Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

BOSSON

Members
  • Публикации

    739
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя BOSSON

  1. LIM1/ABC 75.oE CTC (BISS) С123456789AB Home(BISS) 123456789ABC Yamal ku-band 90.oE CTC (BISS) С123456789AB Home(BISS) D123456789AB Teshekkurler Sen de imkan vermirsen ki, ikinci suali verim e... o vaxt nastroykani edibler evrokino aciq idi indi acilmir! Dedim belke indi acmag olar teessyfler olsun ki olmur :(
  2. Gunun 24 saati Azercell nomrem aciq olur! Bakcell ve Nar nomrelerimi ise mehdud zaman cercivesinde ishledirem
  3. Hele ki 187sm-dir! 10-15 il yashaya bilsek yavash yavash azalacag :(
  4. KIm mene Lim1 ve Yamal102 nin pulsuz parollar barede melumatlarin deye biler?
  5. Ishden tez cixan kimi aile ile ozude Seidi gotyryb shehere cixmaq ela olur Istirahet etmeyi adamin burnundan tokyr Olimpik starda ilk olarag hansindan istifade etdise 2 saat ancag ora jeton atib durur Oranin menfi ceheti cox ses-kulu olmasidi amma, ne etmeli ushaq gerek istirahet etsin Koaladan o geder de xoshu gelmir bizim Seidin! Her gun baxcadan gelen kimi heyetimizde olan ushaglara aidi bytyn mini "karusellerden" istifade edir! Gunde 1 saat Ne yaxshi ki ushaglarin anasi olur! Shukur sene ay Allah! yoxsa ushagin telebleri ucun biz nece vaxt t.rdiq !
  6. Cerrahi emeliyyatdan 10-15 deqiqe sonra hushu berpa olur, 12-24 saat sonra xeste 90-95% ozunu berpa edir ve s.!!!! Normal dogushda ananin ozunu berpa etmesi bir geder gec olur! Ps: Indiki dovurde xesteler ycyn tikishler problem olmamalidir, cunki 1-2 ay sonra ondan demek olar ki, iz qalmir
  7. Bele oxsharliqlari esrler boyu yaziblar! Gorun nece esrdir ki dunya yashayir! Allahdan bashka bunu hec kim deye bilmez! Biz Allahin qullari olarag bu barede hecne bilmirik cunki Allahla danisha bilmirik! Inshaallah o vaxta geder yashayaq menim sozumu tesdiq edersiz
  8. Naila xanum gestozlarda bu bir az problem yaradir! Siz bele dyshynmyrsyz ki? Dushunurem her kes buna ferdi yanashmalidir! Rp: Tab.......... yazmag mumkun olsa idi nese meslehet gore bilerdim teessyfler........ Безусловно, подход должен быть индивидуальным. Я бы вообще посоветовала перетерпеть и дышать свежим воздухом... Eh... indi dovran deyishib, cox pisleshib! Ushag ana betninde cox hessas olur! Derman preparatlari oz yerinde qidanin rasionu onun ne derecede zenginliyi bele hamile gadinlara tesir edir, amma ne olsun! Indiki hamileler cox erkoyun olublar! Ne geder deirsen dermandan uzag ol, o geder hamileliklerin pis kecirdirler :(
  9. Naila xanum gestozlarda bu bir az problem yaradir! Siz bele dyshynmyrsyz ki? Dushunurem her kes buna ferdi yanashmalidir! Rp: Tab.......... yazmag mumkun olsa idi nese meslehet gore bilerdim teessyfler........
  10. Dogush tebii yolla olmalidir! Bu hemsieshe bele olub ve XXI esrin ustyne Bir XXI esr de gelse bele olacag Eger gosterish olarsa sozsuz ki kesar kesiyi ile dogushu tamamlamaq lazimdir! bu hem ushaga hem de anaya vacibdir! Duzdu indiki qadinlar tenbellik edib tebii ushagi dunyaya getirmek istemirler amma bu yalnishdir! :( :( :(
  11. BOSS Qospitala leytinant hekim-cerrah lazim olsa men haziram!
  12. BOSSON

    Любимые запахи

    ^CHIC^ FOR MEN ondan yaxshisin hele ki t. bilmemishem! Gor nece ildir ki, ondan canimi gurtara bilmirem
  13. BOSSON

