Breaker Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 ERMƏNİ ƏSİRLİYİNDƏN QAYIDANDAN SONRA 11 İL İŞ ALMIŞ VÜSAL QARACAYEVLƏ GƏNCƏ TƏCDİRDXANASINDA SÖHBƏT 2007-12-29 - 19:18:00 Jurnalist Surxay Hüseynli erməni əsirliyindən qayıdandan sonra uzun müddətə həbs cəzasına məhkum edilmiş keçmiş əsgər Vüsal Qaracayevlə Gəncənin 2 saylı istintaq təcridxanasındakı söhbətini qələmə alaraq «Media forum» saytına təqdim edib. Yazını oxucuların diqqətinə çatdırırıq. Azərbaycan ordusunun əsgəri Qaracayev Vüsal Məhəmməd oğlu. Xatırlamadınız? 2006-cı il dekabrın 7-də Ağdamda qoşunların təmas xəttində əsir düşmüşdü. 1988-ci il təvəllüdlü balakənli oğlan. Onu elə həmin il dekabrın 23-də Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə azad etmişdilər. Yada düşmədi? Azərbaycana qaytarıldıqdan sonra hüquq-mühafizə orqanları onun barəsində araşdırma .rmış və o, bu il yanvarın 27-də həbs edilmişdi. Məhkəmə V.Qaracayevi Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 334.3-cü (fərarilik) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə təqsirli bilərək ona 11 il azadlıqdan məhrumetmə cəzası çıxarmışdı. Yenə xatırlamadınız? Onda başlayaq. Bir dəfə daxili işlər naziri Napoleona deyir: - Hökmdar, dünən mən siz əlahəzrətin mülkündə ən cəsarətli bir adam gördüm. - O kimdir, nə eləyib? - Napoleon soruşur. - Hökmdar, onun ağlına bir şey gəlib. - Nə gəlib? - Parisin çirkab kanallarını yoxlamaq. Bu yoxlamanın Fransada nəyi dəyişib-dəyişmədiyi məlum deyil, amma yoxlama çox gizlinlərə işıq salıb. Fransanın çox cəhənnəmlərini üzə çıxarıb. *** Bu hadisədən xeyli sonra, 2006-cı il dekabrın əvvəlində bir Azərbaycan əsgərinin dumana düşüb, yolunu azaraq erməni tərəfə əsir düşdüyü barədə xəbəri mətbuatda oxumuşdum. Görəsən, bu əsgər həqiqətənmi yolunu azmışdı, yoxsa düşünülmüş bir addım atmışdı? Suallara cavab tapmaq üçün onun əsir düşdüyü gündən üzü bəri bir çox məlumatları bir yerə toplayıb oxudum. Düzü, başa düşə bilmədim, Vüsal (əsir düşən əsgər) dumana düşüb, yolunu azıb, yoxsa könüllü keçib, yaxud əzab və işgəncələrdən qaçıb? Düşündüm ki, bu gənc bir cəhənnəmdən digər cəhənnəmə qaçıb və nəhayət, üçüncüsünə düşüb. Kiminsə dediyi bu sözləri təkrar-təkrar oxudum: «Cəhəhhəmi kəşf etməyin asan olmasının bir səbəbi də odur ki, cəhənnəm asanlıqlar arasındadır və onun üçün heç bir səy lazım deyil». Amma Vüsal səy göstərdi, mərhələlər keçə-keçə daha ağırına və əzablısına rast gəldi. Bu dərdli yolun nə qədər uzanacağını indi Vüsalın özü də bilmir. Görəsən, indi Vüsal neyləyir? Həbsxana onun ömürlüyünə daha hansı ağır səhifələr yazacaq? 