Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Cosmopolitan

Members
  • Публикации

    62
  • Зарегистрирован

  • Посещение

Все публикации пользователя Cosmopolitan

  1. P, "interests' siyahinda dostlar axirinci yerde gelir... niye??? :)))

  2. Prikolistka, əgər mənim tələbim (özü də göstərişim yox!) belə lazımsız idisə, nə üçün ona uyğun hərəkət etmisiz? Mövzuları bağlamaqla bölümü inkişaf etdirmək istəyirsinizsə, bu, əlbəttə sizin ixtiyarınızdadır, amma sizin diqqətinizə çatdırmaq istəyirdim ki, davamlı təhqiri dayandırmağın başqa mümkün yolları da var. Maraqlı mövzu yaratmazdan öncə mövcud mövzuların maraqlı və qarşılıqlı hörmət şəraitində inkişaf etdirilməsinə imkan yaradılmalıdır.
  3. bu sualınız mövzudan kənardır, ikincisi də zarafat edirdim.
  4. xeyr, birbaşa mövzunu müzakirə edirik, özü də mənim və mənim müdirimin misalında Amma düzünə qalsa bu atalar sözünün müzakirəsi yaman uzun çəkdi...
  5. onda deməli müdir axmaqdır Söhbət ondan getmir ki, mən müdirin qərarını nə dərəcədə dəyişməyə nail oluram. Söhbət prosesin özündən gedir- ya müdirin dediyini, necə deyərlər, çətinə salmadan, kor-koranə yerinə yetirirsən, ya da bu qərarı sual altına alırsan, dəyişdirməyə çalışırsan və öz mövqeyini ortaya qoyursan. Ən azından ikinci halda nəyisə dəyişmək imkanı var, birinci halda isə insan özünü iradəsiz və mövqesiz .rmış olur...
  6. Mən statistika sahəsində işləmirəm, amma həqiqətən müdirim var, işlədiyim mühit isə kifayət qədər demokratikdir. Əgər müdirin qərarının tam ya da qismən səhv olduğunu arqumentlərlə sübut edə bilsəm, onda onun qərarını dəyişmək iqtidarındayam...
  7. Sizin səhviniz də elə ondadır ki, elə bilirsiniz burda kimsə özünü ağıllı göstərmək istəyir. Əksinə kim(lər)sə öz ağlını göstərir, özünü ağılllı göstərmir. İkisi də ayrı-ayrı sheylərdir. İkincisi də, forumda özünü ağıllı göstərmək insana nə qazandıra bilər? Yaxşı iş yoxsa yüksək əmək haqqı??? Hansı postuma cavab yazmamısız? Yadıma gəlmir düzünə qalsa, amma ümid üdirəm cavabınızda mənim şəxsiyyətimi yox, mövzunu müzakirə edəcəksiz. Əgər istifadəçilərdən kimsə sizinlə razı deyilsə, onları reklama_zapreshena düşüncəli adlandırmaq, ya da "kişi ol" demək məncə düzgün deyil... bu forumda artıq təhqirə məruz qalmadan fikrini yazmaq çətin məsələyə dönüb...
  8. X-dream, tamamilə haqlısız. Bu forumda Qarışqa nikli birisi dəfələrlə istifadəçiləri təhqir edib və onu cəzalandırmaq əvəzinə nədənsə mövzunu bağlayırlar... Qəribə məntiqdir...
  9. soruşmaq ayıb olmasın, təhlükəli qrupları necə "etkisiz hale" getirmek isteyirsiniz?
  10. Teşekkur edirəm- Dezdemona kimi çetin bir rolu mene yaraşdırdığınıza görə! Özü də mən Şekspirin vurğunuyam! Bu da "Otello"dan bir sitat: Take note, take note, O world, To be direct and honest is not safe! Amma bunu Dezdemona demeyib, İago deyib.
  11. hardan bele unikal neticeye geldiniz? size "dost" deye müraciət etdiyimdən fikirləşdiniz ki, əsəbiyəm? İndiki siz ingilisce bilirsiniz, həmvətənimiz Aytən Gəhramanovanin Dağlıq Qarabağ münaqişəsi haqqında ingilis dilində yazdığı bu məqalə sizin üçün maraqlı ola bilər. wp_103.pdf
