MƏHƏRRƏMLİK AYI VƏ AŞURA ORUCU
[ Digər günlər / 1345 dəfə baxılıb ] <FONT face=Arial>Əziz və hörmətli müsəlmanlar! Bildiyimiz kimi Məhərrəm ayı Hicri tarixiylə yeni ilin ilk ayı və haram aylardan biri sayılır. Məhərrəm ayı böyük və əzəmətli aydır. Allahu Təala ət-Tövbə surəsinin 36-cı ayəsində buyurur ki: "Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqə'də, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Əbi Bəkrədən (r.a) rəvayət olunduğuna görə Peyğəmbərimiz (s.a.s) buyurmuşdur ki; "İl 12 aydan ibarətdir, onlardan 4-ü haram aylardır, (haram ayların) 3-ü dalbadal gəlir: Zil-Qədə, Zil-Hiccə və Məhərrəm və Rəcəb ayı ki, Cumadə və Şaban ayının ortasında gəlir. (Buxari rəvayət etmişdir 2958).Əbu Hüreyrədən (r.a) rəvayət olunur ki, Peyğəmbərimiz (s.a.s) deyib; "Ramazandan sonra ən fəzilətli oruc Allahın Məhərrəm ayındadır" (Mülim rəvayət etmişdir 1982).İbn Abbas (r.a) rəvayət edir ki; "Peyğəmbər (s.a.s) Mədinəyə gəldi və gördü ki, yəhudilər Aşura günü oruc tuturlar və dedi ki, bu nədi? Dedilər bu saleh bir gündür, bu gündə Allahu Təala İsrail oğullarını düşmənlərindən qurtardı və Musa bu gündə oruc tutdu. (Peyğəmbər) Dedi: Musaya haqqım sizdən də çoxdur. (Peyğəmbər həmin günü) Oruc tutdu və həmin günü oruc tutmağı əmr etdi."
Yuxarıdakə ayə və hədislərdən Məhərrəm ayının fəzilətini və müqəddəsliyini görə bilərik, xüsusilə də bu ayda olan Aşura günündə oruc tutmağın əhəmiyyətini. Bunlara aydınlıq gətirməzdən əvvəl qısaca olaraq Aşura günü haqqında məlumatı nəzərinizə çatdıraq və sonra bu gündə oruc tutmağın fəzilətləri haqqında yazaq.