15-20 gün onu əsgərdən əsirə, əsirdən məhbusa belə asanlıqla necə çevirdi? Mən Vüsalla görüşməmişdən əvvəl də onun taleyinə acımışdım. Vətəni qorumaq istəyirdi, onun xaininə çevrildi? Niyə? Bu suala tələsmədən cavab tapmaq üçün 2006-cı il dekabrın 7-dən sonrakı günlərdə əsgər haqqında yazılanları oxudum. Sonra Vüsal Qaracayevlə Gəncədəki 2 saylı istintaq təcridxanasının kameralarından birində çox uzun söhbət etdim. *** «Hərbi hissədə məni boğaza yığmışdılar. Ayaqqabının altını təmizlətdirəndən sonra deyirdilər «yala». Adamın ac, ya tox olması ilə heç kim maraqlanmırdı. Söz deyənin başına vururdular. Canımı qurtarmaq üçün o tərəfə keçdim». (Bir qəzet məqaləsindən). V.Qaracayev hələ hərbi xidmətinin ikinci ayında evlərinə zəng edib kömək istəyibmiş. Əgər orduda əsgərlə insan kimi davransaydılar, Vüsalın erməni əsirliyində nə işi vardı? Bu bəxtsiz cavanı çox asanlıqla dövlətə xəyanətdə ittiham edənlər heç bu barədə düşünmürlər. Maraqlısı odur ki, V.Qaracayevlə onu incidən komandir arasında üzləşmə də keçirilib. Özü ilə başqa əsgərlər də gətirən komandir Vüsalın yalan danışdığını «sübuta yetirib», sudan quru çıxıb. Bir çəlimsiz, yiyəsiz əsgərin dediklərinə kimdir inanan? Axı psixi cəhətdən qüsurlu olduğu halda hərbi xidmətə çağrılarkən yenə onun dediklərinə əhəmiyyət verməmişdilər. Hacı Zamin isə «Yeni Müsavat»da yazmışdı: «Ümumiyyətlə, hirsləndim. Yazıram. Demək, Vüsal Qaracayevin ermənilərə əsir düşməyinin elmi-nəzəri əsasları belənçikdir: Qaracayev postda durarkən Böyük Ayı Bürcündən bir ulduz axıb, o da düşüb bunun dalıyca. Komandir əsgərə Ferma teoremini həll etməyi və iki üstü iks bərabərdi iki iks xətti tənliyinin qrafik üsulla yox, başqa üsulla həllini tapmağı əmr edib, nəticədə əsgər bezib, erməni tərəfə qaçıb. Elmar Məmmədyarov-Oskanyan danışıqlarının intensivləşməsi Qaracayevi ruhlandırıb, qərara alıb ki, gedib Vartanla geopolitik diskussiya .rsın». *** Nəhayət, Vüsalla görüşdüyüm təcridxana haqqında. Gəncə 2 saylı istintaq tədridxanasının 58 saylı karantin kamerasının nəyə bənzədiyini təsəvvür etmək çətindir. Üstü döşəksiz dustaq çarpaylarını toz basıb, tualetin ətrafına zibil qalaqlanıb. Burada ən lazımlı şey siqaret, bir də krandan damcılayan sudur. Şüşəsi sınmış köhnə pəncərə çərçivələri, axirıncı dəfə nə vaxt ağardıldığını özü də unudan divarlar, tavan adamın üstünə gəlir. Dustaqlar bu kameraya bir Gəncə türməsinə gələndə, bir də burdan gedəndə yığışırlar. Uzun stolun üstündə bir neçə gündən qalmış kolbasadan, bir də qıcqırmış pomidordan başqa heç nə yoxdur. Qonşu kameradan qaynanmış su almaq üçün çəkilən bir neçə saatlıq cəhd boşa çıxır. Kamerada 35-40 nəfər dustaq var. Hay-küydən qulaq batır, siqaret tüstüsündən göz göynəyir. «Əfsanə» və digər siqaretlərin acısı, 35-40 dərəcəyə çatan isti hamını hövsələdən çıxarır... Mən gülərüz, çöhrəsinə həbsxana ağırlığı hopmayan, saçları çoxdan qırxılmayan 19 yaşlarında bir gənclə pəncərəyə, işıq və meh mənbəyinə bənzəyən bir yerdə dayanıb təmiz hava nədir, tüstüsüz hava udmaq istəyirik. İstidən heç adam ağzını açmaq istəmir. Üfunət iyi verən stolun üstünü yığışdırmaq heç kimin ağlına belə