Перейти к содержимому

2008 Seçkiler


ismi_NUR

2008 Seçkiler  

9 пользователей проголосовало

  1. 1. Ses vereceksiniz?

    • Beli
      3
    • Xeyr
      5


Recommended Posts

Vəhhabi dediklərinizlə əhlisünnə kimi onlardan ayırdıqlarınızın şiələrə qarşı tutduğu mövqedə heç bir fərq yoxdur.Etiraf edirik ki bizim rafizi dediklərimiz elə eynilə şiədir.

Yazın görüm Əbdül Vəhhab özü məgər əhli-sünnətdən deyildi? Əgər əhli-sünnətdirsə, deməli onun ardıcılları da əhli-sünnətdəndirlər!

İlk 3 xəlifəni rədd edən hər kəs əhli-sünnəyə görə RAFİZİDİR!.

Bu qanunu kim müəyyən edib və hansı əsasla?

“Şəabi dedi: Bir xüsusiyyətlərinə görə Yəhudi və Xristianlar, Rafizilərdən daha fəzilətlidirlər.

Yəhudilərdən soruşuldu: Dininizin ən xeyirliləri kimdir? Dedilər: Musanın əshabı.

Xristianlardan soruşuldu: Dininizin ən xeyirliləri kimdir? Dedilər: İsanın əshabı.

Rafizilərdən soruşuldu: Dininizin ən şərliləri kimdir? Dedilər: Muhammədin əshabı!

Burada bir sual yaranır, niyə görə yəhudi və xristiandan "Dininizin ən xeyirliləri kimdir?" soruşulur, amma rafizidən "Dininizin ən şərliləri kimdir?" ?

İkinci sualım: Bu Şəabi özü kimdir və nədən siz onun rafizi adlandırdığı insanların şiə olduğunu düşünürsüz?

Birdə nəzərinizə çatdırım ki, vaxtı ilə sizin böyük alimlriniz və məzhəb başçılarınız biri-birilərini kafir adlandırmışlar (SAHİBB qardaş bu fətvaları gətirib bu forumda), buna əsaən onun (onların) şiəni də kafir adlandırması heç təəccüblü deyil.

Qayda pozuntularına görə reytinqiniz 20% artırılır: http://forum.bakililar.az/index.php?s=&amp...t&p=1768888

Ничтожен ты или велик - причина тому... твой язык... /Носир Хисроу/

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 1 month later...
  • Ответы 36
  • Created
  • Последний ответ

Top Posters In This Topic

Top Posters In This Topic

Bu gün bir çox müsəlmanlar belə düşünür ki, Quran və Allah qanunları yalnız şəxslərə, o dünyaya aiddir.. Ölkələr, qurumlar, Cəmiyyət və birliklər bu qanunlara tabe olmamalıdır..

Öncə sizə ŞİRK və MÜŞRİK sözünü izah edim.. Şirk nəyisə (kimisə), nəyəsə (kiməsə) ortaq, eyni gücdə, onunla bənzər hökm verən bilməkdir.. Din anlamı olaraq nəyinsə (kiminsə), Allaha ortaq qoşulmasıdır.. Müşrik isə şirk edən insandır.. Burda incə bir məqam var.. Ateist və Materialist MÜŞRİK deyil.. O sadəcə Allahsızdır.. Allaha inanmayan ona ortaq qoşa bilməz.. qurana baxılsa, görərik ki, Məkkə əhli Allaha inanırdılar, amma bütlərini də hökm sahibi, qüdrət sahibi və ya Allahla özləri arasında vasitəçi bilirdilər:

Zuhruf 43/9: "Həqiqətən, əgər onlardan (Məkkə müşriklərindən): "Göyləri və yeri kim yaratmışdır?" - deyə soruşsan, mütləq: "Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!" - deyə cavab verəcəklər."

Zumər 39/3: "Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!"

Deməli Şirkin nə olduğunu bildik, həm də şirk Allahın bağılamadığı günahdır:

Nisa 4/116: "Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır."

