Перейти к содержимому
Мы в курсе что проблемы с форумом.Технари занимаются этим.Приносим свои извинения!

Antiaxundov Yazısı üzərinə Tənqidi Bax&#


Azer777

Recommended Posts

guntay_gencalp@yahoo.com

yazar_1200210612.gif “Antiaxundov” yazısı üzərinə tənqidi baxış

Şah İsmayıl, "Xilaskar Mehdi anlayışı" və Şərq Cəhaləti

"Alma" qəzetinin ötən saylarının birində “Antiaxundov” (Həmid Herisçi) adlı bir yazı yayınlanıb. Azərbaycan düşüncə həyatında Axundovun önəmi və bəzi dostların da istəkləri üzərinə bu mözuyla bağlı dəyərləndirməmi oxucuların diqqətinə təqdim edirəm.

Azərbaycan düşüncəsində Qərb axımı

Azərbaycan düşüncə həyatında Qərb mədəniyyəti ilə bağlı üç axım mövcud olub. Birinci axım Qərbin elmi, fəlsəfi, insan haqqları anlayışlarını, sekulyar və demokratik nailiyyətlərini bütünlüyü ilə qəbul etməyi zəruri hesab edirdi. Qərb metodologiyası insanı, varlığı, sosial ədaləti elmi şəkildə qavrama yolundadır. Şərqə düşən əsas vəzifə Qərbi öyrənmək və Şərqi qərbləşdirməkdən ibarətdir. Qərbçi axımın düşüncəsi bundan ibarət olmuşdur. Bu axım belə hesab edirdi ki, Şərqin qaranlıq dünyasını aydınladacaq işıq Qərbdədir. İnsanın azad və tərəqqi yolunda yaşamasına xidmət edəcək sistem hardadırsa onu qəbul etmək lazımdır. Şərqdə olduğu kimi, Qərbdə də bu azadlıq anlayışı yolunda bir çox düşüncə adamı din mərkəzli məhkəmələr tərəfindən məhv ediliblər. Ancaq Qərbdə sonunda bilim, fəlsəfə, ədalət, insan haqqları və demokratiya anlayışları qalib gəlib. Şərqdə isə din Orta Əsrlər bütün amansızlığı ilə davam etməkdədir. Qərb mədəniyyəti azad yaşamaq istəyən insanların ortaq nailiyyətləridir. Onu sırf Qərb məsələsi saymaq doğru deyildir. Bu axımın başında böyük fikir adamı M. F. Axundov durmaqdadır. Türkiyədə isə Türk aydınları qərbləşməklə adamlaşmaq terminlərini sinonim kimi işlədirdilər.

Azərbaycanda ikinci düşüncə axımı belə hesab edirdi ki, öz kökümüz üstündə qərbləşməliyik. Öz dəyərlərimizin bütünüylə ortadan qalxmasını önləyib və Şərq-Qərb sintezi olaraq mədəni bir proje gəlişdirməliyik. Bu axımın ən bariz nümayəndəsi Əhməd bəy Ağaoğlu olaraq bilinməkdədir. Ancaq bu axım öz dəyərlərimiz dediklərində nəyi saxlayıb, nəyi buraxmalıyıq haqqında bilgi vermirdilər. Çünki Şərqin insan haqlarını rəsmi olaraq tanımayan dəyərləri bütün toplumların düşüncə və inanclarını sarıb-sarmışdır. Fərd haqları isə heç olmamışdır. Törələr, inanclar qorxunc şəkildə insan həyatına, xüsusən qadın həyatına qıymışdır. Bu üzdən də zaman keçdikcə bu axımın modern qismi istər-istəməz axundovçuluğa, mühafizəkar kəsimi isə dinçiliyə sövq ediblər.

Üçüncü axım isə bütünüylə Qərb dəyərlərini inkar edir, Qərbi imperialist və istilaçı olaraq görürdü. İmperialist Qərbə qarşı isə yalnız və yalnız bir düşüncə tərzini önərirdilər: İslam dəyərləri. Bu axım din mərkəzli düşündüyü üçün Qərbin müsbət dəyərlərini də görə bilmirdilər. Çünki ortada islam-xristianlıq təzadı durmaqda idi. Bu şəkildə radikal davrandıqları üçün dərin dini dəyərlərə əsaslanırdılar. Qərb mədə-niyyəti qarşısında islam mədəniyyətini qoyur, islam birliyini müdafiə edirdilər. Qərbdəki texnoloji inkişaf Qərbin imperialist niyyətlərinə xidmət etdiyi üçün onu da inkar edirdilər. Azərbaycanda bu axımın başında isə Seyid Cəmaləddin Əsədabadi (Əfqani) dururdu. (Cəmaləddin Əsədabadi Güney Azərbaycanın Həmədan şəhərinin yaxınlığında olan Əsədabad qəsəbəsində doğulub, ancaq məzarı Əfqanıstanda olduğu üçün Əfqani adı ilə tanınıb.) Seyyid Cəmaləddin bu radikal görüşündən dolayı, radikal siyasi davranışları və terroru da öz məqsədinə çatmaq üçün istisna saymırdı. Bu üzdən də Seyyid Cəmaləddinin planı və sifarişi ilə Qərbə nisbətən yaxınlaşmaq istəyən Nasirəddin Şah Qacar terror edildi.

Bu üç cərəyanın özlərinə məxsus dəlilləri olub. Lakin bunların içində M.F.Axundov bir ayrıcalıq təşkil edir. Çünki Axundov sadəcə Azərbaycanda deyil, bütün Şərqdə modernləşməni başladan ilk mütəfəkkirdir. Daha sonra gələnlər az-çox Axundovdan istər müsbət, istər mənfi anlamda təsirlənmişlər. Məsələn, Ziya Göyalpdan tutmuş İsmayıl bəy Qaspirallıya və Qacar ölkəsinin aydınlarına qədər böyük bir coğrafiyada Axundov öz təsirini buraxmışdır. İsmayıl bəy Qaspirallı N. Nərimanova və Nəcəf bəy Vəzirova yazırdı ki, Siz heç biriniz Axundov kimi yaza bilmir, Axundov kimi milləti aydınlada bilmirsiniz. Modern İran aydınları isə çox geniş şəkildə Axundovdan təsirləniblər. İranda Axundovun yaradıcılığını, görüşlərini təqdir və tənqid edən onlarca araşdırmalar .rılmış, bu haqda bir çox kitablar yayınlanmışdır. Qatı dinçi kəsim isə öz fanatik görüşlərini əsaslandırmaq üçün yenə də Axundovla qarşı-qarşıya gəlmişlər. Çünki Axundov işığını boğmadan, onu söndürmədən dini cəhalətə yer verməyin mümkün olmayacağını yaxşı anlayırdılar. Bu üzdən bütün Şərqdə demək olar ki, Axundov hər zaman yeri görünən ziyalı və ya islamçıların baxışı ilə söyləsək, "ruhən və fikrən Qərbə satılmış bir şəxsiyyət" kimi daima gündəmdə olub.

Axundovçuluğun yaranma tarixi

Axundov eylə bir aydınlıq zirvəsidir ki, dünyanın hər tərəfindən görünməkdədir. Şərqin dinçi və heç bir düşüncə, yaxud dini plüralizmə haq tanımayan qaranlıq mədəniyyətində Axundov ilk dəfə olaraq sekulyarizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini müdafiə etmişdir. Daha sonra Axundovu tənqid edənlərin çox bəsit məntiqləri ilə rastlanırıq. Çünki bu tənqidçilər öz metodlarını Şərq dini ədəbiyyatını Axundov qədər oxumadan qurublar. Məsələn, Səfəvilər dönəmində yazılan dini kitabların və dini təfsirlərin bircəsi belə kifayətdir ki, bu millət əbədi olaraq qaranlıqda qalsın.

Axundovla eyni əsrdə İran məkanında dini islahatların tərəfdarı olan Babilik, Bəhailik ortaya çıxmışdı. Dini institutların fətvası üzərinə hamısının kökünü, rişəsini kəsdilər. Minlərcə insanı qətlə yetirdilər. Bu mənada sekulyarizmi həm də dini plüralizm şəklində anlayan Axundovun necə bir cəsarət göstərdiyini indiki zamanda bəlkə də çətin anlaya bilərik. Əlbəttə ki, Axundovun və axundovçuluğun ortaya çıxmasında iki əsas faktor rol oynayıb:

1. Tarixi İran mühitindən qopma. Hər bir qopma həmişə özüylə bir yenilik gətirər. Min illik qaranlıq mühitdən qopma fərqli düşüncənin yaranmasına zəmin yaratdı. Böyük düşüncələr, millətlərin həyatındakı önəmli dəyişikliklər hər zaman tarixi, kültürəl dəyərlərin uçurulması və ya transformasiyaya uğraması ilə ortaya çıxır. O mühitdən qopma, o mühitin təhlükələrindən qurtulma axundovçuluğu doğurdu. Azərbaycan aydınlarının fərqli düşünə bilmələri üçün uyğun ictimai mühit yarandı.

2. Rusiyanın təsiri. Rusiyanın XIX əsr mədəniyyəti onun işğalı altında olan millətləri də təsirləndirirdi. Ayrıca, Rusiya vasitəsi ilə Qərb mədəniyyəti ilə tanışlıq bir şans idi. Ən önəmlisi isə rus hüquq sisteminin din xadimlərinin ölüm fətvası çıxarmasını əngəlləməsi, yaşamaq və düşünmək üçün bir fürsət yaratdı. Rus hüquq anlayışı öz təbəələrinin şəriət yasaları ilə öldürülməsini önləmişdi. Yoxsa Osmanlıda və Qacariyədə olduğu kimi Axundovu da məhv edərdilər.

İşin ən maraqlı tərəfi budur ki, bu gün ərəb ziyalıları keçmişdə Qərbin işğalında yaşadıqları dönəmi altun çağ adlandırırlar. Çünki məsələn, Mərakeş kimi Fransa istilasında olmuş ölkələrdə bu gün dünyəvi dövlət sistemi hakimdir, qadınların da siyasətə qatılma haqları var. Ancaq məsələn, Ərəbistanda qadının avtomobil sürmək haqqı belə, yoxdur. Məhz bu kimi örnəklərə əsaslanaraq Axundov və axundovçular belə hesab edirdilər ki, Şərqin orta çağ qaranlığından qurtuluş açarı özündə deyil, Qərbdədir.

Axundovçuluq bitməmiş aydınlanma projesidir. Çünki aydınlıq dinin siyasi-ictimai mövzu deyil, yalnız fərdi mövzu olduğu sekulyar ortamda mümkündür. Axundovçuluq üzərinə daha sonra düşüncə sərmayəsi yatırılmadı və ya çox zəif şəkildə yatırıldı. Daha sonrakı dönəmdə kommunizm də bir din kimi qəbul edildiyi üçün hər cür düşüncə plüralizmi yasaqlandı.

Bu gün dinçiliyin yenidən insanların sosial və fərdi həyatına müdaxiləsi baş qaldırdığı üçün Axundova ehtiyac hiss edilməkdədir.

Tezis və antitezis nədir?

Axundovun qarşı çıxdığı, yıxmaq və uçurmaq istədiyi irticai həyat və düşüncə tərzi hələ də davam edir. Hələ də insanlar öz ağıllarını, yaradıcılıq, kəşfetmə enerjilərini məzara gömərək xilaskar “mehdi” gözləməkdədirlər!

Heydər Camalın Axundovun antitezisi olduğu söylənilir. Öncə bu tezis və antitezis qavramlarına aydınlıq gətirək. Hegelin dialektikasının əlləri üstə durduğunu iddia edən Marks və Engels onu ayaqları üstünə gətirdiklərini söyləyirlər. Hegeldə ailə- tezis, cəmiyyət- antitezis, dövlət isə sintezdir. Dövlət, yəni bütün təzadların və enerjinin mərkəzləşdiyi siyasi, iqtisadi, mədəni, hərbi qurum. Bu üzdən də hər bir fərd öz ailəsinin güvənliyi səbəbi ilə dövlətin qurulmasına yardımçı olmalıdır. Çünki dövlət sistemində mənfi enerji də müsbət enerjiyə, yaradıcı qüvvəyə dönür. Marks və Engels bunu tarixi və sosial plana daşıyaraq, tarixdəki ictimai quruluşların bir-birinin antitezisi olaraq yozurlar. Bu arada bunu da israrla qeyd etmək lazımdır ki, həm Hegel, həm də Marks və Engels Avropanın aydınlamasında təsirli olan böyük şəxsiyyətlərdir. Dünyada Marksı və Engelsi ən pis anlayan birisi varsa, o da Lenin olmuşdur. Məhz tezis və antitezis qavramlarının sosial quruluş və ictimai həyat şərtləri, təkamüllə bağlı olduğu bəllidir. Çünki elmi bilginin heç bir zaman antitezisi olmaz. Məsələn, 2x2=4. Bunun antitezisi nədir? Bunun antitezisi cəhalətdir.

İnsan həyatında mövcud olan və təcrübədən keçmiş bir çox bilgilər də antitezisdir. İnsan bilgiləri ümumən 3 bölümdən ibarətdir:

1. Elmi bilgilər.

2. Elmi problemlər.

3. Mistik izahlar.

Axundovun da müdafiə etdiyi modernizm məhz antitezissiz bilgidir. Onun bir antitezisi var: Xürafata inam, “mehdi”nin xilaskar şəklində gələcəyini qəbul etmək! Bu antitezis deyildir. Bu inancdır və elmlə də heç bir əlaqəsi yoxdur. Yəni nə elmi bilgi ilə əlaqəsi var, nə də elmi problemlə. Mistik və mifik izahların nəticəsidir. Çünki elmi baxımdan bir insanın qeyb olub min illər boyunca yaşaması mümkün deyildir. İnsanın hüceyrələri, yaradılışı buna imkan vermir. Modernizmin necə önəmli bir mövzu olduğu məhz bu məqamda ortaya çıxar. Modernizmin antitezisi yoxdur. Çünki o daimi hərəkətlilikdən ibarətdir. Modernizm, yəni durmadan hərəkət etmək. Hərəkətin antitezisi nədir? Durğunluq. Planetlər, həyat öz hərəkətliliyindən dura bilərmi? Dura bilməz. Demək ki, Axundovun müdafiə etdiyi sekulyarizm həyatın və varlığın ruhuna uyğun bir görüşdür. Dinçilik isə durğunluqdan yanadır. Çünki dinçilik bütün həqiqətlərin bir mərkəzdə olduğunu deyir, insan zehninin isə yalnız və yalnız onun üzərində çalışmasını istəyir. Min ildən artıqdır ki, islam şərqində tərəqqi yoxdur. M.Ə.Sabir demişkən: “Əvvəl nə idiksə, yenə biz şimdi həmanız”.

