Azer777 Опубликовано: 6 мая, 2008 Жалоба Share Опубликовано: 6 мая, 2008 (изменено) Lutfən,bu istedadlı yazarın talyinə biganə galmayın.Onun şeir və yazılarını tapıb burda yerləşdirmənizi xahiş edirəm. Öz növbəmdə satirik yazarın azadlıg gəzetində bu yaxınlarda dərc olunmuş bir hekayəsini nəzərinizə çatdırmagı ozumə borc bildim. Allah onu bu zindandan gurtarsın Mizə Sakit Meyit özbaşənalıgı Mirzə Sakit aprel 2008 Əbu-Qureyb ANS TV-nin saat 12 "Xəbərçi" proqramında .rıcı qız Yelena Sidarenkonun verdiyi qəfil xəbər müxalifətçiləri əməlli-başlı hərəkətə gətirdi: -"Azadlıq" qəzetinin həbsdə olan satirik yazarı Mirzə Sakit cəza çəkdiyi həbsxanada vəfat edib. Mərhumun meyidi artıq morqa gətirilib. (əvvəli dünənki sayımızda) - A molla, bir dayan görüm, dirilibsə, çox gözəl. Deməli, mənim işim düzəldi. Hüzür üçün dananı məndən nisyə almışdılar. Indi ki, dirilib, özü qazanıb verər, daha niyə bu bədbəxti öldürürsünüz? Molla qəzəbli səslə ucadan bağırdı. - Sən Islam dininin əleyhinəmi gedəcəksən. Ey əhli-müsəlmanlar, Allah-təalanın bizə göndərdiyi mübarək Qurani-Kərimdə hər bir yarananın dünyasını dəyişməsi haqda cild-cild, qalaq-qalaq yazılar yazılıb. Hərçəndi, bu yazılanlara bəzi bəndeyi-cahillər məzəmmətlə yanaşırlar, əmma ki, o şəxslər elə bu dünyada cəhənnəm odunda yananlardır. - A molla, məgər bu dünyada cəhənnəm var ki, orda da yansınlar - deyə, AXCP mətbuat xidmətinin rəhbəri Isaq Əvəzoğlu dilləndi. - Bəli mənim oğlum, var. Misal üçün götürək, elə o qıpqırmızı cəhənnəm yuvası kimi bəzədilmiş və tər-təzə libaslı Milli Məclisi. O adamlar ki, rahat kreslolarda əyləşib köntöy-köntöy danışırlarsa, o özlərindən bixəbərlər nəyin fərqində olduqlarını bilmirlər. Cəhənnəmdə də bütün diktələr yuxarıdan gəlir ey dini bir, dili bir qardaşlarım... Əslində, molla qorxurdu ki, ölü dirilər hüzür pulun ala bilməz. Sonra da məsciddə axunda faiz məsələsi var axı. Kəsə, sözün qısası, l.tkanı gətirdilər. Molla, Isaq Əvəzoğluna buyurdu ki, l.tkanın sapının arxası ilə ölünün başından vursun. Isaq dedi yox. Mənim əlim gəlmir, nə qədər olmasa, Mirzə Sakitlə bir neçə dəfə nərd oynamışıq. Həmişə də mən uduzmuşam. Molla özü l.tkanı əlinə alıb sapı ilə meyidin alnının ortasından nətəəri vurdusa, meyidin o biri gözü də açıldı. Sonra dodaqları aralandı. Dişləri görünəndə elə bildilər ki, meyid artıq tam dirilib gülür. Mollaqarışıq hamı eşiyə qaçdı. Həyətdə Fuad Mustafayev məsləhət gördü ki, meyidin kəlləsinin ortasından qalın bir stəkanla vursunlar. Əvəz Temirxan isə: - Fuad bəy, stəkanı probdan çıxartdın da qardaş, alınmır. Ən yaxşısı güllədir - dedi. Bu vaxt içəridən xoş bir musiqi səsi gəldi. Səhv etmirəmsə, Sibel Canın "Burakın yaram kanasın" mahnısı səslənirdi. Hamı donuq vəziyyətdə bir-birinin üzünə baxdı. Fikirləşdilər ki, yəqin meyid tam şəkildə dirilib televizoru işə salıb. Camaat yavaş-yavaş otağa doğru irəllədi. Içəri girəndə meyidin gözlərini yumulu, ağzını bağlı, uzanmış halda gördülər. Amma musiqi səsi hələ gəlirdi. Səsin gəldiyi səmtə tərəf gəlib meyidin baş tərəfində yerə düşmüş əl telefonunu görəndə mollanın yadına düşdü ki, bayaq meyidi "öldürmək" istəyərkən onun telefonu yerə düşübmüş. Sevincək: - Mənim telefonumdu, - deyərək güldü. Murad Köhnəqala əsəbi halda qışqırdı: - Ayə, sənin molla boyunu yerə soxum. O nə mahnıdı ə, telefona yazdırmısan. Gözün kordurmu, ölkə müharibə vəziyyətindədir? - A bala, hakimiyyət orduda korrupsiyanın çiçəkləndirirsə, xalqı uzun illərdir aldadırsa, camaatın başını körpü tikməklə qatırsa, hər seçki öncəsi özlərinə yaxın