Перейти к содержимому

Bursa valisi açıqlama yaydı


Nobel

Recommended Posts

70A62DFA-B2A6-4130-A4EE-DAB64EBAD71B_w393_s.jpg

Türkiyə-Ermənistan oyununda Azərbaycan azarkeşləri

Türkiyənin Bursa vilayətinin valisi Şahabəddin Harput oktyabrın 14-ü keçirilən Türkiyə-Ermənistan milli matçında Azərbaycan bayraqlarına sayğısızlıq edilməsi məsələsi ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada bildirirlir ki, matçın keçirildiyi stadiona Azərbaycan bayraqlarının buraxılmaması ilə bağlı qərarları olmayıb, bu, FİFA-nın tələbi ilə gerçəkləşib:

Bu, FİFA-nın Türkiyə Futbol Federasiyasına yazdığı və federasiyanın valiliyimizdən tələb etdiyi qərardır».

Ş.Harput bildirir ki, FİFA bu qərarı ilə öz statusu və təhlükəsizliyi ilə əlaqədar olaraq Azərbaycan bayrağının bu qarşılaşmaya gətirilməsinə qadağa qoyub, əks təqdirdə matçın ləğv ediləcəyini bəyan edib:

«Məhz buna görə də valiliyimizin bu qərarı həyata keçirmək və ya keçirməməyindən söhbət gedə bilməzdi. Necə ki, bu xəbər bəyan edildiyində ictimaiyyət tərəfindən anlayışla qarşılanmış, FİFA nəzarətçiləri və təhlükəsizlik qüvvələri tərəfindən müxtəlif ölçülü A49C7988-7148-4D8A-82A3-72CB553E7EBA_w203_s.jpg230 Azərbaycan bayrağı tamaşaçılardan müsadirə edilmiş və bu bayraqlar fotolarda göründüyü kimi qutularda toplanmışdır».

Vali deyir ki, vətəndaşların stadiona gizli və ya aşkar yolla gətirdiyi Azərbaycan bayrağı və bayraq əks olunan köynəklər tribunalardan yellədilib:

«Bütün qadağalara baxmayaraq onlara heç bir müdaxilə olunmamışdır. Bəzi media vasitələrində zorakılıq halları əks etdirən kadrlar üzərində aydınlaşdırma işləri həyata keçirilir. Bu məsələdə təqsirkarlar tapılıb ifşa ediləcək».

Şahabettin Harput deyir ki, Azərbaycan bayrağı Türkiyə bayrağı qədər müqəddəs və əzizdir:

«Heç bir türk insanının bu bayrağa qarşı hörmətsizlik etməsi mümkün deyil».

İndi burda sual çıxır:

Lazım idi İA-ya Azərbaycan xalqının milli, müqəddəs olan Şəhidlər xiyabanında Türk bayrağını yendirmək?

Əgər iki dövlət arasında hansısa səbəblərə görəsə gərginlik baş veribsə, getsin öz dövlət ştabında bayrağı yendirsin... Da millətin bu işə qarışdırmasın...

Bəlkə düz demirəm?

Sizin fikiriniz

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Azərbaycan bayrağına hörmətsizlik edən türk polisi cəzalandırıldı

A49C7988-7148-4D8A-82A3-72CB553E7EBA_mw203_s.jpg

Bursada Türkiyə-Ermənistan matçında Azərbaycan bayraqlarının yerə atılmasına görə bir amir (polis rəisi, yaxud rəis müavini vəzifələrinə uyğun gəlir) və 2 polis əməkdaşı haqda intizam araşdırmasına başlanıb, polislərdən biri işindən kənarlaşdırılıb.

Bu haqda Bursa valisi Şahabəddin Harpur bildirib.

Türkiyə mətbuatı yazır ki, vali bunları oktyabrın 14-də Türkiyə-Ermənistan oyununda baş verənlərlə bağlı bu gün keçirdiyi ayrıca mətbuat konfransında açıqlayıb.

Harpur deyib ki, stadiona girişdə, nəzarət və aramalar əsnasında bəzi Azərbaycan bayraqlarının mətbuatda yer alan xoş olmayan görüntüləriylə bağlı valilikdə .rılan araşdırma artıq bitib. Bunun üçün polisin özünün qeydə aldığı kamera görüntüləri, xəbərin yer aldığı 10 beynəlxalq telekanal, 3 yerli kanal, yerli və beynəlxalq mətbuat orqanlarında çıxan foto və xəbərlər incələnib.