Şərq durmuşdur. Şərqdə hərəkət dinamik deyildir, mexanikdir. Heç bir düşüncə və texnologiya istehsal edə bilmir. Qərbin istehsalatını maddi-mənəvi nə varsa istehlak edir. Bunu M.Ə. Sabir və digərləri rişxəndlə və bəzən də Şərqin dəyərlərini, hətta aşağılayaraq yazmışlar. Şərqdəki çalışmalar elmi çalışma deyil, inanc və ibadət çalışmasıdır. Bu üzdən də Şərqdə heç bir tərəqqi və gəlişmə mövcud deyildir. Çünki Şərqin kültürü öz insanlarının zehnini inanc sahəsinə q.yıb, orada həbs etmişdir. Ancaq hətta islam özü də etirazla başlayıb etirafa gəlməyi önərir. İslam “La-yox”la başlayır. Allah yaratdıqları ilə bağlı məsuliyyət daşıyır, Allahı da sorğulamaq, sorğu-suala çəkmək mümkündür. Bu, Allaha heç bir zərər verməz. Zatən Allah özü də “Höccətimiz tamam olsun deyə peyğəmbərləri göndərdik”- deyir. Yəni Allahın insana verdiyi ağıl Allahı da sorğu-suala çəkə bilər və Allah bunun fərqindədir. Çünkü insan beynini kainata və elmə açan fəlsəfi şübhədir. Bunu H. Cavid gözəl anladır:

“Şübhə artarsa həm yəqin artar

Mərifət nuru şübhədən parlar.”

Bəzi Batı bilim adamlarının avtoritetlərinə sığınaraq və ya onları yanlış anlayaraq xətalı görüşləri müdafiə xeyir verməz. Şpenqlerin “mədəniyyətlərin doğuşu, yüksəlişi və çöküşü” formulu mübahisəli mövzudur. O zaman, öncə bu sualı verək. Mədəniyyət nədir? Roma bir mədəniyyət sistemi idi, yoxsa bir siyasi quruluş? Çökən onun mədəniyyəti idi, yoxsa onun dünya görüşü və siyasi sistemi? Nədən o zaman bu gün də Senekanın əsərləri oxunur? Nədən çökdüyü sanılan yunan mədəniyyəti yenidən yüksəldi? Nədən renesans öz qaynağını və əsasını əski yunan mədəniyyətindən götürdü. Deməli mədəniyyətlər ölmür. Ölən başqa şeylərdir. Çökən mədəniyyətin maddəsidir, onun mənəviyyatı və ruhu ölməzdir. Günümüzdə də Şumerlərin zehni nailiyyətləri həyatımıza təsir edir. Amma biz bunun fərqində deyilik.

Mədəniyyətə necə tərif vermək olar? Elmi yüksəlişə və insan zehninin genişlənməsinə imkan verən, onu durğunluqdan çıxarıb hərəkətliliyə sövq edən, rahat həyat, özgürlük yaradan enerjinin adı mədəniyyətdir. Mədəniyyət hərəkətin nəticəsidir. Hərəkətin öz fərqinə, şüuruna varmasıdır. Riyazi qanunlar qədər insan həyatına və təbiətə təsir edən heç bir şey yoxdur. Göyləri də riyazi qanunlarla kəşf edirlər. Bu qanuniliyin çökməsi mümkündürmü? Kimsə düzbucaqlı teorem haqqında Pifaqor teoreminin keçərsiz olmasını eşidibmi? Əksinə, bu gün də göylərə yüksəlmək üçün də bu düsturdan faydalanırlar. Deməli bir imperatorluğun çöküşü bir mədəniyyətin çöküşü anlamında deyildir. Osmanlının çöküşü ilə mədəni çöküşün nə əlaqəsi var? Zatən Osmanlıda mədəniyyət yox idi, inanc var idi. Əhalisinin tam əksəriyyətinin yazıb-oxumağı bacarmadığı bir imperatorluq necə mədəni ola bilərdi? Mədəniyyətlər kitablarla, zehnin imkanlarının genişlənməsi ilə inşa edilib. Bu növ inşa edilən isə tarixdə qalmışdır, insanların həyatına, davranışlarına yansımışdır.

Deməli, Şpenqlerin görüşü haqqında düşündüyümüz zaman öncə “mədəniyyət nədir?” sualına cavab vermək gərəkdir.

Axundovun antitezisi Şərq cəhalətidir

“Avropa mədəniyyətinin ölümə məhkum olduğu qənaətinə baş əyib pessimizmə yuvarlandı.” Bu cümləni də eyni məntiqlə təhlil etmək və yalanlamaq mümkündür. Avropa mədəniyyəti nədən çöksün ki? Avropa mədəniyyəti elmi mədəniyyətdir. Bunun içində olan xoşagəlməzlikləri bu mədəniyyətin çöküşü üçün səbəb olaraq göstərmək dinçi, durğun zehniyyətlərə xasdır. Avropa mədəniyyəti dini və inancı insanın sosial həyatından sıxışdırıb, özəl həyata yerləşdirdiyi üçün ən böyük uğuruna imza atıb. Modern mədəniyyətin ən böyük kəşfi də bundan ibarətdir. Avropa mədəniyyətinin çökməsini arzu edərək “fəlsəfə” qurmaq başqa şeydir. Məhz bu zehniy-yət Qərbin beyin məşqinin nəticəsi olan bir çox dəyərləri boşboğazlıq adlandırır. Postmodernizm boşboğazlığı” söyləmək ilk öncə modern mədəniyyətə qarşı savaş açmaqdır. Çünki postmodernizm hər şeydən öncə modern olmağa israr edər. Habermasın da söylədiyi kimi, hələ yarımçıq bir proje olan postmodernizm ən çox dil və dilçilik elmi sahəsində yeniliklərə yol açmışdır. Bunu modernizmin antitezisi olaraq görmək, belə bəsit yanaşma ilə yozmaq doğru deyildir.

Yenə də qayıdaq Axundov məsələsinə. “Boynumuza alaq, əgər Axundovun antitezisi bizlərdə yoxdursa, kül başımıza.” Axundovun antitezisi (əgər bu qavramlarla olayı təhlil etsək) niyə yoxdur, var. Axundovun antitezisi bu günkü Ərəbistandır, İrandır, Əfqanıstandır və islam haqqını insan haqqının yerinə qoyan islam dünyası və islam “aydın”larıdır. Axundovun antitezisi bütün Şərq tarixi, ictimai davranışları və fanatikliyidir. İnsan haqqını anlamaq istəmədikləri üçün islamı da siyasətə, sərmayəyə alət edən islam ölkələrinin əksəriyyətidir. Axundovun antitezisi bütün Şərqin qaranlıq tarixidir. Çünki Axundovun düşüncəsi Şərqin qaranlıq dünyasını tənqid edərək formalaşıb. Axundovçuluğun təməl istəyi tarixi mif və inanc yatağından çıxarıb bilim sahəsinə yönəltməkdən ibarətdir. Şərqdə şiddət enerjisi hələ də bilimsəl plana daşınmamışdır. Çünki Şərq kültürü insanın təbiətində mövcud olan enerjini elmi plana yönləndirməkdə istəkli deyildir, şiddət planına istiqamətləndirməkdə istəklidir. Nədən? Çünki heç bir rasional və intellektual devrimi Şərq öz düşüncə həyatında ardıcıllığı ilə gerçəkləşdirmədi.

