Jump to content
  Love reading great articles? Visit Elix.com today!

Гарышга

Members
  • Content Count

    115
  • Joined

  • Last visited

Community Reputation

0 Neutral

About Гарышга

  • Rank
    Знаток
  • Birthday 08/19/1982

Contact Methods

  • Website URL
    http://
  • ICQ
    0

Profile Information

  • Gender
    Male
  • Interests
    ШахМаты!
  1. X Dream, Cosmopolitan,sizi təbrik edirəm.Axır ki,arzunuza çatdınız. Prikolistka, sizə isə mən təşəkkür edirəm.Yazılara gərək diqqətlə fikir verərdiniz (təkcə mənim yox).Siz tərəfdən ədalətsizlik oldu.Amma yenə də eybi yox. Birdəki 20% -i saxlayın özünüzdə, lazım olar.Mən onsuzda birdə bura gəlməyəcəm.Sizə çətin və şərafətli moderator vəzifəsində ədalətli qərarlar çıxarmaq arzusu ilə mən getdim. Hamıya uğurlar!
  2. Maraqlı cümlələr yazırsız.Əgər siz müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz ,onda müdir axmaqdır? Siz əminsiz ki, siz müdirdən də ağıllısız?
  3. Sizə ele gəlmir ki, biz artq başqa mövzunu müzakirə edirik?
  4. Bəs əgər,müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilməsəz necə?
  5. Mən bilmirəm kim öz ağlını göstərmək istəyir,amma mənim ehtiyacım yoxdur.Mən ağlımı burda özümüzə yox,lazımi yerlərdə ehtiyac duyulduqda göstərirəm .Azərbaycanlı ağlının hansı səviyyədə olmasını az da olsa beynəlxalq arenalarda (özümüzə yox,dünyaya) gösərə bilirəm.Bunu bilənlər bilir.
  6. Hörmətli Cosmopoliton xanım, mən bu mövzuda kiminsə qəhramanlığını və yaxud da zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutanlardan yazmadım.Mən sadəcə atalar misalının məğzini başa salmaq istədim. Kimisi zindana düşməyi və güllələnməyi ağanın qarşısında baş əyməkdən üstün tutur,kimisi yox.O hər kəsənin öz işidir.Mən "ağanın" tərəfini saxlamıram. Mən 14 ildir ki o "ağanın" çörəyini yemirəm,nədəki o "ağadan" asılı deyiləm (maddi cəhətdən).Amma o "ağanın evindəyəm" və qoyduğu qayda-qanunlardan kənara çıxa bilmərəm. Birdəki,siz özünüz dediyinizə görə Statisika sahəsində işləyirsiniz və yəqin ki sizin də müdiriniz var.("ağa" desəm xətrinizə dəyə bilər).Əgər sabah müdiriniz sizə desə ki,nəyisə belə edin,siz etməyin.(işlə bağlı) ("zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutmaq" lazımdır.) Amma siz edəcəksiziniz.Müdirinizin çıxartdığı qərarın son aqibətini bəzən heç siz də bilmirsiz.Onu axırda bilmək olur.Sadəcə olaraq deyir sür və siz də sürürsuz.Əgər siz özünüz qərar verib,özünüz də o qərarın icrasnı həyata keçirirsizsə, (yalan olardı) onda məni üzrlü hesab edin. Amma mövzudan kənar yazdığınız bu acı həqiqətlər və ədalətli yazılarınızla ümumilikdə razıyam.
  7. Məni cəzalandırmaq təklifi gözəl təklifdir.Mən sizin digər mövzudakı postunuza cavab yazmadım deyə siz də mənə qarşı çıxırsız? Axı bu ədalətsizlik olardı.Postunuza cavab yazmamağımın səbəbi isə budur-Mən Əlidən danışıram,siz isə Vəlidən.Amma cavab yazacam,oxuyarsız. Təhqirə gəldikdə isə təhqirə mən ən yaxşı yolla,təhqirlə cavab verirəm. Mən düzünü və faktları yazıram.Əgər kimsə bunu əyri görmək istəyirsə,öz işidir.Onsuz da biz düzə əyri kimi baxmağı xoşlayırıq.(bəlkə də özümüzü ağıllı göstərmək istəyirik,ona görə belədir)
