Frederick Опубликовано: 13 апреля Жалоба Share Опубликовано: 13 апреля Məhəmməd Əmin Rəsulzadə Türklüyə qarşı olan rus-erməni-fars ittifaqını necə ifşa edib? 1905-ci ilin məşhur erməni-müsəlman (türk) müharibəsinin 1920- ci ildə guya bolşeviklər tərəfindən aradan qaldırılmasından sonra bolşevik-daşnaq ittifaqının işbirliyi nəticəsində ermənilərin, yeni formada Azərbaycan Respublikasının idarəçiliyini ələ keçirməsi, onların uzun illər savaş apardıqları Azərbaycan türklərindən yeni biçimdə qisas alması üçün bəhanə olmuşdur. Rus və erməni müttəfiqliyindən yaranan dəhşət serialları ümumtürk dünyasına qarşı yönələn tarixi ədavətin və gizli siyasətin xarakterindən irəli gəlmişdir. Hələ Rus imperiyasına İran və Türkiyə arasında sünni-şiə məzhəb ayrılığı faktorunu qabardaraq qarşıdurma yaratmağı əmr və vəsiyyət edən I Pyotr dünya ağalığı ideyasını əsaslandırmaqla bərabər, özündən də əvvəl ona gələn türk xalqlarına nifrət sindromunu büruzə vermişdir. Xatırladaq ki, I Pyotr zamanında İran minillik türk hakimiyyətinin qanuni varisi olan Səfəvilərin əlində idi. Nəinki farslar o zaman İranda hakim sülalə deyildilər, hətta 300 il daha sonra da, yalnız zəndilərin I nümayəndəsi Kərim xan Zəndin 19 illik dağınıq hakimiyyəti istina olmaqla bu ölkədə hakim olmamışdılar. Yalnız Pəhləvilərin 1925-ci ildə hakimiyyəti ələ keçirməsi nəticəsində farslar İranda hakim mövqeyə çıxmış və tarixi öz xeyrlərinə saxtalaşdırmış, demoqrafiq göstəricilərdə zaman-zaman fars əhalisinin üstünlüyünü sübut etməyə çalışmışlar. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 13 апреля Автор Жалоба Share Опубликовано: 13 апреля Türk xanədanlarının minillik hakimiyyətindən sonra pəhləvilərin hakimiyyəti ələ keçirməsi mövcud durumu farsların xeyrinə dəyişmişdir. Buna baxmayaraq bu gün də İranda Azərbaycan və İran türkləri üstünlük təşkil etməkdədir. Beləliklə, rus, erməni, fars gizli ittifaq birliklərinin müsəlmanlara və türklərə qarşı apardığı sözün bütün mənalarında səlib yürüşü öz kritik həddinə çatmışdır. Bu zamanın qaranlıq məqamlarına işıq salan böyük milli öndərimiz, şərqdə ilk türk-müsəlman respublikasının banisi M.Ə.Rəsulzadə “Azərbaycan cümhuriyyəti” əsərində yazırdı ki, Hökumətin ən məsul mövqelərini rus, erməni, gürcü və türk olmayan əmələ ilə xaricdən gələn yabançılara verdilər. Yeni qurulan kommunist-sovet idarəçiliyinin yalnız ölkənin əsas əhalisi olan türklərə qarşı yönəli bir cəza aparatı olduğunu, təmsilçilikdə bir qayda olaraq türk olmayanların, xüsusilə də türkə qarşı nifrət yükü daşıyanların olduğunu yana-yana, təkrar-təkrar ürək ağrısı ilə dünyaya bəyan edən Məhəmməd Əmin bəy mülahizələrinin fakta əsaslandığını göstərmək üçün o zaman “Kommunist” qəzetində dərc olunan dövlət məmurlarının siyahısını da diqqətə çatdırırdı. Başda S.M.Kirov olmaqla olmaqla birinci şəxsdən ən xırda vəzifə sahibinə kimi bütün məsul işçilərin özgə millətlərin-xüsusilə də türk olmayan millətlərin nümayəndələrindən təşkil olunması o zamanın acınacaqlı durumundan xəbər verir. M.