gəlmir. - Bəlkə stolun üstünu təmizləyək? - yanımda dayanan xoşsifət gəncə müraciət edirəm. Ondan cavab gözləmədən işə girişirəm. İkicə dəqiqə keçməmiş kirli əskini əlimdən alır. İndi stol təmizdir... *** Pəncərəyə yaxın üz-üzə otururuq. Bu oğlan mənə yaman tanış gəlir. Çox fikirləşməli olmuram. Ləhcəsi mənə kömək edir: - Sən ermənilər tərəfə keçən əsgər deyilsən? - Hə, mənəm, həmin əsgərəm... Susur. Üzünun cizgiləri qismən dəyişir, amma təbəssümün işartıları hələ də qalır. 11 il iş aldığını söyləyir. Elə yumşaq deyir ki, sanki 5-10 günə çıxasıdır. İşıq süzülən sifətinə diqqətlə baxıram. Belə də vətən xaini olar?.. - Niyə qaçıb getdin? - sualı çox yumşaq verirəm. - İncitdilər, dözmədim. Sonra sual gözləmədən əlavə edir: - Dözmədim deyəndə, elə düşünməyin ki, qorxaqdım, ya gücum yoxdu. Kənd uşağıyam, hər çətinliyi görmüşəm. Məni qorxudan hissəmizdəki sistem idi. Hər şey elə qurulmuşdu ki, gənc əsgərləri incidirlər, sən buna dözürsən, növbəni gözləyirsən, sonra sən əvəzini çıxırsan. Amma səni incidənlərdən yox, yeni əsgərlərdən, heç bir günahı olmayanlardan. «Babacıq» sistemini («dedovşina») şikayətlə, hərbi hissədən qaçmaqla dağıtmaq mümkün deyildi. Məndən əvvəl şikayət etmişdilər. Tədbir görən, nəticə çıxaran oldumu? Əvəzində gənc əsgərlərə daha sərt formada əzab verməyə başladılar. *** Bir anlıq martın 9-nu, sərhəd qoşunlarında güya özünə qəsd edən bacım oğlunun bölük komandiri Misir Əliyevlə söhbətimi xatırladım. - Bölüyü «babacıq»ların idarə etdiyindən xəbəriniz olubmu? M.Əliyev «yox» cavabı verir. Sonra əlavə edir: - Onlar xəbərçini gecələr daha sərt cəzalandırırlarmış. Xəbərçilik edənləri daha sərt cəzalar, söyüşlər gözləyirmiş. Buna görə də heç kim mənə baş verənlər barədə məlumat vermirmiş. *** Xəyaldan ayrılıram. Keçmiş əsgərdən üzr istəyirəm. Ona qulaq kəsilirəm. - Mən nə etməliydim? Evdəkilərə yazmalıydım? Çıxış yolu t. bilmirdim. Təkbətək qalsaydıq, hamısının cavabını verərdim. Çavuşlar da «babacıq»ların tərəfini tuturdu. Saçını gözünün üstündən yığışdırır: - Çox fikirləşdim. Bir səhər posta gedəndə avtomatı, bir daraq patronu götürüb Qiyamaddınlı istiqamətində düşmən tərəfə qaçmağa başladım. Minalı ərazini necə keçdim, bilmədim. Səhər 6-8 arası iki erməni postunu da aşdım. Duyuq düşən olmadı. Erməni postu yaxınlığında üç güllə də atdım. Səsə çıxan olmadı... Yolun ağına düşüb gedirdim. Hara getdiyimi, niyə getdiyimi bilmirdim. Amma gedirdim. Neçə saat yol getdim, bilmədim. Harda olduğumu yaddan çıxarmışdım. Gizlənməyi də unutmuşdum. Ağ rəngli «Niva»nı yanımda dayanandan sonra gördüm. Üç nəfər düşdü. Onlardan biri məndən rusca soruşdu: - Tı kto? Bir şey anlamadım. Maddım-maddım onların üzünə baxdım. Başımı buladım, heç bir cavab vermədim. Mənim çaşdığımı görcək onlardan biri Azərbaycan dilində məndən soruşdu: - Sən kimsən, hara gedirsən? Hərbi formamda paqon və emblem