Перейти к содержимому

Recommended Posts

Laçın rayonu 1930-cu ildə təşkil olunub. 17 May 1992-ci ildən müvəqqəti olaraq erməni işğalı altındadır.

Ərazisi - 1835 km2

Əhalisinin sayı - 61763 nəfər ( orta sıxlıq - 1 km2-də 27.8 nəfər )

İnzibati mərkəzi - Laçın şəhəri

Qəsəbələr / Kəndlər - 1 şəhəri, 120 kəndi vardır...

Laçın şəhəri, Qarıkaha, Güləbird, Cicimli, Aşağı Cicimli, Qazıdərə, Səfiyan, Türklər, Xanallar, Suarası, Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə, Tərxanlı, Dəyhan, Dəyirmanyanı, Malxələf, Məlikpəyə, Mazutlu, Köhnəkənd, Qışlaq, Əyrək, Alıcan, İrçan Xumarta, Çəmbərəxaç, Fətəlipəyə, Ağanus, Unannovu, Turşsu, Kərəviz, Zerti, Xırmanlar, Tığik-1, Tığik-2, Ağbulaq, Zabux, Qızılca, Sus, Malıbəy, Hüsülü, Ziyrik, Ağoğlan, Cağazur, Qarqışlaq, Soyuqbulaq, Zeyvə, Qılışlı, Hacılar, Sadınlar, Bqzlu, Qalaça, Mirik Quşçu, Əhmədli, Minkənd, Ağbulaq, Qarakeçdi, Katos, Şeylanlı, Alxaslı, Kamallı, Çıraqlı, Mişni, Sonasar, Mayıs, Hocaz, Uluduz, Mollalar, Bülündüz, Ayıbazar, İpək-1, İpək-2, Pircahan, Alıqulu, Seyidlər, Qaraçanlı-1, Qaraçanlı-2, Qoşasu, Bölüvlük, Alpoud, Ağcakənd, Təzəkənd, Ərədəşəvi, Haxnəzər, Qozlu, Fingə, Vağazin, Kalafalıq, Bozgüney, Arduşlu, Ağcayazı, Fərraş, Nurəddin, Piçənis, Xaçıyalı, Çorman, Şamkənd, Nağdağı, Bozdağan, Çorman, Ələkçi, Kürdhacı, Ərikli, Hacsamlı, Aşağı Qarasaqqal, Yuxarı Qarasaqqal, Qarabəyli, Lolabağırlı, Korcabulaq, Qorçi, Zağaaltı, Oğuldərə, Ağalaruşağı, Daşlı, Hətəmlər, Vəlibəyli, Kaha, Nanşlar, Şəlvə, İmanlar, Danbulaq, Hacıxanlı, Qovuşuq, Budaqdərə, Qayğı qəsəbəsi.

Daşınmaz əmlak:

Laçın rayonu ərazisində 860 sosial-iqtisadi tikinti obyekti, o cümlədən 6 sənaye, 1 tikinti, 301 ticarət, 91 ictimai-iaşə, 79 məişət, 382 sosial bina var idi. Rayonun 105 kolxozu, 8 sovxozu olub. Yaşayış tikililərinin sayı 8949, sahəsi isə 723000 m2-dir.

Mədəniyyət:

1 məktəbəqədər müəssisə, 17 ibtidai, 36 orta məktəb, 1 kənd texniki peşə məktəbi, 54 klub, 34 kinoqurğu, 67 kitabxana vardır.

Memarlıq abidələri:

Hocaz kəndində mağara-məbəd (V əsr), Cicimli kəndində Məlikəjdər türbəsi (XIV əsr), Zeyvə kəndində Kafir qalası (XVII əsr), Həkəri çayı üzərində körpü (XVIII əsr), Sultan baba türbəsi memarlıq abidəsi kimi qorunurdu.