sirdaşları bildikləri və yaman günlərində dadlarına çatan Sergeylərindən kömək umurlarsa, bə mən nə etməliyəm? Keçən seçkilərdə Daxili Işlər Nazirliyinin içindən Hacı Məmmədov boyda bəla çıxdısa, indi də MTN-dən neçə çovdarovlar çıxır. Indi də öz cinayətkarlarının cinayətlərinin üstünü ört-basdır etmək üçün hansısa məmur öz doğma nəslindən olan Sergeyin köməyindən yararlanır. Murad mollanın hər şey barədə məlumatlı olduğunu zənn etdiyindən artıq söz demədi. Bircə onu dedi ki, molla əmi, daha vaxtdır, meyidi yerdən götürmək lazımdır. Qəbristanlıq kəndə yaxın olduğundan cənazəni maşına qoymaq lazım gəlmədi. Qohum-qardaş onu yerdən qaldırıb yola düzəldilər. Qabaqda molla yasin oxuya-oxuya, camaat isə cənazənin arxasınca irəliləyirdilər. Qəbristanlığa çata-çatda qara pərdəli bir "Cip", bir dənə də "Qazel" cənazənin qabağını kəsdi. Maşının içindən qara eynəkli, bazburutlu, kəlpeysər-kəlpeysər adamlar tökülüşdülər. Onlardan bir nəfəri cibindən vəsiqə çıxarıb ölü yiyəsinə təqdim etdi. Sən demə, bunlar MTN-nin əməkdaşları imiş. Qarnıyoğun nəfər dedi: - "Biz MTN-nin əməliyyat şöbəsindənik. Bu da icazə və əmr vərəqələrimiz. Biz meyidi yoxlamaya .rmalıyıq. MTN-nin Şamaxı rayon şöbəsində yoxlama qurtardıqdan sonra meyidinizi götürə bilərsiniz". "El ağsaqqallarından" biri irəli yeriyib söylədi: - Camaat, hökumətlə hökumətlik etmək olmaz. Bunlar bir şey bilməsə, deməzlər. Bir də ki, xalq hər şeyi bilməlidir. MTN-çilər meyidi ustufca Qazelə qoyub çıxıb getdilər. Camaat da qəbristanlığın ətrafında oturub gözləməyə başladılar. Murad dedi ki, gərək bir-iki nəfər hal şahidi qoşaydıq onlara. - Yox a bala, lazım deyil, onların özlərində o qədər hal şahidi var ki, itə tök. Səhərisi gün "ATV" kanalında MTN-nin və Respublika Baş Prokurorluğunun keçirtdikləri əməliyyat tədbiri nəticəsində əldə olunan dəqiq informasiyalardan ibarət birgə hazırladıqları məlumat, canlı olaraq ictimaiyyətə açıqlandı. "1959-cu ilin 19 oktyabrında Şamaxı rayonunun Qurttəpə kəndində anadan olmuş və 2008-ci il aprel ayının 31-də 14 saylı Cəzaçəkmə müəssisəsində ürək çatışmamazlığından vəfat etmiş "Azadlıq" qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitin meyidinə baxış keçirilərkən onun kəfəninin sol qoltuq hissəsindən 9 qram narkotik maddə olan heroin MTN-nin və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bu işə hal şahidliyi qismində Milli Məclisin 85 deputatı və Prezident .ratının üç məsul işçisi cəlb olunmuşdur. Bundan başqa əməliyyatçıların keçirtdikləri operativ tədbirlər nəticəsində o da məlum olmuşdur ki, meyid hələ evdə olarkən gözlərini açıb, bu da iki nəfər qadının qorxaraq şok vəziyyətinə düşməsinə səbəb olmuş, digər cinayət isə ondan ibarət olub ki, meyid mollanın telefonunu oğurlamağa cəhd etmiş, qərəzli şəkildə özünü meyid kimi .rmamış, ətrafdakıları xuliqanlıq niyyəti ilə qorxuzmuş, ovuclarının içinə baxış keçirilərkən sağ ovcunun içində döymə üsulla - "Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram" - sözləri yazılmış, ən başlıcası və ən qorxulusu isə sinəsinin üstündən iki ədəd qələm və dəftər (o dünyadakı yapçılara həcvlər yazmaq məqsədi ilə) və nəhayət meyidin israfçılığa yol verərək, kəfənini 15 sm normadan artıq eləməsi bizə deməyə əsas verir ki, meyidə cinayət işi qaldırılsın. Ağır Cinayətlərə Dair Işlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə keçən məhkəmə prosesində sabiq vətəndaş "Meyid" Mirzə Sakit, Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə 7 il (narkotik maddələrin qanunsuz satışı), 221.1.2 maddəsi ilə 2 