yoxdu, onlar kimliyimi bilmirdilər. - Azərbaycan əsgəriyəm, yol azmışam - dedim. Ermənilər çaşırlar, nə edəcəklərini bilmirlər. - Mən də, düzü, nə edəcəyimi fikirləşməmişdim, – Vüsal davam edir – çox çaşqın idim. Qərar qəbul edə bilmədim. Ətrafa baxdılar. Tək olub-olmadığımı yoxladılar. Bir hərəkət görməyən kimi biri avtomatı əlimdən aldı. Üst-başımı yoxlayıb «Niva»ya mindirdilər. Hərbi qərargaha gətirdilər. Elə anladım ki, bura Ağdamdır. Burada bir neçə nəfər hərbiçi mənimlə söhbət etdi, hərdən üstümə də qışqırdılar, hədə-qorxu da gəldilər. İnanmaq istəmirdılər. Mənim kəşfiyyata gəldiyimi, yolumu azdığımı zənn edirdilər. Günün axırında məni Şuşaya gətirdilər. Qapı ağzında silahlı əsgərlər dayanmışdı. Deyəsən, komendatura idi. Kabinetdə bir neçə zabit oturmuşdu. Onların sual-cavabı 4-5 saat çəkdi. Çoxu Azərbaycan dilində danışırdı. Mənə çay verdılər. Ermənistanda qalmağı təklif etdilər. Cavab verməyə hazır olmadığımı söylədim. Mən bu suallardan sonra nə etdiyim barədə düşündüm. Mən postu qoyub düşmən tərəfə qaçmışdım... Vüsal birdən susur. İçəridə ikimizdən başqa hamı siqaret çəkir. - Yəqin məndən soruşacaqsınız, niyə qaçdım, yolumu niyə o tərəfə saldım? Axı bir var sənə fərari desinlər, bir də var Vətən xaini. Fərq çox böyükdür...Düşmən tərəfə keçmək çox ağırdır. Fikirləşibmi etmişdim bunu? İndi sizə çox söz deyə bilərəm. Amma həmin gün nə barədə düşündüyüm, necə qərar çıxardığım yadımda deyil. Mən həmin gün ayağım yer tutduqca qaçmışdım, düşünmədən qaçmışdım. Bəlkə kimdən, niyə qaçdığımı da düşünməmişdim. Bircə məni qaçdığım tərəfdə düşmən, ölüm gözlədiyini bilirdim. Bəs burda? Xidmət etdiyim hissədə heç kim mənə qahmar çıxmırdı, mənim yersiz, səbəbsiz döyülməyimin səbəbini heç kim araşdırmaq istəmirdi. Mən bu əzablara niyə dözməliydim? Məni qınayırlar, «niyə qaçdın» deyirlər, «bizə deyəydin, tədbir görəydik» deyirlər. Siz necə düşünürsünüz, mən xainəm? Axı mən nə bilirdim ki, düşmənə deyim? *** Ətrafımıza xeyli dustaq toplaşır. Hərdən söhbətimizə qarışanlar da olur. Vüsala bu ölkəyə qayıtdığı üçün ağılsız deyənlər də olur. *** Vüsalınsa üzü mən tərəfədir: - Elə bilirsiniz mən o minalı zolaqdan keçəndə nəsə fikirləşirdim, pəncəmin üstündə yeriyirdim? Ayaqlarımı asta basırdım? Yoxsa minaların basdırılma xəritəsini əzbər bilirdim? İçimdə kimsə məni qovurdu, əzabdan qaçırdım, haqsız döyülmək istəmirdim, o yersiz söyüşləri eşitməkdən bezmişdim. Cəhdim baş tutanda artıq mən düşmən tərəfdə idim. Birinci, ikinci addımı atmaq çətindi. Sonrakılar yadımda deyil... İndi çox şey haqqında fikirləşə bilərəm. Amma fikirləşmək gec olduğu üçün bu yükün altına girmirəm. Onsuz da heç nəyi dəyişmək, geri qaytarmaq mümkün deyil. Bir də heç kim mənə inanmaq istəmir. Mənə bu altı-yeddi ayda çox sual veriblər. Bölük komandirindən müdafiə nazirinə kimi hamını zərbə altında qoymaq üçün məni kiminsə