Перейти к содержимому

BOSS

  • записи
    74
  • комментариев
    326
  • просмотр
    78281

Şeş - beş


ВОSS

4107 просмотров

Nərd oynamağı uşaq vaxtından bacarıram. Nəinki nərdi, eləcə də şahmatı, dominonu, lotonu, damanı, kartın da öhdəsindən gəlirəm. Ustalıq cəhətdən şahmatı daha yaxşı oynayıram. Oyunlar arasında ən səsli – küylü oyun nərddir. Nərd oyunu qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Nərd oyununun 3 növü var: uzun, döymə, gülbahar. Uşaq vaxtı uzun və ya gülbahar oynayırdım, döyməni əsasən qumarda oynanılması səbəbindən öyrənməmişdim. Qumara heç vaxt marağım olmayıb, ona görə də döyməni indiyyədək öyrənməmişəm.

Nərd oyunu 24 xanalı lövhə ― nərd lövhəsi üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanəsi günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin rəmzidir.

Ümumiyyətlə, nərd oyununda iki amil rol oynayır: Zər tutmaq və ya rəqibin oyununu tutub ağıllı oynamaq. Zər tutmaq üçün zərin hansı materialdan hazırlanmasını və künclərinin nə dərəcədə yeyilməsini nəzərə almaq lazımdır. Zərlər əsasən sümükdən hazırlanır. Zərin altı üzü var, müvafiq olaraq hər bir üzündə 1, 2, 3, 4, 5, 6 döyülmüş dəliklər var. İki zərin bir yerdə atılması kombinasiyasından əmələ gələn say fars sözlərilə adlandırılır. Buna görə də bu oyunun İran ərazisində yarandığı ehtimal olunur. Oyunun gedişatından asılı olaraq ən çox istənilən zərin üzü şiş və ya beş qoşadır.

Ümumiyyətlə, zərin hansı üzünün düşməsi oyunçunun bacarığından və bir az da təsadüfdən asılıdır. İstənilən halda zərin iki – üç üzünü onu atan oyunçu və o sayda üzünü də rəqib oyunçu görə bilir. Nərd lövhəsinin üzərində qalan zərin üzünü isə heç kim görə bilmir. Müəyyən etmək olur, amma görmək olmur. Onun üzünü yalnız növbəti atma əməliyyatlarında görmək olar. Təsadüf kimi, oyun boyu hər dəfə zərin eyni üzünün lövhə üzərində qalaraq görsənməməsi isə sıfıra bərabərdir. Zərin üzünün dəyişkənliyini heç zər tutan da nizamlaya bilmir.

1 комментарий


Recommended Comments

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...