il, 177.2.3 maddəsi ilə 2 il (saxlanc yerinə qanunsuz girmə), 179.2 maddəsi ilə 1 il (israfçılıq) 165-ci maddə (ovcundakı yazıya görə: Müəlliflik hüququnu pozma) 1 il və 147-ci maddə ilə 1 il müddətinə onun qəbrinə ziyarətolunmadan məhrumetmə cəzası təyin olunub. CM-nin 67-ci maddəsinə əsasən qəti olaraq törətdiyi əməllər toplanıb üst-üstə 14 il hesablansın. Hökmdən Apellyasiya şikayətinə ancaq axirət dünyasında baxıla bilər. // Изменено 6 мая, 2008 пользователем Azer777 Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
vetendash1 Опубликовано: 14 сентября, 2008 Жалоба Share Опубликовано: 14 сентября, 2008 Gozel yazib. Azer777, qardash, Mirze Sakitin meqalelerini burada yerleshdirsen, savab ish gorersen. Цитата Non est Azerbaijan sine Karabagh! Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Azer777 Опубликовано: 20 октября, 2008 Автор Жалоба Share Опубликовано: 20 октября, 2008 Mirze Sakit bu gun zindanda vehshicesine doyulub,gardashlar.Ana dilimiz bolumunde Ana Vetenimizin vicdanli evladlarina bigane galmayalim,gardashlar.Ana Vetenimizin onun kimi evladlari da Vetendir. Lutfen onun taleyine bigane galmayin. Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Azer777 Опубликовано: 21 октября, 2008 Автор Жалоба Share Опубликовано: 21 октября, 2008 MİRZƏ SAKİTİ TÜRMƏDƏ DÖYÜBLƏR Jurnalistlər satirikin həyatına təhlükə ilə bağlı piket keçirəcəklər Dünən “Azadlıq” qəzetinin əməkdaşı, satirik Mirzə Sakitin (Zahidov) həyat yoldaşı Rəna Zahidova Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində mətbuat konfransı keçirdi. Srağagün satirikin ad gününü keçirmək üçün övladları ilə birlikdə 14 saylı Cəzaçəkmə Müəssisəsində olan Rəna xanım əslində bu tarixlə əlaqədar başqa planları olduğunu xatırlatdı. Çıxışçı satirikin ad gününü ötən il olduğu kimi, daha öncə saxlandığı Böyük Şor müalicə müəssisəsində keçirmək istədiklərini vurğuladı. “Amma Sakiti müəssisəyə necə gətirmişdilərsə, eləcə də qəflətən, ayın 18-də türməyə qaytarıblar. Türməyə girən kimi əllərini qandallayıb döyüblər. Əsasən də böyrəklərindən vurublar”. Rəna xanımın sözlərinə görə, buna səbəb satirikin başının bir gün gec qırxdırılmasını xahiş etməsi olub. Həmin gün ad günü olduğunu, bu səbəbdən də yanına ailə üzvlərinin gələcəyini deyən Mirzə Sakit bu görüntüdə onların qarşısına çıxmaq istəmədiyini vurğulayıb. Türmə işçilərinin buna etiraz etməsindən sonra isə satirik türmə rəisi Ərşad Həsənovla görüşmək istədiyini deyib: “Rejim rəisi Elzamin Quliyev onu döyüb. Növbəti gün isə səhər-səhər dustaqlardan biri Sakiti, sonra da müxalifət nümayəndələrini təhqir edib, onu provokasiyaya çəkmək istəyib. Sakitin xətrini istəyən bir nəfər sonradan ona deyib ki, artıq başına çarə qıl, səni burda öldürmək istəyirlər”. “Azadlıq”ın baş direktoru Azər Əhmədov isə hələ iki ay əvvəl satirikin saxlandığı cəzaçəkmə müəssisəsində təxribatla üzləşdiyini söylədi. Onun sözlərinə görə, elə həmin vaxt satirikin vəkili türmə rəhbərliyindən onu başqa cəzaçəkmə müəssisəsinə köçürməyi xahiş etsə də, buna əməl edən olmayıb: “Digər tərəfdən, Sakit müalicə müəssisəsində ayın 20-nə qədər qalmalıydı. Niyə ayın 16-da müalicəsini yarımçıq kəsib qaytarıblar? Bir vicdan məhbusunun əllərini qandallayıb, özünü də döyərək belə ”təbrik ediblər"? Hər iki təxribat olayında türmə rəisi orada qəflətən görünüb, guya ki, o, təxribata çəkənlərin “kars”a salınmasını tapşırıq verib. Halbuki sonradan həmin adamların “kars”a salınmadığı məlum olub". A.