  12. Sensus, dostum, "yalnış fikirlər irəli sürürsünuz" demək kifayət deyil! Nə üçün yanlışdır- deyin biz də bilək. X-dream'le razıyam: keçmişi unutmaq olmaz. Müəllimlərimdən biri demişdi ki, keçmiş maşının yan güzgüsü kimidir. Onunla geriyə baxıb, irləi hərəkət edirsən. Xalqı maarifləndirmək lazımdır, amma xırdaçı söhbətlərlə başını qatmaq yox.
  13. Sensus, hardan chixardiniz bu nəticəni? Bircə atalar sözünün mənasını tənqid etdiyimizə görə? Bizim bütün mədəni-ədəbi irsimiz yalnız bu atalar sözündən ibarətdir bəyəm? Əgər mövzu ilə bağlı daha ətraflı fikriniz varsa buyurun, bizimlə bölüşün. Gəlin atmacalar oyunu oynamayaq.
  14. Qarışqa, çoxdandır sizinlə ünsiyyət qurmuruq! Deyək ki, kimsə zindana düşməyi və ya güllələnməyi qorxaqlıqdan və ağanın qarşısında baş əyməkdən üstün tutur. Qoy həmin insan öz fikrində qalsın və ağaya qarşı çıxsın! Yoxsa hamı yaltaq, qorxaq və cılız olmalıdır? Əgər hökümət ağadırsa və o, seçkiləri saxtalaşdırırsa, neft pullarını istədiyi kimi xərcləyirsə, ordunun quruculuğu yox, dağıdıcılığı ilə məşğul olursa, təhsilimizi və səhiyyəmizi bərbad vəziyyətə salırsa, biz hamımız onun qarşısında baş əyib, onun arxasınca getməliyik? "Ağa" artıq nəçə illərdir ki, bizi dərəyə tərəf sürükləyir... Bu atalar sözünün mənası budur: Tabe olduğun insan sənə nə əmr edirsə, bunu müzakirə etmədən həyata keçir. Kor-koranə surətdə tabeçilik- budur bunun mənası mənim üçün. Səhv etmirəmsə elə siz də bu cür başa düşürsünüz, amma tabe olmamağın yarada biləcəyi fəsadlara qatlaşmaqdansa, əmrə tabe olmağı daha düzgün hesab edirsiniz. O ki qaldı, məktəb misaliniza- bəli, əgər söhbət dərsdə otrumaqdan, müəllimə qulaq asmaqdan gedirsə, haqlısınız. Bəs əgər məktəb hər ilin əvvəlində, ortasında və sonunda şagirdlərdən məktəbin təmiri, qızdırılması, təmizlənməsi və sair üçün pul yığırsa, şagird .rıb o pulu verməlidir məktəbə? Siz optimistsiniz əlbət, yoxsa "ağa"nı həmişə belə altruist, qayğıkeş təsvir etməzdiniz Əlbəttə, atalar sözləri hansısa dövlət qanunu deyil ki, onlara mütləq əməl etmək tələb edilsin. Burda onların mənasını müzakirə edirik. Bəzi atalar sözləri heç də həmişə faydalı deyil. Bəzi atalar sözlərinin faydası isə onun işləndiyi kontekstdən asılıdır. Yerdə qalan atalar sözlərindən isə mən özum də tez-tez istifadə edirəm. Məsələn, çox qarışqa şiri öldürər və ya El atan daş dağdan aşar
  15. Tamamilə düz qeyd edirsiniz, ən birinci rus dilindən başlamaq lazımdır. Amma mövzu türk dili haqqında olduğundan onu müzakirə edirik.
  16. Flora, əgər səhv etmirəmsə Azərbaycan dilində rus sözləri çox azdır. Bu ayrı məsələdir ki, adətən nitqdə rus sözlərindən çox istifadə edirik, sadəcə öz sözlərimiz qulağımıza nədənsə gülməli gəlir. Elm adlarının, məfhumların əksəriyyəti və mürəkkəb sözlər ərəb mənşəlidir. Sadə isimlər və fellər, eləcə də rəqəmlər türk sözləridir. Digər dillərdən gələn sözlər artıq özgə deyil, onlar bizim dili zənginləşdirir. Sözlərin tərcüməsinə cəhd isə bəzən heç də yaxşı alınmır və nəticədə işıqfor, açıqca kimi heç kəs tərəfindən istifadə olunmayan sözlər əmələ gəlir. Yeni terminologiya məsələsini tamamilə düz geyd edirsiniz- dilimizin yaralı yeridir. Amma bunda Türkiyə Türkcəsi nə dərəcədə faydalı ola bilər? Onlar da bu cür sözlərin çoxunu digər dillərdən götürür. Məsələn, helikopter, imaj, performans, matematik, deterjan, proje, avukat sözləri ya roman-german dilləri ailəsinə ya da latın/yunan dilinə mənsubdur, türk sözləri deyil. Hazırda ingilis dili müxtəlif sahələrdə .rıcı beynəlxalq dil olduğundan təbiidir ki, dilimizə yeni sözlərin əksəriyyəti ingilis dilindən keçir. Əminəm ki, eyni problemlə Türkiyə türkləri də qarşılaşır.