“"Maarifçilik" dövrünü əslində qısa bir zamanda keçirib, məsəlçün, Baltikyanı ölkələr bu işə 30-40 il vaxt ayırıblar.” Belə anlaşılır ki, bu sətirlərin yazarı Baltikyanı ölkələrlə müsəlman ölkələrinin sosial və tarixi statusları haqqında gərəkən bilgiyə sahib deyildir. Nədən? Çünki Şərq ölkələrində çox güclü tarixi determinist basqı və determinist psixologiya mövcuddur. Bu determinizm dünəni bu günə daşımaq istəyər. Bu üzdən də bu günü anlamaq istəməz, keçmişə q.nıb qalar. İslam şərqinin kültüründə öndən irəliyə doğru sövq edəcək finalist psixologiya, hədəf və enerji mövcud deyildir. Elə isə Baltikyanı ölkələrin finalist kimlikləri və kültürləri var. Yəni köhnə dəyərlərin günümüzə müdaxiləsi Baltikyanı ölkələrin dünyaya baxış tərzində, inanclarında daha zəifdir. Şərq isə dünənindən ayrılmaq istəməmişdir. Təkamül isə bu ayrılmanın nəticəsidir. Maarifçilik deyilən anlayışın da gerçək fəlsəfəsi dünəni və onun gündəmini tarixə buraxıb, həyat duyğuları ilə dopdolu modern gündəm oluşdurmaqdan ibarətdir. Qərb insanı gələcəkdə nə olacağının həyəcanını yaşayarkən, Şərq insanı əskimiş, qoxumuş, durğun keçmişin nostalgiyası içində duyğulanıb durur. Zatən “Antiaxundov” məqaləsinin də müəllifi bəlkə də özəl həyatındakı sıxıntılar dolayısıyla indiki zamandan bütünü ilə qopub tarixə baş vurur və harada aydınlıq və düşüncə işığı görmüşsə dərhal söndürən Şah İsmayıllardan və onların qaranlıq dünyalarından qurtuluş gözləməkdədir.

Tarixin basqısından ayrıla bilməyən toplumların maariflənməsi çətin, çox çətin məsələdir. Tarixi bilgi sahəsi olmaqdan çıxarıb, onu inanc və şüur yatağı olaraq görən fanatik dinçilər və mühafizəkar mürtəce milliyyətçilərin indiki zamanı anlamaları mümkün deyildir. Bizim tariximizdə sərmayə biri kimi mövcud olmayıb. Yaxşı yaşamaq və yeniliklər isə birikmiş sərmayənin nəticəsidir. Örnək olaraq “Antiaxundov” yazarının qürur duyduğu Səfəvilər zamanında oğul atanın yerinə keçdiyində daha köhnə ictimai sərmayə və ictimai şəbəkə olaraq nə varsa, hamısını məhv edib, yenidən öz zövqünə görə quraşdırırdı. Bu üzdən də bu gün, məsələn, Səfəvilərdən qalma heç bir Sərmayəyə, hətta İsfahan istisna olmaqla, heç bir doğru-dürüst memarlıq nümunəsinə rast gəlmirik. İsfahanın Ermənilər, Gürcülər tərəfindən şəkillənməsi isə başqa bir mövzudur və bu haqda Nasir Purpirarın araşdırmalarını oxumaqda fayda var.

Qəzzali Şərqin zehnini təqlidçilik qaranlığına gömdü

Şərqdə fəlsəfə olmamışdır. Şərqdə böyük şərhçilər, təfsirçilər olmuşdur. Dantenin və Bertrand Rasselin də bəlli etdikləri üzrə ən böyük şərhçi isə İbni-Rüşd olmuşdur. Nədən fəlsəfə olmamışdır? Fəlsəfənin doğuşu üçün 3 ünsür bir yerdə özgürlük ortamında ələ alınmalıdır. Yəni dil, düşüncə və varlıq ünsürləri özgür bir ortamda zehnin yarğısına sunulmalıdır. Əslində isə fəlsəfənin orta dirəyini oluşduran dildir. Şərqdə isə təbiətində fəlsəfi dərinlik barındıracaq bir dil əsla doğmadı. Ərəb dili ən böyük təfsirlərin yazıldığı və antifəlsəfi yapıda gəlişmiş bir dil şəklini almışdır. Fars dilinin kəsinliklə fəlsəfi alana girməsi mümkün deyil. Dilin strukturundakı əksikliklər buna izn vermir. Türk dili isə yalnız son 100 ildə şəhər həyatı içində yazı təcrübəsi qazanmağa başlamışdır. Türkiyə türkcəsinin fəlsəfəyə girmə yolu son 80 ildə açılmışdır. Bu baxımdan Axundov bir filosof olmaqdan daha çox gerçək bir ziyalı idi. Yəni türkcənin də fəlsəfə sahəsinə giriş yolunu açmaq istəmişdir. Yəni Axundovun ziyalılıq missiyası çox genişmiqyaslı olmuşdur. Ziyalılığının iki yönü mövcud idi

1. Qərb mədəniyyətini Şərqdə əks etdirmək.

2. Şərqin fanatik və özəlliklə xilaskar “mehdi” gözləmə xəstəliyini ifşa etmək.

Bu iki istiqamətdə heç kimsə Axundov qədər Şərqin aydınlanmasına xidmət etməmişdir. Bu üzdən də həm qaranlıqsevərlər, həm də aydınlıqsevərlər daima Axundovla qarşı-qarşıya gələcəklər.

“Rusiya fəlsəfi fikri məhz Heydər Camal sayəsində öz əhatə dairəsinə islamı qəbul edib, onun ən ülvi, mübariz cəhətlərini öz kontekstinə köçürüb, bu dəfə Qərbə deyil, məhz yaşıl bayraqlı islama üz tutub.” Çox ciddi məsuliyyət gərəkdirən iddiadır. Yəni Rusiya fəlsəfi fikrinin dərinlikləri haqqında geniş araşdırma .rmadan Heydər Camalın belə təsirli rol oynamasını söyləmək nə inandırıcıdır, nə elmi. Bir dəfə qırmızı bayraqla inqilab gerçəkləşdirərək Rusiyanın gəlişməsini əngəlləyən rus xalqı bu dəfə də yaşıl bayraqla inqilab edəcək dərəcədə geri zəkalı olmamalıdır. Sınanmışı təkrar sınamaq mütləq cəhalətdir. İstər Heydər Camal olsun, istərsə bir başqası, öz fəlsəfəsini yayğınlaşdırmaq üçün Qərb metodologiyasına hakim olmalıdır. Hələ məzmun bir yana dursun, məzmunun anlatım və tanıtımı üçün Qərbin fəlsəfi təcrübələrinə ehtiyac var. Sadəcə bir cümlə ilə Rusiya aydınlarının yaşıl bayraqlı islama üz tutmasını söyləmək elmiliyə dayanmaz. İslamla bilgi olaraq ilgilənmə başqa şeydir, islamı bir yaşam biçimi olaraq qəbul etmək başqa şey. Sibirin soyuğunda bədənin hərarətini qoruya bilmək, yaşaya bilmək üçün şərab içməyə ehtiyac var. İqlim islamın sərt disiplinlərini qəbul edə bilməz, Hindistan iqliminin qəbul etmədiyi kimi. Hindistanda həm ərəblər, həm farslar, həm də türklər saysız adam başı kəsdilər ki, islamı qəbul etdirsinlər. Hindistanın Türküstana, İrana və Ərəbistana bənzər xaos coğrafiyası olan Pakistan və Əfqanistanın böyük bir qismi həmən islamı qəbul edərkən, onun bolluq və ormanlıq iqlimi islamı qəbul etmədi. Çünki o coğrafiya üçün bu disiplinlər keçərli deyildir və bu disiplinlərlə oralarda yaşamaq olmaz. Bu arada bunu da qeyd edək ki, fəlsəfə islam coğrafiyasına bolluq coğrafiyasından gəlib: Yunanıstandan.