Əhmədov üzünü hüquq müdafiəçilərinə tutaraq, həbsdəki jurnalistləri azadlığa buraxmağa qadir olmasalar belə, heç olmasa Mirzə Sakiti başqa cəzaçəkmə müəssisəsinə köçürmələrini xahiş etdi. Hüquq müdafiəçisi Arzu Abdullayeva artıq bu məsələ ilə bağlı AŞ PA məruzəçisi Andres Herkelə, “Amnesti İnternational” təşkilatına müraciət etdiyini dedi. Hüquq müdafiəçisi həbsdəki jurnalistlərin müdafiəsində Söz Azadlığını Müdafiə Komitəsinin fəaliyyətini də qənaətbəxş saymadığını vurğuladı: “Gəlin bu duruma etiraz əlaməti olaraq piket keçirək, səsimizi çıxaraq. Gözləməliyik ki, onu öldürsünlər?” R.Zahidova isə “bu hadisədən sonra onun öldürüləcəyini gözləyirəm” dedi. A.Abdullayeva məsələnin hüquq müstəvisində həlli üçün bütün lazımi rəsmi instansiyalara müraciətin vacibliyini vurğuladı. Çıxışçı indiki mərhələdə beynəlxalq təşkilatlardan cavab gözləməyin, eyni zamanda aktiv addımlar atmağın tərəfdarı olduğunu dedi. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov isə bu gün Penitensiar Xidmətin rəhbərliyi ilə görüşəcəyini bildirdi. Tədbirin bu hissəsində “Milli yol” qəzetinin baş redaktoru Şahin Ağabəyli ilə E.Behbudov arasında polemika yaşandı. Hüquq müdafiəçisini daim təcridxanalardakı durumu tərifləməkdə, işgəncələr barədə danışmamaqda ittiham edən baş redaktor “hüquq müdafiəçilərinin Söz Azadlığını Müdafiə Komitəsindən istefa vermələri lazımdır” dedi. E.Behbudov isə öz növbəsində Azərbaycanda işgəncə faktını ilk dəfə cəmiyyətə çatdırdığını vurğuladı. “İşgəncəni mən bilirəm, sən yox” deyən Elçin bəydən sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hamını üzərinə düşən vəzifəni yerinə yetirməyə çağırdı: “Sakit kimi fiziki cəhətdən zəif, mahiyyətcə güclü insanın başına gələn bu olaya görə istefalar olmalıdır”. Tədbirin sonunda təşkilatçılar qərarlaşdırdılar ki, bu gün saat 15.00-də Ədliyyə Nazirliyi qarşısında piket keçirsinlər. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə satirikin döyülməsi faktını inkar etdilər. Şöbə əməkdaşları Sakitin həyatına heç bir təhlükə olmadığını dedilər. Şöbədən həmçinin bildirildi ki, satirikin başqa təcridxanaya köçürülməsi mümkündür. Günün sonunda E.Behbudov bizimlə əlaqə saxlayıb bildirdi ki, köməkçisi Dilafət Xəlilov dünən satirikin yanında olub. Mirzə Sakit E.Quliyev tərəfindən döyüldüyünü bildirib: “Mənə də öz imzası ilə kağız çatdırıb. Sabah (bu gün) Penitensiar Xidmətdə olanda bütün bu məsələləri qabardacam”. Sevinc TELMANQIZI Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Azer777 Опубликовано: 24 октября, 2008 Автор Жалоба Share Опубликовано: 24 октября, 2008 Oxuyun,gardashlar. Mirze Sakitin sherlerinden bir nechesini burda yerleshdirdim.Bunlara gore,sizce bir insani zindana salib ishgencelere mehkum etmek olar? Bayraqdari bayraqdar edən blog!!!!Əsas Səhifə Haqqında MİRZƏ SAKİT-Şerləri 1 bayraqdarFevral 6, 2008 2:14 Dur mənimlə yanaşı Qarın otaranlara Fikirləşib boş başını az qaşı, Kişisənsə, dur mənimlə yanaşı. “ Dərslərindən ” beş almısan, beş üstə, Nə deyiblər söyləmisən baş üstə, Şivən salıb ağlamısan leş üstə. Lap tutalım, sən “ ustadsan ” - mən naşı Kişisənsə, dur mənimlə yanaşı. Yazdıqların məddahnamə, bic əsər. Əsərində baş qəhrəman gicbəsər. Tulladılar qənşərinə - müxtəsər, Axşam-sabah kabab, plov, bozbaşı Kişisənsə, dur mənimlə yanaşı. Xəlvət yerdə nə var hədyan deməyə, Onun-bunun hesabına yeməyə. Qorxanları çağı rmaram köməyə Oğul istər təkcə qursun savaşı – Kişisənsə, dur mənimlə yanaşı. Sabunlanıb vəzifəyə “ ilişdin ” , Nazirlərlə əl tutanda irişdin. Yavaş-yavaş ticarətə girişdin Bəyənmirsən “ Mersedes ” i, “ tofaş ” ı Kişisənsə, dur mənimlə