Valinin sözlərinə görə 1 amir və 2 polis əməkdaşı barəsində intizam araşdırmasına onların “Azərbaycan bayraqlarının səliqəli şəkildə uyğun qutulara qoyulması və beləcə ehtimal edilən sui-istifadə hallarının önlənməsi işində gərəkli həssasiyyət, diqqət göstərmədə qüsurlu olduqları səbəbindən” başlanıb.

Harpur onu da deyib ki, araşdırma zamanı “üçüncü şəxslərin hərəkəti” də incələnib.

"Azərbaycan bayraqlarına qarşı üçüncü şəxslərin törətdikləri və beləcə həm Azərbaycan bayraqlarının məyusedici görüntülərinə yol açan, həm də iş başındakı heyətə müdaxilə edərək onları təhrik edən media görüntüləri də araşdırılmaq üçün prokurorluğa təqdim edilib.

Bu günlərdə Bakıda olan Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu bayraq olayı ilə bağlı araşdırmaya başladıqlarını demişdi. O bu işdə həm bir provakasiya olduğunu, Azərbaycan bayrağı ilə bağlı fotolardan bəzi şəxslərin öz məqsədləri üçün istifadə etdiklərini deyib. Amma eyni zamanda polislər arasında öz işini lazımınca görə bilməyənlərin ola biləcəyini də bildirmişdi.

Bursadakı matçdan sonra Azərbaycan və Türkiyə arasında münasibətlər gərginləşib. Azərbaycan da Bakıda türk əsgərlərinin abidəsindən Türkiyə bayrağını endirib. Türkiyə bununla bağlı Azərbaycana nota da vermişdi.

Davutoğlu həmin bayrağın tezliklə yenidən qaldılacağına ümid etdiyini bildirmişdi.

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Turkler bize qarsi hec bir zaman namerdlik elemeyib..bizdeki zati qiriqlara hec cur mahal vermek olmaz ki,bizim aramiza girib qardasligimizi pozsunlar...

Under the heaviest tribulations most submissively patient.

Ссылка на комментарий
Поделиться на других сайтах

Turkler bize qarsi hec bir zaman namerdlik elemeyib..bizdeki zati qiriqlara hec cur mahal vermek olmaz ki,bizim aramiza girib qardasligimizi pozsunlar...

Düzdü... Bu sadəcə sərhədlərin açılması ilə əlaqədar idi.

Ay bu sərhədələrə aid sazişlərə imza sərəncamları qeyd olunmasaydı, inanmıram ki, belə bir hadisəyə həqiqətən İA buna qarşı nəsə buna oxşar əncam edərdi (nətər indi həyata keçirmişdi)...

Nətər ki, o vaxt ki hadisədə subutu ingililisdərin öz ayaqablarını Azərbaycan bayrağı ilə silməyi və bizim həmvətənlərin bu haqsızlığa qarşı igidlik hərəkəti... Üstəlik ən əsas İA bu iki igidlərin bu səbəbdən işdən çıxarılması ilə əlaqədar heç olmasa maddi cəhətdən və ya hansısa bir işə düzəlməyinə heç bir hərəkat cərəyanın yoxluğu... Ən əsası həmin ingilislərin Azərbaycan qanuna müvafiq olaraq heç olmasa böyük məbləğdə cərimə və ya 2-3 aylıq türmədə saxlanma cəsası... Əfsuzdar olsun bunlar nəzərdən keçməyib...

Hayıf ki bu həqiqətdi...

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Bayraq böhranı haqda

Azər Məmmədov AzadliqRadiosu üçün videosorğu keçirərək adi İstanbul sakinlərinin fikrini öyrənib

O da ki, görək Bakılılar az forumun müdriyyəti icazə versə video- faylın açılmasına...

:http://www.reklama_zapreshena.com/flash/MediaPlayer.swf?cache

Изменено пользователем Nobel

default.jpg

Dəyişiklik görmək istəyirsən?

Onda, dəyişikliyin önündə OL!

http://www.youtube.com/user/olmedia

Ссылка на комментарий
Поделиться на других сайтах

Join the conversation

You can post now and register later. If you have an account, sign in now to post with your account.

Гость
Ответить в тему...

×   Вы вставили отформатированное содержимое.   Удалить форматирование

  Only 75 emoji are allowed.

×   Ваша ссылка была автоматически встроена.   Отобразить как ссылку

×   Your previous content has been restored.   Clear editor

×   You cannot paste images directly. Upload or insert images from URL.

Загрузка...
×
×
  • Создать...