"Neftçi"nin son zamanlar yaşadığı çətin günlər yalnız flaqmansevərləri deyil, hər bir azərbaycanlı futbol azarkeşini qüssəyə salıb. Çünki, heç bir klubun, komandanın olmadığı zaman daima "ağ-qara"lar bizim ümid yerimiz və ya sevinc mənbəyimiz olub. Lakin, "NEFTÇİ"nin bu gün olduğu durum artıq ciddi həyəcan təbilinin çalınmalı olduğundan xəbər verir. Necə ki çalındı...
Flaqmanın əsas heyətində top qovan 7 futbolçunun klubdan rəsmən qovulması hamını təəcübləndirsə də, "Neftçi" fanlarını sevindirdi. Uzun zamandan sonra komandamızda dəyişiklik və ya yeni ruh olacağına inam bizi sevinməyə məcbur etdi! 3 məşqçini səssiz-səmirsiz yola salan qruplaşma Gedenin "halvasını da pişirməkdə idi". Amma bu onlara nəsib olmadı!
Haqqında söz açdığım Azərbaycan futbolunun FLAQMAN-ı adını daşıyan və xalq komandası adlanan "NEFTÇİ" artıq yeni simasıyla hansı uğurlara imza atacaq - bunu zaman göstərəcək! Əmin olun ki, müvafiq futbolçuların uzaqlaşdırılması flaqmanı zəiflətməyəcək!
Hörmətlə, sadə "NEFTÇİ" fanatı - KƏNAN QULİYEV.