öyrətdiyini soruşublar. «Bəlkə səni öyrədiblər, bu addımı atmağa təhrik ediblər» sualını da çox veriblər. Anamın, atamın kimliyi ilə maraqlanıblar. Bu sualları verənlər ünvanı səhv salıblar. Bir də deyirəm: mən nizam-intizamsızlığın, özbaşınalığın əlindən qaçmışam. Bəs mənim xidmət etdiyim bölükdə, alayda, korpusda bunu kim yaratmalıydı? *** Danışdıqca dərdi bəlkə bir qədər yüngülləşir. Qəflətən yumşaq bir tonda soruşur: - Siz mənim yerimdə olsaydınız nə edərdiniz? Əsgərin sualı məni tutur. Özümü onun yerinə qoymağa çalışıram. Qaçmışam... Erməni tərəfə keçmişəm... Geri dönmüşəm... 11 il iş almışam... Özü də Vətənə xəyanətdə suçlanmışam... Durub üzümə su vururam: «Nə cavab verim, nə deyim ki, əsgər mənə inansın? Bəlkə sualın üstündən keçim?» - Qaçmazdım, özümü 19 yaşında həm ölümlə, həm də xain damğası ilə üz-üzə qoymazdım - deyirəm. Başa düşürəm ki, cavab xatirinə cavab oldu. Əsgər gülümsəyir, heç nə demir. Mən vətəndən qaçan, vətənə qayıdan əsgərin sualını o gündən bəri özümə çox vermişəm, amma düzü, cavab t. bilməmişəm. Bundan sonra Vüsal 10 il 5 ay həbsxanada olacaq. Onun 30 yaşını təssəvvür etməyə çalışıram. Həbsxana onun məsumluğunu oğurlamayacaqmı? Onun sadəlövh təbəssümünü nə əvəz edəcək? - Niyə bu addımı atdın? Cavab gözləmədən əlavə edirəm: - Bu addımın sənə dəyən şillə-yumruqdan ağır olacağı barədə düşünməmişdinmi? - Mən qaçmaqla daha fəlakətli bir yol seçmişdim. Hər an ölüm məni yaxalaya bilərdi. Amma bu fəlakət məni harda yaxalayacaqdı – minalanmış zolaqda, erməni postu yaxınlığında, yoxsa geri dönəndə? Bilmirdim. Hər şeyə uşaq kimi baxırdım. Bilmirdim ki, məni ölüm, həbsxana, yoxsa əsirlik gözləyir. Qismətimə ölüm yazılmadı, səbəbini bilmirəm, kimə, nəyə görəsə Tanrı mənə qıymadı. Yoxsa minalar məni ona görə öldürmədi ki, taleyimin sonrakı səhifəsini yazım? Bəlkə həmin qaçmağı qət etdiyim an dönüb geri baxa bilsəydim, yarı yolda dayanardım? Bir neçə dəqiqə fikirləşərdim? Bəlkə postdan atılan bir güllə səsi məni dayandırardı. Xoşbəxtlikdənmi, bədbəxlikdənmi bunların heç biri baş vermədi. Gözümün altına aldığım, ancaq hardan gələcəyini bilmədiyim ölüm, əcəl məni əsirliyə təhvil verdi. Mən ayılanda, özümü bu qaçışın əlindən qurtarmaq istəyəndə Şuşa türməsində, dörd divar arasında tək idim. Hərdən açılıb-örtülən kamera qapısının səsindən diksinirdim. Bir də hərdən gözlükdən boylanan erməni əsgərinin baxışları mənə əsir olduğumu xatırladırdı. Mən səhv etmişdim, özüm də bilmədən sonrakı ömrümü qara çərçivəyə almışdım. Mən bu qara çərçivədən çıxa bilıcəmmi? Nə qədər bu çərçivə içərisində fırlanacam? Niyə həmin anlar kimsə mənə yiyə durmadı? Çıxış yolu tapmaqda kömək olmadı? Beş-on il sonra məni nə gözləyir? Çətinliyə, ağrılara dözə bilməyən, əzab-əziyyətin əlindən qaçıb əsir düşən əsgəri başa düşə biləcəklərmi? Əzabın, haqsızlığın, işgəncələrin əlindən qaçmışam. «Hara