MeysemTemmar Опубликовано: 6 декабря, 2007 Жалоба Share Опубликовано: 6 декабря, 2007 SƏNƏ QURBAN KƏSƏRƏM (Bəhri-təvil) Külək ollam, əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətənin qeyrətini qoruyan əsgər, yağı tülkü - sən hünərvər, yağı güclü - sən oğul ər, hünərin düşmənə göstər, elə göstər ki, ulu Babəkimin ruhu şad olsun, Nəbimin qəbri, axıb nur ilə dolsun, bənizi sapsarı solsun səni gördükdə o düşmən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər. «Qır at»ın yox, «Qrad»ın var, «Dür at»ın yox, dürr adın var, ağılın var, savadın var və soyun var, soyadın var cihadın var Vətən uğrunda sənin, eylə hücum, sən cum, onun üstünə cum, sür maşını - at qradı, kəs başını - al muradı, qov o köpək oğlunu burdan Yerevanə, qov onu xanəbəxanə, qulağın yox, nəsilin kəs ki, yayılsın bu xəbər cümlə cahanə, bunu isbat elə dünyadə hər insanə ki, qorxutmaz əzizim, bizi bundan sonra OON, geyə min don, nə Klinton, nə Parij, Bonn, nə də London, qoyuban son, deginən onlara pardon, çaxasan başına patron, deyəsən ay kopoyoğlu Mixail, aləmi qatdın, deyəsən arzuna çatdın və müsəlmanı azaltdın, bir üzükçün elə bir cənnəti satdın, Qarabağ oldu biyaban, Bakıda doldu xiyaban, oğulum getdi əlimdən, qızımı doğradı düşmən, qana qandır demisən sən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, vətəninin qeyrətini qoruyan əsgər. Bilirəm qışda başın üstdən əzizim, neçə sərt ruzgar əsir, qar ələyir, şaxta kəsir. Heç sənə lazım deyil əsla, neçə minlik «propitka», sənə bir adicə «kurtka», sənə bir tüklü «batinka», sənə bir isti «kazarma», sənə bir yaxşı «bozartma», gəl utandırma qızartma, günə yüz min qazanan, gündə gəzən yüz qızınan, öz varına özü qızınan, azəri övladlarını ki, bu qədər varlıdılar, hallıdılar, pulludular, mallıdılar... Sən nə özündən çıx, əzizim, nə də hirslən, axı sən mərdsən, igidsən, Vətən üçün bir ümidsən. Külək ollam əsərəm mən, nəfəsinçün gəzərəm mən, sənə qurban kəsərəm mən, gecə-gündüz yeri səngər, Vətəninin qeyrətini qoruyan əsgər!!! Baba Punhan Цитата Кто боится нападок на свои убеждения, то сам сомневается в них. У. Филлипс Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
сенсей Опубликовано: 6 декабря, 2007 Жалоба Share Опубликовано: 6 декабря, 2007 Yaxshi yazib Baba Punhan.Allah ona rehmet elesin Цитата Homo homini hippopotamus est. Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.