Перейти к содержимому

Qanunlarimiz...


Seninle-Sensiz...

Recommended Posts

Salam dostlar...

istərdim bu gün sizlərlə qayda-qanunlarımızdan danışaq...

ümimiyyətlə,,bizdə hal-hazırda qanunlar işdəyirmi?

öz qanunlarınızı,,hüquqlarınızı nə dərəcədə bilir və tələb edirsiz?

qanunda olan boşluqları necə aradan qaldırmaq olar?

hüquqlarınız tapdanırmı?

və bu tip suallara ve mövzu ətrafında sözü olan varsa buyurun..bölüşün bizlərlə...

Изменено пользователем strANger_04

Tanrin Ne Edirse... demek hen shey yaxshiliga dogrudur...

я вернулься...

Ссылка на комментарий
Поделиться на других сайтах

Mənim anam müəllimədir.Dərs dediyi yerdə çox cuzi saatlar götürür.Amma siz gəlin görün ki, tədris hissə müdiri onun bu vur-tut 8-10 saatına elə bir "maraqlı" cədvəl təşkil edir ki, anam az qala bütün həftəni işə getməyə məcbur olur.Ona görə də hər tədris ilinin əvvəlində cədvəl təşkil edənə "hörmət" (lap əsəbləşirəm bu sözdən) etməyə məcburdur ki, dərsi 2 günə yığsın.

Hə,bax burda ne edəsən????? Qanunla o insan istədiyi cədvəli təşkil edə bilər,amma digər tərəfdən 8-10 saata görə insanın bütün həftəni tədris ocağına ayaq döyməsi gülünc olduğu qədər də qeyri real bir şeydir.((((

Bu mövzuda hələ qeydlərim olacaq.... Yaralı yerimizdir.((((

Изменено пользователем strANger_04

Мать - это имя Бога на устах и в сердцах маленьких детей.

Ссылка на комментарий
Поделиться на других сайтах

Her vaxtınız xeyir,

Mence insan hüquqlarının tapdanıb tapdanmaması ele insanların özlerinden aslıdır.

Eger men öz hüquqlarımı biliremse,menim hüquqlarımı kim ve nece tapdıya biler?Bu mümkün deyil.

Bütün heyatımızda baş veren rüşvet,hüquq pozuntuları ve s,mes insanın hüquqlarını bilmemesinden ireli gelir.

Qanun qanunu bilenler üçün işleyir

Hörmetle,

Rashad

Миру Мир!

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan və qanunlar. Bu sözlər antonimdir, yəni bir-birinin əksidir... :)

Azərbaycan dedikdə mənim təsəvvürümdə tariximiz, doğulub boy atdığımız və uğrunda özlərini fəda etmiş minlərlə şəhidləri olan bu torpaqlar və millətimiz canlanır. Millət deyəndə isə birinci növbədə özümü və mənə əziz olanları düşünürəm. Öz qüsurlarına isə gülmək yox onları düzəltmək lazımdır.

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 2 weeks later...

Çox istərdim ki bütün qanunlara riayət edilsin. Amma qanunları qoyanlar özləri birinci növbədə bunlara riayət etməlidir.

Şifahi xəbərdarlıq:

Bölmədə ENG, RU şriftlərində postlar yazmaq QADAĞANDIR (!)

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan dedikdə mənim təsəvvürümdə tariximiz, doğulub boy atdığımız və uğrunda özlərini fəda etmiş minlərlə şəhidləri olan bu torpaqlar və millətimiz canlanır. Millət deyəndə isə birinci növbədə özümü və mənə əziz olanları düşünürəm. Öz qüsurlarına isə gülmək yox onları düzəltmək lazımdır.

Qanunu qəbul edən özü buna əməl etmirsə mən necə düzəldim bu qanunları. Bax gülməli olan budur. :)

Yaşamaq yeganə əzabdır ki, insan ondan doymur

Ссылка на комментарий
Поделиться на других сайтах

  • 5 weeks later...

Azərbaycanda qanunlara əməl olunmur, daha doğrusu hökumət onların əksəriyyətini icra etmir. Bunun bir-birindən asılı olan bir neçə səbəbi var. Birincisi, qanunlar icra olunmadığı üçün xalq da onlara çox diqqət yetirmir. İkincisi, xalqın qanunlardan xəbərsiz olması isə öz növbəsində qanunların icaatına əlavə çətinliklər törədir. Amma ən başlıca səbəb xalqın bilməməsi deyil, qanunu bilib onun aliliyini qorumaq vəzifəsini daşıyan dövlət qulluqçularının öz vəzifələrinə qulluq deyil ağalıq nöqteyi-nəzərindən yanaşmağıdır. Bu təkcə idarə, şöbə rəislərinə aid deyil, başda prezident olmaqla, dövlət qulluğunda olan bütün insanlara, aiddir.

Qanunları bilməyə gəldikdə onları bilmək hüquqşünasların işidir. Tələb etmək istəyəndə isə çoxumuzun eşitdiyi ifadə səslənir: demaqoqluq eləmə, bura Azərbaycandır.

Qanunda olan boşluqları xalqın seçdiyi milli məclis doldurmalıdır. Müstəqil işləyən məhkəmələrdə sınaqdan keçən/keçməyən qanunlara düzəlişləri də milli məclis etməlidir.

Hüquqlar tapdalanır, özü də necə.

AZ-da yığdıqdan sonra Fonts-ların arasından "Lucida Sans Unicode" fontunu seçib postunuzu onun arasına yerləşdirin.

Изменено пользователем strANger_04
Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...