İndi isə keçək dinin siyasətdən ayrı yoxsa bir olması məsələsinə.. xatırlayın hökmdarlara qarşı çııxar Peyğəmbərləri, bunlardan birini misal edək ki, bu da Hz. Musadır.. O Firona nə demişdi? Ona Tauhid (Təktanrılıq) təklif etdi, ona Allaha tabe olmağı təklif etdi.. Amma o "Mən sizin yeganə rəbbinizəm, məndən başqasını Rəbb sayarsan səni həbs edərəm" demişdi.. Halbuki diqqət edin, Firon özünün yaradıcı olmadığını, öləcəyini bilirdi, bəs niyə özünə Tanrı deyirdi? Hz. Musa onun taxtına göz dikməmişdi, tək istədiyi onun Allah qanunlarına tabe olması, onun qanunlarıyla hökm verməsi idi, amma o bunu istəmədi.. Əksinə, o özü hökm etməyi seçdi.. HAKİM Allahın adı və sifətidir.. HÖKM SAHİBİ deməkdir ki, bu ad heç bir qurumn, insan, dövlətə verilməz, əgər insan Allah qanunları ilə hökm etməyən, öz qanunlarını irəliyə sürən birisinə uyarsa o insan Allahın qanunlarına əks getmiş, başqasını HAKİM olaraq görmüşdür..

Deməkratizm, sosializm, kapitalizm və sair ..izm lər (revmatizmdən başqa :gizildish: ) insanları İslamdan, Allah qanunlarından uzaqlaşdırmağa, insani, Tağut qanunlarına uymağı əmr edər.. İndiki dövlət və qurumlar allah qanunlarına qarşı gedir, Zinanı, Faizi halal bilir, qadınların örtünməsinin əksinə olaraq onların açılmasını əmr edir və bununla Allaha qarşı getmiş olur..

bu dövlət və qurumlar və onların rəhbərləri nə demək istəyir: Ey Allah, sən göylərdə, Cənnət və Cəhənnəmdə nə edirsən et, amma bizim yerdə işimizə qarışma, yerin, dünyanın sahibi bizik, insana hökmü biz veririk.. Onlar Allahı sanki məsçiddə axunddan daha üstün görmürlər.. biz Allahdan danışırılq, oyanın.. O bizi yaratdı, bizə hökm vermək, dövlət qurdurmaq, qanun tərtib etmək, halal və haramı əmr etmək onun ixtiyarındadır..

"Bir gün Rasulullah (sas) Taubə surəsi 31-ci ayəni "Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlar ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!" oxuyarkən əvvəllər Xristian olan, sonra İslamla şərəflənən Adiy bin Hatem içəri daxil olar (hələ xaç gəzdirirdi) və Rasulullaha (sas) AXI ONLARA İTAƏT ETMİRLƏR deyir.. rasulullah (sas) cavabında onlar itaət etdiklərinin əmrilə Allahın haram etdiklərini halal, halal etdiklərini haram etmirlər? O cavabında: Edirlər buyurunca, Rasulullah (sas) Demək onlara itaət edirlər cavabını verdi"

Diqqət edin Allaha aid olan hökmü insana, bütə, quruma aid edən, buna uyan müşrikdir..

Bu insanların, qurumların ən böyük bəhanə, dəlil və üstünlükləri isə onların çox olmasıdır, amma Allah Quranda buyurmuşdur:

Ənam 6/116: "Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!"

Aşağıda hökmün yalnız Allaha aid olacağını, konstitusiya, qanunların (hər ölçüdə, insanlar, qəlblər və dövlətlər üçün) yalnız Allaha aid olmasını sübut edən ayələri yerləşdirəcəm, qərar vermək sizə aiddir.. Sonda isə unutmayın, hökmdarlar Peyğəmbərlərə namazlarına mane olmurdular, hətta Hz. Muhammədəd Məkkənin açarı təqdim edildi,Ş onlar məhz qanunların Allaha yox onlara aid olduqlarını irəli sürdülər və buna görə də məhv oldular..

Maidə 5/50: "Onlar Cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!"

Qeyd: Cahiliyyət dövrünün hökmü insanlara aid olan hökmlərdir..

Yusuf 12/40: "(Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz!"

Maidə 5/44, 45, 47: "..Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!

..Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər!

..Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır."

Allahu Alim..

Изменено пользователем ismi_NUR

Gücsüz ədalət aciz, ədalətsiz güc zalımdır..

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...