yanaşı. Heydərizm xalqı salıb dərəyə Baş aldadan dürmək verib hərəyə Ümüd qal ıb bir qarınlıq çörəyə Arzumanın nə əti var, nə aşı- Kişisənsə, dur mənimlə yanaşı. Nax çıvanda Vasif Xandan nə xəbər? Öyrənibmi heç olmasa “ ə zəbər ” . Yaman şişib bu “ savadlı ” bəxtəvər Medal verib, öndərləşən qaqaşı Kişisənsə, dur mənimlə yanaşı. Zənginləşdi... Baş əyənlər şeytana Əyməyənlər yuvarlandı zindana Qan tökülür kim tərəfdən meydana? Görmürsənmi Ramil kimi fərraşı Kişisənsə, dur mənimlə yanaşı. Türmədəyəm, meylin çəksə gəl qonaq, El dərdinə bircə günlük bir yanaq. Mən yediyim duzsuz, yağsız qay ğanaq. Nə olsun ki, sən tıxırsan qulyaşı Kişisənsə, dur mənimlə yanaşı. “ Parlamentdəki deputatlar xalq tərəfindən seçilsəydi, daha bura Azərbaycan ki... ” (Spikerin Vitsini) Qiyamət düşəcək Özü də mütləq... Nə yığırsızsa yığın, sonda qiyamət düşəcək. Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. Tuşlayıb azərilər göstərəcəklər qapını. Nə qədər gec ki deyil, qamçıla, tez sür yapını. Yoxsa Aydınla Mübariz süzərək “ Innabını ” , Ya klarnetdə ya qarmonda qiyamət düşəcək- Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. Sevinib cümlə-polislər də düşüblər həvəsə Üstəlik, guya “ Qorotdel ” də deyib - Birnəfəsə. Işdi, bağlansa əgər Ramili-Fərraş qəfəsə, Basabasdan mən ölüm, zonda qiyamət düşəcək – Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. Dedilər “ seçki Məzahir ” təpilib boş yeşiyə Doldurub bülletenin Emsekada hər deşiyə Qapısın cəftələyib, ölsə də çıxmaz eşiyə. Tapılar yol ora - Balkonda qiyamət düşəcək, Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. Y.rat rəhbəri zülmətdə yatan boz yarasa – Açılar sirri Yapın - Bircə qırıq qurdalasa Çıxacaq qos-qoca Murtuz hötə-hötnən trasa, Aradan çıxmağa “ abqon ” da qiyamət düşəcək- Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. Lənət olsun bu haramzadələrin hər kəsinə! Daraşı b bir sürü zat, azərilər ölkəsinə Sığınıblar hələlik, boş qazalağ kölgəsinə O da tərpəndisə - Faytonda qiyamət düşəcək. Dönəcək çərxi-fələk, onda qiyamət düşəcək. “ Xocalılar evsiz-eşiksiz qaldıqca,Elman Məmmədovun... Evləri vaar, ay aman, xana-xana...".(Tatyana Çaladze) QARA DƏFTƏR Seçki gəlir - Il qara dəftərdədi Mən ki dedim, bil, qara dəftərdədi Gülbalanın iştahı bərk qalxacaq, Əlibabanın heykəli lap artacaq, Əyri dey ən “ düz ” yeriyir cağbacağ, Düz danışan dil qara dəftərdədi. Mən ki dedim, bil, qara dəftərdədi. Baş polisin gözləri şişman tuluğ, Işləri getmir deyəsən, çox şuluğ. Zonda gəlib istədilər muştuluğ- Sən demə, Ramil qara dəftərdədi Mən ki dedim, bil, qara dəftərdədi Vergi y ığan gündə kəsir qapımızı, Şahmar ilandırsa, verin yarpızı. Boynu çuğundur kimi qıp-qırmızı, Pıs-pısa Fazil qara dəftərdədi. Mən ki dedim, bil, qara dəftərdədi. Göz dikilib bambılının taxtına, Püşk atılıb düşsə kimin baxtına, Azca qalıb BakSovetin vaxtına, Orda biri zil qara dəftərdədi. Mən ki dedim, bil, qara dəftərdədi. Həblə mənim söylədiyim zordumu? Gəl ora bax, yoxsa gözün kordumu? Çox uzanıb Kardinalın xortumu- Xalq da bilir, “ fil ” qara dəftərdədi. Mən ki dedim, bil, qara dəftərdədi. Bircə kərəm dur, kömək ol, Ya Əli! Təbliğatın silkələsin tənbəli. Falçı deyib - Donqaburun şəppəli, Ey dili-qafil, qara dəftərdədi – Mən ki dedim, bil, qara dəftərdədi. “ Müxalifətin qara dəftərində Aydın Mirzəzadənin adı 666-cı yerdədir ” (Əli Sovikape katibi) Bu millət Qiyamətə gəlib çatdı bu millət Aman Allah, yaman yatdı bu millət! Düşərli olmadı YAP-ın ayağı “ Öndər ” düzəltdilər daşdan...bayağı Zalım qabağında əsgər sayağı , Dik