Ə. Rəsulzadə “Əsrimizin Səyavuşu” əsərində də bu dəhşət doğurucu vəziyyətə toxunmuşdu: “Bir-iki müsəlman komissarın pərdəsi altında bütün idarə işləri təmamilə Rus agentləri və məmurlarının əlinə keçdi. Məmləkəti guya ki, Azərbaycan Kommunist partiyası idarə edirdi. Halbuki, bu partiyanın dayandığı həqiqi qüvvə əksəriyyətdə yabançı və xristian işçidən təşəkkül edən Bakı Sovetindən ibarətdir. İmzanı nərimanlar, əliheydərlər atırsa da, hökmləri mikoyanlar, corayevlər və salovyovlar verirdilər”. M.Ə.Rəsulzadənin bu məlumatlarında heç bir ziddiyyət yoxdur. Rusiya bolşevikləri heç zaman ehtiyatı əldən verməmiş, Azərbaycanın nəinki milliyətçi məfkurəli şəxsiyyətlərinə, heç öz bolşevik yoldaşlarına belə inanmamışlar. Onlar hər zaman türk ideoloji xəttinin gizli və aşkar şəkildə davam edəcəyini güman etdiklərindən bu hərəkatın qarşısını almaq üçün ən qanlı vasitələrə əl atmaqdan çəkinməmişlər. Məhz Rəsulzadənin qeyd etdiyi kimi gah formal şəkildə “azərbaycanlı” dedikləri şəxsləri öz məqsədlərinin oyuncağına çevirmiş, gah da onları tələf edərək yerlərini açıq-aşkar rus və s. rusyönümlü xalqların nümayəndələrinə vermişlər. Bu barədə M.Ə.Rəsulzadə “Çağdaş Azərbaycan tarixi” adı ilə tanınan tarixi məruzəsində də geniş fikirlər söyləmişdir. O, R.Axundovun, Ə.Qarayevin, D.Bünyadzadənin, N.Nərimanovun, S.M.Əfəndizadənin və digər yüksək çinli partiya funksionerlərinin ruslara xidmət göstərmələrinə baxmayaraq “Musavat əlaltısı”, “pantürkist”, “panislamist” və s. eybəcər cəllad şüarları ittihamlarıyla məhv edildiyini göstərmiş, 1937-ci ili isə bu faciəni yaşayanların “Azərbaycanda qətl ili” adlandırmasını diqqətə çatdırmışdır. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 13 апреля Автор Жалоба Share Опубликовано: 13 апреля Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 13 апреля Автор Жалоба Share Опубликовано: 13 апреля Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 15 апреля Автор Жалоба Share Опубликовано: 15 апреля Rusiyadan Bakıya hücum - Bunu da etdilər! - Gündəm Masada - Media Turk TV Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 23 мая Автор Жалоба Share Опубликовано: 23 мая Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 23 мая Автор Жалоба Share Опубликовано: 23 мая Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 23 мая Автор Жалоба Share Опубликовано: 23 мая 2028-ci ildə Avropa Siyasi Birliyinin sammitinin Azərbaycanda keçirilməsi qərarını alqışlayıram. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan X hesabında yazıb. Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan qarşılıqlı olaraq Avropa Siyasi Birliyinin sammitinə ev sahibliyi üçün bir-birinin namizədliklərini dəstəkləyiblər. Qeyd edək ki, Avropa Siyasi Birliyinin Sammiti 2026-cı ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 16 июня Автор Жалоба Share Опубликовано: 16 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 24 июня Автор Жалоба Share Опубликовано: 24 июня Tramp deyib: “Rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün deyil, amma indiki İran rejimi “İranı yenidən əzəmətli edə” bilmirsə, niyə rejim dəyişikliyi olmasın???” Bu sözləri ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosail şəbəkəsində yazıb. