Перейти к содержимому

lxp85

Members
  • Публикации

    10
  • Зарегистрирован

  • Посещение

lxp85's Achievements

0

Репутация

  1. Hörmətli BMW-sevərlər, sürənlər, maraqlananlar, ustaları və hələ almaq istəyənlər (heç kimi yaddan çıxarmadım ki?) Ölkəmizdə BMW avtomobil markasına marağın böyük olduğu bir həqiqətdir. Hətta maddi imkanı aşağı olanlar belə nisbətən köhnə də olsa məhz BMW almağa üstünlük verir. BMW avtomobilinin sahibi olmaq fəxrli hal hesab olunur və düşünürəm ki, bu məhz elə belədir. Mən də bu sahəyə öz tövhəmi verməyi düşündüm. Nəzərə alsaq ki, BMW istifadəçilərinin bir çoxu alman dilində bilmir, ingilis dilində texniki terminlərdə çətinlik çəkir, hesab edirəm ki, Azərbaycan dilində BMW üçün diaqnostika proqramı bir çoxlarına faydalı və maraqlı ola bilər. Sizə proqramın ilk versiyasını təqdim edirəm.Hələ ki, imkanları super səviyyədə deyil, yəni DIS, INPA səviyyəsində deyil, amma başlanğıc üçün də pis deyil, zənnimcə. Hər cür təkliflərinizi, rəylərinizi və kritikanı böyük məmnuniyyətlə qəbul etməyə hazıram. Sınaqdan keçirib konkret fikirlərini bildirənlərə isə ayrıca minnətdarlığımı bildirirəm. Yükləmək üçün: http://www.fayloobmennik.net/6864813 Əlavə olaraq rahatlıq üçün K+DCAN kabeli üçün drayveri də əlavə etmişəm.
×
×
  • Создать...