dayanıb farağatdı bu millət, Aman Allah, yaman yatdı bu millət! Iqtidarda harın xanlar, bəxt abad Xalqa zəhər, düşmənlərə qənd-nabat Şir tülküyə verməlidi hesabat Soy kökünü hara atdı bu millət? Aman Allah, yaman yatdı bu millət! Neçə nazir ermənidən yar aldı Sevişdikcə torpağı mız daraldı Yavaş-yavaş ağ günümüz qaraldı Ağ gününü nöş qaraltdı bu millət? Aman Allah, yaman yatdı bu millət! Məzən olsun, - Koroğlu da yalanmış Dınqıl sazım dınqıl - deyib, çalanmış Gedib gördük Çənlibel də talanmış. Igidliyin kimə satdı bu millət? Aman Allah, yaman yatdı bu millət! Odun kimi doldurdular maşına Od vurdular qurusuna, yaşına. Utanmadan bir-birinin başına, Torba tikib vızıldatdı bu millət. Aman Allah, yaman yatdı bu millət. Iblis gəldi kəsdirildi dal, qabaq Ismət getdi nə şal qaldı, nə p.q. Hanı Şuşa, hanı Laçın, Qarabağ, Dey ən yoxdu harda batdı bu millət? Aman Allah, yaman yatdı bu millət! Parlamanda Murtuz on il... göz vurub. Fikir verin sağ-solunda kim durub? Seçki vaxtı boş tuluğun doldurub, Bir bozbaşa səsin satdı bu millət. Aman Allah, yaman yatdı bu millət. “ Başbilənlər ” satıldılar paraya, Yarışmaqçün məddah girdi araya, Iti-qurdu doldurdular saraya, Sümüyünə nəyi qatdı bu millət? Aman Allah, yaman yatdı bu millət! Söz deməyə biri çı xmaz yüzündən Baş açmadıq əyrisindən, düzündən. Oğul-uşaq saxlamağı üzündən Öz-özünü axtalatdı bu millət. Aman Allah, yaman yatdı bu millət! “ Başbilənlərin vicdanı olsa, Novruz bayramında Şıxəli Qurbanovun ekranlarından düşməz ” . (Nuşirəvan Məhərrəmli) Rəbbim gələ, hakimləri saynan yığa bir gün Rəbbim kölə hakimləri saynan y ığa bir gün, Töksün gözünün yaşların ağ yaylığa bir gün. Taxtında durub hökmü sifarişlə dey ərkən, Dartıb dilin of, məngənələrnən sıxa bir gün. Onsuz bu qırışmallara qismətdi pay əndaz, Ləzzətlə baxardım ilişərkən yaxa bir gün. Gücnən məni məhkumluğa düçar eliyənlər, Azər də Lətifnən çəkilər çarmıxa bir gün. Vallahi edərdim onu “ xoşbəxt ” qazamatda Göndərsə mənim böyrümə dörd aylığa bir gün Haqsızlığa, alçaqlığa adətkar olanlar... Yəqin ki, cənab Əzrayıl ordan yıxa bir gün Qismətdisə gər, Mirzə qələmnən yenə bahəm, Vaxt- vədə çatar, ər kimi burdan çıxa bir gün SON SÖZ: “ Dustaq olmaq asandır, kişi olmaq çətindir. Sifarişlə hökm oxuyan namussuzdur..."(Ramiz Rzayev belə deyər, yəqin) 80 faizlik işğal Can veririk, canda da işğalçılıq Ölkədə hər yanda da işğalçılıq Kim nə, deyib yaxşı deyildirsə bəs, Yax şı deyib, amma eyibdirsə kəs! Burdakı zon Əl-Qüreyibdirsə, nəs Çöllü-biyabanda da işğalçılıq. Ölkədə hər yanda da işğalçılıq. Indi muğamatda da varmış qrip- Yekdi populyarlığa “ öndərklip ” . Barmağı Avtandilə kim əsdirib Şirmay ı qarmonda da işğalçılıq. Ölkədə hər yanda da işğalçılıq. Nuşirəvan A-en-esi bərk “ yoxladı ” – Guya amerkanlı gəlib saxladı. “ Zorxana ” nın “ Qulp ” u yaman laxladı- Qət-təzə Orxanda da işğalçılıq. Ölkədə hər yanda da işğalçılıq. Sülh yolu gündən-günə cəncəlləşir Bəxtəvər ATƏT də yaman “ əlləşir ” . Məmləkətin hər yeri heykəlləşir Fəxri xiyabanda da işğal çılıq. Ölkədə hər yanda da işğalçılıq. YAP Sovetin bir zədəsindən qalıb Hansısa gic rus gədəsindən qalıb. Durba kimin şah dədəsindən qalıb? Ax, Bakı-Ceyhanda da işğalçılıq, Ölkədə hər yanda da işğalçılıq. Zərrə qədər Parlamana yol güman, Çünki sədarətdə şişib ağtuman. Neyləyəcək indi yazıq Arzuman? Evdəki yorğanda da işğalçılıq, Ölkədə hər yanda da işğalçılıq. Azərbaycan torpağı neçə faiz işğal olunubsa, Fəxri Xiyabanın da o qədər faizi i (Qərib Məmmədov - TK) Istəmirəm belə öndəri! Yollar “ yaraşığı ” , dillər “ əzbəri ” – Qardaş, istəmirəm belə öndəri. Müftəxor ortada, millət qıraqda Müstəqillik sözü qalıb varaqda. Erməni urusnan kefdə, damaqda Hərdən güllələyir Tovuz, Tərtəri- Qardaş, istəmirəm belə öndəri. Kimin ki, əlində vardır ixtiyar “ Bolluqdan ” danışsın, qoy, xiyar-xiyar – Bakı gözəl şəhər, mehriban diyar- sən canın, yavaşca fırlan, gəl bəri- Qardaş, istəmirəm belə öndəri. Yazmışam, yazıram, yazacam müdam Cəlladın üstünə gedən cəlladam. Nə türmə, nə qəbir, eşit, ay adam! Qalsam da bir sümük, bir də gön, dəri- Qardaş, istəmirəm belə öndəri. Sən Allah qulaq as, bircə anlığa Barmeki saldılar zil qaranlığa. Özlərin qoyublar Öcalanlığa. Türkün şirkətinə kürdlər müştəri- Qardaş, istəmirəm belə öndəri. Doğsan üçdən bəri millətə ası Hər kənddə, obada atəşkəs yası. Ayaqdan Hacının muzdlu bandası Başdan Kardinalın sarsaq kəmtəri- Qardaş, istəmirəm belə öndəri. Cəbrayıl, Fizuli, Ağdam, Qubadlı, Zəngilan da uçdu - quş tək qanadlı. Nazirə kef verdi Haykanuş adlı... Xeybərin böyründə öldü Gülpəri Qardaş, istəmirəm belə öndəri. “ Dəlilər ” hay vurub seçdilər YAP-ı, Nigarçün Dubaya açıldı qapı. Çənlibel restoran, Qırat kor yabı Koroğlu Həmzənin oldu mehtəri- Qardaş, istəmirəm belə öndəri. Bir dəfə demişəm bir deyim daha: Polis narkobaron, nazir əjdaha. Heroin verirlər xalqçün iştaha Deyirlər tapşırıb ölkə rəhbəri- Qardaş, istəmirim belə öndəri. Sellədiz şırhaşır Bakı-Ceyhanı Bir dey ən yoxdu ki, bəs pullar hanı? Görəndə ölürəm, lap Murtuz canı Axdıqca neftçinin müftə qan-təri Qardaş, istəmirəm belə öndəri Orduda əsgərin ələngəsindən Donqarın növü çox - yox beləsindən, General zorbadır dağ kələsindən Bordanır getdikcə şişman peysəri- Qardaş, istəmirəm belə öndəri. Prokuror imansız, məhkəmə dinsiz Mini kəbinlidir, biri kəbinsiz. Elə toy tuturlar bəysiz, gəlinsiz Meşdibad əlacsız alır Sərvəri Qardaş, istəmirəm belə öndəri. Qaçqınlara öndərtalan, Rusyatdakılara göndərtalan, Avropadakı azərilərə isə intertalan veriləcək Əli Həsənov (Qaçkom) və Nazim Ibrahimov (Tutkom) 14-cü zondan ksiva - 8 Parlaman turşusunun lap duzu çoxdur dey əsən Eşələndikcə çıxır Murtuzu çoxdur deyəsən Daraşı b piyli davarlar doluşub yoncalığa Keçilər bir yana dursun, quzu çoxdur dey əsən Pilədikcən, ələdikcən seçilir zir-zibili Ha tükənmir ki tükənmir, tozu çoxdur dey əsən Kök atan bir dəli şeytan yeriyir üstümüzə Qıracaq milləti vah, buynuzu çoxdur dey əsən Dirəşib mərdimazarlar niyə çıxmır darıdan? Allah-Allah da dedik, donquzu çoxdur deyəsən Hacının həbsi ömürlükdüsə, bəs day ələri... Bata bilmir ona şah, “ ulduzu ” çoxdur deyəsən Nefti bol, benzini boldur niyə getmir bu təkər Köhnə komnist kimidir tormuzu çoxdur dey əsən O tərəfdən də Köçəryan qımışıb kartı sıxır Udacaq varisi vay-vay, tuzu çoxdur dey əsən Türmənin bir işi yaxşıdır ki, hər dəqiqədə heykələ-zada rast gəlmirsən ( “ Şpaqat ” Hacıbala) 14 saylı zondan ksiva - 5 DANIŞIR Kimi Adəm təki, bir başqası haf-haf...danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Milli Məclisdəki gombul, sarışın, bir də ki əng Yayxanıblar səmə, gic şəppəli üçlükdə zirəng Üyüdür köhnə dəyirman kimi çax-çuxla qəşəng Biri hədyan, biri şadyan, biri çox “ saf ” danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Belə mandatlıların lap qəmiş ölçüm boyuna Hər beşillikdə yığıb xalqı salırlar oyuna .ratdan verilir arpa-saman hər qoyuna Şoğərib ot və ələfdən məzə əllaf danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Qara millət qara günlər topalaşdıqca susub Cücərən tayfa-klan həddini aşdıqca susub Niyə Məmmədnəsir əppək