VIII əsrin ikinci yarısı və XI əsrin birinci yarısına qədər Abbasi xilafətinin rəsmi dövlət ideologiyası Mötəzilə məzhəbi idi. Mötəzilə məzhəbi nisbətən rasional idi və bir çox hallarda vəhy və ağıl qarşıdurmasında vəhyi bir yana buraxıb ağılı tərcih edirdilər. Mötəziləyə görə həm vəhyin, həm də ağlın qaynağı Tanrıdırsa, nədən bu ağıldan da istifadə edilməsin? Bu üzdən də bu dönəmdə yunan zehniyyəti ərəb dilinə tərcümə edildi. Bu tərcümələr böyük zehni inqlaba səbəb oldu. Fərabi və İbni Sina kimi mütəfəkkirlər də bu dalğanın nəticəsi idi. Bu dönəmi Əbureyhan Biruni yaxşı dəyərləndirmişdir. Biruniyə görə, Şərq mədəniyyəti Hindistana və Çinə məxsusdur, islam şərqinə deyil. İslam şərqindəki mədəniyyət Yunan mədəniyyətinin surətidir. Əbureyhan Biruninin bu təsbitini Zəki Vəlidi Tuqan da öz əsərlərində işlətmişdir. Daha sonra Mötəzilənin dönəmi q.ndı, özəlliklə Məhəmməd Qəzzali Şərqin zehnini təqlidçilik qaranlığına gömdü. Riyaziyyat və fəlsəfə yasaqlandı. Fəlsəfə ilə uğraşanlar mülhid və mürtəd adlandırıldı. Qəzzali ünlü “Tühafət-ül fəlasifə” (Filosofların eybəcərlikləri) adlı əsərində fəlsəfəni boş bir şey adlandırdı. Qəzzalinin bu dəyərləndirməsini bir əsr sonra İbni Rüşd tənqid etdi və “Tühafət-ül Tühafə” (Eybəcərliklərin eybəcərlikləri) adlı kitabını Qəzzalinin tənqidinə həsr etdi. İbni-Rüşdü məhkəməlik edib əsərlərini yaxdılar. Yəni Mötəzilə zamanında başlayan nisbi gəlişmələr də bu şəkildə söndürüldü. Daha sonra təssəvvüf cərəyanları ortaya çıxdı ki, onlar da güclü fərdlər yetişdirdilər, ancaq toplumların azad və demokratik ortamda yaşaya bilmələri üçün heç bir siyasi fəlsəfə ortaya qoymadılar. Bu yolda onlar çox istəksiz idilər.

Səfəvilərin həsrətini çəkməyə dəyərmi?

“Mirzə Fətəli üçün axundlar islamın, küllən qoca Şərqin simasıdırsa, Heydər Camal üçün axundların, klerikalların ibrahimi dinlərinə qəti dəxli yoxdur." Bu cümlənin içində bir neçə təzad mövcuddur. Axundov islamı axundlarda xülasə etmirdi. Axundov ümumiyyətlə dinlərin tərəqqiyə əngəl olduğunu deyirdi. O, sadəcə islam dinini deyil, bütün dinləri tənqid edirdi. Marksın “din toplumun uyuşdurucusudur“ kimi bir tutum içində idi. Tarixə baxıldığında ən qorxunc və qanlı savaşların dinlər, məzhəblər arasında getməsi haradasa bu söyləmi məntiqli olaraq göstərməkdədir. Şah İsmayıl, yalnız Təbrizdə 12 min sünni başı kəsdi. Suçları isə sadəcə sünni olmaq idi! O zamankı Təbrizdə əhalinin sayı 80 min idi, deməli, təqribən şəhərin dörddə birini məhv etmişdir. Digər tərəfdən, "Antiaxundov"un yazarı axundçuluğun nə olduğunu, hansı tarixi-ictimai şəraitdə ortaya çıxması ilə bağlı bilgi vermir. Axundçuluq zatən yazarın həsrətini çəkdiyi Səfəviliyin nəticəsidir. Necə? Qızılbaşlıq Anadolu Ələviliyinin siyasiləşmiş şəklidir. Ələvilərin islam hüquq sistemini anladacaq kitabları yox idi. Yəni Ələvilikdə fiqh elmi mövcud olmamışdır. Klassik dövlətlər isə din mərkəzli qurulduğu üçün dinin siyasi fəlsəfəsini oluşduran sistem lazım idi. Bu sistem sünnilikdə var idi, ancaq ələvilikdə yox idi. Bu üzdən də Səfəvi dövləti qurulduqdan sonra fars milliyyətçi mərkəzli şiə fiqhi tərəfindən həzm edildi. Şəhər həyatının nə olduğunu bilməyən köçəri qızılbaşlar mürşidi kamillərinin əmri üzərinə Azərbaycanda şəhər həyatını məhv etdilər. Daha sonra da bəyliklərin idarə heyəti olan Lalalıq (Lələlik) quruluşu da 1508- ci ildə Şah İsmayılın əmrinə əsasən ləğv edildi. Onun yerinə “Vəkili nəfsi hümayuni“ oturduldu. Qızılbaşlar şah İsmayılın bu davranışlarına etiraz olaraq şah tərəfindən təyin edilmiş 5 fars valisinə terror etdilər. Bu dəfə də türklər Səfəvilik adı altında və şah İsmayılın “mehdiliyi“ sayəsində farslara yem edildilər. Şah İsmayıl dövlət fəlsəfəsini şiə mərkəzli oluşdura bilməsi üçün Livanın küçələrində sülənib dərvişlik edən şiə axundlarını Təbrizə dəvət etdi. Bunların başında Məclisi ailəsi dururdu. Məclisi ailəsi Səfəviliyin siyasi fəlsəfəsini tam şiə kimliyi üzərinə oturtdu. Məhəmmədbaqir Məclisinin 110 cild olaraq yazdığı „Bəhar-ül ənvar“ kitabının sadəcə bir cildi bir milləti və bir tarixi qaranlığa gömmək üçün yetərlidir. Bütün Səfəvi tarixi boyunca bu kitablar məscidlərdə tədris edilirdi. Məclisinin dədələri Livanda dərvişlik, dilənçilik edib yaşayardılar. Şah İsmayılın hesabına Səfəvi dövlətində feodallara dönüşdülər.

Səfəviliyin kökünü Böyük Nadir Şah qazmaq istəyirdi, lakin o da terrorist qızılbaşlar tərəfindən öldürüldü. Beləliklə, Səfəvi aristokratiyası 4 qrupdan ibarət idi:

1. Saray.

2. Ordu.

3. Axundlar (islam tarixində ilk dəfə olaraq ).

4. Rəiyyət (kütlə).

Lakin zaman keçdikcə feodallara dönüşən axundluq institutu ordudan da daha irəli keçib və sarayla eyni statusa sahib oldu. Artıq savaşların baş verməsində ruhanilər də söz sahibi olmuşdu. Feodallaşan axundizm öz mənafeyi üçün savaş və ya barış üçün dini fətva çıxarırdı. Bu şəkildə Azərbaycanda şah İsmayılın zühuru ilə islamın mahiyyəti ilə heç bir əlaqəsi olmayan feodal axundizm institutu yarandı.