qaçım» sualını özümə vermədən, ağlıma ilk gələn tərəfə qaçmışam. Mən əzabdan qaça-qaça daha dəhşətli əzaba düşmüşəm. *** Gözləri yaşarıb. Üzündə ağrı var. O qəribə təbbəssümün yalnız işartıları qalıb. Üzünü yana çevirir, bir qədər uzaqlara baxmaq istəyir. Amma burda yalnız onu əhatə edənləri, səs-küy salan «həzz» aşiqlərini, bir də dərdini qucaqlayıb oturan dustaqları görür. Sükutu mən pozuram: - Bir anlıq gözlərini yumub o ana qayıt. Vətəndən baş götürüb qaçan əsgəri, minalar üstündən keçən əsgəri yadına sal. Ona nə deyərdin, ondan nə soruşardın? - O günü yaşamaq çox çətindir... Şuşa türməsində, elə Bayılda, Gəncədə gözümü yumub həmin anları yaşamağa çəhd etmişəm, alınmayıb. Elə bil yaddaşım silinib. Bilirsiniz yadıma nə düşür? Atam mənə maqnitofon almışdı. Bilmirəm bəlkə də beşinci sinifdə oxuyurdum. Öz səsimi yazıb qulaq asmaq istədim. Xeyli danışdım. Sonra lenti geri dolayıb qulaq asmaq istədim. Heç nə yox idi. Düyməni səhv basmışammış. Qaçdığım həmin günü çox istəyirəm ki, xatırlayım, amma heç nəyi yadıma sala bilmirəm. Mən geri dönmək qərarını verəndə elə düşünməyin ki, başımı tumarlayacaqlar, yaxud mənə sağ ol deyəcəklərini zənn etmişdim. Amma ağlıma belə gətirmirdim ki, məni «Vətən xaini» kimi həbsə atarlar. Şuşa türməsində məni danışdıran ermənilərin «Azərbaycana qayıtsan, səni nə gözlədiyindən xəbərin varmı?» sözlərinə də onların təzyiqi kimi baxmışam. İnsanların məni barmaqla göstərəcəyini sonradan MTN təcridxanasında müstəntiqlə söhbət vaxtı başa düşdüm. Vətəni satmışdımmı, kimə, nəyə satmışdım? Mən Vətənə sədaqətli olacağıma and içmişdim, bu andı pozmuşdum. Postu buraxıb getmişdim. Bəs rütbəcə məndən yüksək olanlar, mənim kimi əsgərlərin sədaqət andını yerinə yetirməyə hər cür şərait yaratmaq borcu olanlar, mənim kimi əsgərlərin döyülməsinə şərait yaradanlar? Onlardan niyə hesabat istəyən yoxdur? Mən xain deyiləm. Məni xain olmağa məcbur ediblər. Cəzanı haqlı sayıram. Qoy beyni qızan, kimdənsə inciyən əsgərlər mənim səhvimi təkrar etməsinlər. Mən sərhədi keçmişəm, düşmənlə üzbəüz mövqeni nəzarətsiz qoymuşam, döyüş silahımı özümlə .rmışam. Bunları başa düşdüm. Axı mən minalı zolağı keçmişəm. Mən keçə bilmişəmsə, düşmən də keçə bilər. Bu risk həm də kimlər üçünsə həyəcan siqnalı deyilmi? Bir əsgərə Vətən xaini damğası vurmağa nə var ki? Hakim mənə 11 il iş oxuyanda içimdən bir ağrı keçdi. Kövrəldim, amma ağlamadım. Çünki əsgərlər, çavuşlar mənə əzab verəndə bir qırağa çəkilib için-için çox ağlamışdım. Şikayət etməyə, dərdimi deməyə adam t. bilmədiyimə görə ağlamışdım... Soruşursunuz niyə qaçmışdın. Mənim bir neçə variantım ola bilərdi. Kimisə öldürsəydim nə olardı?