EL Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 Həmrəyliyimiz mübarək olsun! Gənclərin idealist və xəyalpərvər olması çox gözəldir. Gənc elə məhz belə də olmalıdır. Inamlı, ümidli, mübariz, gələcəyə istiqamətlənən xəyallar, azadlığa meyl, stereotiplərdən yaxa qurtarma cəhdi, temperamentli olmaq yaşasından asılı olmayaraq gənc ruhunun göstəricisidir. 2007-ci il başlayanda hər bir gəncin özünəməxsus istəklərini, xeyallarıni gerçəkləşdirəcəyinə ümidləri vardı. Verilən vədlər, elan olunan imkanlar bizləri daha da həvəsləndirdi. Çox təəssüf ki, bütün vədlərin və “yaradılmış imkanların” imitasiya olduğu üzə çıxdı və gəncliyimiz depressiya və pessimizmə qapılması üçün zəmin yarandı. Növbəti 2008-ci ildə ümidlərin puç olmamasını, ruhumuzun bizə verdiyi imkanlardan maksimum yararlanmaq həvəsindəyiksə bizi ayıran deyil, birləşdirən nöqtələrimizi axtarmalıyıq. Əgər kimlərsə öz merkantilist maraqları üçün bizləri qarşı-qarşıya qoymağa cəhd edirsə, onun qarşısını birlikdə almalıyıq. Əks təqdirdə ötən illərdə olduğu kimi, 2008-ci ildə də biz Azərbaycan gəncliyi olaraq vətənimizin gələcəyi ilə bağlı qərarlardan uzaq qalacağıq. Bizim öz həmrəylimizi və gücümüzü siliv metodlarla ortaya qoymağımız şərdir. Domokratik sistem və azadlıq bizlərə müstəqil seçim haqqı verir. Əgər biz demokratik və azad cəmiyyət qursaq, kimlərsə bizləri öz oyunlarında alət edə bilməz. Hansısa güclər biz gəncləri yaltaq olmağa təhrik etməz, öz gündəlik maraqlarını böyük arzularımızın məhvi ilə üzərində qurmaz. 2008-ci il Azərbaycan gəncini birləşdirən dəyər - Azadlıq və Həmrəylik! Biz – Dalğa Gənclər Hərəkatı 2008-ci ili “Azadlıq və Həmrəylik İli” elan edirik. Öz ilimiz mübarək, Azərbaycan gənci! Hörmətlə, Dalğa Gənclər Hərəkatı İdarə Heyəti Bakı, 31.12.2007 Цитата never GIVE UP! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Breaker Опубликовано: 31 декабря, 2007 Жалоба Share Опубликовано: 31 декабря, 2007 Mən də təbriklərə qoşuluram Цитата Взятка - это "компенсация" за слабость человека. А.Захиди Тема "Что Вы думаете о юзере Breaker? Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.