SUMGAYIT Опубликовано: 16 августа Жалоба Share Опубликовано: 16 августа (изменено) Cavanşir QULİYEV - İRƏVAN TÜRK CUMHURİYYƏTİNİN DÖVLƏT HİMNİ Изменено 16 августа пользователем SUMGAYIT Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 августа Автор Жалоба Share Опубликовано: 16 августа İrəvan Türk Cümhuriyyəti mühacir hökuməti: məramı, qərargahı, yol xəritəsi və atributları TRT\Azerbaycan saytı İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti ilə bağlı sözügedən hökumətin Millət Şurasının sədri, Kayseri Erciyez Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıdan müsahibə alıb TRT\Azerbaycan saytı İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti ilə bağlı sözügedən hökumətin Millət Şurasının sədri, Kayseri Erciyez Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıdan müsahibə alıb. - Niyə İrəvan Türk Cümhuriyyəti (İTC) adlı mühacir hökuməti yaradıldı? İdeyası və məqsədi nədir? Qərargahı haradadır? -Əslində bu məsələ daim cəmiyyətdə diqqət mərkəzində idi. Bu ideya başqa adlarla var idi, xüsuilə də Qərbi Azərbaycan İrəvan Hökuməti olaraq. Həmişə bu ideyanı reallaşdırmaq üçün cəhdlər olub ki, Qərbi Azərbaycan hökuməti yaradılsın. Amma bir çox səbəbdən bunu reallaşdırmaq mümkün olmamışdı. Son illər bir qrup ziyalı Azərbaycan və Türkiyədə bunun müzakirələrini aparırdıq və nəhayət, 2020-ci ilin 9 may tarixində onu qədim sərhədləri əsasında İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökuməti adı ilə yenidən quraraq Türkiyədə elan etdik. Mərkəzi qəragah 2-dir, biri Ankarada, biri Bakıda. Bu da o deməkdir qərarlar əsasən bu iki paytaxtda veriləcək. Ağırlıq Azərbaycandadır. Çünki Qərbi Azərbaycan (İrəvan) əhalinin kompakt yaşadığı hissələr daha çox Azərbaycandadır. Hələ ki, əsas mərkəzi qərargah Ankaradadır. Dağlıq Qarabağla bağlı iddiaların nə şəkildə olduğu məlumdur. Hələ də bu torpaqların 4 rayonu işğal altındadır. Çirkin nəfisləri Qarabağda ikən ermənilər Naxçıvana da iddialar qaldırıblar. “Gəncəbasar bizimdir” deyir və bu sahədə çox geniş fəaliyyət göstərirlər. 1921-ci ildə bağlanan Qars müqaviləsinin ləğvi ilə bağlı indidən bir petisiya keçirməyə başlayıblar. Dünyanın hər yerinə yayıblar ki, bu müqavilə ləğv edilməli və sonra Naxçıvan Ermənistana keçməlidir. Guya o müqavilədən əvvəl Naxçıvan Ermənistanın ərazisi olub. Hələ əvvəlki illəri yox, 1988-ci ildəki proseslərə baxsaq, bu dövrdə indiki Ermənistanda qalan İrəvan (Yerevan) və ətraf rayonlarımızdan 300 minə yaxın əhali yerindən-yurdundan olub, Azərbaycan respublikasına, Türkiyəyə və başqa yerlərə səpələnib. Bunların bir haqqı, hüququ, gələcəkdə hansı vəziyyətdə olacağı ilə bağlı cəmiyyətdə çox ciddi narahatlıq var. Bizim İrəvan Türk Cümhuriyyətini elan etməyimizin əsas səbəbi erməni təcavüzkarlığı, işğalı və Azərbaycan torpaqlarına iddialarına cavabdır. Biz də düşündük ki, əgər bunlar Azərbaycan torpaqlarının içərisində qondarma rejim qururlarsa, niyə biz öz haqlarımızı tələb etməyək? Bu ərazilərdə ermənilərin heç bir zaman dövləti olmayıb. Amma bizim Qərbi Azərbaycan, indiki Ermənistan içərisində tarixən dövlətimiz olub ki, bu İrəvan xanlığıdır. 