Anlaşıldığı kimi „Antiaxundov“ məqaləsinin müəllifi fərqində deyil ki, həsrətini çəkdiyi Səfəvilik və „mehdilik“ anlayışı axundçuluq kimliyini islam kültür sistemi içinə soxmuşdur. Rus strateqləri bunu çox gözəl bildikləri üçün Azərbaycanda şahismayılçılığın yüksəlişinə imkan yaratdılar. Çünki şahismayılçılıqla eyni zamanda həm islam dünyası, həm də türk dünyası parçalanmış oldu. Ruslara və farslara lazım olan da bu idi. Əgər bu gün İran şovinizminin beyni olan Rəfsəncani ölkədəki azərbaycanlıların milli hərəkatını boğmaq üçün şahismayılçılığa və səfəviyyətə sığınırsa, bu heç də təsadüfi deyildir. Çünki bugünkü fars milliyyətçi mərkəzli şiə dövlətinin ilk qurucusu şah İsmayıl olmuşdur. Bu səadəti bugünkü İran dövlətinin yönəticilərinə şah İsmayıl bəxş etmişdir. Bugünkü 30 milyon türkü fars şovinizminə təslim edən ilk zehniyyət şah İsmayıl olmuşdur. Azərbaycan türkcəsinin digər türkcələrdən təcrid edilib fasr dili qarşısında müdafiəsiz qalmasını sağlayan şah İsmayıl olmuşdur.

<FONT face=Arial size=3>Xomeynizm Səfəviliyin davamıdır

İran-İraq savaşında cahil toplumu cənnət xəyalı ilə aldadıb 12-13 yaşında uşaqları minaların üstünə göndərib ölümə yollayan xomeynizm yenə də şahismayılçılığın mövhumatına sığınmışdı. Xomeyninin özündən başlamış bütün axundlar cümə namazında şah İsmayılın etdiyi bir işi bu şəkildə cahil kütləyə nəql edirdilər: ”Şah İsmayıl Kərbəlanı aldıqdan sonra Hz. Hüseynlə bir yerdə şəhid olan Hürrün qəbrini açır. Baxır görür ki, o zaman Hürr yaralananda Hz.Hüseynin onun yarasına basdığı dəsmal elə yaranın üstündə durmaqdadır. Dəsmalı yaranın üstündən götürdükdən sonra qan axmağa başlayır. Dəsmalı nə qədər yerinə qoyur ki, qan axmasın, bacarmır və İsmayıl xəta etdiyini anladığı üçün adını Xətai qoyur!” Axundlar İran-İraq savaşında ölənlərin ”şəhid” olduqları üçün Hürr kimi ölməzliklərini qoruyacaqlarını bu şəkildə təbliğ edirdilər. Ölkənin sərmayəsini ələ keçirmiş axundlar milyonlarca insanı öz mənafeləri yolunda qurban verdilər. O savaşda əsgər olaraq mən də yaralandım. O zaman axundçuların İsmayıl Xətaidən nəql etdikləri bu əfsanəyə inanmırdım. Ancaq daha sonra şah İsmayılı və o dönəmi ciddi şəkildə öyrəndiyim zaman onun şeirlərində bu hadisəyə rast gəldim. Şah İsmayıl Xətai bir qəzəlində bu macəranı bu şəkildə anladır:

Ey müsəlmanlar,

əsiri zülfi yarəm doğrusu,

Bir sitəmkarın əlindən

biqərarəm doğrusu.

Derdim ol dilbər yanında

etibarım var mənim,

Yoxladım etdim yəqin,

bietibarəm doğrusu.

Şah Xətai gəştə çıxdı,

açdı Hürrün qəbrini,

Bar ilahi əfv qıl,

kim tövbə karəm doğrusu.

Gəlin, bu məsələyə ağlın mühakiməsi ilə baxaq. Niyə İsmayıl Hürrün qəbrini açır? Bu səlahiyyəti ona kim verib? İsmayıldan 900 il öncə ölmüş bir adamın qanı hələ də axa bilərmi? İsmayıl Hürrün qəbrini necə tapıb? Çünki o zaman öldürülənlərin bir çoxunun məzarı belə, bəlli deyil. Kərbəla hadisəsində şəhid edilənlər bir bıçaqla öldürülmədilər ki, yarasına dəsmal qoyulsun. Məsələn Hz. Hüseyn şəhid edildikdən sonra başını kəsib Şama .rdılar. Digərləri də bu şəkildə namərdcə öldürüldülər. Özəlliklə Hürr öz ordusunu buraxıb Hz. Hüseynin tərəfinə keçdiyi üçün onu param-parça etdilər. Demək ki, nə İsmayıl Hürrün qəbrini açmış, nə də orada dəsmal-filan olmuş. İslamiyyəti bu gün öz mənafeləri yolunda kullanan axundlar kimi o zaman da islamiyyəti mərsiyəxanlıq, xürafat səviyyəsinə endirən Səfəviyənin oyunbazlığıdır bu. Çünkü heç bir tarixi qaynaq bu hadisəni yazmır. Şah İsmayıl demiş və qızılbaş müridlər də inanmış, vəssəlam. Səfəviyənin şəbeyxanlıq, sinə və zəncirvurma səhnələrini oluşdurmaq üçün uydurulmuş yalanlardan bir nümunəsidir bu. Səfəvilikdən tarix üçün miras qalan xürafatlardır. İnsan ağlının çevrəsinə qaranlıq hörmüş, onun gəlişməsini əngəlləyən xürafat.

Hər bir fenomen tarixi dövr içində öz taleyini, eniş və yüksəlişini yaşayar. Öncə bunu bildirək bir var islam kültürü, bir də var islamın zaatı. Məsələn, həcc, namaz, qiblə kimi hadisələr islam kültürüdür. Örnək olaraq, qiblənin Hz. Məhəmməd tərəfindən Beyt-ül müqəddəsdən Kəbəyə tərəf çevrilməsi islamın cövhərində heç bir şeyi dəyişdirmədi. İslam kültürü ümumən kütlə davranışlarını əyarlayan amillər kimi görünməkdədir. Məsələn, bir çox təsəvvüf cərəyanları islam kültürünü qəbul etməmişdir. Bu kültür tarixi sürəc içində isə özünü dəyişik şəkillərə salmışdır. İstər coğrafi, milli fərqliliklərdən qaynaqlanan, istərsə məzhəblərin təsisçilərinin özəl görüşləri fərqli kültür ortaya qoymuşdur. Bunun ən açıq örnəklərini şiə-sünni fərqliliklərində görməkdəyik. Səfəviliklə eyni zamanda fərqli islam anlayşı ortaya çıxdı. Bir şəhər dövləti olan Qaraqoyunlular islam dünyasında yayğın olan islam anlayışı ilə dünyanı görürdülər. Anadolunun susuz bozqırlarından gəlib Təbriz şəhərinə soxulan köçəri qızılbaşlar islamın şəhər anlayışını dəyişdirdilər. Məsələn, Hz. Məhəmmədin ən çox sevdiyi Hz. Ayişə Səfəvilərdən etibarən əxlaqsızlığın rəmzi kimi göründü. Təbrizdə bələkdə olan Ayişə adlı qız uşaqlarının da başını kəsdilər. Ayişə sözü Səfəvilər tərəfindən fahiş

Antiaxundov

Həmid Herisçi,

İlhamiyyə Rzayeva

marakaqol@rambler.ru

TEZİS-ANTİTEZİS

80-ci illərin sonunda, bizi axmaq yerinə qoymuş yenidənqurma qasırğası Sovet məmləkətini təzə-təzə silkələdiyi dönəmdə- muştuluğumuzu verin! - Azərbaycan Yazarlar Birliyinə qardaş Latviyadan aşağıdakı məzmunlu bir mübarək məktub gəlir: "Hörmətli yoldaşlar! Bizim latış ədəbiyyatını qardaş sovet xalqları ailəsinə daxil olan digər xalqların dilinə tərcümə etmək, bu sahədə tərcüməçilər yetişdirmək fikrindəyik. Xahiş edirik, Riqaya iki istedadlı şair göndərin ki, onlara latış dilini öyrədək".