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 24 июня Автор Жалоба Share Опубликовано: 24 июня “Yeni dünya nizamında bu dövlətə yer yoxdur!” – Ermənistan oyundankənar QALIR? “Yeni dünya nizamı formalaşır və bu nizamda yalnız güclü dövlətlər mövcudluğunu qoruya biləcək”. Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev səsləndirib. Qeyd edək ki, son günlərdə mediada və beynəlxalq siyasi dairələrdə Ermənistandan istifadə olunmaqla İran ərazisinə mümkün hücumların həyata keçiriləcəyi barədə ehtimallar yayılmaqdadır. Məsələyə münasibət bildirən və İranın Ermənistana qarşı ata biləcəyi mümkün addımları qiymətləndirən deputat qeyd edib ki, belə ssenarilər təkcə regional deyil, həm də qlobal maraqlar fonunda formalaşan yeni siyasi reallıqların təzahürüdür: “Yeni dünya nizamı artıq qurulma mərhələsindədir. Bu nizamda yalnız güclü lideri olan, iqtisadi, hərbi və siyasi cəhətdən güclü dövlətlər mövcudluqlarını qoruyub saxlaya biləcəklər. Ermənistan isə tarixən layihə dövlət kimi formalaşdırılıb. Varlığı isə müəyyən məqsədlərə xidmət edib. Onu hansısa məqsədlə yaradanlar artıq görünür ki, həmin layihənin davam etdirilməsində maraqlı deyillər. Əvvəldən də bəlli idi ki, yeni dünya düzənində belə bir dövlətə yer olmayacaq”. “Əlavə olaraq ABŞ-nin Ermənistan ərazisindən istifadə etməsinə dair yayılan iddialar inandırıcı deyil. Çünki texnoloji baxımdan ABŞ dünyanın ən inkişaf etmiş ölkəsidir. Belə olan halda, ABŞ hərbi və kəşfiyyat baxımından hansısa koordinatı əldə etmək üçün Ermənistan kimi vasitəçi dövlətə ehtiyac duymur. Amma bu, Ermənistanın belə bir rol oynaya bilməyəcəyi anlamına da gəlmir”, – deyə o, fikirlərini yekunlaşdırıb. Nəsimi Ələsgərli Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 24 июня Автор Жалоба Share Опубликовано: 24 июня Şərin yaxınlaşan sonu... İranda fars-molla rejiminin süqutu Güney Azərbaycana istiqlal bəxş edəcək! İranda hakimiyyətin zülmünə qarşı 113 gündür davam edən xalq etirazları səngimək bilmir. Ölkənin Buşehr, Əlburz, Rəşt, İlam, Tehran, Məşhəd, Təbriz və digər şəhərlərində aksiyalar davam edir, etirazçılar tərəfindən “Diktatora ölüm!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!” kimi şüarlar səsləndirilir. Son iki gündə Tehran əyalətinin Hemmət prospektində, Mərvdəşt şəhərində, Mazandaranda, Yəzddə etirazçılar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının komandanı, erməni terrorçu Monte Melkomyanın dostu olmuş cinayətkar general Qasim Süleymaninin banerini, Pars bölgəsində isə Bəsic qüvvələrinin bazasını yandırıblar. Buşehrdə cümə imamının qərargahına çox sayda “Molotov kokteyli” atılıb. İsfahan əyalətində İran hökuməti etirazları yatırmaq üçün Səmirom şəhərinə ağır texnika və canlı qüvvə yeridib. Novşəhrdə keçirilən ümummilli mitinqlər zamanı həbs edilən 18 yaşlı gənc Arşiya Təkdəstan “korrupsiya” və “müharibə” ittihamları ilə İnqilab Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib. Kirmanşah əyalətinin Cavanrud şəhərində təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən gənc idmançı Aso (Sivan) Yari, həmçinin 15 yaşlı şagird Zana Səhragerd həbs edilərək naməlum yerə aparılıblar. Göründüyü kimi, milliyyətindən asılı olmayaraq milyonlarla insanın haqq səsini dinləmək, baş verənlərdən nəticə çıxararaq sərt şəriət qanunlarını yumşaltmaq əvəzinə daha