SUMGAYIT Опубликовано: 3 января Жалоба Share Опубликовано: 3 января (изменено) Serbiya bizə yeni silahlar təklif edir Vuçiç Belqrad və Bakı arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu, hətta birgə müdafiə sənayesi məhsullarının üçüncü ölkələrə satıla biləcəyini də deyib Prezident İlham Əliyev Serbiyaya işgüzar səfəri zamanı serbiyalı həmkarı Aleksandar Vuçiçlə bu ölkənin istehsal etdiyi hərbi texnika və avadanlıqlara baxıb. Bildirilir ki, hərbi aerodromda Serbiya Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin silah və imkanlarının təqdimatı olub. Həmçinin pilotsuz uçuş aparatlarının, hava hücumundan müdafiə sistemlərinin, hava və quru döyüş platformalarının təqdimatı keçirilib, Paraşüt briqadası və digər xüsusi təyinatlı birləşmələr öz imkanlarını təqdim edib. Həmin mərasimdə həm Azərbaycanın, həm də Serbiyanın müdafiə nazirləri iştirak edib. Serbiya Avropa ölkəsi olmasına baxmayaraq, keçmiş sosialist düşərgəsinə aid dövlət kimi bu məkanın hərbi sənaye məhsullarının istehsalçısı olaraq mühüm yerlərdən birini tutur. SSRİ-nin süqutundan sonra Şərqi Avropa ölkələrinin demək olar ki, hamısı sovet hərbi sənaye kompleksindən, yəni bu məhsulların istehsalından imtina etməyə başladı. Lakin Serbiya Rusiyanın siyasi müttəfiqi olaraq, əvvəllər təmsil olunduğu hərbi blokun silah-sursat məhsullarının istehsalını davam etdirdi. Həmçinin bu məhsulların uğurlu modernləşdirilmiş variantlarının yaradılması prosesini bu gün də davam etdirir. Bu gün Serbiya müdafiə sənayesi kompleksi Qərb texnologiyalarını mənimsəyə bilib. Serbiya həm də müdafiə sənayesi sahəsində özəl sektorun formalaşdırılmasına da nail olub. Vuçiç çıxışlarının birində “bir neçə ildə Azərbaycana 10 dəfə artıq silah satmışıq”, - deyə bəyan etmişdi. Vuçiç Belqrad və Bakı arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial olduğunu, hətta birgə müdafiə sənayesi məhsullarının üçüncü ölkələrə satıla biləcəyini də deyib. Səxavət Məmməd Hərbi ekspert Səxavət Məmməd isə qeyd etdi ki, keçmiş sosialist düşərgəsinə aid olan Serbiya bu məkanın ən güclü hərbi sənaye məhsullarının istehsalçılarındandır. Azərbaycan Serbiyadan silah alıb, amma bu silahların hansı olduğu barədə rəsmi məlumat yoxdur: “Tərəflər bu barədə rəsmi açıqlama verməyiblər. Azərbaycan Serbiyadan daha çox mərmilər, müəyyən texnikaların detallarını alıb. Bu da normal haldır. Çünki Azərbaycan Ordusunun arsenalında rus hərbi texnologiyası üstünlük təşkil edir. Serbiya silah sənayesi də rus-sovet hərbi texnologiyası üzərində qurulub. Serbiya minaatan sahəsində daha çox inkişaf edib. Serbiya minaatanları keyfiyyətinə görə ən yaxşılardandır. Azərbaycan tərəfinin Serbiyadan minaatanlar alacağı barədə informasiyalar yayılıb. Əgər bu gerçəkdirsə, çox uğurlu seçimdir. Düzdür, Serbiya ilə Ermənistan arasında da silah ticarəti olub. Məsələ ondadır ki, bu rəqəm milyon avrodan az olub. Yəni daha çox tapançalar, mərmilər və minaatanlar. Azərbaycanın ən çox silah aldığı ölkə isə İsraildir. Azərbaycan 2016-2020-ci illərdə silahlarının 69 faizini İsraildən alıb. İsrailin satdığı silahlar əsasən dronlar, ballistik raketlərdir. Rusiyadan alınan silahlar isə zirehli texnika və artilleriyadan ibarətdir”. Изменено 3 января пользователем SUMGAYIT Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 января Автор Жалоба Share Опубликовано: 3 января Azərbaycan yeni silahlar istehsal edəcək Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub. Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir. Bu barədə MSN-dən Ordu.az-a bildirilib. Məlumatda bildirilir ki, ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 января Автор Жалоба Share Опубликовано: 3 января Azərbaycan yeni silahlar istehsal edəcək Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli birlik və müəssisələri tərəfindən Azərbaycan Müdafiə Nazirliyinin “Sifariş”ləri əsasında 67 adda yeni silah və hərbi texnika və digər hərbi əmlakların yaradılması (təcrübi-konstruktor işlərin) aparılması nəzərdə tutulub. Təcrübi-konstruktor işlər başa çatdıqdan sonra istehsal edilərək müvafiq qaydada Silahlı Qüvvələrə təhvil verilir. Bu barədə MSN-dən bildirilib. “Ötən illərdə 156 adda məmulat yaradılıb (təcrübi-konstruktor işlər) və 1000 addan (nomenklaturadan) çox məmulatlar mənimsənilib və Silahlı Qüvvələr bu məmulatlarla təchiz edilib”, - qeyd olunub. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 января Автор Жалоба Share Опубликовано: 3 января Türkiyədə yeni növ silahlar: Azərbaycan da maraq göstərib Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 3 января Автор Жалоба Share Опубликовано: 3 января İsrail Prezidenti İsxaq Hersoq 30-31 may tarixlərində Bakıda səfərdə olub. O, Azərbaycan Prezidenti İlham Əliyev və digər dövlət rəsmiləri ilə görüşlər keçirib. Səfərdən qısa müddət əvvəl Hersoq özünün "Twitter" hesabında Azərbaycanın önəmli ölkə olduğunu bildirib və diqqətə çatdırıb ki, Bakıya səfəri ölkələr arasında əməkdaşlığın dərinləşməsinə yol açacaq. Azərbaycan müstəqilliyini elan etdikdən sonra İsrail ilə sıx əlaqələr qurmağa başlayıb. İsrail Dövləti 1992-ci il aprelin 7-də Azərbaycanın müstəqilliyini tanıyıb. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. 1993-cü ildə İsrailin Azərbaycanda səfirliyi açılıb. Azərbaycanın İsraildəki səfirliyi isə bu ilin mart ayında fəaliyyətə başlayıb. İki dövlət arasında hərbi əlaqələr xüsusi önəm daşıyır. İsrail Azərbaycanın əsas silah təchizatçılarından biridir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, 2017-2021-ci illərdə Azərbaycana tədarük edilən silahların 60%-dən çoxu İsrail istehsalı olub. Azərbaycan İsraildən əsasən pilotsuz uçuş aparatları, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə sistemlər, artilleriya silahları və zirehli texnikalar alır. İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun məhv edilməsi üçün İsrail silahlarından aktiv istifadə edilib. Xüsusilə hədəflərin aşkarlanması və məhv edilməsi, S-300 zenit-raket komplekslərinin sıradan çıxarılması kimi əməliyyatlar zamanı İsraildən alınan PUA-lar tətbiq edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 7 февраля Автор Жалоба Share Опубликовано: 7 февраля Qarabağ bölgəsində növbəti silah-sursat anbarı aşkar edilib ORDU Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 февраля Автор Жалоба Share Опубликовано: 27 февраля BMCMİ paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 27 февраля Автор Жалоба Share Опубликовано: 27 февраля Xankəndidə silah-sursat aşkarlandı | DİN-dən məlumat Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 марта Автор Жалоба Share Опубликовано: 14 марта Sonuncu antiterror əməliyyatından sonra hərbi sursatları, ağır silahları, zirehli maşınları müsadirə etdik ki, onların dəyəri bir milyard dollara yaxın idi. İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyəri isə beş milyard ABŞ dollarına yaxın idi. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev martın 14-də Bakıda işə başlayan “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Sual ondan ibarətdir ki, Ermənistan bütün bu pulları haradan götürüb? Aydın idi ki, onların bizə qarşı istifadə etdiyi bütün silahlar onlara pulsuz verilmişdi”, - deyə dövlət başçısı qeyd edib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 14 марта Автор Жалоба Share Опубликовано: 14 марта Xankəndidə yenə silah partiyası aşkar edilib SİYASƏT Turan İnformasiya Agentliyi Xankəndidə yenə silah partiyası aşkar edilib Martın 13-də polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı Xankəndi şəhəri ərazisindən 25 ədəd müxtəlif markalı avtomat silah, 1 pulemyot, 3 tapança, 1 tüfəng, 11 qumbara, 10 alışdırıcı, 38 patron darağı, 7575 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 сентября Автор Жалоба Share Опубликовано: 29 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.