Əsgər qəsdən susur. Məndən cavab gözləyir. - Çətin sualdır. Onda da tutacaqdılar səni. Bir neçə gün əvvəl əsgər yoldaşını qətlə yetirmiş bir cavuşla söhbətimi xatırlayıram. O da çıxılmaz vəziyyətdə qaldığı üçün bu addımı atdığına haqq qazandırmaq istəyirdi. - Şuşa türməsində qaldığım üçüncü, ya dördüncü gün idi. «Qırmızı Xaç»dan gəldilər. Olanları danışdım. Tərcüməçi Azərbaycan dilini bilən erməni idi. Mənim dediklərimi onlara necə çatdırdığını deyə bilmərəm, onların dediklərini mənə anlaşıqlı dildə deyirdi. Mən Şuşa türməsindən valideynlərimə dörd dəfə məktub yazdım, onların da üç məktubunu mənə gətirdilər. Hər gün mənə orada qalmaq təklif olunurdu. Hər dəfə də yox cavabı alırdılar. 15-ci gün yenə qapı açıldı. Gözətçi, «Arə, dur hazırlaş, evinizə gedirsən» dedi. Məni Bakıya gətirdilər, həkim müayinəsindən keçirdilər, sonra hara təhvil verildiyimi bilmədim. Sonra başqa yerə köçürdülər. Müstəntiq gəldi. Elə hey kimlərin məni bu addımı atmağa öyrətdiyini soruşurdu. Əl çəkmirdi. Ancaq məni heç kim öyrətməmişdi axı! Mən bir kənd uşağıydım, orduya çağrılmışdım. İlyarım xidmət etmək borcum idi. Mənim bu borcu yerinə yetirməyə gücüm çatardı. Bəs mənə kim mane oldu? Kimlərin mənə öz əsgəri borcumu yerinə yetirməyə mane olduğunu araşdırmaq mənim səlahiyyətimdə deyildi. Bunun kimin vəzifəsi olduğunu işi .ran müstəntiq, prokuror məndən yaxşı bilirdi. *** Gəncəyə onu incidən çavuşların məhkəməsində iştirak etmək üçün gətirildiyini söyləyir. Çavuşların hərəsinə 3 il yarım iş verilib. - Bu hökm göstərir ki, mən özüm qaçmamışam, məni məcbur ediblər. Bəs onda mənə niyə belə ağır cəza veriblər?! Цитата Взятка - это "компенсация" за слабость человека. А.Захиди Тема "Что Вы думаете о юзере Breaker? Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
zinvor-trucker Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 Breaker-ЭТО ТЯЖЕЛО и ТРАГИЧНО!Я прочитал по слогам почти(алфавит другой )и ДУМАЮ если возможно переведи это всё на русский и выставь здесь!..... -ЭТО СОЛДАТ!!!Я поздравляю ЕГО РОДИТЕЛЕЙ с новым годом и желаю чтобы они ли власть ли вернули домой этого(не предателя н героя)Обычного солдата! -С НОВЫМ ГОДОМ ВСЕХ БАКИНЦЕВ! не хочу врать с пожеланиями.но лишь ЖЕЛАЮ ТОГО ЧЕГО ХОТЕЛ БЫ ДЛЯ СЕБЯ! Цитата всегда помни...что невидимое и опасно и....притягательно.не говори с женой в постели о политике ибо уже утром за тобой могут приехать. Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Gang Marshall Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 -ЭТО СОЛДАТ!!!Я поздравляю ЕГО РОДИТЕЛЕЙ с новым годом и желаю чтобы они ли власть ли вернули домой этого(не предателя н героя)Обычного солдата! Не переживай...Через 16 дней (рекордно-короткий срок наверное), как увидели что у парня с головой не все в порядке вернули обратно. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
x dream Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 Asmaq lazım idi o əskəri, sonra isə meyidini mismarlamaq lazım idi divara, başqaları baxsın nəticə çıxartsın. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.