Tutu Опубликовано: 14 июня Жалоба Share Опубликовано: 14 июня BİZİM ÜÇÜN DARIXMIŞAM Bizim üçün darıxmışam, Şeir yazsam, gələrsənmi? Sənə elə möhtacam ki bu aralar... Duysan, görsən, dönərsənmi? Elə yorub həyat məni, Bilirsən ki, ağlamaqdan utananam. Utanmaqdan keçib daha, Hönkür-hönkür ağlayıram, Göz yaşımı silərsənmi? Hamı məndən üz çevirib, Doğmalarım düşmən olub. Qəlb sirdaşım, ürək dostum, Bilsən, necə təklənmişəm, Gəlib mənə ürək-dirək verərsənmi? Baş götürüb getməyə də yerim yoxdur, Satılmışam, dağılmışam, ruhum ölüb... Mən savaşdan sonra qalan Xaraba bir yurd olmuşam, Mənə həyat verərsənmi? Gənc deyiləm, daha canda can qalmayıb, Oxşadığın saçlarımı görməyəli çox ağarıb. Bir zamanlar mənə dərman təkcə səndin, İndi hər yeməkdən əvvəl, sonra dərman... Eşitsən ki, bir xəstən var, Gəlib ona dəyərsənmi? Hər gün qonaqsan yuxuma, Ruhum gecə olan kimi sənə gəlir. Nə olar ki, sən gerçəkdə mənə gəlsən, Qucaqlasan, mən də sussam, Qayğılardan uzaqlaşsam, səndə qalsam, Yenə məni əvvəlkitək sevərsənmi? Bizim üçün darıxmışam, Şeir yazsam, gələrsənmi?! Günel Balakişi 1 Цитата Коньяк, кофе и сигареты - вот что нужно мне для счастья! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.