da qəddarlaşan, vətəndaşının qanına susayan molla rejiminin İslama, müqəddəs Qurani-Kərimin uca dəyərlərinə sığmayan əməlləri yenə də davam etməkdədir. İran hakimiyyətinin bu istibdadından ən çox əziyyət çəkən isə yüzillər boyu olduğu kimi, yenə də Güney Azərbaycan türkləridir. Belə ki, Təbriz şəhərində daha bir milli fəal Əli Şadi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs edilib. Ölkədə söz azadlığı boğulur, xalqın tərəfini saxlamağa cəhd edən mətbuat nümayəndələri həbs və işgəncələrə məruz qalır. “Amerikanın səsi” radiosunun fars dili redaksiyasının yaydığı məlumata görə, etiraz aksiyaları müddətində həbs edilən mətbuat nümayəndələrinin də sayı onlarladır. Belə ki, son 113 gündə İranda 19 200 etirazçı tutulub, onların 73-ü KİV nümayəndəsidir. Yerli jurnalistlər birliyinin dərc etdiyi araşdırmaya əsasən, tutulanların 38-i müstəqil, 25-i ümumiran, 10-u əyalət mediasının müxbiri, 10-u isə fotomüxbirdir. Statistika göstərir ki, tutulan jurnalistlər arasında hakimiyyətin İRNA, İSNA, İLNA, “Kar”, “Mehr” kimi xəbər agentliklərinin əməkdaşları da var. Bu isə ölkədə vəziyyətin nəzarətdən çıxmaq üzrə olduğunu sübut edir. İslahatçılara yaxınlığı ilə seçilən “Şərq”, “Həft Sobh” və “Fərəz” kimi media orqanlarının jurnalistləri arasında da həbslərə və təzyiqlərə məruz qalanlar çoxdur. Sıralarında tanınmış idmançıların, mədəniyyət və incəsənət nümayəndələrinin olduğu minlərlə insan ən müxtəlif bəhanələrlə, daha dəqiqi şər və böhtan dolu yalançı ittihamlarla evlərindən oğurlanır, naməlum istiqamətlərə aparılır. Qaniçən rejimin cəlladlarının ən şox istifadə etdikləri “ittiham səbəbi” isə xarici ölkələrə “satqınlıq”dır. Belə iyrənc üsullar media nümayəndələrinə qarşı da tətbiq olunur. Məlumata görə, xalq etirazlarının alovlanmasına səbəb olan Məhsa Əmininin Tehrandakı Kəsri xəstəxanasına yerləşdirilməsindən sonra hadisə ilə bağlı xəbər verən ilk müxbirlərdən biri, “Şərq” qəzetinin əməkdaşı Nilufər Həmidi və “Hamamixan” qəzetinin əməkdaşı İlahə Məhəmmədi Məhsanın dəfn mərasimini işıqlandırdıqları üçün “Qərblə əməkdaşlıqda” ittiham olunaraq həbs ediliblər. Əslində isə insanların hakimiyyətə qarşı etirazlarının səbəblərini fars-molla rejiminin rəhbərləri özləri də bilməmiş deyillər. Ölkədə işsizlik, kasıblıq, səfalət, səbəbsiz təzyiqlər, Azərbaycan türklərinə qarşı amansız qəddarlıq dözülməz həddə çatıb. Təkcə bir statistik məlumat ölkədə sosial vəziyyətin nə dərəcədə acınacaqlı olduğu haqqında təssəvür yaradır. Belə ki, İranın “Etemad” qəzeti 2022-ci ildə fəhlələrin intiharı ilə bağlı dərc olunmuş xəbərlərdən hazırladığı icmalına əsasən, ötən ilin əvvəlindən etibarən 283 gün ərzində 23 fəhlə yoxsulluq, borclar, əməkhaqqı tələbi və işdən çıxarılma səbəbindən intihar edib. Bu, qeyd olunan müddətdə orta hesabla hər 12 gündə bir fəhlənin intihara əl atması deməkdir. Ölkədə vəziyyət o qədər gərgindir ki, İranın sabiq prezidenti Mahmud Əhmədinejad molla rejiminə xəbərdarlıq edərək onları xalqın səsini eşitməyə və tez hərəkətə keçməyə səsləyib. O, bildirib ki, xalqa qarşı repressiyalara sərf etdikləri vəsaiti insanların problemlərini həll etməyə xərcləsələr, məsələlərin bir çoxu həll olunar: “Xalqın çətinliyi