1828-ci ildə İrəvan Rusiya tərəfindən işğal olunduqdan sonra şüurlu və mərhələli şəkildə bu Azərbaycan torpağına ermənilərin köçürülməsi başlanılıb. Yəni 1918, 1920, 1947-ci il qanunlarının ləğvi, təkcə 1988-ci ildə 300 min azərbaycanlının öz tarixi dədə-baba ərazilərimizə qayıtmaq fikrini həmişə cəmiyyətin içərisində ayaqda tutmaq, hər zaman diqqət mərkəzində saxlamaq, orada yaşamaq və istənilən vaxt o yerlərə dönmə haqqımızı əlimizdə saxlamaq üçün İrəvan Türk Cümhuriyyətini mühacirət hökumətini qurduq. Hökuməti qurdunsa, onu hüquqi cəhətdən əsaslandırmaq lazımdır. Biz də bunu etdik və edirik. Digər tərəfdən ermənilərin Azərbaycan torpaqlarına və Türkiyənin Şərqi Anadolu ərazilərinə iddialarına qarşı daha sərt, hüquqi və anlamlı ideya meydana qoyuruq ki, əgər sən bu ərazilərə iddia edirsənsə, biz də öz tarixi torpaqlarımızı istəyirik. Bu ideyanın gerçəkləşdirmək istəyinin başqa aspektləri də var. Bölgədəki geosiyasi vəziyyət, dünyada gedən proseslər, insan haqları ilə bağlı məsələlərin hamısı bizim elan etdiyimiz respublikanı beynəlxalq müstəviyə çıxaracaq. - İrəvan Türk Cümhuriyyətinin (İTC) strukturu necədir? - Mühacir hökumətimiz 40 nəfərdən ibarət təşəbbüs qrupu tərəfindən yaradılıb ki, hal-hazırda bu, Təşkilat Komitəsi adlanır. Komitə parlamenti əvəz edir. Strukturu 14 deputatdan ibarət olacaq Dövlət Şurasıdır. Qanunvericilik, hüquq, sosial, mədəniyyət və başqa sahələr üzrə ayrı-ayrılıqda qurumlar yaradılıb ki, bunlar gələcəkdə nazirlik adlanacaq. Hələlik 14 ölkədə - Rusiya, İngiltərə, Ukrayna, Qazaxıstan, Hollandiya, Belçika, İspaniya, İsveç və başqa yerlərdə İrəvan Türk Cümhuriyyətinin təmsilçilikləri var. - Dövlətin atributları olur: bayraq, gerb, himn və s. - 2020-ci ilin may ayında keçirilən onlayn konfrans zamanı elan edilən İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətinin iyul ayında dövlət bayrağı və gerbi qəbul olundu. 4 İyul – İrəvan Türk Cümhuriyyətinin Bayraq Günü kimi təsdiqləndi. Üç rəngli bayrağımızda qırmızı daha çoxdur. Bu qırmızı Qərbi Azərbaycan türklərinin faciələrinin miqyasını ifadə edir. Təbii ki, mavi rəng bu yerin insanlarının Azərbaycan türkü olmasının, yaşıl isə İslamın simvoludur. Aypara və səkkizguşəli ulduz isə Azərbaycan Respublikasının bir parçası olduğuna işarədir”. İrəvan Türk Cümhuriyyətinin gerbi isə girdə qalxan formasındadır. Gerb qartal qanadlarının üzərindədir. Qartal qanadlarının seçilməsi iki səbəbdəndir: 1. Ən qədim və böyük türk dövlətlərinin, o cümlədən Azərbaycan ərazisindəki imperiyaların bir çoxunun bayraqlarında qartal təsvir olunub; 2. Qartal canlılar içərisində ən yüksəkdə uçan və zirvələrdə yaşayandır. Bu da eyni zamanda gücün rəmzi hesab olunur. İrəvan Türk Cümhuriyyətiningerbi qartal qanadları üzərində, yüksəklərdə, düşmənlər üçün əlçatmaz zirvələrdədir. Gerb dairəsi Azərbaycan Respublikasının bayrağına bənzər şəkildə tərtib olunub. Mərkəz və əsas hissəsi qırmızı rəngdədir, kənarları mavi və yaşılla əhatələnib. Mavi xətt sol tərəfdə aşağıdan yuxarıya doğru, yaşıl xətt isə sağ tərəfdə aşağdan yuxarıya doğru hərəkət edir. Hər üç rəngin yuxarı hissədə birləşmə yeri İrəvan xanlığına aid qədim bayraqlarda mövcud olub, hakimiyyət rəmzi olan romb fiquru ilə ümumi taca bənzər şəkildə birləşdirilib. Bu konfiqurasiya İrəvan xanlığının əsas, fərqli, özünəməxsus elementini ehtiva edir. Dairənin ortasında, qırmızı sahənin tam mərkəzində, aşağıdan yuxarıya doğru qədim türk-oğuz boylarının ümumi mental rəmzləri olmaqla yanaşı, müasir Azərbaycan Respublikasının və İrəvan Türk Cümhuriyyətinin bayrağında əks olunmuş aypara və səkkizguşəli ulduz təsvir olunub. Bu aypara və ulduz açıq qızılı rəngdədir. İrəvan Türk Cümhuriyyətinin himni isə yaxınlarda qəbul olunacaq. Bəstəkarı dəqiq Cavanşir Quliyevdir. Mətnin müəllifləri isə çox güman ki, iki şairə xanım olacaq. Bütün seçimlər səsvermə yolu ilə qəbul edilir. - İrəvan Türk Cümhuriyyətinin “Yol xəritəsi” necədir? - 2021-ci ili İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətinin quruculuq ili elan etmişik. Türkiyə və Azərbaycan prezidentləri ideyanı isti qarşılayıblar. Bizi qəbul edəcəklər, ətraflı fikir mübadiləsi aparılacaq. BMT və bir sıra beynəlxalq təşkilatlara, o cümlədənxarici dövlətlərə İrəvan Türk Cümhuriyyəti ilə bağlı müraciətlər ünvanlanıb.Bəzilərindən “Məktublarınız qeydə alındı, nəzərə alınacaq, sizinlə əlaqə saxlanılacaq” kimi cavablar göndərilib. Hazırda qərbi azərbaycanlıların siyahıyaalınma prosesi gedir. Sayt təsis olunub. Sənədləşmə işləri aparılıb. Saytımız üzərindən davam edən siyahıyaalınma başa çatandan sonra onlara vətəndaşlıq veriləcək. Təkcə Qərbi Azərbaycanlılardan ibarət olmayan, özünü qərbi azərbaycanlı hiss edən bütün azərbaycanlılar və türkiyəlilər bu cümhuriyyətin vətəndaşlarıdır. İrəvan Türk Cümhuriyyətinin Mərkəzi Seçki Komissiyası yaradılıb, ümumi siyahıyaalma və pasportların verilməsindən sonra parlament seçkiləri nəzərdə tutulub. Parlament seçkilərində vətəndaşların sayı çox önəmlidir. Üstəlik, hansı əraziləri tam əhatə edəcəyik, hansıları yox, bu da önəmli nüansdır. Ümumi şəkildə bilirik ki, həmin ərazilərdən dağılmış, çıxmış insanların törəmələri 7 milyona yaxındır. Bu insanlar əsasən Azərbaycan Respublikasında, Türkiyədə, Güney Azərbaycanda, Rusiyada, Gürcüstanda yaşayırlar. Bu gün konkret olaraq İrəvan Türk Cümhuriyyətinin vətəndaşlığını qəbul edən, onun dövlət quruculuğunda bilavasitə vətəndaş kimi iştirak etmək istəyən, özünün, ata-anasının, babasının sənədlərini təqdim etməklə vətəndaşlıq alan insanlar nə qədər olacaq, bu da dəqiq deyil. Həmin insanların sayından asılı olaraq artıq parlamentdə deputatların sayı müəyyənləşəcək. Yəni 2021-ci il üçün əsas planlara bunlar daxildir. Təbii ki, təbliğat, təşkilatlanma, yerli strukturlarla bağlı Türkiyə, Azərbaycan, Rusiya, Avropa və Güney Azərbaycanda əslən Qərbi Azərbaycan ərazisindən olanlarla bağlı da müəyyən planlar var. - İrəvan Türk Cümhuriyyətinin dövlət quruluşu hansı şəkildə olacaq? - Hələ ki, parlament respublikası haqqında düşünülür. Hazırda bizdə əsas orqan Millət Şurasıdır. Amma bu, dəyişə bilər. Yəni, parlament, yoxsa prezident üsuli-idarəli respublika olması referendumla müəyyənləşəcək. Parlamentdə hökumət təyin olunacaq. Baş nazir seçiləcək, nazirlər təyin ediləcək. Demək olar ki, klassik struktur nəzərdə tutulub. - Referendum və seçkilər hansı formalarda keçiriləcək? - Qarışıq keçirilməsi nəzərdə tutulur. Biz Azərbaycandakı qərbi azərbaycanlıların sıx yaşadığı yerləri, sayını demək olar ki, dəqiq bilirik. Bu barədə çoxlu bədii, tarixi əsərlər də yazılıb. Həmin insanların çoxu da sağdır. Bizim əhalinin kompakt yaşadığı ərazilərdə əyani şəkildə, yəni həmin