Перейти к содержимому
Скоро Конкурс!!! Торопитесь!!! ×

Sahibuzzaman

Members
  • Публикации

    43
  • Зарегистрирован

  • Посещение

Profile Information

  • Пол
    Male

Sahibuzzaman's Achievements

0

Репутация

  1. Subhanallah her vechle her xirda momentle sunnileri pislemek ve shielerin cennete duseceyin ureli surmek. Vallahi burda fitnə salan zindixlara nifrət edirəm.Onlarin müsəlman olduqlarına da inanmıram.ÇOxu yəhudilərdir bu fitnə salan zındıxlar
  2. Sahibuzzaman

    Ibni Tymiyye Kimdir?

    Allah belə bəhslərlə müsəlmanların arasına nifaq salan fitnəkarların bəlasın ver
  3. Danışmaq(fezilet barədə)məni narahat etmir.Məsələn elə mən özüm də yeri gelende mesumların feziletinden danışıram. İndi başqası da "Raşidi xəlifələr"hesab etdiyi şəxslərin və həmçinin də səhabələrin fəzilətindən danışır. Danışmaqda problem yoxdur.Problem onu qayəyə çevirməkdir.Məsələn bütün günü Əbu bəkrin fəzilətindən danışmaq və s. Bir forumlardaki müsəlmanların tartışdığı konulara baxın və onu dinimizin məqsədi ilə müqayisə edin nə qədər uzaq olduğumuzu görəcəksiniz!
  4. Əssələmu aleykum! Qardaşım dinin məqsədi ki var bizim getdiyimiz yol bax odur!Şeytan bizi bu məqsəddən ayırmaq istəyir! Təsəvvür et ki Baksovetdən Yasamala getməlisən!(məqsədin Yasamala getməkdir)! Elmlərə çatanda biri söz atır və səni söhbətə "Əhmədliyə çağırır" və sən söhbətə gedərək öz yolundan qalırsan!(nəticə etibarı ilə öz "məqsədindən" ayrılırsan!) Bax şeytan da belədir sən İslam yolu ilə getdiyin zaman səni kənardan qıcıqlandırır və sən ona cavab vermək üçün yoldan kənara çıxırsan, ki şeytanın da istədiyi elə budur!Yaddan çıxartmayaq ki yenidən yola qayıtma şansımız çox azdır!(çünki yoldan çıxdıqdan sonra Allah bilir ona qalib gələ bilərik yaxud yox) Allah bizi öz yolundan azdırmasın!Bilmirəm fikrim çatdı ya yox.....
  5. Yaxşı bəs onda niyə görə dinimizin məqsədindən yox,kiminsə xəlifəliyindən,kiminsə fəzilətindən günlərlə,illərlə danışırıq!(Söhbət müsəlmanlardan gedir) Kiminsə xəlifə olmasının,hansısa sahabənin digərindən üstün olmasının dininin məqsədinə nə dəxli var? Tarix yalnız ibrətdir!Amma bir çoxları tarixə ibrət kimi yox,tarixi mülahizələri əqidəsinə çevirirlər! Bəlkə dinimiz elə budur biz bilmirik???
  6. Əssələmu aleykum qardaş necəsən?Allah səni güldürsün !Mənim də başıma belə şeylər tez tez gəlir.Gördüyünüz kimi bir sözün iki mənasına görə hədisin mənası necə dəyişir?(Təbii ki bu Nardarana aid deyil o bu məsələlərdə təcrübəlidir) Buradaki "Nəcm"le ulduz deyil Qurani Kerimdeki surenin adı tutulur.Bu surenin 62 ci ayesinde secde ayeti var ki rasulullah ona göre secdeye q.nmışdır!(Baxın Nəcm suresi 62 ci aye)
  7. Əssələmu aleykum əziz müsəlman bacı və qardaşlar! Bu sualı hər bir müsəlmana vermək istərdim ki sizə görə dinin məqsədi nədir? Dinin məqsədi şəxslərmidir? Dinin məqsədi ərəblərin xilafət davasındadırmı? Dinin məqsədi kimlərinsə fəzilətini araşdırıb bunları əqidələşdirməkdirmi?......... Nə qədər dinimizə yaxınıq?! Mövzu ümumi olduğundan məsələyə məzhəb pəncərəsindən deyil,Qurandan baxmağa çalışaq! Dəlillərimizi Qurandan gətirək!Çünki yeganə özündə şüphə olmayan və hamının qəbul etdiyi Qurandır(sğhbət təbii ki müslimlərdən gedir)