Coğrafi mövqeyi:

Laçın rayonu ən yüksək dağ rayonlarından biridir. Ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. Yevlax-Naxçıvan avtomobil yolu rayonun ərazisindən keçir. Əsas çayı Həkəri çayıdır. Ərazidə narzan tipli bulaqlar, çoxlu miqdarda müxtəlif tikinti materialları, yataqlar vardır. Meşələrində palıd, fısdıq, vələs ağacları var. Alçaq dağlıq yerlərdə seyrək ardıc-meşələri var. Rayonda 127 yaşayış məntəqəsi yerləşir. İri yaşayış məntəqələri Laçın şəhəri, Minkənd, Zabux kəndləridir. Laçın şəhəri Bakıdan 444 km aralıdır.

İqtisadi xarakteristikası:

Rayonunun iqtisadiyyatında heyvandarlıq əsas yer tutur. Kökəltmə birliyi, yağ-pendir, cörək kombinatı, asfalt-beton, süd zavodu, meşə təsərüfatı vardı. Kənd təsərrüfatının əsasını taxılçılıq, meyvəçilik təşkil edir. Yararlı torpaq sahəsi və iri otlaq sahələri var.

Milli Qəhrəmanlar

EYVAZOV QORXMAZ ABIŞ oğlu

1 aprel 1967-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə burada orta məktəbdə oxumuşdur. 1985-ci ildə ordu sıralarına çağırılmış, Ukraynada hərbi xidmətdə olarkən serjantlıq kursunu bitirmişdir. Qorxmaz 1987-ci ildə xidmətini başa vurub vətənə dönür. 1988-ci ildə Laçında yaradılmış partizan dəstəsinə qoşulur. 1992-ci ilin martında o Laçın rayon polis idarəsində işə qəbul edilir. Onun ilk döyüşləri də elə doğma yurddan başlayır, Qızartı dağı uğrunda gedən döyüşlərdə onun fəaliyyəti nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci il erməni işğalçıları Qızartı dağını ələ keçirmək üçün yenidən hücuma keçir Qorxmaz bu döyüşdə qolundan yaralanır lakin o silahı yerə qoymur azacıq sağalan kimi yenidən cəbhəyə qayıdır. 10 fevral 1994-cü il Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gedən döyüşlərdə erməni faşistlərinin xeyli canlı qüvvəsini məhv edən Eyvazov Qorxmaz bu döyüşdə qəhrəmancasına həlak olur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Qorxmaz Abış oğlu Eyvazov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Sumqayıt şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.

GÜLƏLİYEV OQTAY GÜLƏLİ oğlu

10 noyabr 1962-ci ildə Xaçınyalı kəndində doğulmuşdur. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılmışdır. O, 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olur. Oqtay Güləliyev Laçında işlədiyi zaman ermənilərin basqınları intensiv xarakter almışdı. Uğurszluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgərimizi təhlükəsiz zonaya çıxarmağa müvəffəq olmuşdu. O, Pircahan kəni yaxınlığında ağır yaralanır. Lakin müalicə olunub, cəbhəyə qayıdır. 1992-ci il sentyabrın 19-da Oqtay Güləliyevin Laçın dəhlizini götürmək üçün əməliyyat planı uğurla başa çatdı. Gorus-Şuşa yoluna açılmış nəzarət demək idi. Lakin düşmən ərazini yenidən ələ keçirir, mühasirəyə düşdüklərini görən Oqtay onları təhlükəsiz yerə keçirsə də özü qəhrəmancasına həlak olur.

Ailəli idi. İki övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Laçın şəhərində və Piçənis kəndində adına məktəb var.

MEHDİYEV FAZİL UMUD oğlu

20 avqust 1966-cı ildə Laçın rayonunda anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984-86-cı illərdə hərbi xidmətdə olmuşdur. Qarabağda baş verən hadisələr onu narahat edirdi o 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus “Niva” markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi. 1991-ci il sentyabrın 23-dən 24-ə keçən gecə ermənilər Abdal-Gülablı kəndinə hücum etmişdilər köməyə ehtiyac var idi...Fazil dostu Salehlə maşına minib döyüşə tələsir... Ağdama gələn yolda pusqu quran ermənilər onları atəşə tuturlar o bu döyüşdə faciəli surətdə həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mehdiyev Fazil Umud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam rayonunun “Qarağacı” qəbristanlığında dəfn edilib.