ərazidə keçirilməsi nəzərdə tutulub. Şərqi Anadolunun “azərilər” adlanan hissəsinin də böyük əksəriyyəti vaxtilə Qərbi Azərbaycandan köçənlərdir. İğdır, Qars, Ərdahan, Ərzurum kimi ərazilərdə sıx şəkildə yaşayırlar. Bu baxımdan yekunda məlum olur ki, Anadoludakı qərbi azərbaycanlıların sayı Azərbaycandakı qərbi azərbaycanlıların sayından heç də az deyil. Ortada kifayət qədər yüksək rəqəm var. Qərbi Azərbaycanla bağlı ideya burada fəaldır. Oranı daha da fəallaşdırmaq üçün Türkiyə cəmiyyəti mühüm rol oynayacaq. Ümumilikdə isə irəvanlıların çoxu bütün dünyaya dağılıb. Bu baxımdan həmin şəxslər üçün onlayn səsvermə təşkil olunacaq. İrəvan Türk Cümhuriyyəti (İTC) mühacir hökumətini geniş çevrədə tanıtmaq üçün bütün sosial internet şəbəkəsindən istifadə edirik. “Facebook”, “Youtibe”, “WhatsApp” qruplarımız var. - İrəvan Türk Cümhuriyyətinin tanınması üçün Azərbaycan və Türkiyə hökumətlərinə müraciət ünvanlanıbmı? - Bəli, məktub göndərmişik. Türkiyədən hörmətli prezident Rəcəb Tayyib Ərdoğanın katibliyindən bizə cavab gəlib. Qeyd olunub ki, “Bu məsələni Türkiyə tərəfi nəzərdə saxlayır, uyğun zamanda sizinlə əlaqəyə girib görüşmək fikrimiz var”. Türkiyənin ayrı-ayrı rəsmi strukturları da bu işdə maraqlı görünür. Azərbaycanda 2020-ci ilin yay aylarında parlamentdən məktub gəlib və qeyd olunub ki, prosesləri müşahidə və təqdir edirik, bəyənirik. Azərbaycan prezidenti İlham Əliyev də bu məsələ ilə bağlı müsbət düşüncədədir və görüşmək ümidindəyik. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 августа Автор Жалоба Share Опубликовано: 16 августа Niyə Qərbi Azərbaycan deyil, İrəvan Türk Cümhuriyyəti? TRT “Türkiyənin səsi” radiosu və TRT/Azərbaycan saytının qonağı Kayseri Erciyes Universitetinin professoru, ermənişunas alim, eyni zamanda İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlıdır Sevda Mirzə (müəllif və aparıcı): Salam, TRT “Türkiyənin səsi” radiosunun dinləyiciləri və TRT/Azərbaycan saytının oxucuları, Azərbaycan redaksiyasının hazırladığı “Könül coğrafyasından Türkiyə” proqramımızın bugünkü qonağı Türkiyədə uzun illərdir çalışan azərbaycanlı, Kayseri Erciyes Universitetinin professoru, ermənişunas alim, eyni zamanda İrəvan Türk Cumhuriyyəti Millət Şurasının sədri Qafar Çaxmaqlıdır. Xoş gəlmisiniz Qafar müəllim. Qafar Çaxmaqlı (Kayseri Erciyes Universitetinin professoru, İrəvan Türk Cümhuriyyəti parlamentinin sədri): Xoş gördük, Sevda xanım. Sevda Mirzə: Siz ermənişunast alimsiz. Ermənistanın paytaxtı Yerevanda uzun illər erməni dilində yazan bir jurnalist və tədqiqatçı kimi çalışmısınız. Bir dildə yazmaq o dilin kökünə qədər bələd olmaq deməkdir. Düşmənin dilini bilmək bir növ düşmənə qalib gəlməyin yollarından biridir. Bu mənada Türkiyə dövlətinə həqiqətən bir təşəkkür düşür ki, sizin kimi alimə dəyər verib və Kayseri Erciyes Universitetində müəllim olaraq çalışmanıza imkan yaradıb. Universitetdə erməni dili bölümünün yaranması sizin adınızla bağlıdır. Erməni dilini öyrənməyə maraq varmı? Qafar Çaxmaqlı: Bilirsiniz ki, erməni dilində çox böyük qaynaqlar var. İdeoloji mübarizədə də erməni dilini bilmənin əhəmiyyəti böyükdür. Çünki erməni dilini bilmədən Ermənistanı, erməni psixologiyasını, nə cür düşüncə sistemində olduğunu bilə bilməzsən və sənin ermənilərlə