Tezliklə iki gənc yazar- şair Vəli Səyyadi, nasir İlyas Ərnəfəs şələ-küləsini belinə yığıb səfərə hazırlaşır, yaallah, lazımı təyinatla uzaq Baltika sahillərinə yollanır Bakının kirli-zibilli "Sabunçu" vağzalından.

Hər iki istedad sahibini yaxşı tanıdığıma görə həmin şad xəbəri eşidincə sevincim yerə-göyə sığmadı: " ay can, Riqaya gedib-gəlməyə əlimə yaxşı girəvə düşdü, Allahdan qismətimmiş, gərək bu imkandan dibinəcən istifadə edim, SSRİ-nin Avropasını görüm, bilim dünyada nə var, nə yox". Mətləbi çox uzatmayaq, az sonra mən də yoldaşlarımın arxasınca özümü verdim Baltik dənizinin soyuq sahillərinə.

Dostlarım pürrəngi çay dəstgahını yadırğayıb, ətirli qəhvəyə keçdikləri vaxt mən artıq Riqadaydım.

Vəliynən İlyas başınadöndüklərim Riqada tələbə həyatının bütün dramaturgiyasını var gücləriylə yaşadıb inkişaf etdirirdilər- şəhərin baş kilsəsinə həsədlə uzaqdan-uzağa baxar, yerli şairləri bir zibil bilməz, yaxındakı ərzaq dükanına baş vurub bir-iki şüşə araqla səliqəli yataqxanaya qayıdar, səhərəcən ədəbiyyat haqda özü kimiləriylə söz güləşdirərdilər.

Səhərin yerini günortaya verib gec vaxtlar yuxudan oyanar, başları dumanlı, sifətləri solğun şəkildə bir müddət çaş-baş qalar, öz adlarını xatırlayınca ayıldıqlarını hiss edərdilər. Belə vaxtlarda İlyas həmişə əsnəyə-əsnəyə əlinə alman filosofu Arnold Şpenqlerin "Avropanın qürubu" əsərini götürər, başlardı onu bittə-bittə, vərəq-vərəq oxumağa.

Həmin andaca kimsə latış ləhcəsiylə rus dilində səslənərdi:

- İlyas, Avropa yox, sən qürub edirsən günortanın bu vaxtında!

* * *

Hə, vaxtı çox uzatmayaq, şirin xatirələrimə daldığım daha yetər. Onların yumşaq yerinə bir təpik! İnnən belə sizlə fəlsəfi-nəzəri söhbətlər edəcəm ancaq, Arnold Şpenqler barədə daha geniş miqyaslı bir söhbətə dəvət edəcəm hamınızı. XX əsrin ilk rübündə alman beyinlərini silkələyən bu mütəfəkkir-alimin baş qayəsi, belə deyək, çox da qəliz deyildi: Dünya tarixi, bir-biriylə qətiyyən əlaqəsi olmayan mədəniyyətlərin çiçəklənib sonra qürub etməsi ərafında cərəyan edib. Qısaca, mədəniyyətlər doğulur, yaşayır, axırda qocalıb ölür…

Bəli, Şpenqlerin bu tezisi bütün XX yüzil boyu çaşqın beyinlərə, hətta İlyas Ərnəfəsə belə dinclik vermədi, hamı Avropa mədəniyyətinin ölümə məhkum olduğu qənaətinə baş əyib pessimizmə yuvarlandı. Ətirli qəhvədən bir-iki udum alıb SSRİ-nin süqutunadək susmaq qərarına gəldi.

XX əsrin sonunda təxminən həmin fikirlərin bir başqa cür təbliği Frensis Fukayamanın "Tarixin sonu" əsərində təkrarlandı- yenə də pessimizm, yenə də çaşqınlıq, "ideya, mərkəz, insan, Allah, ədəbiyyat, müəllifin ölümü" barədə cansıxıcı söhbətlər. Postmodern boşboğazlıq…

Bəli, Şpenqler də, Fukayama da ortaya tul.yı bir saqqız, elmi dillə desək, "tezis" atıblar. Ancaq biz sovet adamlarıyıq ee, "Gənc qvardiya" qasırğasından çıxmış sovet adamları! Vaxtilə elmi kommunizmdən imtahan vermişik, bilirik ki, dahi alman filosofu Heqelə görə, "tezis" olan yerdə "antitezis" də var! "Sintez" isə onların mübarizəsindən sonra yaranır. "Dialektika" elmi, yaxşı bilin, məhz onların ziddiyyətindən-vəhdətindən doğulur, ay yazıqlar.

Lenin, Trotski həmişə buna itaət ed<

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Dostumuzun yuxarıda yerləşdirmiş olduğu yazıya Ağalar Məmmədovun münasibətini sizlərə təqdim edirəm

Ağalar Məmmədov

aghalar_mammadow@yahoo.de

Ağalar Məmmədov

ANTİ-ANTİAXUNDOVÇULUQ

HERİSÇİ İLƏ GƏNCALP POLEMİKASINA REPLİKA

Assosiativ təfəkkür vərdişlərinə malik olan H. Herisçi mənə görə qeyri-ciddi müəllif olduğu üçün onun yazılarını nadir hallarda, təsadüfdən-təsadüfə oxuyaram. Amma “Alma”nın ötən sayında G. Gəncalpın Herisçinin tezisinə antitetik cavabını oxuduqdan sonra mən Herisçinin yazısını da oxumalı oldum. Təbii ki, Gəncalpın antitezisi Herisçinin tezisindən qat-qat maraqlı idi. Amma o tezisə bu boyda antitezis yazmamaq da olardı. Ancaq hər halda Gəncalpın antitezisi Herisçinin tezisini, daha doğrusu, şiəçiliyi ustalıqla ifşa edə bilib. Bundan ötəri ona təbrik və təşəkkür düşür. Gəncalp Herisçidə dişə dəyən bir şey saxlamasa da, amma yenə də deyilməmiş nələrsə yenə qalıb və əsas odur ki, bu polemikada təzə mövzular əmələ gəlib.

AXUNDOVA ANTİ-TEZİS

Polemika mövzularından biri Axundovun antitezisinin olub-olmamasıdır. Herisçi əvvəlcə Axundovun antitezisinin olmadığını deyir, sonra da deyir ki, yox, var və bu da H. Camaldır. Gəncalp isə deyir ki, Axundovun antitezisi çoxdan var və bu bütün Şərqin qaranlıq tarixi, islam cəhalətidir və s.

Əvvəlcə “elmi kommunizmdən imtahan” verməyənlər üçün deyim ki, Hegel fəlsəfəsində konseptual antitezis ilə tarixi antitezis bölgüsü var və bunlar ayrı-ayrı şeylərdi. Bunlar üst-üstə düşə də bilərlər, düşməyə də. Zənnimcə Herisçi də, Gəncalp da Axundovun antitezisi məsələsində yanılıblar. Belə ki, bütün Şərqin qaranlıq tarixi Axundovun konseptual anti-tezisidir, tarixi anti-tezisi yox. Çünki tarixi anti-tezis xronoloji baxımdan Axundovdan sonra gəlməlidir və həm də bu, azərbaycandilli kültür məkanında ortaya çıxmalıdır. Axundovun tarixi antitezisi isə son illərdə ölkəmizdə başlanmış və hələ ki yüksələn xətt üzrə inkişaf edən və hamımızı da narahat edən ideoloji re-islamizasiya prosesidir. Zənnimcə, Herisçi Axundovun antitezisi yoxdur deyərkən (özü də başa düşmədən), Axundovun tarixi antitezisini nəzərdə tutub. Sonra da olmayan şeyi Camalda tapıb. Amma Herisçinin təqdimatındakı Camal Axundovun antitezisi yox, özündə Axundovdan da, islamdan da nə(lər)sə yaşadan sintezidir.