  17. What about this: “I so much love you, Azerbaijan,” Thought aloud an illegal emigrant. The Russian market is my home, But if I die, you’ll have my tomb!
  18. Flora, məni səhv başa düşdünüz, üstəlik mənə qarşı ittiham da irəli sürdünüz Mən dövlət dilinin dəyişdirilməsi və ya sayının artırılması haqqında bir kəlmə də olsun yazmamışdım. Əksinə mən azərbaycan dilini müdafiə edirəm! Bütün vətəndaşların, eləcə də, milli azlıqların da rahat anlaması və TÜrkiyə türkcəsini öyrənmək məcburiyyətində qalmaması üçün Azərbaycan telekanalları məhz dövlət dilində yayımlanmalıdır.
  19. Mövzu ilə əlaqədar belə bir sual vermək istərdim: Rəsmi statistikaya görə Azərbaycan əhalisinin 90.5%-ni azərbaycanlılar təşkil edir. Nə üçün yerdə qalan 9.5% qeyri-türk əhali (bu isə 750,000-ə yaxın insandır) onun üçün doğma olmayan türk dilində filmə baxmaq məcburiyyətində olmalıdır? Sizcə bu onların hüquqlarının pozulması deyil? Bu zaman nəzərə alaq ki, flora düzgün qeyd etdiyi kimi azərbaycan və türk dilləri yalnız oxşardır, eyni deyil.
  20. orhan61, belə çıxır sizinlə razılaşmayanların hamısı "rus hegemoniyasında olanlardır"? O zaman həmin siyahıya birini de elavə edə bilərsiniz
  21. Zəmanə adamı hansısa dövrdə iqtisadi və siyasi hadisələrin yaratdığı fürsətlərdən istifadə edərək siyasi və maliyyə kapitalını artırmağa can atan insandır, opportunistdir. Fürsətləri dəyərləndirmək üçünsə prinsipləri ilə çox rahatlıqla sağollaşa bilir... Müasirliyi isə əsasən insanın həyata baxışları və həyat tərzi ilə əlaqələndirirəm. Müasir insan yeniliklərdən çəkinmir, islahatçıdır, tənqidi düşünür, yaradıcıdır, açıq fikirlidir... Redaktə olunub: Cosmopolitan, azəri şriftindən istifadə edin, zəhmət olmasa. Hörmətlə
  22. Cosmopolitan

    Azad Qadin

    Bütün insanlar, elece de qadınlar azad yaşamalıdır. Teessüf ki, müeyyen qanunlar, adetler, dini teriqetler adeten bu azadlığı mehdudlarşdırmaqla, qadını öz tebii azadlığı üçün mübarize .rmağa mecbur edir. Aydındır ki, cemiyyetde ne kişi, ne de qadın tam azad ola bilmez. Jacque Rousseau “Sosial Müqavile”de dediyi kimi insan dünyaya azad gelir, lakin o, her yerde zencirlenir (man is born free, but everywhere he is in chains). Elbetde Rousseau burada bir növ paradoksdan danışır: insanlar sivil cemiyyetde yaşamaq üçün qanunlar ve müxtelif institutlar yaradır, evezinde ise özlerinin bir çox şexsi azadlıqlarını itirir. Ona göre de ilk növbede ele qanunlar ve institutlar yaratmaq lazımdır ki, onların çerçivesi heddinden artıq dar olmasın ve yalnız cemiyyetin sivil şekilde mövcud olmasına ve inkişafına xidmet etsin )))
  23. Xanım Cəzaverdiyeva, sizə də izah üçün təşəkkür edirəm.
×
×
  • Создать...