var, get onu dinlə! Hamıya əks-inqilabçı damğası vurmaq olmaz! Xalqın əksəriyyəti ölkə idarəçiliyindən narazıdır. İslahat aparın, dəyişin, düzəldin! Ola bilsin ki, sabah etirazların öhdəsindən gəlmək artıq mümkünsüz oldu!” Ancaq İranın şər yuvasına çevrilmiş hakimiyyəti öz daxili problemləri ilə məşğul olmaq, xalqının qeydinə qalmaq, onların sosial problemlərini aradan qaldırmaq, insanların hüquq və azadlıqlarını təmin etmək əvəzinə yenə də ətrafına, qonşularına zərər verməyə çalışır. Bütün dostluq və qonşuluq, mehriban birgəyaşama ənənələrini tapdalayan bu şeytan işbirlikçiləri yenidən səviyyəsiz təmsilçiləri səviyyəsində Azərbaycana qarşı hədyanla dolu bəyanatlar verməkdədirlər. SEPAH generalı Əlirza Tanhoy Qasim Süleymaninin ölümünün ildönümünə həsr olunmuş tədbirdə çıxışı zamanı ölkəmizə “xəbərdarlıq edib” ki, İrana qarşı istənilən addım qətiyyətlə cavablandırılacaq. “Ukrayna nümunəsini” xatırladan Tanhoy, daha sonra Azərbaycana “Səddamın səhvi”ni təkrarlamamağı “tövsiyə edib”. “İranı və onun qonşu regionlarını təhlükəsiz vəziyyətə salmağa yönəlmiş istənilən addıma qarşı ölkəsinin silahlı qüvvələrinin qəti cavab verəcəyini” deyən SEPAH genaralı, deyəsən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin bu yaxınlarda Araz sahilində keçirilmiş “Qardaş yumruğu” təlimlərini yaddan çıxarıb. Tanhoy və cəllad fars-molla rejiminin başbilənləri onu da unudublar ki, daha qarşılarındakı ötən əsrin 90-cı illərində yenicə müstəqillik əldə etdiyi dövrlərdəki iqtisadi, hərbi cəhətdən zəif, hansısa fars tulasının hədələyə biləcəyi Azərbaycan deyil. İndi Azərbaycan nəinki öz suveren ərazilərini, öz vətəndaşlarını, hətta Güney Azərbaycandakı tarixi torpaqlarımızda yaşayan 40 milyon soydaşımızın hüquqlarını da qorumaq iqtidarında olan qüdrətli bir dövlətdir. Odur ki, Tanhoy kimi mollabaşılar bizimlə hədə dilində danışmamışdan əvvəl dönüb erməni qardaşlarının aqibətini diqqətlə izləsinlər. Çünki onların da sonu gec-tez belə olacaq. Güney Azərbaycanın bu çürük fars rejiminin əsarətindən çıxacağı, Arazın o tayında da milli bayrağımızın azadlıq günəşinin şəfəqləri altında dalğalanacağı günə çox qalmayıb! Mahir Rəsuloğlu, “İki sahil” Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 24 июня Автор Жалоба Share Опубликовано: 24 июня Molla rejimini təlaşa salan nədir? "İran İslam Respublikası" adlanan dövlətin "İslam Şurası Məclisi" adlı parlamenti Azərbaycanla bağlı bəyanat qəbul edib. Sənəddə ölkəmizin İsraildə səfirlik açması sərt tənqid olunub, İranın Xarici İşlər Nazirliyindən "bu barədə lazımi diplomatik addımların atılması" istənilib. Parlamentin açıq iclasında 210 millət vəkilinin "birgə imzaladıqları" bəyanat oxunub. Sənəddə deyilir ki, sən demə, "Azərbaycan Respublikası sionist rejimin mərkəzində səfirlik açıb və öz səfirini saxta rejimə təqdim edib" və bu səbəbdən "Azərbaycan Respublikası hökumətinin bu hərəkəti onlara qarşı çoxlu mənfi siyasi nəticələrə səbəb olacaq". Daha sonra ənənəvi olaraq İslam birliyindən, müsəlman ümmətindən bəhs olunur və kazuistikanın ən bəsit formasında ibtidai fikirlər yığını molla rejiminin hiddəti formasında təqdim olunur. Yəni Tehran rejiminin ifasında klassik, çeynənmiş