axtarırsa, həmişə tapacaq”. Göründüyü kimi, hər şeyin planlaşdırıldığı kimi getməsinə yalnız və yalnız DSX-nin ortaya qoyduğu sübut – erməni snayperin atəş açmasının anbaan videosu mane olur. Bu fakt Azərbaycanı tam eskalasiyada ittiham etməyə imkan vermir, əvəzində isə, “araşdırma aparılırdı, Azərbaycan gözləmədi, bəhanə tapdı” kimi ifadələrdən istifadə edilir. Halbuki Azərbaycan DSX-nin bu gün keçirdiyi qisas əməliyyatı nəticəsində məhv edilənlər “Yerkrapa”nın üzvləridir və əsgər sayılmırlar. Ermənistan MN-in açıqlamasına görə, ölənlər Arutyunyan Eduard Hamletoviç 1974-cü il, Manukyan Qaqik Varazdatoviç 1982-ci il, Ambartsumyan Arsen Qagik 1979-cu il, Ohanesyan Qraçya Talışeviç isə 1957-ci il təvəllüdlüdür: yəni 42, 45, 50 və 66 yaşında şəxslərdir. “Yerkrapa” “könüllüləri” sərhəddə niyə durmalı və Ermənistan MN-in nəzarətindən kənarda istədiklərini etməlidir? Bu sualların heç birinə aydınlıq gətirilmir və Ermənistan sərhədə terrorçuları yerləşdirdiyinin də üzərindən keçir. Halbuki Azərbaycan DSX sərhəddəki terrorçuları zərərsizləşdirib. Digər tərəfdən, hadisə 12 fevral saat 13:37-də baş verib, mediaya rəsmi açıqlama isə 17-dən sonra verildi. Demək, Ermənistanın Azərbaycan bu haqda məlumatı yayana qədər və bütün axşam ərzində cavab imkanı vardı. Ortada video-sübutlar təqdim edilmişdi və Ermənistan Hərbi Polisi səmimi araşdırma üçün artıq axşam saatlarında kimlərinsə həbs olunduğunu elan edə, ən azı rəsmi XİN səviyyəsində Azərbaycandan üzr istəyə bilərdi. Ermənistan isə fakt-sübut ortada olduğu halda “araşdırılacağı və sübut ediləcəyi halda” vədini verirdi. Hansı sübutetmə lazım idi? Yeri gəlmişkən: sərhədə yerləşdirilən “Yerkrapa” terrorçuları “təsadüfən” Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının beşinci iclasında iştirak etmək üçün Brüsselə işgüzar səfərə getdiyi gün atəş açmaq qərarı verdilər. Bunun “təsadüf” olduğuna kimsə inanırmı? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 9 марта Автор Жалоба Share Опубликовано: 9 марта Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 9 марта Автор Жалоба Share Опубликовано: 9 марта Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 марта Автор Жалоба Share Опубликовано: 15 марта Dünyanın aparıcı dövlətlərinin Qarabağ mesajı nə idi? Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 августа Автор Жалоба Share Опубликовано: 7 августа Ermənilərin Bakıya, Gəncəyə qayıdışı ilə bağlı "Toivo Klaarın Qarabağ erməniləri ilə bağlı açıqlaması hazırda Qərbdə bölgə ilə bağlı cərəyan edən bəyanatlar silsiləsindəndir. Qarabağ erməniləri, onların qayıdışı ilə bağlı Azərbaycana qarşı təzyiqlər "erməni məsələsi" mövzusunun bəzi dairələrdə hələ bağlanmadığını göstərir. Bəs 1 il əvvəl dünya birliyinin üzvü, müstəqil və suveren beynəlxalq subyektin ərazisində separatizmin davam etməsinə niyə susurdunuz? Niyə Qarabağ və Zəngəzurdan qovulmuş azərbaycanlıların qayıdışı məsələsini qaldırmırdınız? Niyə Vardanyan və Arutyunyanın ötən illərdə azərbaycanlıları təhdid etməsi qarşılığında susmağa üstünlük verirdiniz?" BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov deyibmodelleri O bildirib ki, 44 günlük müharibədə ərazi bütövlüyünü təmin edən Azərbaycan dövləti nə həmin dövrə qədər, nə də həmin dövrdən sonra Qərbdəki bu kimi dairələrin obyektiv mövqeyini gördü: "Əksinə, Üçtərəfli Bəyanatın imzalanmasından sonra Cənubi Qafqazda tarixi reallığın bərpa olunması ilə barışmaq istəməyən bu qüvvələr 2020- 2023-cü illər ərzində BMT TŞ-də və digər qurumlarda separatçıları və terrorçuları müdafiə edən, Azərbaycan dövlətini günahlandıran müzakirələri bir neçə dəfə davamlı şəkildə təşkil etdilər. İndi niyə Qərbdəki bu dairələr rəsmi Bakının onların fikirlərini nəzərə alacağını düşünür? Toivo Klaar müsahibəsində qayıdışla bağlı məsələləri 2 hissəyə ayırır. 