Bakının Nəsimi rayonunda büstü qoyulub, Səbail rayonunda isə onun adına küçə var

NƏSİBOV KAMİL BALƏDƏ oğlu

8 oktyabr 1946-cı ildə Laçın rayonunda anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirir və ordu sıralarına çağırılır. Üç ildən sonra ordudan tərxis edilir və Vətənə qayıdır. 1973-cü ildə Azərbaycan Politexnik İnstituna daxil olur. 1992-ci ildə Laçın erməni silahlı dəstələrinin hücumlarına məruz qalırdı...Kamil könüllü özünümüdafiə bölüyü yaradır və bu bölüyün komandiri olur. 30 nəfərdən ibarət bu bölük Sadınlar, Malıbəy, Xanalılar, Suarası kəndlərinin müdafiəsində böyük rəşadət göstərmişdi. Kamil döyüşçülərlə kəşfiyyata çıxar, əhəmiyyətli məlumatlar əldə edərdi. 29 iyun 1992-ci il Qonaqgörməz yüksəkliyi uğrunda qanlı döyüş gedirdi...qəfil snayper gülləsi cəsur komandiri ağır yaraladı döyüşçü dostları onu təhlükəsiz yerə çıxarmaq istədilər lakin Kamil etiraz edərək döyüşmək istədiyini bildirdi...döyüş meydanını tərk etməyən Kamil Nəsibov çoxlu qan itirdiyindən həlak oldu.Onun bu qəhrəmanlığını cəbhədə eşitməyən, danışmayan yox idi.Ailəli idi, dörd övladı var.Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Ağcabədi rayonunda dəfn edilmişdir.Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi qəhrəmanımızın adını daşıyır.

NOVRUZOV ƏLƏSGƏR XANLAR oğlu

1 avqust 1949-cu ildə Laçın rayonunda anadan olmuşdur. 1966-cı ildə Kürdhacı kənd orta məktəbini bitirmişdir. 1968-70-ci illərdə Ermənistan Respublikasının Leninakan şəhərində hərbi xidmətdə olmuşdur. 1979-cu ildən Xocalıya köçmüş və burada müəllim olaraq işə başlamışdır. 1988-ci illərdə ermənilərin azğınlaşdığını görən Ələsgər müəllim 30-40 nəfərdən ibarət dəstə düzəldərək dinc sakinləri erməni vəhşiliklərindən qoruyurdu. 1992-ci il Xocalı soyqırımı zamanı hamının müəllim kimi tanıdığı Ələsgər qəhrəman Ələsgərə çevirilmişdi onlarla sakini xilas edən Vətənin cəsur övladı xeyli erməni yaraqlısını da məhv etmişdi. O gecə Ələsgər ağır yaralanır ermənilər onu bu vəziyyətdə əsir götürdülər. Xankəndinə .rılan döyüşçünü ağılasığmaz vəhşiliklərlə qətlə yetirmişdilər.

Ailəli idi, üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası prezidentinin 25 fevral 1997-ci il tarixli 533 saylı fərmanı ilə Novruzov Ələsgər Xanlar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ölümündən sonra Məhəmməd Əsədov adına mükafata layiq görülüb.

Laçın rayonunda, doğma kəndi Kürdhacılıda dəfn edilib.