və mənasız söz yyığınından ibarət açıqlama. Məzmunu absurd da olsa, Tehran rejiminin mahiyyətini, niyyətlərini və Azərbaycana qarşı aşkar düşmən mövqeyini aşkar nümayiş etdirən sənəddən geniş iqtibas gətirməkdə məqsədimiz var. Əvvəla, sənədi qəbul etmiş strukturun adındakı kəlmələrin hamısı məntiqə və tarixə ironiyadır. "İran İslam Respublikasının İslam Şurası Məclisi"... Cənubumuzdakı ölkə 1935-ci ildə nasist Almaniyasının təkidi ilə "İran" adlanıb və bu, tarixi faktdır. Tarixdə "İran" adlı dövlət olmayıb, ola da bilməzdi. "İslam" kəlməsinə gəldikdə isə - dünya miqyasında İslami vəhdətə, müsəlman ümməsinin birliyinə, təriqətçilik və məzhəbçilik əsasında düşmənçiliyin aradan qaldırılması niyyətlərinə Tehrandakı mollakratiya rejimi, onun mənfur "vilayəti-fəqih" ideologiyası qədər zərbə vuran ikinci nəsnə olmayıb. "Respublika" kəlməsinin Tehran rejiminə şamil edilməsi yanlışdır, çünki İranda xalqın hakimiyyəti yoxdur - olan bir dəstə ayətullanın və müctəhidin xalqın istismarına yönəlmiş idarəetmə sistemidir. "Şura" məsələsi də yanlışdır: Tehran rejimində qərarlar məşvərət, müzakirə və ya məsləhətlə yox, bir adamın istəyi ilə qəbul edilir. Həmin şəxs "ali dini rəhbər" adlanan ayətullah Seyid Əli Xameneidir ki, ölkəni mücərrəd və sxolastik qarışıqların simbiozuna çevrilmiş ideologiyaya əsaslanaraq diktatura şərtləri ilə idarə edir. İsraildə səfirlik açmağımızın "İslam aləminə və ümməsinə zərbə" olması ilə bağlı Tehran rejiminin "millət vəkilləri"nin isterik bəyanatındakı iddiaya gəldikdə isə, əhalisinin əksəriyyəti müsəlmanlar olan Özbəkistan və Qazaxıstan bu addımı atanda Tehran niyə qəzəbnak olmamışdı? Tam əksinə, molla rejimi Astana ilə Daşkəndin qərarlarını sakit qarşılayaraq sanki heç nə olmamış kimi davranmışdı və indi də qazaxlarla özbəklərin ünvanına fars millətçilərindən bir kəlmə tənqid səslənmir. Tehran rejimi Fələstindəki müsəlmanlara dəstək verdiyini sürəkli bəyan edir və bunu bütün müsəlman ölkələrinin nəzərinə çatdıraraq fələstinlilərin siyasi, sosial, maliyyə və s. problemlərinin həllində onlara fasiləsiz yardımlar göstərdiyini bəyan edir. Ayətulla Xamenei az qala hər müraciətində və çıxışında bunu deyir. Gerçəkdirmi? Əsla. Tehran rejimi fələstinlilərə yardım etmir - Fələstindəki HƏMAS və "Hizbullah"ı dəstəkləyir. "Əl Sabirin", "Fatimiyyun", "Hüseyniyyun" və s. kimi terror qruplaşmalarını da yaradaraq idarə edən Tehran teokratiyası həmin strukturlara hər il 320 milyon dollar həcmində ərzaq, silah-sursat, farmasevtik preparatlar, raketlər, minalar və ən başlıcası, nağd pul yollayır. Bəhs etdiyimiz "yardım"lardan Fələstin xalqına 1 dollar (!) da çatmır. İranın İraqda, Yəməndə, Suriyada, Sudanda, Somalidə - ümumiyytlə, Şimali Afrika və Yaxın Şərqdə yürütdüyü siyasətin mahiyyəti budur. Region dövlətlərinə daim təsir göstərmək üçün terrorçu və ekstremist hərəkatlarla təşkilatlar dəstəklənir, onların siyasi iqtidarı ələ almaları üçün istisnasız olaraq bütün vasitələrdən istifadə edilir, bütün bunlar "İslam inqilabı ixracı" idefiksi çərçivəsindəki "İslam Müqaviməti" adı ilə pərdələnir. Tehrandan fərqli olaraq, Bakı əhalisinin əksər hissəsi yoxsulluq həddində olan müsəlman ölkələrində