bahalaşdıqca susub Arabir “ risqə ” gedib Seyyidi-Səyyaf danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Dünən axşam televizyonda görüb kardinalı Ay aman, mən yüyürüb tezcə çevirdim kanalı Fu sənə, burda da bir saz general baş xınalı Cocuğum söylədi bəs, ay dədə, - əclaf danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Çəkilən durba özəl, saxta siyasət bayağı Bişərəflikl ə gəlir qonşu şimaldan dayağı Doxsanüçdən bəri pah-pah, bizə naqqal sayağı Sözü boş, söhbəti bom-boş çənə “ sərraf ” danışır Dayanıb düz qulaq assan, o da laf-laf danışır Sifarişlə hökm oxuyan prokurorlarvə hakimlər əxlaqsız qadın kimi şeydirlər (Əbu Azər Ibn Oruc Əl Lətif) 14 saylı zondan ksiva - 4 Qocalmışlara Surəti Vaqif Səmədoğluna Səhər-səhər qarabağlı, salam verdi qaşqabaqlı Ürək açıq, qapı bağlı, mızıldandı pəncərədən Şair, nə tez qocaldın sən Millət x əstə, vətən xəstə, dərman qalıb hansı kəsdə Rəis, oxu bir Şikəstə, səs ucalsın məmləkətdən Şair, nə tez qocaldın sən Haray çəkdim, aman çəkdim, ox buraxdım, kaman çəkdim Elin dərdin yaman çəkdim, kömək gəldi özgələrdən Şair, nə tez qocaldın sən Qəm çəkməkdən saralmışam, zirvələrdən qar almışam Uzaq yerdən yer almışam, göz doymadı məhəbbətdən Şair, nə tez qocaldın sən Gündüzləri üsyan etdim, nə qazandım, nəyə yetdim Axşam olcaq evə getdim, səs gəldi ac körpələrdən Şair, nə tez qocaldın sən Hakimlərin azı-çoxu, sifarişlə yazdı çoxu Boz kardinal dedi oxu, hökm oxundu məhkəmədən Şair, nə tez qocaldın sən Şax dayandım mən məhbəsdə, məğrur olar şir qəfəsdə Azğınlaşan quduz dəstə, söz göndərdi tülkülərdən Şair, nə tez qocaldın sən 14 saylı zondan ksiva - 3 Burası Bayıl Surəti Rafiq Ramazanova Xəbər verim mən Bayıldan, salam olsun hər cayıldan Misir kimi “ Əzrayıldan ” – Orda da var, burda da var Salamlaşır karmuşkadan, bit tökülür paduşkadan Saxladığı hinduşkadan - Orda da var, burda da var. Xəstə qaldıq gündüz-gecə, qara çörək gəlmir vecə Morqdan gələn toyuq-cücə - Orda da var, burda da var. Rəis çıxmır kabinetdən, bərk yapışıb taburetdən Divardakı portretdən - Orda da var, burda da var. Sıx dayanıbdı “ bandası ” , zidhay deyir komandası Payladığı balandası - Orda da var, burda da var. Qlavvraç dərman sata, sançastda da pullu yata Təzə pulnan min manata - Orda da var, burda da var. Şmondakı hər çamadan, gəlib keçir yoxlamadan Islam kimi zırramadan - Orda da var, burda da var. Gah ora qaç, gah bura qaç, “ qrev ” gəlir sumkanı aç Beşcə şirvan hər peredaç - Orda da var, burda da var. Ağammədin sözü asta, “ sən öl ” vurur basabasda Bunun kimi toyda, yasda - Orda da var, burda da var. Əli məllim qəzetcıran, dəcəlləşib qulaqburan Şahsuvara yumruq vuran - Orda da var, burda da var. Rəfayılın bığı şeşə, baxan deyir kollu meşə Belə axmaq, sarsaq peşə - Orda da var, burda da var. Dustaqları əsir kimi, nazorları yesir kimi “ Ulu öndər ” Misir kimi - Orda da var, burda da var. Iraqın Əl-Qüreyb həbsxanasını görmək istəyirsinizsə Qızıldaşa gəlin (MeKeŞe Nurəddin) 14 saylı zondan ksiva - 2 Məzhəkədir, məzhəkə Xalqı salıb dərdə filan-bəşməkə Məzhəkədir, məzhəkədir, məzhəkə. Kəllə peyin, gözdə tamah, söz acı Millətimiz oldu çörək möhtacı Harda görünmüşdü ki, ay Xanbacı, Xeybər ölə, YAP-çı gülüb kef çəkə Məzhəkədir, məzhəkədir, məzhəkə. Kəndçiy ə şor, yapçıya yağdan düşür Yağ yey ənə azca qabağdan düşür Orda ki söhbət Qarabağdan düşür Göz bərəlir, qaş çatılır, dil kəkə Məzhəkədir, məzhəkədir, məzhəkə. Iblisi çox loğmana yoxlatdılar Leş gətirib millətə qoxlatdılar Цитата Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.