Перейти к содержимому

Mübarizlik, Yoxsa Möminlik


open_your_eyes

Recommended Posts

Nə etməli?

Mübariz V.İ.Lenin

İnsanlar nə etməli olduqlarını yox, nə olduqlarını düşünməlidirlər

Mömin M.Ekhart

Çoxumuz fenomen olmaq istəyirik. Fəlsəfədə fenomen (qədim yunanca fainomay) çoxmənalı anlayışdır. Lakin mən öz işimə bu terminin təhlili ilə başlayıb, vəfalı oxucularımı incitmək istəmirəm. Bu sözü burada sadəcə olaraq "hamıdan seçilib, hamının birlikdə yaratdığı qaranlıq fonda parlayan, mümtaz şəxsiyyət" mənasında işlədirəm. Demək istəyirəm ki, az qala hamımız canlı əfsanə, müəmma, dahi, parlaq, özünəməxsus, heç kimə oxşamayan, tək, qeyri-adi, sonradan-anlaşılan, lider və s. və i. olmaq istəyirik.

Qəribə mənzərə yaranır, hamı hamıdan seçilmək istəyir. Az qala heç kimin geri çəkilmək, geridə qalmaq yox, geridə dayanmaq niyyəti yoxdur, hamı qabağa dartınır. Kütləviliyin kütləvi meyldən başladığı unudulur. Halbuki kütlədən kənarda dayanmağın yeganə yeri kütlənin qabağı deyil. Bəlkə də mən yanılıram, bəlkə də əslində heç kim öz kütləsinin zövqlərindən aralanmaq istəmir, son nəticədə hamı öz kütləsinin qalibi olmaq istəyir

Möminlik gözləməkdədir, intizara çəkilməkdə. S.Bekket "Qodo"nun (bəlkə də "Xuda"nı) gözlədərkən, möminliyi vəsf edirdi. Plotin insanları ilahi lütfdən öz qismətini gözləməyə dəvət edirdi. Uzaq Şərq dinlərinin passivizmi də möminlikdən başqa bir şey deyil. Mən monoteist semit dinləri (iudaizm, xristianlıq və islamı) rədd edərkən, onlardakı aqressiv, volyuntarist, can atan, vuruşqan, ekspansional ruhu bəyənmirəm. Çünki aktiv möminlik olmaz, dindarlıq olar. Möminliyin cazibəsi imtinadadır. Füzulinin Məcnunu Leylini rədd edərkən mömin davranırdı.

Mömin mübariz olmur, mübariz mömin. Bunlar uzlaşmırlar. Ə.Elçibəy yaxşı mömin idi, o, böyük təriqət başçısı, hətta peyğəmbər ola biləcək qədər mömin idi. Amma özünü siyasi lider kimi mübariz olmaq məcburiyyətində hiss edəndə yanıldı. Alınmadı. Asif Ata isə yaxşı mübariz idi, ondan yaxşı siyasi lider çıxardı. Amma o da mömin olmaq istəyəndə yanıldı. Onda möminlik az idi. Maraqlıdır ki, bu iki şəxsiyyət bir-birlərilə də uzlaşa bilmədilər; möminliklə mübarizlik uzlaşmazdır. Elçibəy mübarizliyə başlayanda möminliyindən güzəştə getmişdi. Kələkiyə gedəndə isə məğlub olmamaq üçün, möminliyə qayıdıb, təslim oldu. Çünki möminlikdə mübarizənin qələbəsi də məğlubiyyətdir. Möminlik təslimiyyətdir (Gəlib "İslam"a çıxdıq ki.). Asif Ata isə nəinki təslim olurdu, o öz məğlubiyyətindən həzz də almırdı. Gərək böyük məğlubiyyətlərə hörmətlə yanaşasan. Bunu Nitsşe deyib.

Muhamməd peyğəmbərə gəldikdə, onun dinlə yanaşı dövlət də qurması, mübarizə ilə dolu həyatı və nəhayət təmtəraqlı qələbəsi onu göstərir ki, o adam tam mömin olmayıb. Dinləri az çox tanıyan bir adam kimi, təkcə bunu deyə bilərəm ki, yəhudilik xaric, heç bir dinin müqəddəs kitabında "cihad (cəhd, mübarizə) edin" əmri yoxdur.

Şəxsən mən möminliyi liderliyə, gözləməyi mübarizəyə, tənhalığı milliliyə, susmağı danışmağa dəyişməzdim. Məndən yaxşı tərki-dünya olardı. Mən dinsiz möminəm. Allahın dini təfsirini qəbul etmirəm. Möminlər həmişə az olublar, az olurlar. Əvəzində dindarlar çox olur. Bizdə də belədir. İndi Azərbaycanda "Lider olmağın qızıl qaydaları" və "Mömin olmağın sirrli yolları" adlı iki ayrı adda kitab çap olunsa, birincinin alıcısı daha çox olacaq. Çünki dindarlar birincini də (bəlkə də elə ancaq birincini) alacaqlar.

Elçibəy mübarizəyə qalxmış mömin idi, dindarlar mömin imicində mübarizlər. Mən isə mübariz imicində görünməyə məcbur olmuş mömin.

Çoxumuz fenomen olmaq istəyirik

http://almaqezeti.com/?mod=view&id=1708

Подпись удалена админом

Ссылка на комментарий
Поделиться на других сайтах

Elçibəy mübarizəyə qalxmış mömin idi, dindarlar mömin imicində mübarizlər. Mən isə mübariz imicində görünməyə məcbur olmuş mömin.

Çoxumuz fenomen olmaq istəyirik

MEN BU FIKIRLE QETIYYEN RAZI DEYILEM. ELCHIBEY SHERAB ICHEN, KUKLA KIMI XALQ HERAKATININ ONUNE QOYULAN, SAVADSIZ, XALQIN MUBARIZE EZMINI MEHV EDEN BIRI IDI. SONDA DA HAMI GORDU KI NECE OZ DOSTLARINI SHOR QIYMETINE SATDI.

HADISELERI IZLEMEK VE ANALIZ ETMEK KIFAYET EDER

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...