    Бритье

    Ela ishleyir! Lezva ve uzluk setkasi 1,5 il ishleyir
  14. Министерство здравоохранения не считает ситуацию критической, не видя необходимости в карантине. Как сообщает Bakililar.AZ, в Азербайджане нет необходимости объявлять карантин в связи со "свиным гриппом". Об этом заявили в Министрестве здравоохранения. Напомним, что сегодня пресс-служба Минздрава официально объявила о новых 8 случаях заражения "свиным гриппом" в Азербайджане. Трое из заразившихся опасным вирусом прибыли в Азербайджан из Украины, один из Турции, один из Великобритании, еще трое это лица, контактировавшие с прибывшими из Украины. Двое из них проходят стационарное лечение, оставшиеся шесть - лечатся амбулаторно. hm.... ishler cetinleshib :(
  15. Ali, Said, Rza, Huseyn, Hasan, Muhammed Ele oglumun adi da Said-dir!
  16. BOSSON

    Бритье

    Dogurdan seher uzerimize dushen ishlerden biri de uz qirxmaqdi :( Seher yuxudan tez durdum ura 10 degigeye ^Elektrobritvada^ istifade etmek yaxshi olur! Hm... yuxudan gec duranda 1-2 degigeye ^Gillette^ komeye gelir! Calishiram her gun uzumu temizleyim, amma alinmir bir gunden bir de temizleyirem! Bu xestexanada novbeler ki var cox cetin meseledir! Novbede olanda, birgunden bir ancag temizleye bilirem :(
  17. Ilk olarag Virus M.Hazi Aslonovun lap yaxinliginda ^Grand^ marketin ustynde 9 mertebeli binada (Xatai r-nu M.Hadi 65-de) tapilib :( Men yaxin kollegalarimdan birinden bunu oyrenmishem :(
  18. Дробить или не дробить зависит от того какой камень, от его консистенции. Есть случаи, когда ультразвук эффективно дробит камень, и можно обойтись без операции. Грамотный врач определяет по снимку, поможет ультразвук или нет. Только вот самодеятельностью лучше не заниматься - травы разные пить и тд. - может не дай бог спровоцировать закупорку желчного протока, это очень опасно. Xolesistektomioyadan sonra 1,2 ve ya 3 gune eve gede bilen xesteler 21 sutka xoledoxda drenaji saxlamali ola bilirler! Sozsuz ki od kisesinde dashi olan xesteler hekim-cerrahin nezareti ve ya konsultasiyasindan istifade etmelidir!
  19. Naila xanimin fikri ile tam raziyam! Iltihabi prosesden sonra boyumush limfa duyuny oz evvelki veziyyetine qayitmayibsa ondan narahat olmaqa deymez! Sizin ucun bu limfa duyunu qorxulu deyil! Travmadan sonra boyumush limfa duyununden hec narahat olmayin! Ps: Yashli insanlarda daxili organlarinda ve ya toxumalarinda shish onu proses ve ya shish olduqdan narahat olmalisiniz! Shukur Allaha ki sizin yazdiginiz variantda narahat olmaqa deymez!
  20. Her bir valideynin borcudur ki, bu ishi etsin! Szin ushaginizi nervpatoloq, anestezioloqun konsultasiyasi ve ya nezareti altinda ^sunnet^ etmek olar! Darixmayin!
  21. Demir deficitli anemiyalarda qida gebulu ile hemoqlabini galdirmag mumkun olmadiqda ve ya keskin anemiyalarda 3 valentli demir preparatlarina (Esasen de venadaxili prevaratlar) ystynlyk vermek lazimdir!
  22. BOSSON

    İmam Rza (e)

