Перейти к содержимому

Uzman qinekolog Rəxşəndə Aslanova


Mioma

Recommended Posts

Uzman ginekoloq Rəxşəndə Aslanovanın rəsmi internet saytına xoş gəlmisiniz. Sizin xidmətinizdə:
– 
hamiləlik: hamiləliyin planlaşdırılması və müşahidəsi

– normal doğuş və keysəriyyə əməliyyatı

– qadın xəstəliklərinin müalicəsi və profilaktikası

– sonsuzluğun müalicəsi və süni mayalanma

– ixtisaslaşdırılmış ultrasəs müayinəsi, doppleroqrafiya və s.

Qadın sağlamlığı xüsusi diqqət və ehtiyatlı yanaşma tələb edir və bu səbəbdən uzun illər boyu Sizə dost və məsləhətçi olacaq ginekoloq-un seçimi qadın üçün ən əhəmiyyətli qərarlardan birinə çevrilir.

Qadının sağlamlığı məhz mütəxəssisin professionallığından, onun təcrübəli olmasından və qadın problemlərinin dürüst anlamasından asılıdır.

Bunu nəzərə alaraq, sizə Uzman ginekoloq Rəxşəndə Aslanovanın xidmətlərindən istifadə etməyi, sağlamlıq haqqında sizi maraqlandıran sualları həkimə verməyi və ilkin müayinəni keçməyi təklif edirik.

 

photo-6.jpg

 

 

Ссылка на комментарий
Поделиться на других сайтах

Ginekologiya : Qadın xəstəlikləri və onların müalicəsi

 

MedicalPlaza-nın Ginekoloji bölməsi əla personal, müasir avadanlıq və videodiaqnostika, bir sözlə qadın xəstəlikləri – ni müalicə etmək üçün tələb olunan bütün vasitələr ilə təchiz edilmişdir.

Rəxşəndə Aslanova çalışır ki, pasiyentlər böyük monitorda əks olunan patologiyanı müşahidə edərək, həkim izahatlarını alaraq Polikistoz, Histeroskopik Miyom, Kista və digər qadin xəstəlikləri – nin diaqnostikası və müalicəsi prosesində iştirak etsinlər.

1. Laparoskopik uşaqliğin artımlarla birlikdə çıxarılması,

2. Laparoskopik yumurtaliq kistlərinin, miyomların çıxarılması

3. Laparoskopik hamiləlik boru əməliyyatları

4. Vaqinal yolla uşaqlığın artımlarla birlikdə çıxarılması

5. Vaqinal plastika

6. Açıq üsul ilə (abdominal) uşaqlığın artımlarla birlikdə çıxarılması

7. Açıq üsul ilə (abdominal) yumurtalıq kistlərinin, miyomların çıxarılması

8. Açıq üsul ilə (abdominal) hamiləlik boru əməliyyatları

9. Histeroskopik miyomların, poliplərin çıxarılması

10. Histeroskopik uşaqlıq anomaliyalarının (septum sinexiya) düzəldilməsi

11. Uşaqlıq ağzı patologiyalarının müalicəsi

12. Polikistozun, endometriozun və uşaqlıq qanaxmalarının müalicələri

İlkin müayinədə R.Aslanova başqa həkimlərin konsultasiyasına və əlavə diaqnostika / analizlərə ehtiyac olub olmasını müəyyən edəcək. Siz müalicə üzrə bütün lazımi tövsiyələri almaqla bir çox qorxu və şübhələrdən azad olur və vaxtında qadın sağlamlığının əlverişsiz dəyişikliklərini qeyd etmək, onların korreksiyası üçün tədbir görmək və vaxtında müalicəyə başlamaq imkanını alırsınız.

 

gynekoloji1.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Hamiləlik Təqibi. Normal Doğuş. Keysəriyyə Əməliyyati

 

Rəxşəndə Aslanova hamiləliyin aparılmasını həyata keçirməklə doğuş zamanı da yardım göstərir. Həmçinin mütəxəssis mayalanma və sonsuzluq problemlərli ilə də məşğul olur. O, Hamiləlik Təqibi – ni (hamiləlik təqvimi) hazırlayır, hamiləlik zamanı qeyri-normal hallar, həmçinin doğuşdan sonra qadının tibbi müayinəsini təmin edir.

Mama-qinekoloq Rəxşəndə Aslanova-nın konsultasiyası aşağıda qeyd olunmuş hallarda lazım olacaq:

1. Hamiləlik Təqibi

2. Riskli (yüksək təzyiq, şəkər xəstəlikləri və s.) hamiləliklərin təqibi

3. İkili, üçlü və dördlü tarama testləri

4. Prenatest

5. Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə

6. Uşaqlıq boynunun çatışmamazlığı əməliyyatı (serklaj)

7. Amniosentez

8. Hamiləlikdə ultrasəs müayinə, 3D/4D və Doppler ultrasəs müayinəsi

9. Normal doğuş

10. Ağrısız normal doğuş

11. Keysəriyyə əməliyyatı

Bundan əlavə qeyd etmək lazımdır ki, Rəxşəndə Aslanova doğumdan sonrakı dövrdə pasiyentləri müşahidə edir və yaranmış çətinliklərin, yarıq və travmaların müalicəsi ilə məşğul olur.

