Перейти к содержимому

Elvin Ali - блог

  • запись
    21
  • комментария
    33
  • просмотра
    45514

Qarın gərmə əməliyyatı (Abdominoplastika) nədir?


Elvin Ali

1999 просмотров

blog-0892311001376858199.jpgAbdominoplastika və ya qarin gərmə əməliyyatı, qarın divarındakı artıq yağ və dərinin çıxarılaraq və qarın divarındakı genişlənmiş əzələlərin forma verilərək, qarın divarının yenidən gəncləşdrilməsi və şəkil verilməsidir. Bu əməliyatla qarnın boşalmış, artıq piy qatı və şişkin forma ləğv olunaraq, yenidən düz və incə görünümünü qazanması təmin etməkdə və həmçinin xəstənin belini incəltməkdədir. Bu əməliyyat ilə qarın divarının əzələlərinin orta xəttdə bir-birindən ayrılmasıyla meydana gələn düz əzələ diastazı adı verilən problemdə bu əməliyyatla ləğv olunur.

Abdominoplastika əməliyyatında mövcud olan piylənmənin, çapığın və dərinin genişlənməsinə uyğun olaraq klasikabdominoplastika, miniabdominoplastika və Marriage abdominoplastika icra olunur.

1375703381_abdomino_plastie_1.jpg

Klassik abdominoplastika qarın divarında çox artıq miqdarda toplanmış piy kütləsini və qarın dərisinin elastikliyinin itdiyivəziyyətlərdə icra olunur.

Mini-abdominoplastika isə əsasən qarın divarındaki orta miqdarda toplanmış piy kütləsini və qarnın aşağı yarısında görüldüyüvə qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə icra olunur.

Marriage abdominoplastika mini-abdominoplastikada olduğu kimi əsasən qarın divarındaki orta miqdarda toplanmış piykütləsini və qarnın aşağı yarısında görüldüyü və qarın aşağı yarısının dərisinin elastikliyinin itdiyi vəziyyətlərdə və əlavə olaraq belnahiyyəsində piylənmə olan pasiyentlərdə icra olunur.

1375687678_abdominoplastie2.jpg

Abdominoplastika üçün ən uyğun pasiyentlər kimlərdir?

Abdominoplastika əməliyyatı, əməliyatı üçün ən uyğun pasiyentlər, qarın divarındakı artıq toxumanı dieta və idman ilə atabilməyən sağlam insanlardır. Qadınlarda daha çox əməliyyatın icra olunmasına səbəb, qadınların bu əməliyyta daha çox marağınınolması (plastika baxımından ), qarın divarındakı əzələlərin və ve dərinin hamiləlik dövründə gərilərək elastikliyinin itirməsi və düz əzələdiastazının qadınlarda daha çox rast gəlinməsidir. Piylənmə isə həm qadınlarda, həm də kişilərdə rast gəlinən səbəbdir.

1375687613_abdominoplastie-277x300.jpg

Əgər xəstə gələcəkdə hamilə qalmağı düşünürsə, bu əməliyyat ona əks göstərişdir. Çünki, əməliyyat ilə qarına verilmiş forma (fiqura) hamiləlik dövründə itəcəkdir.

Əməliyyatda öncə götrüləcək olan toxuma hissələri markerlə işarələnir və xəstənin istəyi nəzərə alınır.

Hər bir abdominoplastika fikirləşən pasiyent əsas bunu bilməlidir ki, abdomenoplastika piylənməni müalicə etmək üçün deyil, qarını gərmək və ideal forma vermək üçündür.

Əməliyyatdan sonra xəstə ideal bədən qurluşuna sahib olur. Əməliyyatdan sonra ilk bir ay xəstə daimi karset rejmində ,sonrakı dörd ay isə fasilə ilə karsetdən istifadə edir.

1 комментарий


Recommended Comments

Гость
Добавить комментарий...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...