bağlı hər hansı bir araşdırma aparmaq və ideoloji nəticələrə gəlmək imkanın çox çətin olur. Bu mənada erməni dilini bilmənin əhəmiyyəti var. Həm də bunu demək lazımdır ki, indiki ermənilər uzun müddət türklərlə bir arada yaşadıqları üçün böyük bir mədəniyyətə malik olublar. Türkiyənin Anadolu coğrafiyasında, xüsusilə Şərqi Anadoluda yaşadıqlarına görə orada mədəniyyət abidələri də var. Yazılı dil olaraq da 5-ci əsrdən əlifbaları var. Erməni əlifbasında çox böyük mənbələr var ki, biz onlardan istifadə etməliyik. Təkcə erməni hərfləriylə yazılan türkcə əsərlərin sayı 2 mindən yuxarıdır. Ermənistanda biblioqrafiya hazırlıyıblar ki, orada erməni hərfləriylə türkcə əsərlər, nəşrlər, mətnlər yer alır. Bunlar çox böyük qaynaqlardır. Erməni dilini bilməklə biz onları əldə edə və bir çox tarixi hadisələrə işıq tuta bilirik. Məsələn, 19-cu əsrdən başlayaraq ermənilərin Osmanlı dövlətinə qarşı bir mücadələsi var. Əsasən siyasi təşkilatlar və üsyanlar şəklində olan bu mücadilələri bilmək üçün mütləq erməni dilini bilmək lazımdır. Sevda Mirzə: Tələbələriniz nə qədərdir? Qafar Çaxmaqlı: 2010-cu ildə Kayseridə Erciyez Universitetində erməni dili bölümü yaradılanda onun qurucularından biri mən oldum. Həmin ildən çox böyük maraq yarandı. İlk dövrdə tələbə sayı az olsa da, sonraki illərdə artdı. Bizim məzunlar bu gün Türkiyənin müxtəlif ictimai qurumlarında, dövlət idarələrində və bır sıra yerlərində çalışır. Bir zaman biz onları yetişdirdik, indi artıq onlar özləri erməni dili mütəxəssisləri hazırlamaqla məşğuldur. Bizim əsas amacımız Türkiyə üçün erməni dilini bilən mütəxəssislər hazırlamaqdır. Mənə elə gəlir ki, işimizi bacarıqla yerinə yetiririk. Sevda Mirzə: Əslində biz gec qalmışıq. Onlar o dövrlərdən – 5-ci, 7-ci əsrlərdən, yaxud türk millətinin humanistliyindən istifadə edərək Osmanlı zamanında ayağa qalxdıqları vaxtlardan hərəkətdə olublar. Başqa ölkənin içində o hərəkətləri edə bilməzdilər. Bunları Türkiyə ərazisində, Azərbaycan torpaqlarında ediblər, hünərləri var idisə, Rusiya, Fransa və ya Almaniyada edərdilər. Deyirsiniz ki, erməni əlifbasıyla türkcə yazılan ədəbiyyatları var, amma bizdə ərəb və ya latın qrafiyasıyla erməni dilində kitablar yoxdur. Bu baxımdan da onlar çox qabağa gediblər. Qafar Çaxmaqlı: Ehtiyacdan doğub ermənilərin türkcəni ana dili kimi istifadə etməsi. Bununla belə bu gün Ermənistanda türk dili çətinliyi demək olar ki, yoxdur, yəni onların mütəxəssis problemi yoxdur. Çünki türkcəni Ermənistanda bilənlərin sayı olduqca çoxdur, amma Türkiyədə, Azərbaycanda erməni dili mütəxəssisi problemi var. Ermənistanın özündə həm İrəvan Dövlət Universiteti, həm Elmlər Akademiyası, həm digər təlim-təhsil yerlərində Azərbaycan dili və Türkiyə türkcələrini öyrənmək üçün fakultələr var, nə bilim, kurslar açılır, mərkəzlər qurulur. 