Bundan əlavə, hamiləlik testini seçmək, hamiləlik təqvimini və kalkulyatorunu təşkil etmək, hamiləliyi planlaşdırılmaq və hamiləlik əlamətləri haqqında məlumat almaq, hamiləlik simptomları, uşağın vəziyyəti haqqında məsləhət almaq, normal doğuş və ya keysəriyyə doğuşunun vaxtını, hamiləliyin müddətini təyini etmək istədiyiniz hallarda R.Aslanova xidmətlərindən istifadə edə bilərsiniz.

 

hamilelik1.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Süni mayalanma və sonsuzluq müalicəsi

 

Süni mayalanma və sonsuzluğun müalicəsi Bakıda pasiyentlər arasında olan ən aktual məsələlərdən biridir. Bu üsul ən çətin vəziyyətlərdə – sonsuzluğun müalicəsinin heç bir digər üsullarla effekt vermədiyi hallarda tətbiq edilir.

Süni mayalanma kişi sonsuzluğu, qadınlarda uşaqlıq boruları olmadıqda və ya onların keçiriciliyi tam şəkildə pozulduqda ailənin yeganə xilas yolu hesab edilir.

Uzman ginekoloq Rəxşəndə Aslanova Sonsuzluq müalicəsinin prosedurlarını həmişə sonsuzluğun səbəblərini dəqiq aşkar edə bilən diaqnostikadan başlayır. Qadının bütün reproduktiv sistemi müayinə edilir, sonra müalicənin ən effektiv metodu təyin olunur.

Süni mayalanma prosedurları son zamanlarda çox actual məsəllərindən birinə çevrilib. Bu prosedurun əsasını ekstrakorporal mayalanma (EKM) təşkil edir. Müalicə mərhələləri standartdır, amma EKM xüsusi dərmanların təyinatında, həm də müalicənin hər mərhələsinin keçirilməsinin müddətlərinin qurulmasında orqanizmin xüsusiyyətlərindən asılı olaraq fərdi yanaşmanı tələb edir.

Süni mayalanma və sonsuzluq müalicəsi üzrə Prosedurların siyahısı

  1. Ovulyasiyanın induksiyası
  2. Boruların yoxlanılması (HSG)
  3. Aşılama
  4. Süni mayalanma

 

 

mayalanma1.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Ultrasəs müayinə (USM) və Doppleroqrafiya

 

Ultrasəs müayinə (USM) səs dalğalarından faydalanaraq daxili orqanların görüntüləmə üsuludur. Son illər ərzində, ultrasəs əvəzolunmaz bir müayinə olaraq tibbə daxil olmuş və orqanizmə zərərsiz olduğunu təsdiqləmişdir. Daha informativ və praktiki cəhətdən zərərsiz olan bu metod qarın boşluğu orqanlarının, böyrəklərin, kiçik çanaq orqanlarının, qalxanabənzər vəzinin, ürəyin, damarların və s. orqanların müayinəsində geniş istifadə edilir.

Hamiləliyin gedişini izləmək üçün bu metod əvəzedilməzdir. Ultrasəs müayinə yalnız hamiləliyin mövcudluğunu müəyyən etmək deyil, həmçinin embrionun inkişafını müşahidə etmək, donmuş hamiləliyi, uşaqlıq xaricində hamiləliyi vaxtında aşkar etmək, dölün xromosom patologiyasının mövcudluğundan şübhələnmək imkanını verir.

Doppleroqrafiya Doppler effektinə əsaslanan müayinə üsuludur. Doppler ultrasəs yeni nəsil ultrasəs cihazlarında aparılır. Bu zaman vücuda göndərilən səs dalğaları damarlarda hərəkət edən qan hüceyrələrinə dəyib qayıtdıqda əldə edilən axın formalarının köməyi ilə qan axınının hemodinamik göstəriciləri təyin oluna bilə. Hamiləlik vaxtı doppleroqrafiya vasitəsilə dölün qan dövranı, habelə cift və göbək ciyəsi barəsində dəqiq informasiya almaq olar.

Ultrasəs müayinə üzrə proseduraların siyahısı

1. Hamiləlikdə ultrasəs müayinə

2. 3D/4D

3. Doppler müayinəsi

4. Ayrıntılı (detallı) ultrasəs müayinəsi 18-22 həftələrdə

5. Uşaqlıq boşluğunun patologiyalarının SİS (saline infusion sonography) ilə müayinəsi

 

ultrases1.jpg

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...