ŞAHVERDİYEV İSRAFİL ŞAHVERDİ oğlu

11 iyun 1952-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1959-69-cu illərdə Unannovu orta məktəbində təhsil almışdır. 1971-74-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən o, cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qladərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər. İsrafil 1992-ci il 19 sentyabrdan 17 noyabra qədər Hocaz qayası və Hocaz kəndi uğrunda gedən qanlı döyüşlərdə iştirak etdi və onlarla erməni silahlısı məhv edildi. 6 yanvar 1994-cü ildə Füzuli rayonunun kəndlərini azad etmək üçün İsrafil rotası ilə döyüşə girdi. Bu əməliyyat nəticəsində Horadiz qəsəbəsi və 22 kənd azad edildi. Cəsur komandirin son döyüşü 13 yanvar 1994-cü ildə oldu. Bir neçə istiqamətdən hücuma keçən rotada ölən və yaralananlar var idi. Döyüşçü dostlarını xilas edən İsrafil pulemyotun başına təzəcə keçmişdiki, qarşı tərəfdən atılan güllə onun həyatına son qoydu.

Ailəli idi, üç övladı qalıb.

Azərbaycan Respublikası prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Şahverdiyev İsrafil Şahverdi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Laçın rayonundakı məktəblərdən biri qəhrəmanımızın adını daşıyır

Rövşən Cavadov

19 Oktyabr 1951-ci ildə Göyçay rayonunda anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Tibb Universitetindən məzun olub. 1973-1976-cı illər arasında DİN Xəstəxanasında işləyib. 1976-cı ildə Rostov şəhərindəki SSRİ DİN Akademiyasına daxil olub və 1980-ci ildə burdan məzun olub.1980-ci ildə Əfqanıstanda hərbi xidmət üçün müraciət etsə də bu müraciəti anti-kommunist fikirlərinə görə Moskva tərəfindən qəbul edilməyib. 1981-ci ildə Azərbaycanda ilk karate məşq yerlərini açaraq fəaliyyətinə davam edib.1982-ci ildə Gəncə şəhərinə sahə müvəkkili təyin olunub. 1987-ci ildə qardaşı Mahir Cavadovla bəraber Təkamül Partiyasını yaradır.Qanlı yanvar hadisələrində tərəfdaşları və tələbələri ilə SSRİ qoşunlarına əldə olan imkanlarla qarşı qoymuş və Gəncə şəhərinə gedərək iri miqyaslı üsyan hərəkatı başlatmağı planlayıb.1990-cı ilin noyabr ayında Laçın torpağında 60 nəfərdən ibarət batalyon yaradaraq komandir oldu. Qarabağda baş verən hadisələr zamanı Təkamül Partiyası Rövşən Cavadovun təlimatı ile hərbi birləşməyə çevrilir. Azerbaycan Höküməti Rövşən Cavadova Polkovnik hərbi rütbəsi verir və onun hərbi birləşmələrini XTPD (xüsusi təyinatlı polis dəstəsi ) olaraq adlandırır. 1991-ci ildə göstərdikləri müvəffəqiyyət və qəhrəmanlıqlara görə XTPD üzvləri milli qəhrəman elan edilir.1993-cü ildə R.Cavadov AXCP iqtidarı tərəfindən AR Daxili İşlər Nazirinin müavini təyin edilir. Eyni il R.Cavadov Diaspora köməyini nəzərə alaraq Əfqanıstandan 1300 təcrübəli döyüşçünü Qarabağa dəvət edir.

1995-ci ildə qətlə yetirilib.

Ссылка на комментарий
Поделиться на других сайтах

Azerbayjanec Əvvəla bu yazıya görə sizə öz təşəkkurumu bildirirəm,çox şeylər öyrəndim.Amma mən Rövşən Cavadovun Göyçayda anadan oldugunu bilmirdim,valideynləri ora köçmuşdulər?

Chox sagol amma duzu teshekkurluk bir shey elememishem.Teessuf ki,helelik boshbogazliqdan bashqa bir shey gelmir elimizden.Sozle torpaq azad elemek olmur.Umid eleyek tezlikle shehidlerimizin qisasini almaq uchun elimize shans dusher.Rovshan Cavadova qalanda da men onun Goychayda anadan olmasi barede melumati ancaq wikipedia da gormushem oradan da kochurdum bura.Ola biler Goychayda anadan olub,amma esli koku Lachinnandi.Sehv elemiremse Hocaz kendinen. Hemishe bizim fexrimiz olub ele da qelblerde yashayir.

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...