    Mübarək Zilqədə ayının günlərini yaşamaqdayıq. Təqvimə nəzər saldıqda, bu ayda çox mübarək və nurani bir günün olmasını görürük. Həmin gün, müsəlmanlar üçün, bayram hesab edilən və çox sevincli bir gündür. Belə ki, məhşur rəvayətə əsasən, Zilqədə ayının 11- i, 8-ci İmamımız olan Həzrət Əli ibni Musa Rzanın (ə) mübarək mövlud günüdür. Həzrət İmam (ə) Zilqədə ayının 11- i dünyaya gəlmiş və Muhəmməd (s) ümməti üçün, həmin gün bir bayramdır. İmam Rzanın (ə) mübarək və nurani mövludu münasibəti ilə, İmam Zaman (ə.f) Ağanı və bütün dünya müsəlmanlarını təbrik edirik. Allah-Təala (c.c) bizləri, həmin günün və bayramın mübarəkliyinindən, nuraniliyindən bəhrələnənlərdən qərar versin, Amin! Mübarək və nurani mövlud günləri. Biz hansı səbəbə görə, Peyğəmbər (s) Əhli-Beytindən (ə) olan şəxslərin təvəllüd (doğum) günlərini mübarək və nurani günlər hesab edir və həmin günləri bayram edirik? Ona görə ki, həqiqətən də, bu kimi tarixi əlamətdar və mübarək günlər - İslam aləmində misli olmayan şəxsiyyətlərin mövlud günləridir. Necə ki, İslam Peyğəmbərinin (s) mövlud günü mübarək və səadətli gün hesab edilir, eləcə də, Peyğəmbər (s) Əhli-Beytinin (ə) mövlud günləri mübarək və səadətli günlər hesab olunmalıdır. Çünki mövlud günlərini bərəkətli günlər və özlərinin də, mübarək şəxsiyyətlər hesab etdiyimiz insanlar- Peyğəmbərdən (s) sonra, Onun (s) ümmətinin İmamları (ə), yəni, rəhbərləridirlər. Yəni, Peyğəmbərdən (s) sonra, İmamlarımız (ə) bu missiyanın daşıyıcısıdırlar, bu vəzifədən onlar məsuldurlar. Peyğəmbər (s) hidayət Peyğəmbəri olduğu kimi, İmamlar (ə) da, hidayət İmamlarıdır. Peyğəmbər (s) hər cür xəta və nöqsandan pak və ismətli (Məsum) olduğu kimi, İmamlar (ə) da, pakdırlar və ismət sahibidirlər. Peyğəmbər (s) alim olduğu kimi, Onun (s) elmi Allah-Təala (c.c) tərəfindən Ona (s) əta edildiyi kimi, İmamlar (ə) da, alimdirlər və elmləri öz ataları (ə) və nəhayətdə Həzrət Peyğəmbər (s) vasitəsiylə Allah-Təala (c.c) tərəfindən verilmişdir. Peyğəmbər (s) kimi, İmamlar (ə) da, hərtərəfli elmə və İlahi məarifə sahib olmuşlar, Quranı, dini əsasları (usulid-din), dinin budaqlarını (firuid-din), şəri hökmləri, əxlaqi məsələləri və s. dərindən bilmişlər. Peyğəmbərə (s) itaət və tabeçilik vacib olduğu kimi, Peyğəmbərə (s) itaət və tabeçilik etmək, Allaha (c.c) itaət və tabeçilik olduğu kimi, İmamlara (ə) da, itaət etmək və tabe olmaq vacibdir və Onlara (ə) itaət və tabeçilik etməklik də, İslam Peyğəmbərinə (s) və Allaha (c.c) itaət etmək, tabe olmaq deməkdir. Bu səbəbdən də, belə nurani şəxsiyyətlərin səadətli təvəllüd günləri - İslam dünyasında öz mübarəkliyi və əlamətdarlığı ilə, seçilir və həmin günlər müsəlmanalr üçün, bayramdır. İmam Rzanın (ə) həyatına qısa bir baxış. İmam Rza (ə), müsəlmanların 8 - ci İmamıdır. O Həzrətin (ə) əsl adı Əlidir. Atası, 7- ci İmamımız Həzrət Musa ibn Cəfər ibn Muhəmməd ibn Əli ibnil-Huseyn ibn Əlidir. (Allahın Salamı bütün hidayət İmamlarının üzərinə olsun!) İmam Əli ibn Musanın (ə) kunyəsi Əbul-Həsən, ən məhşur ləqəbi isə, Rzadır. Hətta, o dərəcədə İmamın (ə) bu ləqəbi məhşurdur ki, İmamların (ə) mübarək adları sadalanarkən, növbə Əli ibn Musanın (ə) mübarək adına çatdıqda və ya, O Həzrət (ə) haqqında danışdıqda, Ona (ə) “İmam Rza (ə)” deyilir. Həzrət İmam (ə) hicrətin 148- ci ilində- mübarək Zilqədə ayının 11- də dünyaya gəlmişdir. Həzrətin (ə) anasının adı Tukəm olmuş və O Xanım (ə) fəzilətli xanımlardan olmuşdur. Çünki O (ə), 7- ci İmamın (ə) zövcəsi və 8- ci İmamın (ə) anasıdır. İmam Rza (ə) dünyaya gəldikdən sonra, İmam Museyi-Kazim (ə) O Xanıma (ə) “Tahirə” adını vermişdir. Hər bir zamanın öz imamı olduğu və yer üzü heç zaman İlahi höccətsiz qalmadığı kimi, İmam Rza (ə) da, Öz zəmanəsinin İmamı və Allah-Təalanın (c.c), insanlar üzərindəki höccətidir. O Həzrətin (ə) həyatı əsasən, 2 hissədən ibarətdir; 1. Atası İmam Kazimlə (ə) birlikdə yaşadığı dövr, bu müddət 35 ildir. 