Hər vaxtınız xeyir,
Mövzunu gördüm yadıma maraqlı bir hadisə düşdü.İlk öncə onu deyə bilərəm ki,Allah heç kimi darda qoymur!
Yadımdadı 3-kursda idim.Dəsdən çıxıb evə gedirdim.Yolda mənə qucağında uşağı olan bir xanım yaxınlaşdı.Yolda qaldıqını,pulunu itirdiyini ve üstündə pulunun olmadığını söylədi və məndən imkan varsa ona yol pulu verməyimi istədi.Mən isə bir çox tələbələr kimi dərsə cibində pul ilə gedib cibi boş evə gələnlərdən olmuşam.Pullarımı ya məktəbin yeməkxanasında ya da dərsdən sonra tələbə yoldaşlarımla xərcləyirdim.Bir sözlə nə qədər xərcləsəmdə o zaman avtomobilim olmadığı üçün yol pulu saxlayırdım.Bax elə bu xanım mənə yaxınlaşanda cibimdə cəmi indiki pul ilə 20 qəpik pul var idi.Mən isə xanım məndən kömək istəyəndə heçnə düşünmədən cibimdə olan yol pulumu həmin xanıma verdim.O isə əvəzində mənə Allah səni heç zaman çetinlikdə qoymasın dedi və getdi.Yolun qırağında durub avtobus gözləyirdim.Beynimdə isə 20 qəpiyə görə məni öldürmüyəcəklər ki,sağol deyib düşərəm deyə düşünürdüm.Avtobus gəldi,mindim,boş yer var idi amma pulunu verə bilməyəcəyim yerdə əyləşmək istəmədim və ayaq üstə bir neçə dayanacaq getmişdim ki,avtobusu dayandı.İçəri Mənimlə eyni məktəbdə oxuyan biri mindi.Əlbətdə məni tanıdı.Onunla salamlaşıb görüşdük.Bir az getmişdik ki,yanimda olan insan sürücüyə qarşıda saxlamasını bildirdi.Onunla sağollaşdıq,o isə durub ayağa düşmək üçün qarşıya keçdi.Avtobus dayandı O isə düşəndə mənə bəlkədə heç zaman unuda bilməyəcəyim bir sözü dedi: Rəşad, pulun çatıb düşərsən!
Hörmətlə,
Rəşad