təhsil və səhiyyə müəssisələri inşa edir, onları ən müasir texnika və avadanlıqla təmin edir, yerli kadrların hazıranması üçün gərəkli bütün işləri görür, habelə həmin ölkələrin sakinlərinə sürəkli yardımlar edir. Qoşulmama Hərəkatının üzvü olan İran indiyədək hansı qlobal əhəmiyyət kəsb edən problemin həllində "üçüncü dünya" ölkələrini səfərbər edib? İran indiyədək hansı humanitar və ya siyasi təşəbbüslə çıxış edərək inkişaf etməkdə olan dövlətlərrin səsini dünyaya çatdırmağa çalışıb? Heç biri, heç zaman, heç bir halda. Azərbaycan COVİD-19 koronovirus pandemiyasının tüğyan etdiyi zamanda inkişaf etmiş dövlətlərin "peyvənd millətçiliyi"nə son qoyulması, inkişaf etməkdə olan dövlətlərə dərhal və təxirəsalınmaz yardımların ünvanlanması tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının keçirilməsinə nail olanda Tehranın səsi eşidilmədi. Tam əsinə, hətta koronavirusu da fürsət bilən Tehran peyvənd paylanılmasını çirkin siyasi məqsədlərinə alət etmişdi. İran parlamentinin deputatları indi dilə gəliblər, Azərbaycana ünvanlanmış hədələr səsləndirirlər, "İslam dünyası" və "müsəlman ümməti"ndən bəhs edirlər. Ermənistan ərazilərimizin 20 faizini işğal edəndə, bu işğalın davam etdiyi 30 ildə Tehran rejimi "Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığına sayğı bəsləyirik, bu prinsiplərə riayət olunmalıdır" kimi amorf bəyanatlar verməklə işini bitmiş saydı. Elə həmin vaxt İran vətəndaşları işğal edilmiş ərazilərimizi ermənilərlə birlikdə yağmaları, evləri sökür, hətta dəmirləri və daşları belə, daşıyıb İrana aparırdılar. Son 30 ildə Ermənistan üçün İran ən ciddi dayaq, iqtisadi və maliyyə dəstəyi olub, indi də belədir. Tehrandakı həyasız, dindən danışmağına rəğmən imansız olaq molla rejimi işğal edilmiş ərazilərimizdəki 67 məscidimizdən 65-i (!) viran ediləndə, donuz bəslənən məkanlara çevrilənəd susurdu. İranlı deputatlar sanki kütləvi şəkildə lal, kar və kor olaraq Ermənistan hərbçilərinin dinc əhalimizə divan tutmalarını, kütləvi qırğınlar törətmələrini görmürdülər. İndi qəflətən "şərəf və ləyaqət"ini xatırlayan İran parlamentində son 25 ildə Xocalı soyqırımı müzakirə olunmayıb. İran parlamentinin deputatları bir dəfə də olsun, vəhşi işgəncələrlə qətlə yetirilmiş Azərbaycan vətəndaşlarının anımına bir kəlmə (!) deməyiblər. Amma Tehran rejimindən fərqli olaraq, rəsmi Bakı əxlaq və mədəniyyətin nə olduğunu unutmayıb, onillərlə cənub qonşumuzun maraqlarını nəzərə almağa çalışıb. İran ətrafında Qərbin çəmbəri daralanda yalnız Azərbaycan "üçüncü dövlətin ərazimizdən İrana qarşı istifadə olunmasına imkan verməyəcəyik" bəyanatını verdi. İradə ilə, qətiyyətlə, cəsarətlə. Halbuki bizim dost, qonşu və qardaş əlimizi uzatdığımız Tehran rejimi iyrənc mahiyyətinə xilaf çıxmaq niyyətində deyildi. Azərbaycan hakimiyyəti İranla iqtisadi, ticari, nəqliyyat, maliyyə və s. əlaqələrin genişləndirilməsi yollarını müzakirə edərkən Tehran rejimi ölkəmizdə vətəndaşların verbovkası, agentura şəbəkəsinin yaradılması, Bakıda terror aktlarının hazırlanması ilə məşğul idi. Azərbaycana gələn iranlı gənclərə ölkəmiz ən müasir səviyyədə təhsil verərək onların vətənlərinə peşəkar mütəxəssislər kimi qayıtmalarına bütün