1. Ermənilərin Qarabağa qayıdışı. Guya Azərbaycanın belə bir öhdəliyi var. 2. Ermənilərin Azərbaycanın digər hissələrinə, azərbaycanlıların Ermənistana qayıdışı". Politoloq xatırladıb ki, vaxtilə Robert Köçəryan "azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzdilər" deyirdi: "Həmin vaxt ağızlarına su alan beynəlxalq siyasətbazlar indi ermənilərin Qarabağa qayıtması üçün əllərindən gələni edirlər. Lakin onların istəkləri ilə oturub-duran olmayacaq. Nə qədər ki, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddiaları var, nə qədər ki, azərbaycanlılar tarixi Qərbi Zəngəzura və Göyçəyə qayıtmayıblar, iki xalq arasında yeni mərhələdən danışmaq tezdir. Ermənilərin Qarabağa qayıdışını ayrıca qeyd etmək, azərbaycanlıların qayıdışına cavab olaraq ermənilərin Bakıya, Gəncəyə və sair məntəqələrə qayıdışı haqqında danışmaq yolverilməzdir. Hər kəs qulağını yaxşı açıb eşitsin! Azərbaycan öz bildiyini etməkdə davam edəcək. Vaxtilə Azərbaycanı haqq mübarizəsində dəstəkləməyənlər, son 4 ildə yeni reallığı qəbul etməyənlər proseslərə müdaxilə etməsinlər. Bunun üçün onların nə mənəvi, nə institusional, nə də tarixi hüquqları var". Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 10 сентября Автор Жалоба Share Опубликовано: 10 сентября Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu və AŞPA-nın axmaqlığı Prezident İlham Əliyevin sentyabrın 6-da İtaliyada Beynəlxalq Çernebbio Forumunda iştirakı və həm ölkəmiz, həm də bəşəriyyət üçün mühüm əhəmiyyət daşıyan və həllini gözləyən bir sıra məsələlərlə bağlı mövqe ortaya qoyması, Azərbaycanın və liderinin milli və qlobal tendensiyalarla bağlı baxışlarını bütün dünyaya nümayiş etdirdi. Dövlət başçısının beynəlxalq forumda iki ümummilli məsələyə münasibət bildiriməsi xüsusi ilə diqqət çəkdi. Ölkə başçısı həm Avropa Şurası Parlament Assambleyasının (AŞPA) anti-Azərbaycan mövqeyinə mesaj xarakterli fikir bildirdi, həm də Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırdı. Paralellik aparanda da açıq-aydın görmək mümkündür ki, Rusiya qazı Avropdan gedəndən sonra, Azərbaycan əleyhinə qərəzli fəaliyyət göstərən AŞPA və digər Avropa təşkilatları, həmçinin ölkələri Azərbaycanın aparıcı rolundan bərk yapışmaq əvəzinə, əksinə, özlərinin əleyhinə olan absurd mövqe sərgiləyirlər. Misal üçün qeyd etmək yerinə düşər ki, bu gün Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Sloveniya Azərbaycandan qaz alır. Son olaraq Xarvatiya və Slovakiyanın da bu sıraya qoşulması ilə Azərbaycandan qaz alan ölkələrin sayı 10-a çatıb. Digər ölkələrin də bu siyahıda yer alması istiqamətində işlər aparılır ki, bu da ölkəmizin beynəlxalq miqyasda hansı aparıcı rola və nüfuza malik olduğunu bir daha nümayiş etdirir. Mövzu ilə bağlı Oxu.Az-a danışan siyasi şərhçi Sahil Kərimli bildirib ki, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin mandatının dondurulması birbaşa olaraq ölkəmizə qarşı düşmənçilik və qərəzli mövqedən irəli gələn addım idi: "Təbii ki, Azərbaycan dövləti bu məsələ ilə bağlı öz qətiyyətli