Dinin iki mənası var: 1. Transsendent (buna allah da deyə bilərsiniz) ilə insan arasında insanın daxilində yaşanan əlaqə, başqa sözlə, fərdi mistik-sakral təcrübə kimi din və 2. Transsendent (allah da demək olar) ilə insanlar arasında kütləvi-ictimai təsisat kimi din. Demək olar ki, bütün dinlərdə bunların arasında daim konflikt var. İslamda da həmçinin. Herisçinin fikrincə, guya Axundov islamda sadəcə klerikal sinfi, yəni yuxarıdakı bölgüdə ikinci mənada dini tənqid etmişdir. Bu, qətiyyən düzgün iddia deyil. Axundov islamda təkcə molla sinfini deyil, dini hər iki mənada, bütövlükdə rədd etmişdir. Onun antiklerikalizmi ateizm olub. Amma bəs, görəsən, Axundov niyə təhrif edilir, bu səhv təsadüfdürmü, yoxsa qanunauyğun? Cavab verim:

Ümumiyyətlə, son illər, müstəqillik dövrümüzdə Azərbaycan maarifçilərini sadəcə antiklerikalist (anti-mollaçı) saymaq dəb olub. Bu, o deməkdir ki, guya Azərbaycanda indiyədək nə qədər din əleyhdarı yazar olubsa, onların hamısının hədəfi əlitəsbehli mollalar olub, guya islam dininin özü olmayıb. Başqa sözlə, sən demə, Axundovlar, Zərdabilər və başqaları gizlincə oruc tutar, namaz qılarmışlar, hətta deyəsən, həccə getmək arzuları da varmış. Guya onların məqsədi islamı düzəltmək imiş, belə lap açıq desək, Azərbaycan maarifçiləri islam islahatçıları imişlər. Eyni təfəkkür tərzi ilə biz Babək Xürrəmdinə yanaşmada da rastlaşırıq. Deyilir ki, Babək ərəblərə qarşı müharibə .rırmış, islama qarşı yox. Məqsəd aydındır və eynidir: dini qorumaq. Herisçi Camalın geydiyi anti-mollaçı din islahatçısı donunu Axundova da geyindirmək cəhdi ilə həmin mövqeni tutmuş və özünü yandırmışdır.

Herisçinin təqdimatındakı Camal bizim üçün ona görə qəbuledilməzdir ki, o, Axundovun varisi yox, Axundovla islamın sintezidir.

Herisçinin dediyindən belə çıxır ki, guya islamın evini yıxan klerikal sinfi imiş. Guya islamın adını batıran yazıq mollalar imiş. Əvvəla, bu, tamamilə yanlış iddiadır. İslamın evinin yıxılma səbəblərini öyrənmək üçün ərəblərin islamdan əvvəlki kulturalarını, Quranı, islam tarixini, islam fəlsəfəsini, ideoloji islamı öyrənməkdən başlamaq lazımdır. Herisçi yazır ki, Qurana əsasən islamda klerikal sinif yoxdur. Əvvəla, islam dinində Quranın indi hansı rolunun qaldığını heç kim bilmir. Belə tutuşdurmaya qalsa, Quranda olub, islamda olmayan və islamda olub, Quranda olmayan o qədər şey sadalamaq olar ki. İkincisi, başa düşmək olmur, məqsəd islamı xilas etməkdir, yoxsa bizi? Bu Camal əgər islamı xilas etmək istəyirsə (bu adda bir kitab da yazıbsa və Rusiyada özü üçün İslamın Renessansı Partiyası da qurubsa) və bunun da yolunu dində klerikal sinfi aradan qaldırmaqda görürsə, onda bu problematikanın ümumiyyətlə bizə nə dəxli var? Bu missiyanın Axundov irsinə nə dəxli ola bilər? Biz ki, dinin dərdinə çarə yox, dinin bizə yoluxdurduğu dərdlərin çarəsini axtarırıq. Bizə nə Camalın dərdindən?

Herisçinin Axundovu əsasını hansısa erməni əsilli adamın qoyduğu masonluğa calamaq kimi cəhdi, indi hətta tələbələrimizdən də tez-tez eşitdiyimiz “hər bir islam tənqidinin arxasında bir yəhudi barmağı var” nəqaratının cırıltılı səslə katafaziyasıdır. İslamı tənqid edənlərin farmazon (frank mason) adlandırılması təzə söhbət deyil. Sovet analiz üsulunun bir cəhəti də ondan ibarət idi ki, münasibət bildirən tərəf əvvəlcə predmetin ideoloji mənşəyini müəyyən etməyə çalışırdı. Sovetdən qalma bu təhlil üsulu Azərbaycanda indi də çox yayğındır. Buna elmi ədəbiyyatda “ad hominem” (“şəxsə görə”) analiz də deyilir. Yəni fikir müəllifinin fikrinin məzmununu və dəyərini, bu fikrin müəllifinin şəxsiyyətinə görə müəyyən etmək. Siyasi mübarizədə şəxsi kompramatlardan istifadə edilməsi də bu üsulun siyasətdəki davamıdır.

GÜNAH YALNIZ ŞİƏDƏDİR?

Gəncalp öz dəyərli mətnini Herisçinin daha çox mehdiçilik tezisinin tənqidi üzərində qurduğu üçün yalnız şiəliyi döymüşdür. Amma təəccüb doğuran budur ki, o, şiəliyi tənqid edərkən, Qurana və hədislərə də istinad etmişdir. Onda buradan Herisçinin mətnindən çıxan nəticəyə oxşar bir nəticə çıxa bilər ki, sanki din yaxşıdır, problem başqa yerdədir, daha doğrusu, dinin şiə təfsirində.

yazını tam şəkildə oxuyun

onu da qeyd edim ki, bundan önceki yazı da "ALma" qezetinde derc olunmuşdu...

never GIVE UP!

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 7 months later...

"Antiaxundov" yazısı üzərinə tənqidi baxış" meqalesi ile menim coxdan tanishligim var ve bunu ilk oxudugum meqamda teessuratlarimi muellifin ozune de bildirmishem.

Indi bu forumda bu meqale ile elaqedar muzakireler .rildigini mueyyen edib yene de fikrimi sizlere de melum etmek isteyirem.

1-si bele hesab edirem ki, muellifin boyuk klasбиипiz Mirze Feteli Axundova istinad edib her hansi qerezli fikirlerine don geyindermek cehdi hec bir meneviyyata sigmayan bir ishdir. Menim fikrimce, muellif shiye muselmanlar ve shiye teriqeti baresinde oz subyektiv ve qerezli fikirlerini oz adindan ifade eleseydi bu daha duzgun olardi, neinki M.F.Axundovu da ozunun bu cirkin emeline sherik etmek. Bir ozunuz bu muellifin yazdigi ashagidaki fikre diqqet yetirin :

Meselen, Sefeviler doneminde yazilan dini kitablarin ve dini tefsirlerin bircesi bele kifayetdir ki, bu millet ebedi olaraq qaranliqdaq qalsin

Изменено пользователем nizami63

Salt?kov-?edrin : Son vaxtlar yaman v?t?np?rv?rlikd?n d?m vururlar. Dey?s?n, v?t?nd? o?urluq ba? al?b gedir...

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...