imkanları yaradarkən, Tehran rejimi İrana müalicəyə, turist səfərinə və ya təhsil almağa gedən vətəndaşlarımızın az qala hər birini verbovka edərək casusuna çevirməyə çalışırdı. İranlı deputatlar indi bəyanat imzalayanda təbii ki, bütün bunları xatırlamaq istəməyiblər. Onlar etiraf etməkdən qorxurlar ki, Tehran rejimi Azərbaycanın məhvini, yox olmasını istəyir, arzulayır və bu murdar niyyətinə çatmaq üçün malik olduğu bütün vasitələrdən bəhrələnməyə çalışır. Cənub sərhədlərimiz boyunca hərbi təlimlərin keçirilməsi, Tehranın mələfə mediasında Azərbaycana ünvanlanmış təhqirlər və hədələr, Ermənistanla əməkdaşlığın sürətlənməsi, Gorusda konsulluğun açılması - bu, ayətullahlar hakimiyyətinin tşəvişli vurnuxmasıdır. Bu ilin yanvarın 27-də Tehrandakı səfirliyimizə terror hücumunun arxasında duranlar indi Azərbaycana qarşı deputatların bəyanatını sifariş verərək siyasi təlxəklik edirlər. Təəccüblü deyil. Molla rejimi dərk edir ki, gün keçdikcə güclənən, ordusunu və iqtisadiyyatını sürətlə inkişaf etdirən, bölgənin ən qüdrətli və nüfuzlu dövlətlərindən biri olmaq yolunu tutan Azərbaycan onun üçün təhlükədir. Bəli, ayətullakratiya məhz belə düşünür. Güclü Qüzey Azərbaycan mütləq halda Güney Azərbaycan, oradakı 35,2 milyon soydaşımız üçün mayak, can atılan məkan olacaq. Güney Azərbaycanda hazırda baş verən bütün ictimai-siyasi proseslərdə Bakı ümid yeri, həsrət qaynağıdır. Molla rejimini isterikaya salan, təlaşda qıvrılmağa vadar edən də budur. Qıvrılsın, nə eybi var. Əqrəb nə qədər sinirlənərsə, özünü çalar. Elçin Alıoğlu Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 25 июня Автор Жалоба Share Опубликовано: 25 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 28 июня Автор Жалоба Share Опубликовано: 28 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 28 июня Автор Жалоба Share Опубликовано: 28 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 28 июня Автор Жалоба Share Опубликовано: 28 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 28 июня Автор Жалоба Share Опубликовано: 28 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 30 июня Автор Жалоба Share Опубликовано: 30 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 30 июня Автор Жалоба Share Опубликовано: 30 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 30 июня Автор Жалоба Share Опубликовано: 30 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 30 июня Автор Жалоба Share Опубликовано: 30 июня Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 10 августа Автор Жалоба Share Опубликовано: 10 августа Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 10 августа Автор Жалоба Share Опубликовано: 10 августа Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 10 августа Автор Жалоба Share Опубликовано: 10 августа Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 17 августа Автор Жалоба Share Опубликовано: 17 августа Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 17 августа Автор Жалоба Share Опубликовано: 17 августа Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Frederick Опубликовано: 2 часа назад Автор Жалоба Share Опубликовано: 2 часа назад Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.