20-dən çox mərkəz var ki, Azərbaycanı və Türkiyəni araşdırmaqla məşğuldur. Ermənilər bu sahədə bizdən çox-çox irəlidədir, yəni bizi araşdırmaq, öyrənmək baxımından çox ciddi işlər görə bilirlər. Amma biz bir az bu sahədə geri qalırıq, çünki hələ mütəxəssis çatışmazlığı var. Mütəxəssislər bir gündə, iki gündə yetişmir, onlar illərlə yetişir. Sevda Mirzə: Siz böyük bir mütəxəssis kimi bir müddət Azərbaycanda çalışmısınız, hal-hazırda Türkiyənin tanınmış dövlət universitetində işləyirsiniz, həm də İrəvan Türk Cumhiriyyəti Millət Şurasının sədrisiniz. İrəvan Türk Cumhuriyyətinin yaranma zərurəti nədən doğdu? Qafar Çaxmaqlı: Bildiyimiz kimi, indiki Ermənistan respublikası Azərbaycanın tarixi ərazilərində yaranıb. O dövrdə - 1918-ci ildə elə bir vəziyyət yaradıldı ki, ermənilərin Cənubi Qafqazda bir dövlət yaratmasına mane olmadılar, hətta Osmanlı dövləti Azərbaycanda bunlara müəyyən haqların verilməsi tərəfdarı oldu, halbuki onların buna heç bir haqları yox idi. Azərbaycanın 9 min kradvat kilometrlik ərazisində bir erməni dövləti yaradıldı. 1920-ci ildə bu ərazi 29,8 kvadrat kilometrə qədər artırıldı. Azərbaycan torpaqları bunlara azlıq etdi, əhalinin böyük bir hissəsini zaman-zaman qovdular oradan və 1988-ci ildə artıq İrəvanda bir nəfər belə azərbaycanlı qalmadı. O ərazidən çıxan biz torpaq sahiblərinin sayı bu gün 5 milyondan yuxarıdır. İndi İrəvan Türk Cümhuriyyəti bunun hesablamalarını aparır ki, bu 5 milyon insanın haqqı var öz dədə-baba torpaqlarına qayıtmağa və orada bir dövlətlərinin olmasına. Bu fikir Azərbaycanda çoxdan var idi, həmişə də təşəbbüslər olmuşdu ki, respublika elan etsinlər. Sevda Mirzə: Qərbi Azərbaycan anlayışı hər zaman olub, sovet dövründə də, sonra da. Qafar Çaxmaqlı: Biz elə başlanğıcda adını Qərbi Azərbaycan qoymuşduq cümhuriyyətimizin. Adı İrandakı Güney Azərbaycandakı əyalətlə eyniyət təşkil edirdi, qarışıqlıq düşürdü, beynəlxalq təşkilatlara çıxıb “Qərbi Azərbaycan” deyərkən, yazarkən İrandakı Qərbi Azərbaycan düşünülürdü. Ona görə ismini dəyişdirdik və elə doğru da etdik. Çünki İrəvan da tarixən Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biri olub. İrəvan xanlıqı öz İrəvan adlı kiçik bir dövlət idi. Cənubi Qafqazda 4-5 mədəniyyət mərkəzi var idisə Azərbaycana aid, onun biri İrəvana düşürdü. Təsadüfi deyil ki, Azərbaycan prezidenti bu günlərdə bir sərəncan imzaladı: “İrəvan seminariyasının 140 illiyi” keçiriləcək. Yəni Azərbaycan seminariyalarından biri, təhsil mərkəzlərindən ən böyüyü İrəvanda yaranmışdı. Bu seminariyadan çıxan ziyalılar Azərbaycan dövlətinin qurucularına çevrildilər, Azərbaycan xalqının ən böyük şəxsiyyətləri oldular. Bir neçə dəfə təşəbbüs irəli sürülsə də, baş tutmamışdı. Amma biz düşündük ki, ciddi şəkildə bunun üzərinə gedib İrəvan Türk Cümhuriyətini elan edək və 2020-ci il mayın 9-unda bunu etdik. Həmin dövrdən indiyə qədər çox ciddi çalışmalar aparmışıq, təşkilatlanma işləri gedib, artıq İrəvan Türk Cümhuriyyətinin 45 nəfərdən ibarət Millət Şurası (parlamenti) fəaliyyət göstərir. Dövlət departamentimiz var. Qurultayımızı keçirəcəyik. Bunlardan başqa, təmsilçilər məclisi var ki, ayrı-ayrı ölkələrdə bizim nümayəndələri idarə edən bir qurumdur. Artıq dünyanın 14 ölkəsində İrəvan Türk Cümhuriyyətinin təmsilçiləri var. Biz belə bir heyətlə yola çıxmışıq. Arada müəyyən dəyişikliklər olur, çünki dövlət qurmaq asan məsələ deyil. Biz İrəvan Türk Cümhuriyyətini elan edəndən sonra Azərbaycan dövləti də, Türkiyə dövləti də bizim fəaliyyətimizə heç vaxt mane olmadılar, əksinə, həmişə bizə müəyyən mənada həm siyasi, həm mənəvi dəstək verdilər. Sevda Mirzə: Bu, çox əsasdır. İki dövlət başçılarının bu işi dəstəkləməsi, fəaliyyətinin irəli çəkilməsinə yardım