Nargile Опубликовано: 1 марта, 2010 Жалоба Share Опубликовано: 1 марта, 2010 (изменено) Sцz ehtiyatı зoşub-daşan xalq şairimizdir. azərbaycan dilinin sinonim nьmьnəsidir. зıxışlarında tək sцzdən istifadə etməz qətiyyən, sцzləri cьtləməsə rahat olammaz dahi, ulu, bцyьk, əzəmətli, qьdrətli, yekə, qocaman, цlməz, yaşar, əsən, coşan, daşan, зağlayan, tцkьlən şairimiz. Nahaq endik o dağların başından Nahaq endik o dağların başından, Gərək orda qal oğlu qal olaydıq. Цmrьmьzь gьl цmrьnə dцndərib Zirvədə qar, pətəkdə bal olaydıq. Allaha tən, haqqa yardı zirvələr, Yaranışdan dьmağ qardı zirvələr. Цmrьmьzь ucaldardı zirvələr, Nahaq endik o dağların başından. Ьfьqlərdə quş olmaq da gцzəldi, Şimşəklərə tuş olmaq da gцzəldi, Lap o yerdə daş olmaq da gцzəldi, Nahaq endik o dağların başından. Ucalığı цlьm-itim haxlamır, Peyğəmbərdi, qəlbində kin saxlamır. Min il keзir, bir qayası laxlamır, Nahaq endik o dağların başından. Haqq evidi, hər daş otaq, hər kaha, Salam verir dan yerinə, sabaha. Təzə-təzə qovuşurduq Allaha Nahaq endik o dağların başından. Ruh paklaşır, yağan qardan ağ olur, Can bərkiyir, saf poladdan sağ olur. Dağ başında vallah adam dağ olur, Nahaq endik o dağların başından, Nahaq endik o dağların başından. 7.07.2007 Изменено 1 марта, 2010 пользователем Nargile Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Xəlvət Ulu Tanrım, nə gözəldi doğma yuva, Xəlvət seçib bir qırağa çəkilmişəm. Bu guşədə çıraq yanır, şam əriyir, Ərimişəm, şam-çırağa çəkilmişəm. Ən vəfalı iki dostum, sirdaşım var, Bir qələmə, bir varağa çəkilmişəm. Söhbətimin ləzzətini dadan bilər, Elə bil ki, balam, yağa çəkilmişəm. Yağı düşmən elə bilir mən ölmüşəm, Kəfənlənib bezə, ağa çəkilmişəm. Füzulitək dərd əlindən dağa çıxıb, Qəlbimdəki göy yaylağa çəkilmişəm. 22.11.2007 Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Gələcəyəm Gələcəyəm, gözlə məni, harda olsam gələcəyəm, Qohum kimi, qonşu kimi, qardaş kimi gözlə məni. Bir-bir yada salacağam, nələr olub, nələr keçib, Ömür kimi, tarix kimi, yaddaş kimi gözlə məni. Sən özünü məndən ayrı nə yetim bil, nə arxasız. Arxa kimi, dayaq kimi sirdaş kimi gözlə məni. Həyatına gələmməsəm ölümünə gələcəyəm, Məzarımın başındakı bir daş kimi gözlə məni. 9.09.2007 Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Heyf Dünyanın ən ətirli gülütək sevdim səni, Heyf, hansı bağçada solmamış bir gül qaldı? Alışan ocaq kimi bağrıma basdım səni, Heyf, həmin ocaqdan bircə ovuc kül qaldı. Bütün sevdiklərimiz qara torpağın malı, Nə sevilən baxışlar, nə sevən könül qaldı. 28.09.2007 Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Ətəklərin genişi, zirvələrin ucası, çinarların nəhəngi, palıdların qocası, Qartalların uçuşu, qayaların haçası, Yerin, göyün ləngəri məni şair elədi! ...Min illik kədər yatır hər havanın bəmində, Könüllərin ahı var kirpiklərin nəmində. Hönkürüb ağlamışam yasında, matəmində, Xalqın dərdi, kədəri məni şair elədi! Kökü göylərdən gəlir qəlbə daman səslərin, Qarşısına haqq çıxar haqq axtaran kəslərin. Ruhu Allaha bağlı əsl müqəddəslərin Haqdan gələn xəbəri məni şair elədi! Dərdi tükənməz olar sinəsi dağlı xalqın, Əli haqdan üzülməz torpağa bağlı xalqın. Alaçıqlı-dəyəli, aranlı-dağlı xalqın Min-min sinədəftəri məni şair elədi! Ərənlər haqq yolunda çarpışan şirə döndü, Qəbirlər ziyarətə, ocaqlar pirə döndü. Ozan haqq aşığına, şaman şairə döndü, Eşqin gücü, təpəri məni şair elədi!!! Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Nargile Опубликовано: 1 марта, 2010 Автор Жалоба Share Опубликовано: 1 марта, 2010 Qaçqınlıq Bu necə ömürdü, bu necə gündü, Köhləndən aralı, yəhərdən qaçaq. Meh başa həsrətdi, şeh də ayağa, Düşmüşük axşamdan, səhərdən qaçaq. Hanı o gülyanaq, o gül dostlarım, Mənim can dostlarım, könül dostlarım. Yanağı kül olmuş, a kül dostlarım, Qaçaq, bu tüstüdən, zəhərdən qaçaq. Hərəmiz bir səmtə, bir yerə qaçdıq, Gah xeyrə qurşandıq, gah şərə qaçdıq. Kənddən baş götürüb şəhərə qaçdıq, Qorxuram indi də şəhərdən qaçaq Цитата Неужели я такая старая. Ведь я еще помню порядочных людей. https://forum.bakililar.az/blogs/entry/370-я-родом-из-детства/ Ссылка на комментарий Поделиться на других сайтах More sharing options...
Recommended Posts
Join the conversation
You can post now and register later. If you have an account, sign in now to post with your account.