  8. .. demişdim axı keyfiyyetli danış. sən öz fikrində qal.qoy sən deyən olsun,özündən başqa hamıya hörmət qoyan qarışqa. Elşən,indi nə ağa var, nədəki dərəyə sürən (reklama_zapreshena düşüncə).Düşünürəm bunu sən də bilirsiz.O vaxtlar qulun başçısı "ağa" idi.Ağanın dedikləri də qanun idi.Və heç bir ağa da deməzdi ki, quluna sür dərəyə,ən azından öz ölümünə görə.Bunları sənə primitiv yönümdən izah etməyə çalışdım. İndi isə sənə dərin qat gələn bu misalın məğzini başa salmağa çalışacam.Ağa deyir sür dərəyə,sür dərəyə deyildikdə,o demək deyil ki,hər yoldan keçən sənə nə desə onu da elə.Hal-hazırda sən də mən də və o cümlədən hamı da bu sənə dərin qatlı gələn atalar misalını birbaşa həyata keçiririk.Bunlar hamısı ardıcıl gedən bir proseslərdir.Məs:Sən anadan olandan tam sərbəst düşünmək və düzgün qərarlar vermək qabiliyyətinə çatana qədər sənin "ağan" valideynlərin olur (uzunmüddətli "ağalıq" edənlər).Deyirlər oxu oxuyursan,onu belə elə,bunu belə elə.Həyatda bu yönümdə təcrübələri olduğuna görə istiqamət göstərirlər. (yeri gəlmişkən uşaq vaxtı heç kimin oxumaqdan xoşu gəlmir,sənin kimi uşaq düşüncəli idik.Elə bilirdik ki,valiydeynlərimiz bizə oxu deyəndə sən demişkən bizə "sür dərəyə" deyirdilər).Sonra daha bir "ağan" artır,olur müəllimlər (qısamüddətli sənə "ağalıq" edənlər)."ağa" müəllimlər deyir 40-45 dəqiqə otur dərsdə,məktəbdaxili qayda-qanunlara riayət et ,onu oxu,bunu oxu və sən də edirsən. eyni məntiqlə ali təhsil alarkən(yenə qısamüddətli sənə "ağalıq" edənlər,ən əsası əsas "ağaları" valideynləri yaddan çıxarmamaq şərtilə).Ali məktəbi bitirdikdən sonra, hər hansısa idarədə işləyirsiniz və sizin müdiriniz olur (uzunmüddəli və ya qısamüddətli "ağanız" ola bilər). Tutaq ki,bir gün müdir hər hansısa qərar qəbul edir və icrasını səndən,o cümlədən hamıdan tələb edir. sən və hamı edirsiz.Bu qərar sonda idarənin dağılmasına gətirib çıxarır.(o biri ağalardan fərqli olaraq bu "ağa sizə uçurumlu bir dərəyə sür dedi və siz də sürdüz" ,onu axırda başa düşəcəksiniz ki,bu "ağa" bizə "yağ-bal" olan dərəyə yox,məhz "uçurumlu" dərəyə sür demişmiş). Ümumiyyətlə götürdükdə isə bizim "ağamız" hökumətdir ( bu artıq bizim sən deyən "AĞADANDIR").Sabah hökumət başçısı əmr verir ki,ermənilərlə müharibə etməliyik və müharibə başlayır ( və sən də bilirsən ki müharibədə uduzacağıq).Getməyəcəksən müharibəyə? qaçacaqsan? Əgər cavab bəlidirsə,onda ya səni tutub fərari adı altında zindana salacaqlar,ya da ki,gülləliyəcəklər.(yəqin ki,nə zindan,nədə ki, güllələnmək arzu olunmazdır.Ağa deyir sür dərəyə,sür dərəyədə,deyəsən bu dərə də uçurumlu dərə oldu,amma yenə də sürdük) Mənə elə gəlir ki,başa düşdün nə izah etməyimi.Əgər başa düşmədinsə başqalardan (yaxş olardı valideynlərdən) yardım istə,və yaxud da başa düşmək istəmirsənsə, o artıq sənin öz işindir.