2. Atasının (ə) şəhadətə yetdiyi, yəni, Özünün (ə) imamətə çatdığı dövrdən şəhadətinə qədərki dövr. Bu dövr 20 il olmuşdur. İmam Rza (ə), atası İmam Kazim (ə) hicri 183- cü ildə Bağdadın zindanında zəhərləndirilərək şəhid edildikdən sonra, imamət məqamına yetişdi. Əbdürrəhman ibn Həccac deyir: “Əbülhəsən Musa ibn Cəfər (ə) öz oğlu Əlini (ə) öz canişini təyin etdi, onun üçün vəsiyyətnamə yazdı və Mədinənin tanınmış şəxsiyyətlərindən altmış nəfəri şahid tutdu.” İmam Rza (ə) 35 yaşında imamət məqamına çatır, 20 il ümmətin İmamı və rəhbəri olur və hicri 203- cü ildə, 55 yaşında şəhadətə qovuşur. O Həzrətin (ə) şərif məzarı İranın Tus - indiki Məşhəd şəhərindədir. Bu gün müxtəlif ölkələrdən saysız-hesabsız insan Həzrət İmamı (ə) ziyarət etmək üçün, Məşhəd şəhərinə gəlir, İmamın (ə) vasitəsiylə Allahdan (c.c) hacətlərini diləyir, duaları müstəcəb olur, şəfa tapırlar. İmam Rza (ə) və müasiri olmuş xəlifələr. Əbbasi xəlifələri Harun ər-Rəşid, Əmin və Məmun- İmam Rzanın (ə) müasiri olmuş xəlifələrdir, yəni, O Həzrətin (ə) zəmanəsində bu insanlar xəlifə olmuşlar. Bu xəlifələr də, Əhli-Beyt (ə) İmamlarının (ə) haqqını qəsb etdikləri üçün, mənfur və məlun kimsələr olmuşlar. İmam Rzanın (ə) 20 illik İmamlıq müddətinin ilk 10 ilində, Harun ər-Rəşid xəlifə olmuşdur. 2- ci onilliyin ilk 5 ilində Harunun oğlu və vəliəhdi olan xəlifə Əmin (atasının ölümündən sonra) xəlifə olur. Nəhayət, Həzrət İmam (ə) İmamlığının və mübarək ömrünün son 5 ilini, qardaşı Əmini öldürərək xilafətə sahib çıxan Məmunun dövründə yaşamışdır. İmam Rzanın (ə) Atası- İmam Kazim (ə) xəlifə Harunun əmriylə zəhərləndirilərək şəhadətə yetmişdir. İmam Rza (ə) da, Harunun oğlu Məmunun əmriylə zəhərləndirildi və şəhid edildi. Ümumiyyətlə, İmamlarımızın (ə) əksəriyyəti zəhərləndirilərək şəhadətə yetmişlər. Hicrətin 193- cü ilində ölən Harunun yerinə oğlu Əmin xəlifə olur. Harun, Əmindən sonra, 2- ci vəliəhdi olaraq, oğlu Məmunu təyin etmişdi. Lakin, Əmin xəlifə olduqdan bir müddət sonra, qardaşı Məmunu vəliəhdlikdən kənarlaşdırıb öz oğlunu vəliəhd və özündən sonrakı xəlifə təyin edir. Məmun da, bu səbəbdən qardaşı Əminlə müharibə edir və Əmin 5 il xilafətdə qaldıqdan sonra, hicrətin 198- ci ilində Məmun tərəfindən öldürülür və xilafət .ratının başına Məmun keçir. Məmunun xəlifəliyinə qədərki dövr, İmam Rza (ə) üçün, sakit və sərbəst keçir. Çünki həmin dövrə qədər, Əmin və Məmunun başı - öz aralarında hakimiyyət üstündə gedən müharibəyə qarışır və İmam (ə) öz vətəni Mədinədə rahat şəkildə təbliğat və təşviqatla məşğul olur, dini mühafizə edir, insanlara İlahi məarifi çatdırır. Məmun xilafətə keçdikdən sonra, İmam Rzanı (ə) öz yanına - Mədinədən Mərvə “dəvət” edir. Məmunun “dəvəti” və təklifi. Məmun insanların gözündən pərdə asmaq üçün, zahirən özünü İmama (ə) yaxın bir kimsə kimi, göstərməyə səy göstərirdi. O, hakimiyyətinin dayaqlarını möhkəmlətmək fikrində idi. Çünki insanların Əhli-Beytə (ə) olan məhəbbət və bağlılığı, İmama (ə) olan hörmət və itaəti, Məmunu qorxu və təhlükəyə salmışdı. O, İmamın (ə) tərəfdarlarının çoxalmasından qorxurdu. Bu, onun hakimiyyətinin devrilməsiylə nəticələnə bilərdi. Həmin anlarda hakimiyyətə qarşı qiyamlar da, baş qaldırmışdı. Bu səbəbə görə, o qərara aldı ki, İmam Rzaya (ə) bir təklifdə bulunsun. Əslində isə, bu təklifin