Bu günlərdə İnternetdə bir neçə Azərbaycan mahnısının sözlərini axtardım və təəccüblə qənaətə gəldim ki, bu mövzuya aid saytlar, demək olar ki, yoxdur.
O səbəbdən gəlin burada Azərbaycan musiqi xəzinəsini təşkil edən sevimli xalq mahnılarımızın və sovet dövrünün Azərbaycan xit mahnılarının sözlərini toplayaq.
Niyə müasir mahnıların deyil ? Çünki müstəqillik dövründə yaranan mahnıların sayı çox olsa da, bir o qədər də keyfiyyəti aşağıdır. Ona görə ara mahnıların həvəskarları ayrica mövzu aça bilər.
Əlbəttə, müasir mahnilar arasında layiqli nüsxələr də mövcuddur. Az da olsa. Amma seçim çətinliyi olacaq...
Onlar üçün də ayrı mövzu açmaq pis olmazdı.
Beləliklə, mən başlayıram və sizin fəal iştirakınıza ümid edirəm
SARI GƏLİN
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Saçın ucun hörməzlər
Gülü sulu dərməzlər
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu
Nə ola bir gün görrəm
Nazlı yarın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Nə ola bir gün görrəm
Nazlı yarın üzünü
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Səni mənə verməzlər
Ay nənən ölsün,
Sarı gəlin, aman
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin