Geoenerqo, maraqlı fikirdir.
Amma razı deyiləm ki, konkret soyuducu və dondurma məsələsində dilimizin "qanunları" pozulub.
Dondurma bizim dilimizdə yemək, gida adlarının prosesin təsvirindən gəlməsi tipiki haldır və demək olar ki, rus dilinə bizdən gəlib daha qədim zamanda.
Məsələn, soyutma, dolma, qızartma, buğlama, bastırma, çığırtma və sairə.
Soyuducunun səsələnməsi də xoşdur və "soyudan"dan heç də pis səslənmir. Bizim dildə gündəlik istifadə sözlərinin rus sözləri ilə əvəz olunması isə ümumi tendensiyadır. Məsələn, "peç", "pol", "patalok", "quxna", "stol", "kravat", "qarzinkə", "klyok", "çaynik" və sairə...
Mən yazmadım ki dilimizin qanunları pozulub.Əlbəttə -cı -ci -cu -cü sözdüzəldici şəkilçilərdir məs.alıcı satıcı qoruyucu və s.Gün ərzində əksəriyyətimiz on dəfədən 6-7-də soyuducu əvəzinə xolodelnik işlədirik.Amma tozsoran uğurlu və təyinatına uyğun tərcümədir.Mən istərdim ki Siz və digər forumçular kserokopiya və kondisioner sözləri haqqında öz fikirlərinizi bildirəsiniz.Mövzunun müzakirə olunması artıq yaxşı haldır.