altında məkrli siyasi oyunbazlıqlar və çirkin planlar dururdu. Və bu təklifi reallaşdırmaq və məqsədə çatmaq üçün, İmamı (ə) öz yanına “dəvət” etdi. Məqsəd isə, İmama (ə) vəliəhdlik təklif etmək idi. İmam (ə) razı olmasa da, İslamın və müsəlmanların ümumi mənafeyini nəzərə alıb, Mədinədən Mərvə səfər etdi. O Həzrət (ə) bilirdi ki, bir də, vətənə dönüş baş tutmayacaq və bunu yaxınlarına da, bildirmişdi. Məmun, əvvəlcə İmama (ə) xilafəti təklif etdi, İmam (ə) isə, onun bu fitnəsindən və iyrənc siyasətindən agah olduğu üçün, bunu qəbul etmədi. Məmun daha sonra, vəliəhdliyi İmama (ə) təklif etdi və İmam (ə) razı olmasa da, təhdid edərək, İmamın (ə) bu təklifi qəbul etməsini istədi. Xəlifənin iyrənc siyasəti öz əleyhinə işlədi. İmam (ə), İslamın və müsəlmanların xeyri üçün, bu təklifi qəbul etdi. Məmunun təklifi, İmamın (ə) rədd cavabı və Məmunun vəliəhdlik üçün, İmamı (ə) təhdid edərək razı salması haqda, Əbasəlt Hərəvi belə deyir: “Məmun İmam Rzaya (ə) dedi: Ey Allahın Peyğəmbərinin oğlu!... Mən belə məsləhət gördüm ki, özümü xilafətdən kənara çəkim, onu sənə tapşırım və səninlə beyət edim. İmam Rza (ə) buyurdu: Əgər bu xilafət sənindirsə və onu sənə Allah veribsə, Allahın sənin əyninə geyindirdiyi libası çıxarıb başqasına verməyin rəva deyil və əgər xilafət sənin deyilsə, sənin olmayan şeyi mənə vermək haqqın yoxdur. Məmun dedi: Ey Allahın Peyğəmbərinin övladı! Sən bu işi qəbul etməlisən. İmam buyurdu: Mən öz razılığımla bu işi heç vaxt qəbul etməyəcəyəm... Sən istəyirsən ki, bu işin ilə camaat “Əli ibn Musa dünyaya arxa çevirməmişdi, əksinə dünya ona arxa çevirmişdi, məgər görmürsünüz ki, xilafət tamahı ilə vəliəhdliyi necə qəbul etdi?!” desin. Məmun əsəbləşdi və dedi: ...And olsun Allaha, əgər, vəliəhdliyi qəbul etməsən, onu sənə məcbur qəbul etdirəcəyəm. Əgər, onu qəbul etsən, heç, yoxsa boynunu vurduracağam.” Məmun, əvvəldə qeyd etdiyimiz kimi, belə etməklə, həm, xilafət əleyhinə baş qaldırmış üsyanları yatırtmaq istəyirdi, həm də, İmamı (ə) bu təklifə razı etməklə, O Həzərti (ə) hörmətdən və xalqın nəzərində nüfuzdan salmağa çalışırdı. O bilirdi ki, insanlar Əhli-Beytin (ə) haqqı olan xilafəti qəsb etmiş qəsbkar xəlifələrə nifrət edir, onların xəlifəliklərini etibarlı və müqəddəs bilmirlər. Buna görə də, İmamı (ə) vəliəhdliyə razı etməklə, Onu (ə) hörmətsiz və etibarsız edə biləcəyini və xalqı İmamdan (ə) narazı sala biləcəyini güman edirdi. Bundan sonra da, İmamı (ə) şəhid etmək Məmun üçün, heç də, çətin olmayacaqdı. İmam (ə) isə, bilirdi ki, bu vəliəhdlik məsələsi baş tutmayacaq. Bu haqda, İmamın (ə) vəliəhdliyi qəbul etməsinə görə, sevinən bir kişiyə bu işin baş tutmayacağını da, bildirmişdi. Məmun, İmamı (ə) vəliəhdliyi qəbul etsin deyə, hədələdikdə, İmam (ə) bilirdi ki, vəliəhdliyi (zahirən də, olsa) qəbul etməsə Məmun, İmamın (ə) Özünə və Onun (ə) tərəfdarlarına zərər verəcək, bu səbəbdən də, razılaşmışdı. Amma, bu şərtlə ki, hökümət işlərinə və kiminsə işə götürülməsinə və ya, işdən çıxarılmasına (İmam (ə)) heç bir müdaxilə etməyəcək. Amma, İmamın (ə) uzaqgörənliyi özünü doğrultdu və Məmunun hiyləgərcəsinə qurduğu siyasət öz əleyhinə işləməyə başladı. Xalq, nəinki İmamdan (ə) üz döndərmədi, hətta, qəlbləri İmama (ə) daha da, bağlandı, İmamın (ə) tərəfdarları daha da, çoxalmağa başladı. Hətta, İmamın (ə) öncələr tərəfdarı olmayan bəzi insanlar da, İmama (ə) tərəf gəlməyə başladılar. Nəhayət də, Məmun, bundan qorxub çarəni İmamı (ə) şəhid etməkdə gördü və xain əllər İmamı (ə) zəhərlədi. Allah-Təala, bizləri, dünya və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!
  23. BOSSON