  9. Salam,flora xanım. Düşünürəm mövzu çox maraqlı mövzudur. Sadəcə ola bilər ki, etimalogiya termininin açıqlamasının başa düşülməməsi üzündən çox cavablandırılmıyıb.Sizdən əvvəl mən " Sözlərin,adların yaranma mənbələri və açıqlamaları" adlı mövzu açmaq istəyirdim,amma siz məni qabaqladız)). Bir daha qeyd etmək istərdim ki,mövzu maraqlı və uzunömürlü mövzudur.Mövzuya görə sizə təşəkkürlər! Hörmətlə
  10. reklama_zapreshena düşüncəli insansan.Heç olmasa atalar misallarının mənasını bilmirsənsə sakit dur və yaxud da öyrənmək istəyirsənsə bilənlərdən soruş-öyrən.Biyabırçı.. fikirlərivi saxla özündə.Sənin yazılarını görəndə mənim yadıma bir qrup yoldaşım düşür.Seminarda professor sual verende tez əlini qaldırırdı,özünü həlak eliyirdi.halbuki sualın cavabını selist ,deqiq bilənlər var idi. Müəllimlər bunu qaldırırdı cavab verməyə.Qalxıb pafosla ele danışırdı ki,senin kimi Emanuel Kantdan başlıyıb, Çan Zi də qurtarırdı,özüdə pafoslu nitqlə.Müəllimlər də (eyni zamanda qiraqdan baxan olsaydı da) fikirləşirdi ki,bu talantdır.Halbuki onun ağlının səviyyəsini biz bilirdik.Ona ləqəb də qoymuşduq öz aramızda("afyor").Onun hərəkətlərinə "ədalətsizcəsinə,özünü ağıllı kimi gözəsoxmaq"dan başqa ad vermək olmaz.Amma həmişə ona bir şeyi deyirdik ki,sen bu "afyorluğunnan" çörək t.caqsan,özü də yaxşı çörək.Çörəyi də kişi kimi qazanmaq,yemək lazımdır.Nəysə... yəqin ki, bu yazdıqlarımnan bir nəticə çıxardacaqsan.amma çətin ,axı "siz" mənnən də ağıllısız."Kəmiyyətcə çox,keyfiyyətcə yox" olan professor Elşən müəllim yazılarınınzın keyfiyyətinə fikir verin. Niyə hörmətsizlik (sən)?+Niyə belə tənqid?=Sizin layiqli hörmət qazanmağınıza ümid.
  11. Рано еще.себрли олмаг лазымды.себрин де оз касасы вар.мигом ничего не поделаешь.
  12. Bu mövzuda mənim üçün bildiyim bir şey bir daha öz təsdiqini tapdı.1-ci Azərbaycan daxili münasibətlər stabil qaydaya salınmalıdır.Ermənilərin dolayı yolla bizə qarşı həyata keçirdikləri "Öz əllərilə özlərini vuraq" siyasəti müvəffəqiyyətlə davam edir. Yenə də uduzuruq!
  13. Məncə verilən məlumatlar mövzunu tamamlayır. Ən yeni tariximiz haqda məlumatlar verilib ki, hal-hazırdakı düşmənimizi tanıyaq.Mövzunun adından göründüyü kimi "Tarixini sən də bil,düşmənini tanı".1 nəfərin ümumi Azərbaycan tarixi haqda məlumat verməyi düz çıxmazdı. Hər kəs Azərbaycan tarixindən məlumat yazsa,bilmədiyimiz bəzi düzgün məlumatları digərlərindən öyrənərik.
  14. Tam razıyam.2-ci ən çox sevdiyim yemək tamatlı qayqanaqdır.Oda eyni məntiqlə-Hər kəs bişirə bilir - ancaq hər kəsdə ləzzətli alınmır.
  15. Hörmətli ELşən, Ayıbdı.Mən sizin açdığınız "biqeyrət ataların,biqeyrət sözləri" mövzusunda bu mövzuya öz mənfi fikrimi bildirdikdən sonra,mənim açdığım mövzularda,ümumiyyətlə mənə qarşı siz tərəfdən hücumlar başlandı.Mən sadəcə düzünü dedim. Ayıbdır!
×
×
  • Create New...