və sərt mövqeyini daim birmənalı şəkildə ifadə edib. Sentyabrın 6-da Prezidenti İlham Əliyevin İtaliyada Beynəlxalq Çernebbio Forumunda iştirakı zamanı səsləndirdiyi fikirlər də bu məsələ ilə bağlı ölkəmizin mövqeyini bir daha ortaya qoymuş oldu. Əlbəttə ki, Azərbaycan dövləti də bununla bağlı öz qətiyyətli addımlarını daim həyata keçirir." "Ona görə də AŞPA-nın Azərbaycan əleyhinə səs verən ermənipərəst deputatlarının ölkəmizə girişinin qadağan edilməsi çox düzgün və ədalətli qərardır. Bundan sonra da həmin deputatların ölkəmizə girişinin qadağan edilməsi məsələsi gündəmdə olacaq. Nə qədər ki, Azərbaycan nümayəndə heyətinin mandatına qoyulan veto aradan qaldırılmayıb, təbii ki, bu deputatların ölkəmizə səfərləri də məhdudlaşdırılacaq və yalnız Azərbaycana qarşı müsbət addım atılarsa, Azərbaycan nümayəndə heyətinin mandatına qoyulan qadağa aradan qaldırılarsa, onlara qarşı da qadağanın aradan qaldırılması məsələsinə baxıla bilər", - deyə şərhçi vurğulayıb. Müsahibimizin gəldiyi qənaətə görə, son dövrlərdə Avropa da daxil olmaqla, Qərb dairələri Azərbaycana qarşı bu cür məkrli və ədalətsiz mövqe nümayiş etdirirlər: "Onların əsas məqsədi Ermənistana dəstək verməklə, bundan Azərbaycana qarşı hansısa bir təzyiq vasitəsi kimi istifadə etməkdir. Elə Ermənistanın silahlandırılması, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan çəkindirilməsi də bu məkrli siyasətin tərkib hissələrindən biridir". İqtisadçı-alim Emin Qəribli isə Oxu.Az-a açıqlamasında Azərbaycanın ixrac potensialından danışıb: "Bir çox ölkələr bu prosesdə əvvəlcə istehlakçı kimi iştirak edirdisə, sonradan onların ərazisindən digər ölkələrə qaz da ixrac olunur ki, bu da əlavə bir dividenddir. Ona görə də sözügedən ölkələr bu prosesdə çox həvəslə iştirak edirlər. Hətta Yunanıstan vasitəsi ilə konnektorlar qaz ixrac edəndə görürük ki, investorlar buna əvvəllər elə də maraq göstərmirdilərsə, indi əksinə olaraq onlar arasında mübarizə başlayıb. Deməli, biz qaz ixrac etdiyimiz ölkələrin sayını nə qədər artırsaq, bir o qədər də əməkdaşlarımızın sayı çoxalacaq. Bəs, əməkdaşlıq nə deməkdir? İstənilən mövsümdə biz onlara enerji ixrac edəcəyiksə, onlar bizim enerjiyə ehtiyac duyacaq və bizim tərəfdaşımıza çevriləcəklər. Yəni, bu, bir aksiomdur - sabit ticari münasibətlər artdıqca ölkələr arasında münasibətlər də artır. Ona görə də bu müsbət haldır". "Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, biz həm də Trans-Adriatik boru kəmərinin (TAP) ötürücülük qabiliyyətini artırmalıyıq. Qeyd etmək yerinə düşər ki, TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulub və bunun üçün, əlavə investisiya lazımdır. Ona görə də Avropa İttifaqı ilə də danışıqlar aparılacaq və müxtəlif şirkətlər investisiya yatıracaqlar. Biz artıq görürük ki, ilbəil TAP-ın həcmi artırılır və bu rəqəm 20 milyard kilometrə qədər çatdırılmalıdır. Bu isə 2027-ci ilə qədər nəzərdə tutulub. Xüsusən də Ukrayna vasitəsilə Avropaya qazın ixrac olunmasında problemlər yaranıb ki, bu baxımdan Azərbaycandan qaz alan Avropa ölkələri qeyd etdiyim məsələlərə daha həssas yanaşacaqlar. Çünki bu proseslərin həyata keçirilməsi həm bizim, həm də digər ölkələr üçün əlverişli olacaq və dayanaqlılığı təmin edəcək", - alim deyib. Mərahim Nəsib Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 25 октября Автор Жалоба Share Опубликовано: 25 октября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.