  8. Əssələmu aleykum əziz qardaşım!Allah razı olsun ki bu məsələyə toxundun.Səndən biraz vaxt istəyirəm Allahın izni ilə həmən əclafa müfəssəl cavab yazacağam. Vaxt istəməyimin səbəbi sualın çətin olması deyil sadəcə həm təfsirlərə,həm İslam hüququna,həm də müasir araşdırmaçıların rəylərinə vaxtımın gecədəyi üçündür. Problem yoxdur əzizim belə əclafların yazılarına bundan da güclü iradlarına biiznillah cavab vermişik və veririk! Ürəyini buz kimi tut!Sakın vəsvəsəyə filan düşmə.Bir də mənim üçün dua elə ki cavab gözəl alınsın.(tam səmimiyyətlə deyirəm) Əssələmu aleykum!
  9. Xizir aleyhisselamin peygember oldugunu bir chox alimler tesdiqleyir.Sebebi -ona indimizden rehmet verdik-sozudur ki Imam Suyuti Celaleyn Tefsirinde bunu nubuvvetin delili olaraq verir! Celaleyn Tefsiri
  10. Rasulullahın məqsədi heç vaxt dövlət yaratmaq olmayıb.Onun vəzifəsi yalnız təbliğ olub.Dövlət isə bu təbliğ yolunda vasitə olub(Allah Hamidullah Hocaya rəhmət eləsin sitat onundur).Dövlət məqsəd deyil,vasitədir!
  11. Yaxşı da sən deyəsən əvvəldən axıracan oxumusane Samir verən dəlilləri.Sən heç bilirsən orda nə yazılıb?Bəlkə səni təhqir edir? Orda konkret fakt zad yoxdur!
  12. Bismilləhirrahmənirrahim Bu ayədəki qissə barəsində bir sıra maraqlı görüşlər var ki,yeri düşdüyünə görə onları burada zikr etmək istərdim ki,qardaşlarımız faydalansın!Bu qissə barəsində bir sıra görüşlər var. 1)Qissədə keçən Musa,İsrailoğullarına göndərilmiş və ona Tövrat verilmiş Hz.Musa(ə)dır.(ətraflı Əl-Bəqərə 51 və ondan sonraki ayələr).Buradaki Musanın danışdığı gənc(60-ci ayədəki) Hz Yusuf(ə)un nəvələrindən olan Yuşə b.Nundur.Onun Musa(ə)nın bacısının oğlu olduğu ravayət edilir.110 il yaşamış Yuşa Musa(ə)dan sonra 27 il İsrailoğullarına rəhbərlik etmiş və həmçinin peyğəmbər olmuşdur.(İbn Aşur 13-cü cild 360 səh) 2)Qissədə keçən və Musa(ə)ya qeyb elmi haqqında məlumat verən üçüncü şəxsin kimliyinə dair Quranda bir bilgi verilmir.Yalnız 65-ci ayədə" عَبْداً مِّنْ عِبَادِنَا "qullarımızdan bir qul"deyilir.Lakin müfəssirlərin çoxu bu şəxsin Xızır əleyhissələm olduğu görüşündədir.(Fəxruddin Razi 21-cild səh 149\həmçinin Şaukani 3-cild 288). 3)Bu hadisənin baş vermə səbəbi Buxarinin rəvayətinə görə Rəsulullahdan belə nəql olunur ki- Bir gün Həzrəti Musa insanlardan ən elmli olduğunu iddia edir və buna qarşılıq Allah ona "iki dənizin birləşdiyi yerdə bir qulum var o səndən daha elmlidir deyə xitab edir və beləliklə bu hadisə baş verir.(ətraflı şəkildə Buxari Təfsir 18\2 həmçinin Muslim "Fədail"170-72") 4)Xızırın peyğəmbər yaxud övlüya olduğu,sağ yaxud ölü olduğu ixtilaflıdır(bu barədə ən geniş bilgi üçün Razinin təfsirinə baxıla bilər 21-ci cild səh 148)
  13. Əssələmu aleykum qardaşım.Sualı bir qədər də konkretləşdirsəydin yaxşı olardı.
  14. Kim qələt edib deyərsə(söhbət alimdən gedir)ki Quranda Əlinin yaxud kimin adı olub o şəxs kafirdir və nəcisdir! İndi sən konkret alimin rəyin ver görək hansı əclaf bunu deyib!Göstər vallahi mən o alimi təkfir edim!Söhbət Quranın ləfzindən gediraa...Təfsirdən yox?Buyur Samir qardaş yaz biz də təkfir edək!
  15. Deyəsən başına gəlib ki istəmirsən başqaları da cırığ olsun!Sağ ol nəzərə alaram!Hər halda təcrübəli insanların nəzəri çox qiymətlidir!
×
×
  • Создать...