etmələri həqiqətən böyük bir işdir. Bir dövlət yarandığı zaman onun atributları - himni, bayrağı, gerbi olur. Bildiyimizə görə, İrəvan Türk Cumhuriyyətinin də bayrağı, gerbi və himnini yaratmısınız. Demək olar ki, ordudan başqa cümhuriyyətin hər şeyi var. Qafar Çaxmaqlı: Bəli, siz doğru deyirsiniz ki, dövlətin müəyyən atributları olmalıdır. Biz çox böyük müzakirələrdən sonra həm bayrağı, həm gerbi, həm də himni hazırlamışıq. Azərbaycanın görkəmli bəstəkarı Cavanşir Quliyev himnin müəllifidir. Digər işlərimiz də vardır. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 16 августа Автор Жалоба Share Опубликовано: 16 августа Sevda Mirzə: Hər cumhuriyyətin, dövlətin bir paytaxtı, qurumun bir mərkəzi qərargahı vardır. Türkiyədən gedən çoxlu ermənilər Qarabağda və Qərbi Azərbaycanda yerləşdirildi. Yəni ortada həm Azərbaycan, həm Türkiyə faktoru var. Mərkəzi qərargahı Ankaradadır, yoxsa Bakıda? Qafar Çaxmaqlı: Bizim konstitusiyamız hazırlanır. Bir neçə dəfə müzakirə etmişik. O konstitusiyada açıq yazmışıq ki, İrəvan Türk Cümhuriyyətinin paytaxtı İrəvan şəhəridir. 1918-ci ildə bir tarixi yanlışlıq nəticəsində Ermənistana buraxılan İrəvan Azərbaycan Xalq Cumhuriyyətinin (1918-1920) şəhərlərindən biri idi. Ona görə də İrəvan Türk Cümhuriyyətinin paytaxtı elə İrəvandır. Amma cumhuriyyətimiz mühacirətdə olduğuna görə onun mərkəzi qərargahının Türkiyə, yoxsa Azərabaycanda olması məsələsi çox müzakirə edildi. Düşündük ki, İrəvan Türk Cümhuriyyətinin mərkəzi qərargahı Türkiyədə olsun, Azərbaycan isə onun təmsilçiliyi olsun. Belə də etdik. Məsələn, İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədr müavini İradə Rzazadə eyni səlahiyyətlərlə Azərbaycanda təmsilçimizdir və fəaliyyətimizi yürütməkdədir. Türkiyədə mənəm millət şurasının təmsilçisi. Sevda Mirzə: Mərkəzi qərargahın Türkiyədə olmasının səbəbi belə anlayırıq ki, Osmanlı dövründə, Türkiyənin özünün mücadilə apardığı müharibə illərində ermənilərin bundan istifadə etməyə çalışması ilə yaranan yerdəyişmələr, Türkiyədəki ermənilərin Qarabağ və Qərbi Azərbaycanda, ordakıların isə buraya köçürülməsi ilə bağlıdır. Qafar Çaxmaqlı: 1918-1920-ci illərdə Azərbaycanın İrəvan bölgəsindən 1 milyona yaxın adam Türkiyəyə gəlib-yerləşib. Onların nəsilləri əsasən Qars, İğdır, Ərdahan, Ərzurum bölgələrində, Türkiyənin digər qərb bölgələrində, İzmirdə, İstanbulda Ankarada və başqa yerlərdə yaşamaqdadır. Yəni “Bizim burada çox böyük yəni kontingentimiz var” deyə bilirik. Sevda Mirzə: Türkiyədə biri dediyi zaman ki “Mən də azərbaycanlıyam”, soruşursan “Haradan gəldiniz?”, deyir “Burada doğulan azərbaycanlıyam, Türkiyə vətəndaşıyam, amma dədələrim keçən əsrin sonlarında gəldilər” və ya sizin dediyiniz dövrdəki böyük azərbaycanlı köçündə. İrəvan Türk Cümhuriyyəti elan edilib, abributlarını təyin olunub, qərargahları müəyyənləşib. Bəs Ermənistanın buna münasibəti necədir? Qafar Çaxmaqlı: Biz cümhuriyyəti elan etdikdən bir həftə sonra Ermənistan Təhlükəsizlik Şurasında baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə bu məsələ müzakirə olundu. O müzakirələr nəticəsində yayılan xəbərləri biz yaydıq, həm ermənicə, həm tərcümələri ilə. Reaksiyaları çox kəskin şəkildə pis oldu. Təhlükə hesab etdilər “azərabaycanlılar artıq bizim ərazilərimizə iddia edirlər” deyə. Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə İrəvanın, Zəngəzurun, Göyçənin Azərbaycanın əraziləri olduğunu dilə gətirəndən sonra onlar istədilər İrəvan Türk Cümhuriyyətinin Azərbaycan dövləti tərəfindən yaradıldığını iddia etsinlər. Əslində bu, belə deyil, amma Azərbaycan prezidentinin o çıxışları bizim fəaliyyətimizə bir stimul verdi. Şübhəsiz, kökü azərbaycanlı olduğu üçün bu fikirləri prezidentimiz dilə gətirməliydi bizim kimi. O ərazilər bizimdir. Ermənistan bu mövzuda münasibətini çoxlu sayda yazılarla bidlirdi, hətta məndən müsahibə almaq da istədilər. Biz erməni dilində müsahibə verməyə hazırıq, amma hələ olmayıb. Onlar istəyirlər bizdən müsahibə alıb fikirlərimizi öyrənsinlər. Biz açığıq, yəni fəaliyyətimizdə heç bir gizlilik yoxdur. Adamlarımızın o torpaqlara dönmə mücadiləsini veririk, hüquqi mücadələ veririk. Prezidentimiz də dəfələrlə deyib: “Biz tankla, topla deyil, sülhlə, barışla gələcəyik”. Sevda Mirzə: Sadəcə çıxdığımız torpaqlara yenidən qayıtmaq istəyimiz var. Qafar Çaxmaqlı: Bu gün Ermənistanla Azərbaycan arasında Azərbaycanın təklif etdiyi 5 maddə var. Bu maddələrdən biri Ermənistana vaxtı ilə qovulmuş azərbaycanlıların geri dönüşünün təmin olunması barədə təklifdir. Bu, belə də olmalıdır. Əgər Dağlıq Qarabağın işğaldan azad olunmamış hissəsində - Xankəndi, Xocalı, Xocəvənd kimi ərazilərdə ermənilər yaşıyırsa, niyə Ermənistanın içərisində - Azərbaycanın öz torpaqlarında Azərbaycan türkləri yaşamasın? Onlara bizim torpaqlarda hansı milli, mədəni haqlar veriləcəksə, bizə də verilməlidir və biz öz dədə-baba torpaqlarımıza dönməliyik. Biz bunun mücadiləsini veririk, burada qeyri-qanuni, hüquqsuz, yəni beynalxalq hüquqa zidd heç nə yoxdur. Sevda Mirzə: Bu işdə böyük uğurlar diləyirik hər birinizə. Həm Azərbaycanın, həm Türkiyənin içindəki Azərbaycan türklərinin İrəvan Türk Cümhuriyyətində yaşamaq, o torpaqlara qayıtmaq haqları var. Bu haqlar köçlərə məruz qalmış azərbaycanlıların indi orada yerləşmə haqlarıdır. Qafar Çaxmaqlı: Bizim apardığımız bu mücadilə yalnız Qərbi Azərbaycandan olan və ora köklü insanların deyil, güneyli, quzeyli bütün Azərbaycan və Türkiyə xalqlarının mücadiləsidir. Bu, ortaq bir milli mücadilədir. Biz buna belə baxırıq. Sevda Mirzə: Azərbaycanı və Türkiyəni sevən hər kəs də dəstək verir. Nəinki Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bu işə isti baxır və münasibəti gözəldir. İnanırıq ki, bir gün elə ikisi birlikdə bu cumhuriyyəti rəsmən elan edəcəklər. Buna çox inamla baxırıq. Çox sağ olun, çox təşəkkür edirik sizə. Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 22 августа Автор Жалоба Share Опубликовано: 22 августа Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 20 сентября Автор Жалоба Share Опубликовано: 20 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 29 сентября Автор Жалоба Share Опубликовано: 29 сентября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 4 ноября Автор Жалоба Share Опубликовано: 4 ноября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
SUMGAYIT Опубликовано: 15 ноября Автор Жалоба Share Опубликовано: 15 ноября Цитата Добро пожаловать в SUMGAYIT, город-герой, город боевой славы! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.