    İmam Rza (e)

    Imam Rza(e) movludu ile bagli bu temani acmag fikrine dushdum! O gozel rehber hagginda gorsen neleri bilmirik! Cox xahish edirem! Burada elave yazilar yazmayin! Bilavesite o gozel shexsiyyet barede bildiklerinizi, ozuduqlarinizi yazin!
  24. Men 3N-li Baki Sheher Klinik Xestexanasinda ishleyirem, polikninikasinda deyil, Klinikamiz Sabuncuda yerleshir! M.Ezizbeyovun yaxinliginda !
  25. Azerbaycan Dovlet Hekimleri Tekmilleshdirme Institutunun kafedralari hekimlerin bilik seviyyesini mueyyen etmekden otyry testler hazirladi! Bizim kafedramiz da ^I Umumi Cerrahiyye Kafedrasi^ 4 min test sehiyye nazirliyine tehvil verdi! Sozun duzu testlerin gurulushuna gore testlerin cemi 35%-ine cavab vermek mumkundur! diger 65%-i telebnameye gore cox cetindir! Daima emeliyyat otaginda olan hekimler 51 baldan yuxari bal toplaya bileceklermi! Inanmiram cunki sualllar esasen teoretikdir! Praktik hekimler ucun bu bir geder cetinlik toredecek! Bundan otyry bir geder oxumag yeniden kitab-defterden istifade etmek lazim gelecek!!!
×
×
  • Создать...